Məhkəmə qərarları › İş №2-1(112)-10102/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10102/2021

28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10102/2021 28.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 02.02.2018-ci il tarixli qərarının icra edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən 150000 (bir yüz əlli min) manat dəyərində maddi və mənəvi ziyanın alınaraq iddiaçıya ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.08.2017-ci il tarixli qərarına əsasən İddiaçı müharibə əlilləri kateqoriyasına aid edilməsi məsələsi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 02.02.2018-ci il tarixli qərarına əsasən cavabdeh AR ƏƏSMN DSMF Hərbi Qulluqçularla iş idarəsinin şikayətinin təmin edilməsi, İddiaçı döyüş bölgəsinə görə ödənilmiş əlavənin təminat xərcliyinin tərkibində nəzərə alınması və qeyd edilənlərə uyğun olaraq pensiyanın yenidən hesablanaraq ödənilməsi vəzifəsi AR Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə olunması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.08.2017-ci il tarixli qərarına əsasən İddiaçı müharibə əlilləri kateqoriyasına aid edilməsi məsələsi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidmətinə həvalə edilməsi qərara alınması hissəsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarı icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Lakin məhkəmə qərarının qanuni qüvvəsini almasına və icraya yönəldilməsinə baxmayaraq məhkəmə qərarı icra edilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə göndərilmiş məktubda məhkəmə qərarının təmin edilməsi üçün xəstəliyin səbəb əlaqəsi barədə Mərkəzi Hərbi Həkim Komissiyasının müvafiq qərarının təqdim edilməsi zəruri olması bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə ünvanlanmış məktubla bağlı qeyd edir ki, qeyd edilən orqan məhkəmə tərəfindən qəbul edilmiş yekun aktın icra mərhələsində şərh edə və məhkəməni əvəz edən orqan qismində çıxış edərək əlavə araşdırma aparmaq üçün hər hansı sənəd tələb edə bilməz. Belə ki, qeyd edilən orqanının birinci və apelyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verməmiş və məhkəmənin qərarı ilə razı olduqlarını bildirmişlər. Beləliklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Azərbaycan Respublikası adından çıxarılan qərarın icra edilməməsi nəticəsində iddiaçı və onun ailəsi 4 ildir kirayələrdə yaşamağa məcburdur, nəqliyyat vasitəsindən məhrumdur və tibbi sığortadan istifadə edə bilmir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra iş üzrə məhkəmə iclası 28 oktyabr 2021-ci il tarixə təyin olunmuşdur. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddiaçının maddi və mənəvi ziyanın ödənilməsi tələbi üzrə cavabdeh inzibati orqana müraciəti daxil olmamışdır. Həmçinin İddiaçı əlillik vəziyyəti təkrar olaraq "xxxx" QSC-nin Sosial inkişaf idarəsi Əhmədli tibbi sanitar hissəsinin 4405003AAAJG göndərişi əsasında 16.06.2015-ci il tarixdə qiymətləndirilmiş və hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən bir il müddətinə (22.04 2016-cı il tarixədək) ikinci dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. İddiaçı 22.04.2016-cı il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən ikinci dərəcə əlilliyi "Əlillik" altsistemi tərəfindən beş il müddətinə (22.04.2021-ci il tarixədək) uzadılmışdır. 14.02.2020-ci il tarixdə İddiaçı əlillik vəziyyəti Bakı 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 2788003AABZH nömrəli göndərişi əsasında qiymətləndirilmiş və göndərişin natamam doldurulması (Səbəb: ağırlaşmalarını (XBÇ) təsdiq edən laboratorinstrumental müayinələrin nəticələri ətrafli qeyd edilsin) barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Naziriər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq sonuncu dəfə İddiaçı əlillik vəziyyəti Bakı 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 2788003AAB6W nömrəli göndərişi əsasında 20.04.2021-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması (Səbəb: Müalicə müddəti yetərli deyil, ixtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür) barədə qərar qəbul edilmişdir. Odur ki, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia), inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia), Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara, bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına, «Banklar haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə baxılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda ilkin olaraq cavabdeh orqana müraciətin ünvanlanması və (və ya) cavabdeh orqanın imtina məktubu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı tələblə cavabdeh orqan tərəfindən maddi və mənəvi ziyanın ödənilməsi tələb edir. Lakin iş materiallarından görünür ki, iddiaçının cavabdeh olaraq göstərdiyi inzibati orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanlanmış müraciəti yoxdur. İddiaçı tərəfindən cavabdeh orqana müraciət edilməsi ilə əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, eyni zamanda bu faktla bağlı məhkəmə araşdırması zamanı hər hansı hal aşkar edilməmişdir. Cavabdeh orqanın səlahiyyətli nümayəndəsi də məhkəmə iclasında iştirak edərək, onlara qarşı iddiaçının hazırki tələb üzrə (kompensasiya tələbi) müraciətinin daxil olmadığını bildirmişdi. Həmçinin iddiaçının iddia tələbindən və iddia ərizəsinə əlavə edilmiş ərizələrindən aydın görünür ki, iddiaçı Bakı Apelyasiya Məhkəməsinin qərarının icrasını tələb edir. Bununla bağlı da məhkəmə izah edir ki, iddiaçı barəsində qəbul edilmiş qərarın icrasını ayrıca iddia ərizəsi verməklə deyil, həmin inzibati iş üzrə ərizə verməklə tələb edə bilər. Beləliklə, məhkəmənin qənaətinə görə cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələb üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il” tarixli, 5 nömrəli qərarının 4.1-ci bəndində göstərilmişdir ki, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır, həmin qərarın 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır, həmin qərarın 10.1-ci bəndinə əsasən isə bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. Məhkəmə izah edir ki, iddiaçı ilk öncə “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi üzrə ərizə və sənədlərlə cavabdeh inzibati orqana müraciət etməli, müraciətinə baxılmadığı və ya imtina edildiyi halda həmin iddia ilə məhkəməyə müraciət etməlidir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. ”””””””””” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası mümkün”sayılmasın.”””””””” ”””””” Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 3 Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar