Məhkəmə qərarları › İş №2-1(112)-1010/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1010/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1010/2024 01.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********960800 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci il ƏDV üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********960800 nömrəli qərara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə əlavə 67423.88 manat vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış ƏDV məbləği əsassız və qanunsuz olaraq hesablanmışdır. Qəbul edilmiş kameral yoxlama əsasında qərarda hesablamaya səbəb kimi aşağıdakılar qeyd edilmişdir: “Qarşılıqlı əlaqələrin təhlili nəticəsində 01.01,2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 4401 198.43 manat olmasına baxmayarq, qeyd olunan dövlər üzrə təqdim eldiyiniz cəmi bəyannamələrin sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 4331535.9 manat olması təqdim etdiyiniz bəyannamələr üzrə ümumilikdə 69662.53 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir" kimi qeyd göstərilmişdir. İddiaçı hesab edir ki, sözügedən iş üzrə səlahiyyətli orqan işə baxarkən və qərar çıxararkən işin taktiki hallarını düzgün təhlil etməmiş, işi lazımi qaydada və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş və yaxud düzgün təfsir etməmişdir. Belə ki, iddiaçı vergi orqanı tərəfindən ünvanlanmış uyğunsuzluq məktubu ilə razılaşmayaraq göstərilənlərə etiraz etmiş və bu barədə ətraflı açıqlama təqdim edərək kameral qərarın ləğv edilməsini və şəxsi hesab vərəqsində düzəliş edilməsi xahiş edilmişdir. Cavabdeh vergi orqanı tərəfınədn qəbul edilmiş qərar tamamilə əsassız olaraq qəbul edilmişdir. Bu isə müəssisənin fəaliyyətində bir çox problemlərin yaranmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh iddia tələbinə münasibətdə etiraz təqdim edərək bildirmişdir ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 4401198.43 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilmiş cəmi bəyannamələrin (301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301.1.2.1+301.1.2.3+30 1.1. 2.5+301.1.2.6+301.1.2.7+301.1.2.8+301.1.5+318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 4331535.9 manat olması təqdim etdiyiniz bəyannamələr üzrə ümumilikdə 69662.53 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********610200 nömrəli nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim olunmadığından 2022-ci ilin dekabr ayı üçün ƏDV üzrə 67423.88 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********960800 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********960800 nömrəli qərarı ilə 2022-ci ilin dekabr ƏDV dövrü üzrə kameral yoxlama aparılmış və 67.423,88 manat əlavə vergi hesablanmışdır. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubda qeyd olunmuşdur ki, təqdim edilmiş bəyannamənin 301-ci ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxıl olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 1110879.00 manat məbləğ, hesabat dövrü ərzində ƏDV depozit hesabınıza 314781.91 manat məbləğində mədaxilin olması nəticəsində müəyyən edilmiş 1748788.39 manat daxil olmuş məbləği (ƏDV DH-na daxil olmuş 314781.91 manat ƏDV/0.18) ilə bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin (307.1-ci) hesabat dövrü (ay) üzrə yaranan və 01.01,2020-ci il tarixə olan debitor borclar sətrinin (307-1.1 -ci) hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğlərinin cəminin fərqi olan 1685096.04 manat məbləğdən 574217.04 manat az göstərilmişdir. 