Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1010/2025 29.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" Mənzil-Tikinti Kooperativi) qarşı “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın verilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **********940300 nömrəli, 24 yanvar 2024-cü il tarixli qərarının, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********579400 nömrəli, 29 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi; və iddiaçı ilə "xxxx" MTK (hazırki adı: "xxxx" MTK) arasında bağlanmış 49 nömrəli 01 dekabr 2021-ci il tarixli “Mənzilin alqı-satqı müqaviləsi” üzrə Kooperativə ödədiyi 365.000 (üç yüz altmış beş min) manat məbləğində pul vəsaitinin əlavə dəyər vergisi hissəsinin bir qisminin ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. Məhkəməni hazırki iş üzrə tarixli Qərardadı ilə iddia tələbi “Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **********940300 nömrəli 24 yanvar 2024-cü il tarixli qərarının, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********579400 nömrəli, 29 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və İddiaçı tərəfindən "xxxx" MTK-dan (hazırki adı: "xxxx" MTK) nağdsız qaydada alınmış yaşayış sahələrinə (mənzillərə) görə ödənilmiş əlavə dəyər vergisinin iddiaçıya qaytarılmalı olan hissəsinin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" Mənzil-Tikinti Kooperativi (hazırki adı: "xxxx" MTK) arasında bağlanmış 49 nömrəli, 01 dekabr 2021-ci il tarixli “Mənzilin alqı-satqı müqaviləsi”nə görə, Kooperativ Bakı şəhəri, Nəsimi rayonu, 756-cı məhəllə, C.Hacıbəyli, N.Şahbazov (keçmiş Dağıstan küçəsi), Kaveroçkin və M.Qaşqay küçələrinin kəsişməsində tikilən çoxmənzilli yeni yaşayış binasının, 7 В saylı binanın 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 140 kv.m. təşkil edən 444 saylı mənzili və 7B saylı binanın 11-ci mərtəbəsində 1 otaqdan ibarət, ümumi sahəsi 72 kv.m. təşkil edən 445 saylı mənzili mənə verməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə hər iki mənzillərin dəyəri kimi müəyyən olunan 365.000 (üç yüz altmış beş min) manat məbləğində pulu hissə-hissə olmaqla və nağdsız qaydada tam şəkildə Kooperativə ödəmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın (bundan sonra “Qayda”) verdiyi hüquqdan istifadə edərək, əlavə dəyər vergisinin qaytarılması məqsədilə, 90 (doxsan) gündən gec olmayaraq portalda qeydiyyatdan keçmişəm və müvafiq sənədləri skan edərək portala göndərmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **********940300 nömrəli, 24 yanvar 2024-cü il tarixli qərarı ilə iddiaçının müraciəti təmin edilməmişdir. İddiaçı həmin qərardan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə şikayət verərək, qərarın ləğv edilməsini və müraciətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********579400 nömrəli, 29 fevral 2024-cü il tarixli qərarı ilə şikayətim təmin edilməmiş və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **********940300 nömrəli, 24 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Vergi orqanı tərəfindən iddiaçının şikayətinin təmin olunmaması barədə qərar qəbul olunarkən Qaydanın 5.1.2-ci bəndinə istinad edilmiş və qeyd olunmuşdur ki, iddiaçı yaşayış sahəsinin dəyərini satıcının/Kooperativin hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli idi. İddiaçı hesab edir ki, vergi orqanının qərarları qanunsuz və əsassız olduğuna görə, məhkəmə tərəfindən ləğv olunmalıdır.
4. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, vətəndaş İddiaçı Aftandil oğlu xx.xx.2021-ci il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativindən (hazırkı "xxxx" Mənzil Tikinti Kooperativindən (VÖEN **********)) ümumilikdə 365.000,0 manat dəyərində mənzillər aldığını, ödənişi xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək həyata keçirdiyini, 90 gün bitməmiş elektron portaldan qeydiyyatdan keçərək müraciət etdiyini, lakin vergi orqanı tərəfindən Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin Qayda qüvvəyə mindiyi tarixədək nağdsız qaydada satıcının bank hesabına ödənildiyini (ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq), Qayda qüvvəyə mindiyi tarixdən sonra isə 5.1.2-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədləri satıcının uçotda olduğu vergi orqanına təqdim edilməli olduğu, lakin, alıcı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edildiyindən “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********940300 nömrəli qərar qəbul edildiyini, Qaydaların 6.1-ci bəndinə əsasən ödənişi yerinə yetirdiyini, qərarda göstərilən Qaydanın 6-cı bəndinin heç bir halda 5.1.2-ci bəndə istinad etmədiyini, qaydada 5.1.2-ci bəndin 6-cı bəndinin tələblərinə istinad etmədiyini və 6-cı bəndin tələblərini təkzib etmədiyini bildirərək köməklik göstərilməsini xahiş etmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixli **********779500 nömrəli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı” elektron ərizə ilə müraciət etmiş və həmin ərizəyə xx.xx.2021-ci il tarixli 49 nömrəli müqavilə və ödəniş sənədlərini əlavə etmişdir. Vergi orqanı tərəfindən elekton müraciətə əlavə edilmiş sənədlər yoxlanılarkən, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini Qayda qüvvəyə mindiyi tarixədək nağdsız qaydada satıcının bank hesabına ödənildiyini (ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq), Qayda qüvvəyə mindiyi tarixdən sonra isə 5.1.2-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədləri satıcının uçotda olduğu vergi orqanına təqdim etməli olduğu halda, alıcı İddiaçı Aftandil oğlu tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmiş və “Yaşayış və qeyri-yaşayış sahələrininə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********940300 nömrəli qərar qəbul edilmişdir. Bundan əlavə olaraq, **********579400 nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərar ilə vətəndaş İddiaçı Aftandil oğlu tərəfindən verilmiş inzibati şikayət barəsində Qərar qəbul edilmişdir. İnzibati şikayətdə qeyd olunanların araşdırılması ilə bağlı vətəndaşa xx.xx.2024-cü il tarixli **********487800 nömrəli “Araşdırmada iştirak etmək haqqında” məktub göndərilərək, xx.xx.2024-cü il tarixdə saat 11:00-da Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət olunmuşdur. İddiaçı araşdırmaya təqdim etdiyi xx.xx.2024-cü il tarixli izahatında müraciətində qeyd etdiyi kimi Qaydaların 6.1-ci bəndinə əsasən təqdim edilmiş sənədlər əsasında ödənişi yerinə yetirdiyini, MTK ilə müqavilə bağladığı xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədək ödəniş etdiyini, 90 gün bitməmiş elektron formada müraciət etdiyini, Qərarda göstərilən Qaydanın 6-cı bəndinin heç bir halda 5.1.2-ci bəndə istinad etmədiyini və eyni qaydada 5.1.2-ci bəndin 6-cı bəndin tələblərinə istinad etmədiyini, bəndin tələblərini təkzib etmədiyini bildirmişdir. H.Məmmədov izahatında eyni zamanda araşdırma zamanı ona izah olunduğu kimi əldə etdiyi yaşayış sahələri üzrə ödənilmiş vəsaitdən MTK tərəfindən ƏDVnin ƏDV sub-hesaba ayrıca ödənilməsinə dair müvafiq sənədləri əldə edib təkrar müraciət edəcəyini qeyd etmişdir. İnzibati şikayət üzrə işin faktiki halları və toplanmış materialların öyrənilməsi nəticəsində belə nəticəyə gəlinmişdir ki, vətəndaşın şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. Göründüyü kimi Qaydanın 6.1-ci bəndində əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildiyi halda qaytarılması nəzərdə tutulmuş, Qayda qüvvəyə mindiyi tarixdən sonra isə 5.1.2-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədləri satıcının uçotda olduğu vergi orqanına təqdim etməlidir. Lakin, alıcı İddiaçı tərəfindən yaşayış sahəsinin tam dəyəri (ƏDV daxil) satıcının bank hesabına ödənilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır (8.6-cı bənd). Bundan əlavə, həmin qərarda göstərilir: “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.”
5. Məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) zamanı iştirakı edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
6. Məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) zamanı iştirakı edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
7. X3 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
8. Odur ki, iddianın növü öhdəliyin icrası növündə iddiadır.
9. İddia mümkündür. III.Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
10. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" Mənzil Tikinti Kooperativi (hazırki adı "xxxx" Mənzil Tikinti Kooperativi) inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********940300 saylı “Yaşayış və qeyriyaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında“ Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini Qayda qüvvəyə mindiyi tarixədək nağdsız qaydada satıcının bank hesabına ödənildiyini (ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) Qayda qüvvəyə mindiyi tarixdən sonra isə 5.1.2-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədləri uçotda olduğu vergi orqanına təqdim etməlidir. Lakin alıcı X2 tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərinin (ƏDV-li) ödəniş tapşırığı ilə banka ödənildiyi müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənlər nəzərə alınaraq və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 58 və 61-ci maddələrini rəhbər tutaraq İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsi qərara alınmışdır.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********579400 saylı Qərarına əsasən vətəndaş İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması barədə Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2024-cü il tarixli inzibati şikayətləri təmin edilməmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyriyaşayış sahələrininə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********940300 nömrəli Qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır.
13. 01 dekabr 2021-ci il tarixli, 49 №-li Mənzilin Alqı-Satqı Müqaviləsinə əsasən: 1.1. Satıcı ("xxxx" Mənzil Tikinti Kooperativi) Bakı şəhəri, Nəsimi rayonu, 756-cı məhəllə, C.Hacıbəyli, N.Şahbazov (keçmiş Dağıstan küçəsi), Kaveroçkin və M.Qaşqay küçələrinin kəsiçməsindəki tikilən çoxmənzilli yeni yaşayış binasının, 7B saylı binanın 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 140 kv.metr olan 444 saylı və 7B saylı binanın 11-ci mərtəbəsində 1 otaqdan ibarət, ümumi sahəsi 72 kv.metr olan 445 saylı mənzili (bundan sonra Mənzil adlandırılacaq) Alıcıya (İddiaçı) satmağı, Alıcı (İddiaçı) isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı Mənzilin dəyərini (Qiymətini) Satıcıya ödəməyi öhdəsinə götürür. 1.2. Satıcı ("xxxx" Mənzil Tikinti Kooperativi) satdığı Mənzili binanın tikinti işləri tam başa çatdıqdan sonra Alıcıya (İddiaçı) təhvil verməyi, Alıcı (İddiaçı) isə Mənzili qəbul etməyi öhdəsinə götürür.
14. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, "xxxx" MTK (əvvəlki adı "xxxx" MTK) arasında bağlanmış 01 dekabr 2021-ci il tarixli № 49 saylı alqı-satqı müqaviləsinə əsasən Nəsimi rayonu M.Qaşqay, N.Şahbazov, C.Hacıbəyli və Kaveroçkin küçələrinin kəsişməsindəki 756-cı məhəllədə (Yeni ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu. Natiq Şahbazov küçəsi. ”43”, ”45”, ”47”, ”49” ”39”) inşa edilmiş 7 В saylı binanın 11-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət, ümumi sahəsi 139,9 kv.m olan 444 saylı mənzilə görə "xxxx" MTK-nın hesabına ödənilmiş 240900 (iki yüz qırx min doqquz yüz) manatdan əsas məbləğ 204152.54 + 36747.46 manatı ƏDV olaraq X1 (Kod: 210027) ödənilmişdir.
15. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, "xxxx" MTK (əvvəlki adı "xxxx" MTK) arasında bağlanmış 01 dekabr 2021-ci il tarixli № 49 saylı alqı-satqı müqaviləsinə əsasən Nəsimi rayonu M.Qaşqay, N.Şahbazov, C.Hacıbəyli və Kaveroçkin küçələrinin kəsişməsindəki 756-cı məhəllədə (Yeni ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Natiq Şahbazov küçəsi. ”43”, ”45”, ”47”, ”49” ”39”) inşa edilmiş 7 В saylı binanın 11-ci mərtəbəsində yerləşən 1 otaqdan ibarət, ümumi sahəsi 72.2 kv.m olan 445 saylı mənzilə görə "xxxx" MTK-nın hesabına ödənilmiş 124100 (yüz iyirmi dörd min yüz) manatdan əsas məbləğ 105169.50 + 18930.50 manatı ƏDV olaraq X1 (Kod: 210027) ödənilmişdir.
16. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamına əsasən MTK-la nağdsız ödənişlər zamanı elektron qaimələr təqdim edilməyə başlanıb. İddiaçılə bağlanmış müqavilə, bundan əvvəlki tarixdə olduğundan sonuncuya elektron qaimə təqdim edilməyib.
İV. Məhkəmənin mövqeyi
17. Məhkəmə hüquqların xəyali deyil, praktik və səmərəli qorunmasını həyata keçirir. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).
18. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).
19. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.
20. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.
21. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”ndan: 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3. satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaiməfaktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir. 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. 6.2. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir.
22. Məhkəmə ilk növbədə müəyyən edir ki, hazırki mübahisə Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın keçid müddəalarının tətbiqi ilə bağlıdır.
23. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsi xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş və fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı yeni hüquqi tənzimləmələr gətirmişdir. Bununla yanaşı, qanun, qaytarılmanın şərtlərinə və qaydasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə normativ tənzimləmələr aparılmalı olduğunu təsbit etmişdir. Bundan sonra həmin normativ tənzimləmələrin həyata keçirilməsi məqsədilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Qaydanın 6-cı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il 01 yanvar tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il 25 may tarixədək olan dövr ərzində yaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qüvvəyə minməsinin şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqları nəzərə alınmaqla nizamlamağa yönəlmişdir.
24. Keçid müddəalarına görə, Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən Fərmanla təsdiq edilmiş Qaydanın qüvvəyə mindiyi 2022-ci il mayın 25dək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin Qaydanın qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq qaytarılması qaydası müəyyən edilmişdir.
25. Beləliklə, bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən aydınlaşdırılmalı olan əsas məqamlardan biri mübahisənin keçid müddəalarının təsiri altına düşüb-düşmədiyi ilə bağlı məsələdir.
26. Məhkəmə nəzərə alır ki, müvafiq Qaydanın 6.1-ci bəndinə əsasən mübahisənin keçid normalarının təsiri altına düşə bilməsi üçün ilkin şərt yaşayış və qeyri-yaşayış sahəsinin xx.xx.2020-ci il tarixdən (Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi tarixdən) xx.xx.2022-ci il tarixədək (“Qayda”nın qüvvəyə mindiyi tarixədək) əldə edilmiş olmasıdır.
27. Məhkəmə qeyd edir ki, “yaşayış və qeyri-yaşayış sahəsinin əldə edilməsi” dedikdə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yaşayış və qeyri-yaşayış sahələrinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilələrin bağlanılması nəzərdə tutulur. Həmin tarixlər arasında müqavilə bağlamaqla yaşayış və qeyri-yaşayış sahəsi əldə etmiş şəxslərdən ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmur.
28. Məhkəmə xüsusilə qeyd edir ki, fiziki şəxsin xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müqavilə bağlamaqla əldə etdiyi yaşayış və qeyri-yaşayış sahəsinə görə ödənişləri hansı müddət ərzində həyata keçirməsi mübahisənin keçid müddəalarının tətbiq dairəsinə daxil olub-olmamasına təsir etmir. Belə ki, Qaydanın keçid müddəalarına (6.1-ci bəndə) əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yaşayış və qeyri-yaşayış sahələri əldə etmiş şəxslərdən – istər ödənişi həmin müddət ərzində tam həyata keçirmiş alıcılardan, istərsə də ödənişləri davam etdirən alıcılardan ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmur. Bu zaman ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsi nəzərə alınmır.
29. Bununla belə qanunvericilik ödənişin hansı tarixdə başa çatmasından asılı olaraq 90 gün müddətində vergi orqanına müraciətin edilməsi şərtini müəyyən edir. Belə ki, ödənişi xx.xx.2022-ci il tarixədək tam həyata keçirmiş alıcılar üçün bu müddət Qaydanın qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən hesablanır, ödənişi davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində vergi orqanına müraciət etməlidir.
30. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi ilə yaşayış sahələrinə dair Alqı-Satqı Müqaviləsini xx.xx.2021-ci il tarixdə bağlamışdır. Odur ki, yaşayış sahələri iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixədək müqavilə bağlanaraq əldə edildiyi üçün hazırki iş üzrə mübahisə keçid müddəalarına görə həll olunmalı, Qaydanın 6.1-ci maddəsi tətbiq olunmalıdır.
31. Məhkəmə qeyd edir ki, vergi məqsədləri baxımından qaydalar qüvvəyə mindiyi tarixə artıq mənzil (mal) təqdim edilmiş hesab ediliyindən ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsi nəzərə alınmamalıdır. Məhkəmənin hazırkı yanaşması həm də normaların sistemli təfsirinə əsaslanır. 32.Belə ki, Vergi Məcəlləsindən: 13.2.10. Malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.
33. Belə ki, Məcəllə şəxsə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması hüququnu təmin etdiyindən və malların təqdim edilməsi vaxtı Məcəlləyə əsasən müqavilənin bağlanması vaxtı hesab edildiyindən Qaydalardakı (keçid müddəlarındakı) malların təqdim edilməsi tarixinə (ödənişin tam həyata keçirilməsinə) dair tənzimləmə Məcəllənin 13.2.10 və 165.6-cı maddələri ilə rəqabətə girir. Odur ki, məhkəmə hesab edir ki, həmin qayda (ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsi) məhz Qaydalar qüvvəyə mindiyi vaxtdan sonra əldə edilmiş (təqdim edilmiş) yaşayış və qeyri-yaşayış sahələrinə şamil edilə bilər.
34. Qeyd edilənlərə əasən məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli Alqı-Satqı Müqaviləsinə əsasən əldə edilmiş olduğundan (odur ki, yuxarıda qeyd ediliyi kimi elə həmin vaxtdan təqdim edilmiş və əldə edilmiş hesab edildiyindən) yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənilməsi İddiaçı ödənilmiş əlavə dəyər vergisinin 30 faizinin qaytarılmasını tələb etmək hüququnu məhudlaşdırmır.
35. Təqdim edilən bank sənədlərinə əsasən mənzilə görə nağdsız ödəniş iddiaçının Azərbaycan Beynəlxalq Bankı ASC hesabından həyata keçirilmişdir, odur ki, müvəkkil bank da məhz qeyd edilən bankdır.
36. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
37. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
39. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli, N.Şahbazov (keçmiş Dağıstan küçəsi), Kaveroçkin və M.Qaşqay küçələrinin kəsişməsindəki 756-cı məhəllədə inşa edilmiş 7B saylı binanın 11-ci mərtəbəsində yerləşən 444 saylı mənzilinə və 7B saylı binanın 11-ci mərtəbəsində yerləşən 445 saylı mənzilinə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankı ASC) ötürülməsi öhdəliyi cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva