Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10102/2025 11.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının qanuni nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı1 ərizə ilə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə müraciət edərək, övladı İddiaçı2 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. xx.xx.2008-ci il təvəllüdlü X2 X1 məcburi köçkün statusuna malik olmadığından ona məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Bundan sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək, İddiaçı1 iddiaçı qismində prosesdə iştirakına xitam verilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin etmişdir. İİ Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı1 valideyni ilə birlikdə 1992-ci ilin may ayında Laçın rayonun Erməni işğalçıları tərəfindən işğal edilməsi ilə əlaqədar olaraq Laçın rayonun Qoşasu kəndindən məcburi köçkün düşmüşdür. Hal-hazırda özü köçkün statusu daşıyır. 2007-ci ilin avqust ayına kimi o, məcburi köçkünlər üçün verilən yemək xərcini də almışdır. Lakin 2007-ci ildə faktiki nikaha daxil olduqdan sonra ona verilən yemək xərci əsassız olaraq kəsilmişdir. İddiaçı1 2007-ci ildə X8 ilə nikaha daxil olmuşdur. Həmin nikahdan onun 2 övladı vardır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyun 2010-cu il tarixli qətnaməsi ilə xx xxxx 2008-ci il təvəllüdlü İddiaçı2 onun öhdəsində olması faktı müəyyən edilmişdir. İddiaçı2 məcburi köçkün statusunu təsdiq edən sənəd almaq üçün Azərbaycan Respublikası Qaçqınlar və X6 üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh orqan xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 X1nun məcburi köçkün statusuna malik olmadığını əsas gətirərək qızına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Qaçqınlar və X6 üzrə Dövlət Komitəsinin imtinası əsassız və qanunsuzdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazda iddia tələbinin rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçının X1 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir, iddiaçının anası İddiaçı1 qeydiyyatı ünvan 1i ünvanına yaşayış yeri üzrə qeydiyyatdadır. Əlavə olaraq, İddiaçı1 məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malikdir. İddiaçı2 X1 məcburi köşkün statusunu təsdiq edən vəsiqəyə malik olmadığından Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi tələbi müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, habelə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş və cavabdehin imtinasını aldıqdan sonra qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmişdir. Belə ki, işdə olan İddiaçı1 məxsus AZE №0******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, o, xx.xx.1975-ci ildə Laçın rayonunda doğulmuş, yaşayış yeri ünvan 1i qeyd olunmuşdur. Doğum haqqında AZ-İİ 279792 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı2 xx.xx.2008-ci ildə Bakı şəhərində doğulmuşdur. X1, anası İddiaçı1dır. Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi PHŞ-nin 30 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı2 ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin yataqxanasında məskunlaşmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(011)-1810/2010 nömrəli qətnaməsindən görünür ki, xx xxxx 2008-ci il təvəllüdlü İddiaçı2 anası İddiaçı1 öhdəsində olması faktı müəyyən edilmişdir. Laçın rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-64/2-375/2025 nömrəli məktubundan görünür ki, İddiaçı1 Laçın rayonunun Qoşasu kənd ərazi dairəsinin Qoşasu kəndində daimi qeydiyyatda olmaqla, hazırda Bakı şəhəri, Xətai rayonu ərazisində müvəqqəti məskunlaşmışdır. İddiaçı1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə əsasən vahid aylıq müavinət almır. İddiaçı1 övladları, 2008-ci il təvəllüdlü, İddiaçı2 və 2013-cü il təvəllüdlü, X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.6-cı bəndinə əsasən vahid aylıq müavinət almır. X8 isə Laçın rayonu üzrə daimi pasport qeydiyyatında deyil, məcburi köçkün statusu yoxdur. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 18/2-13720 nömrəli məktubundan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı1 22.11 2000-ci il tarixdən hazıradək, xx.xx.2008-ci il təvəllüdlü X7 xx.xx.2015-ci il tarixdən hazıradək, xx.xx.2013-cü il təvəllüdlü X9 xx.xx.2015-ci il tarixdən hazıradək Laçın rayonunun Qoşasu kəndində yaşayış yeri üzrə qeydiyyatdadırlar. Sorğu edilən X3 ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı və şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməsi barədə məlumat müəyyən edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X14 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-24464/2025 nömrəli məktubundan görünür ki, İddiaçı1 (FİN: xxxxxxx), İddiaçı2 (FİN: 6ZV6FH5), X3 və X4 (FİN: 6NNLWGS) adlarına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçı hazırda anasının məcburi köçkün statusuna malik olmasına istinad edərək ona da məcburi köçkün statusunun verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Qeyd olunan normadan aydın olur ki, o uşaqlara məcburi köçkün statusu verilir ki:
1. Onun atası “məcburi köçkün” statusuna malik olsun;
2. hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon olsun. Məhkəmə iclasında tədqiq olunan sübutlara əsasən iddiaçının atasının deyil, anasının məcburi köçkün statusuna malik olması, özünün, atasının, anasının daimi yaşayış yeri üzrə işğaldan azad olunmuş rayonda (şəhər) qeydiyyatda olması, atasının isə məcburi köçkün statusunun olmaması işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə qeyd edir ki, Qaydalarda valideynlərdən atasının “məcburi köçkün” statusuna malik olması tələb olunsa da, burada yalnız “ata”nın nəzərdə tutulması ən azından Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə zidddir və yalnız bu əsasla iddianın təminindən imtina oluna bilməz. Belə ki, həmin maddəyə əsasən, kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət (...) cinsindən (...) asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının anasının “məcburi köçkün” statusuna malik olması, habelə hər iki valideyninin işğal olunmuş rayon üzrə qeydiyyatda olması, onun Qaydanın 4.1.6-cı bəndində nəzərdə tutulan tələbləri yerinə yetirmısi qənaətinə gəlmək üçün kifayətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasəm məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin olunsun. xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Qənbərova