2022--ci ilin dekabr ayı ərzində tərəfinizdən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) 1183239.80 manat olmasına baxmayaraq həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301.1-ci Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrində "Təqdim edilmiş mal. iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" 971928.97 manat göstərildiyindən 21 1310.83 manat kənarlaşma yaranmışdır. 2022- ci ilin Dekabr ayı ərzində tərəfinizdən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) (1183239.80 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin (ƏDV-siz) (6906.89 manat) cəmi məbləği 1 190146.69 manat olmasına baxmayaraq həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301-ci sətrində "Təqdim edilmiş mal. iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" 971928.97 manat göstərildiyindən 218217.72 manat kənarlaşma yaranmışdır. Ekspert rəyindən görünür ki, vergi orqanı tərəfindən 2022-ci ilin dekabr ayı üzrə vergi orqanı tərəfindən 13 mart 2023-cü il tarixli **********960800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla vergi ödəyicisinə əlavə olaraq hesablanmış 67.423,88 manat əlavə dəyər vergisi məbləği həmin ayda (yəni 2022-ci ilin dekabr ayında) aparılmış əməliyyatlar üzrə deyil, xx.xx.2020-ci il tarixdən cari hesabat ayınadək olan dövr ərzində ümumi dövriyyə nəzərə alınaraq müəyyən edilmiş; tədqiqat aparılaraq vergi ödəyicisinin təqdim etdiyi bəyannamə göstəriciləri ilə apardığı əməliyyatlara dair sənədlər (e-qaimə fakturalar, bank çıxarışları, idxal sənədləri və s.) arasında uyğunsuzluq müəyyən edilməmiş; tədqiqat nəticəsində büdcəyə hesablanmalı olan və vergi ödəyicisi tərəfindəndə hesablanmış ƏDV məbləğləri 2020-ci il üzrə 251.808,93 manat məbləğində, 2021-ci il üzrə 128.862,10 manat məbləğində və 2022-ci il üzrə 155.133,18 manat məbləğində müəyyən olunmuş; ƏDV bəyannaməsinin 301 və 307ci sətri üzrə isə vergi ödəyicisinin kənarlaşması müəyyən edilməmiş; 2022-ci ilin dekabr ayı üzrə 67.423,88 manat əlavə hesablama müəyyən olunmamış; 2022-ci ilin dekabr ayı üzrə dövlət büdcəsinə hesablanmalı ƏDV məbləği vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə göstərilən 75.841,55 manat məbləğindən fərqli olmamış, yəni dekabr ayı üzrə dövlət büdcəsinə hesablanmalı ƏDV məbləği 75.841,55 manat məbləğində müəyyən olunmuş; təqdim edilmiş iş materiallarında cavabdeh tərəfindən möhürlənmiş və ştamplanmış cədvəllər öz əksini tapmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72- ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Bəhs edilən maddələrin müddəalarından göründüyü kimi kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə digər sənədlər əsasında keçirilən yoxlama növüdür. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisinin təqdim etdiyi bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı tərəfindən vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair bildiriş göndərilir. Kameral yoxlama aparmaq üçün zəruri olan vergi bəyannaməsi üzrlü əsas olmadan VM-də müəyyən olunmuş müddətdə təqdim edilmədikdə, VM-nin 67-ci maddəsinə müvafiq olaraq vergi hesablanır. Hazırki işin faktiki hallarından da göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən qərar kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş, həmin qərarla əlavə hesablanmış 67.423,88 manat məbləğində ƏDV-yə səbəb xx.xx.2020-ci il tarixdən cari hesabat ayınadək olan dövr üzrə ümumi dövriyyə nəzərə alınaraq hesablama aparılması və həmin hesablama nəticəsində kənarlaşmanın yaranması göstərilmişdir. Məhkəmə ilk növbədə bildirir ki, vergi orqanı tərəfindən qərarda qeyd edilən ƏDV məbləğin hansı əsasla hesablanması, hansı sübutlara istinad edilməsi qeyd edilməmişdir. Həmçinin vergi orqanı bu hesablamanın əsas hesab edilməsi üçün mötəbər sübut hesab ediləcək sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa Məhkəmə bildirir ki, cavabdeh vergi orqanı tərəfindən hesablanmış 67.423,88 manat əlavə dəyər vergisi məbləği hesabat dövrünə (yəni 2022-ci ilin dekabr ayında) aparılmış əməliyyatlar üzrə deyil, xx.xx.2020-ci il tarixdən cari hesabat ayınadək olan dövr ərzində ümumi dövriyyə nəzərə alınaraq müəyyən edilmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyin tələblərində vergilərin bu formada hesablanması Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 12-ci, 67.15.,159.1., 173.2., 177.2. və 178-ci maddələrində aşağıdakılar göstərilmişdir: Vergilərin müəyyən edilməsinin əsas şərtləri Vergi Məcəlləsinin 12-ci maddəsində təsbit olunmuşdur. Belə ki, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 1 vergitutma obyekti; 2.vergitutma bazası; 3.vergi dövrü; 4.vergi dərəcəsi; 5.verginin hesablanması qaydası; 6.verginin ödənilməsi qaydası və müddəti (maddə 12.1). Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir (maddə 12.3). Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir (maddə 12.4). 67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. 173.2. vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. Göründüyü kimi VM-nin 173.2-ci maddəsində vergi tutulan dövriyyənin məhz hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarət olduğu konkret göstərilmişdir. Bu hal cavabdeh tərəfindən aparılan hesablamanın düzgün aparılmadığını göstərir. Məhkəmə icraat zamanı iddiaçı tərəfindən ƏDV məbləğinin hesablanması barədə cədvəl (dövriyyə cədvəli) qoşma olaraq məhkəməyə təqdim edilmişdir. Həmin cədvələ nəzər yetirdikdə müəyyən etmək mümkün olur ki, MMC-nin xx.xx.2020-ci il tarixdən hesabat ayınadək ümumi ƏDV məbləğinin 4.331.535,9 manat olmuşdur. Vergi orqanı tərəfindən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 4.401.198,43 manat olması qərarda qeyd edilmişdir. Qeyd olunmalıdır ki, cavabdeh kameral vergi yoxlaması zamanı yaranmış kənarlaşmanın səbəbi olaraq izahedici arayış tələb etmişdir ki, iddiaçı həmin arayışda müvafiq olaraq avans məbləğinə xüsusi aydınlıq gətirmişdir. İş materiallarında olan sənədlərin müqayisəli təhlili nəticəsində görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında 05 noyabr 2019-cu il tarixdən etibarən müqavilə münasibətləri yaranmış, müqavilə predmeti 335.000 manat müəyyən edilmiş, müqavilə münasibətləri zənnində iddiaçı 127118.64 manat məbləğində ƏDV-siz olaraq avans vəsait köçürmuş (bu halı təsdiq edən qəbz təqdim olunmuş) və noyabr ƏDV bəyannaməsində əks etdirilmiş vergisi hesablanmışdır. xx.xx.2020-də isə 283898.31 manat məbləğdə e qaimə yazılmış mallar təqdim edilmiş, qalan məbləğ ödənilmiş və bu yanvar 2020-ci ilin ƏDV bəyannaməsində öz əksini tapmışdır. Lakin 2020-ci il fevral ayında səhvən ƏDV depozit hesabına 36000.0 manat məbləğ ödənilmiş və nəticə etibarı ilə xx.xx.2020-ci il tarixinə Kapilalbank ASC-dən 462.711,86 manat avans qalıq məbləği mövcud olmuşdur. Bu məbləğ xx.xx.2020-ci il tarixinə vergi orqanına təqdim olunan debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə məlumatda qeyd edildiyi kimi "xxxx" ASC-dən alınmış avanslarda göstərilmişdir. Bu avans məbləği 2019-cu il noyabr ƏDV bəyannaməsində əks etdirildiyi və vergi hesablandığı üçün xx.xx.2020-ci il tarixində EBAM 999465 saylı e-qaimə ilə 462711.87 məbləğində mallar təqdim edilmiş və 2020-ci il İyul ƏDV bəyannaməsində malların təqdim edilməsi bəndində əks etdirilmişdir. Bu əməliyyatların təsdiqi kimi müvafiq müqavilə, e-qaimə və bank ödənişini əks etdirən qəbz təqdim olunmuşdur. Məhkəmə eyni zamanda onu da diqqətə çatdırmağı zəruri hesab edir ki, vergi ödəyicisinin təqdim etdiyi bəyannamə göstəriciləri ilə apardığı əməliyyatlara dair sənədlər (e-qaimə fakturalar, bank çıxarışları, idxal sənədləri və s.) arasında uyğunsuzluq olmamış, yəni təqdim edilmiş iş materiallarında olan sənədlər (e-qaimə fakturalar, bank çıxarışları, idxal sənədləri və s.) bəyannamə göstəricilərinə uyğun olmuşdur. Ekspert rəyi ilə də iddiaçının ƏDV bəyannaməsinin 301 və 307-ci sətri üzrə kənarlaşması müəyyən olunmamış, 2022-ci ilin dekabr ayı üzrə dövlət büdcəsinə hesablanmalı ƏDV məbləği vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə göstərilən 75.841,55 manat məbləğindən fərqli olmamış, yəni dekabr ayı üzrə dövlət büdcəsinə hesablanmalı ƏDV məbləği 75.841,55 manat məbləğində olması təsdiq olunmuşdur. Məhkəmə rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2105/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Qanunvericiliyin tələblərinə görə mübahisələndirilən borcun yaranma əsaslarını sübut etmək vəzifəsi cavabdehə aiddir. Lakin hazırkı işdə cavabdeh sözügedən borcun mövcudluğunu inandırıcı və mötəbər dəlillərlə sübut edə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı istər həmin borcun ödənilməsini tələb edən vergi orqanına, istərsə də borcun hesablanması ilə bağlı informasiya sistemində məlumat yerləşdirmiş orqana sorğular göndərilmiş, lakin borcun yaranma əsasları və hesablanma qaydasına dair sübutlar təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, cavabdeh sadəcə borcun mövcudluğunu bildirməklə kifayətlənə bilməz, o, həm də borcun yaranma əsaslarını mötəbər qaydada sübut etmək vəzifəsi daşıyır. Bu mənada, özözlüyündə borcun mövcud olduğunun bildirilməsi kifayət deyil, həm də onun necə yarandığı və hansı qaydada hesablandığı da əsaslandırılmalı və sübut olunmalıdır. Hazırki işdə mübahisələndirilən borcun yaranması cavabdeh tərəfindən qeyd edilən qaydada əsaslandırıla bilmədiyi üçün iddianın təmin edilməsi ilə bağlı gəlinmiş nəticə düzgündür.” Göründüyü kimi kassasiya instansiya məhkəməsi eyni mövqeyidən çıxış edərək mübahisələndirilən borcun yaranma əsaslarını sübut etmək vəzifəsinin cavabdehə aid olduğunu bildirmiş, bununla da mübahisələndirilən borcun yaranmasının cavabdeh tərəfindən qeyd edilən qaydada əsaslandırıla bilmədiyi üçün iddianın təmin edilməsi ilə bağlı gəlinmiş birinci instansıya məhkəməsinin nəticəsini düzgün hesab etmişdir. Beləliklə Məhkəmə yuxarıda göstərilənləri qanunvericiliyin müddəaları və formalaşmış məhkəmə təcrübəsi ilə birgə qiymət verərək hesab edir ki, cavabdeh hər iki qərarı qəbul edərkən ümumiyyətlə əlaqəli məlumatların, son qərarda isə ümumiyyətlə sadələşdirilmiş vergi məbləğinin hesablanmasının əsasında duran halın nə olduğunu sübut edə bilmədiyindən, ekspert rəyində isə cavabdehin hesablamaların səhv olduğu müəyyən edildiyindən, sözügedən inzibati akt (qərar) ləğv olunmalıdır. Məhkəmə həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-nin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin, prosessual xərclər də göstərilməlidir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Yenə həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin olunduğundan, ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdeh tərəfdən tutulmalıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-nin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********960800 nömrəli qərarı ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində prosessual xərcin X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar