Məhkəmə qərarları › İş №2-1(112)-10103/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10103/2024

24.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10103/2024 24.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə qarşı qətnamənin icra edilməsi öhdəliyinin qoyulması, maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbinə dair iş üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin əməllərinin qanunsuz hesab edilməsi, cavabdehdən 15300 manat maddi, 5000 manat mənəvi zərərin əvəzi kimi tutularaq iddiaçıya ödənilməsi, cavabdehin üzərinə Yasamal Rayon Məhkəməsinin 2(004)- 3895/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin tamamilə icra edilərək həmin qətnamənin icrası üzrə tutulmaların borclunun bütün qazancının və gəlirinə, borclunun əmək haqqına tətbiq edilmiş əmsallara da (bütün növ əmsallar tətbiq edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3895/2020 nömrəli, xx.xx.2020-ci il tarixli tarixli qətnaməsinə əsasən, X2 hər ay qazancının və gəlirinin dörddə bir hissəsi məbləğində aliment tutularaq İddiaçı qızma ödənilməsi müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və hazırda Yasamal Rayon İcra Şöbəsinin icraatındadır. Sözügedən qətnamənin icrasına diar icra işi üzrə borclu Qasımov Qurnanəli cavabdeh olan Azərabycan Respublikası Xarici İşlər Nazirliyində (bundan sonra- XİN) çalışmaqdadır və qətnamə onun aylıq məvacibindən tutulmaqdadır. Təxminən 2023 aprel ayından iddiaçı ilk öncə şifahi olaraq məlumat əldə etmişdir ki, X5 vəzifəsində və buna uyğun olaraq da qazancında artım olmuşdur. Bundan sonra iddiaçı tərəfindən cavabdehə müraciət edilmişdir ki, qətnamənin icrası qanuni şəkildə həyata keçirilsin. Lakin artıq bir ildən çox vaxt keçmişdir ki, cavabdeh məhkəmə qətnaməsini icra etmir, bu isə iddiaçıya maddi və mənəvi ziyan vurulmasına səbəb olur. Son olaraq müxtəlif müraciətlərdən sonra cavabdeh XİN Hüquq şöbəsinin müdir müavininin imzaladığı Yasamal İcra Şöbəsinə cavab məktubuna əsasən, X7yə tətbiq edilməli olan onun əmək haqqında təyin edilmiş əlavələrə (əmsallar) icra vərəqəsinin, başqa sözlə məhkəmə qətnaməsinin tətbiq edilmədiyini bəzi səbəblərdən əsaslandırmışlar. Bu səbəbləri qısa olaraq aşağıdakı kimi sıralamaq olar: Qeyd edilmişdir ki, həqiqətən də, borclu şəxs İraq Respubikasındakı səfirlikdə fəaliyyət göstərir və ona işlədiyi ölkə üzrə dövlət məvacibinə fərqləndirici əmsallar tətbiq edilir. Sözügedən məktubdan o da müəyyən edilir ki, XİN məhkəmə qərarının icra edilmədiyini etiraf edir. Lakin qeyd edilir ki, qanunvericiliyi görə, konkret desək vergi və əmək qanunvericiliyinə görə aylıq məvacibə tətbiq edilən əmsallardan vergi tutulmur. Bundan başqa, istinad edilən Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində qeyd edilən əmək haqqına tutulmağa imkan verilməyən müdəalar göstərilmişdir; Bu arqumentlərə qısa cavab: göstərilən müddəlarda deyilmir ki, əgər məhkəmə qərarı ilə tutulmanın konkret növü göstərilibsə bu zaman da tutulmaya yol verilmir. Belə ki, qeyd edilən məhkəmə qərarında hər hansı banka və ya şəxsə borcu olan məbləğin tutulmasından yox, konkret olaraq aylıq qazancdan tutulmadan bəhs edilir. Məsələn, A adlı vətəndaşın B adlı banka 1000 azn borcu var. Bu barədə məhkəmə qərar var və A bu qərarı könüllü icra etmir. Belə olduqda bir müddət sonra bu qətnamənin icrası haqqında məcburi icra tədbirləri olan borcun əmək haqqına yönəldilməsi həyata keçirilir. Bu halda vergiyə cəlb edilməyən qazanca yönəldilmə tətbiq edilməməlidir; Yenə də, Yasamal İcra Şöbəsinin sorğusuna tam olaraq cavab verilməmiş, borclunun aylıq məvacibi haqqında məlumat verilməmişdir; Cavabdeh tərəfindən səlahiyyətlə dövlət orqanına saymazyana yanaşılmışdır. Belə ki, müraciət məktubu hər hansı bir idarə rəisi tərəfindən imzalanmamış, şöbə rəisinin müavini tərəfindən imzalanmışdır. Cavabdehin sözegedən qətnaməni icra etməməsinin qanunsuz və əsassız olması ilə bağlı əsaslar: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləıY’nin 1-ci bəndinə əsasən, pul və ya natura ilə ödənilən tarif (vəzifə) maaşlarından, vaxtamuzd və işəmuzd qiymətlər və əməyin ödənilməsinin digər sistemləri üzrə əmək haqlarından, o cümlədən pul və ya natura ilə əmək haqqına olan bütün növ əlavələrdən aliment tutulur. Azəbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının 5-ci bəndində isə konkret alimentin nələrdən tutulmaması göstərilmişdir. Bunlar aşağıdakılardır: Yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclərdən (mükafatlar da daxil olmaqla); Əmək alətlərinin, vasitələrinin və digər əşyaların amortizasiyasına görə pul əvəzindən; Maddi yardım şəklində verilən müxtəlif növ ödənişlərdən; Ezamiyyət ilə bağlı verilən ödəmələrdən, çöl xərcləri, daimi işi yolda olan, yaxud gediş-gəliş və ya gəzəri xarakter daşıyan işçilərə ödənilən əlavələrdən, bilavasitə tikintidə çalışan işçilər üçün səyyar xarakterli işə görə, işin növbə metodu ilə yerinə yetirilməsinə görə əlavələrdən; Ayrı-ayrı işçilərə pulsuz verilmiş mənzik kommunal xidmətlərin, yanacağın, nəqliyyatda gediş biletlərinin dəyərindən və ya onların kompensasiyasından; İşçilərə yerilən iş paltarlarının, iş ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrinin, sabunun, başqa yuyucu vasitələrin, südün və müalicə profilaktika qidalarının dəyərindən; Qanunvericiliklə nəzərdə tutulmuş hallarda pulsuz qidaların (pulsuz kollektiv yeməklər, müəssisənin mənfəəti hesabına işçilərə pulsuz və ya güzəştli şərtlərlə yerilən yeməklər) dəyərindən; Sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyərindən; Başqa əraziyə işə keçirildikdə və yaxud köçdükdə mənzil kirayəsi və əmlakın daşınması üçiin ödənilən xərclərdən; İşəgötürən tərəfindən istehsalatdan tam və ya qismən ayrılmaqla ixtisasartırma kurslarına göndərilmiş işçilərə ödənilən təqaüdlərdən; Yarış, baxış və müsabiqə qaliblərinə verilən pul mükafatlarından; Gənc mütəxəssislərə ali və yaxud orta ixtisas təhsil müəssisəsini qurtardıqdan sonra verilən məzuniyyət zamanı müəssisələrin, idarələrin və təşkilatların hesabına ödənilən müavinətlərdən; elm, ədəbiyyat və incəsənət sahəsində mühüm işlərə görə yerilən mükafatlardan; İxtiralara və səmərələşdirici təkliflərə görə birdəfəlik mükafatlardan. Göründüyü kimi NK-nın sözügedən qərarında konkret olaraq aliment tutulmayan ödənişlərin siyahısı göstərilmişdir. Mübahisə predmeti olan halla bağlı, yəni cavabdehin qərarı icra etməməsinə səbəb olan arqumentlə bağlı isə heç bir müddəa yoxdur. İddiaçının ilkin müraciətləri zaman cavabdehin və icra şöbəsindən şifahi olaraq bildirildiyinə görə, borclu şəxsə müvafiq əlavə ezamiyyət xərci kimi ödənildiyindən qətnaməni cavabdeh bu səbəbdən icra etməmişdir (sonradan isə bildirilmişdir ki, belə bir təcrübə mövcud deyil). Xüsusilə qeyd edim ki, əgər borclu ezamiyyətə göndərilsəydi bu hissədə cavabdehlə razılaşmamaq olmazdı, bu halda isə borclu şəxsin iş yeri mövcuddur və bu ezamiyyətə göndərilmə sayıla bilməz. Bu şəxs konkret olaraq müəyyən vəzifə tutur və bu vəzifəyə görə əmsallar şəklində ödəniş alır. Azərbaycan Respublikası “Diplomatik xidmət haqqında” qanununun 6-cı maddəsinə əsasən, diplomatik xidmət orqanlarında diplomatik vəzifə tutan şəxslər diplomatik xidmət əməkdaşlarıdırlar. Həmin maddəyə uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşları üçün müəyyən edilən vəzifələr sırasında “üçüncü katib” vəzifəsi də müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”na əsasən, diplomatik nümayəndəliklərdə işləyən diplomatik xidmət əməkdaşlarına Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəyyən edilən dövlət məvacibi və təyin olunduqları diplomatik nümayəndəliyin yerləşdiyi dövlətin və onun müvafiq şəhərinin sosial-iqtisadi və maddi-məişət şəraiti nəzərə alınmaqla aylıq əmsallar ödənilir. Həmin Qaydaların 5 nömrəli əlavəsinə uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşlarının dövlət məvacibinə tətbiq edilən fərqləndirici əmsal İraq Respublikasında xidmət göstərən əməkdaşlar üçün 3004 ABŞ dolları məbləğində ödənilir. Ümumiyyətlə aliment uşaq və qadın hüquqlarının əhəmiyyətli və ən önəmli məfhumlarından biridir. Bu isə Konstitusiyamız və digər mətəbər qanunlarımızla nizamlanır. Uşaq hüquqları, bu hüquqların təmini dövlətin vacib öhdəliyindədir. Bu öhdəlik eyni zamanda konstitusion olaraq valideynlərin əsas vəzifələrindən biridir. Cavabdeh tərəfindən hərəkətsizliyi nəticəsində məhkəmə qərarı icra edilmir. Bu səbəbdən də hesab edir ki, cavabdehin əməlləri qanunsuz hesab edilməli, cavabdehdən 15300 manat maddi (3000/4*12=900 ABŞ dolları=15300 AZN), 5000 manat mənəvi zərərin əvəzi kimi tutularaq iddiaçıya ödənilməli, o cümlədən cavabdehin üzərinə məhkəmə qətnaməsinin tamamilə icra edilərək tutulmaların borclunun bütün qazancına, məvacibinə və ona verilməli olan əmək haqqına tətbiq edilmiş əmsallara da tətbiq edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməlidir. İddia məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı məsələlər tərəflərlə müzakirə edildi. İddiaçının nümayəndəsi və vəkili izah edilənlərin ona aydın olduğunu, iddianın mümkün hesab edilərək təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in: 2.2 və 2.2.4-cü maddələrinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların sadalanması onunla bağlıdır ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, iddiaçı ilə inzibati orqan arasında publik hüquqdan irəli gələn münasibətlərin mövcud olması, habelə sonuncu tələblə bağlı iddiaçının ziyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət edilibedilməməsi yoxlanılmalıdır. Hazırkı məzmunda qaldırılan iddiaların mümkünlüyü məsələsinə baxılarkən inzibati məhkəmə praktikasında formalaşmış hüquqi mövqe mövcuddur ki, onlar aşağıdakılardan ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”. Bundan əlavə məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Baxılan işin hallarına əsasən müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3895/2020 nömrəli, xx.xx.2020-ci il tarixli tarixli qətnaməsinə əsasən, X2 hər ay qazancının və gəlirinin dörddə bir hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilməsi müəyyən edilmişdir. Qətnamə üzrə icra vərəqi verilmiş və Bakı şəhər Yasamal rayon İcra Şöbəsində icra işi aparılır. X1 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşıdır və onun aylıq gəlirindən tutulmalar edilir. İddiaçının iddia ərizəsindən görünürü ki, iddiaçı qətnamənin tam icra edilmədiyindən narazıdır. Məhkəmə yuxarıda sadalanan normalara və Plenum qərarına əsasən qeyd edir ki, qətnamənin düzgün icra edilməsi, tam icra edilməməsi ilə bağlı məsələlər həmin icra vərəqini vermiş məhkəmə tərəfindən nəzarət edilməlidir. Digər tərəfdən iddia ərizəsindən və tərəflərin izahatından müəyyən edilir ki, hazırkı mübahisə məhkəmə qətnaməsinin hansı qaydada icra edilməsi barədə yaranmış fikir ayrılığı ilə əlaqədardır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...Sizin xx.xx.2023-cü il tarixli 3542 nömrəli müraciətinizlə əlaqədar bildiririk ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3895/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, X2 hər ay qazancının və gəlirinin dörddə bir hissəsi məbləğində aliment tutularaq nümayəndəsi olduğunuz İddiaçı ödənilməsindən irəli gələn aidiyyəti məsələlər Xarici İşlər Nazirliyi tərəfindən icra olunmuş və bu məqsədlə müvafiq məlumat Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə 04.09. 2023-cü il tarixli məktubla təqdim edilmişdir”. Bakı şəhər Yasamal rayon İcra Şöbəsindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “...Bakı şəhəri Yasamal rayon icra şöbəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli müraciətinizə baxılmışdır. Bildiririk ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən X1ndan hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün əmək haqqının və digər gəlirlərinin 1/4 miqdarında aliment tutularaq Sizə ödənilməlidir. Sözügedən icra sənədi üzrə xx.xx.2020-ci il tarixdə qanunamüvafiq qaydada icraata başlanılmış və borclu Q.Qasımova könüllü icra haqqında bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli arayışından məlum olmuşdur ki, borclu Q.X9 Nazirliyinin əməkdaşıdır və Konsulluq idarəsinin 5 saylı ASAN Konsulluq xidmətləri şöbəsinin attaşesi vəzifəsində işləyir. Bununla bağlı xx.xx.2020-ci il tarixdə tələb Q.Qurbanovun əməkhaqqına yönəldilmişdir. Sizin borclu Q.Qasımovun Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyində yüksək vəzifəyə təyin edildiyinə və həmin vəzifəyə təyin olduğu gündən əldə etdiyi aylıq qazancının artımına uyğun olaraq alimentin hesablanaraq Sizə ödənilməsinin təmin edilməsinə dair xx.xx.2023-cü il tarixli müraciətiniz nəzərə alınaraq, xx.xx.2023-cü il tarixdə Xarici İşlər Nazirliyinin Maliyyə idarəsinə müraciət olunmuş və Q.Qasımovun tutduğu vəzifə və əmək haqqının məbləği barədə məlumat verilməsi xahiş olunmuşdur. Həmin idarənin xx.xx.2023-cü il tarixli müraciətə cavabında borclu Q.Qasımovun xx.xx.2023-cü il tarixdən etibarən ödənilən əməkhaqqının məbləğinə dair məlumat verilmişdir. Məlumatda Q.Qurbanovun 2023-cü ilin yanvar və fevral aylarında əmək haqqının məbləği hər ay üçün 2184 manat, xalis gəliri 1742, 44 manat, Sizə ödənilmiş aliment isə 435,61 manat qeyd olunmuş, 2023-cü ilin mart, aprel, may, iyun və iyul ayları üçün isə hər ay əmək haqqının məbləği 3250 manat, xalis gəliri 2533,75 manat, Sizə ödənilmiş aliment isə 633,44 manat qeyd olunmuşdur. Sizin alimentin düzgün hesablanmamasına dair təkrar müraciətiniz nəzərə alınaraq, xx.xx.2023-cü il tarixdə Xarici İşlər Nazirliyinin Maliyyə idarəsinə müraciət olunmuş və borclu Q.Qasımova təyin edilmiş bütün təminatlar (qazanc və ya gəlirlər) barədə ətraflı məlumat verilməsi xahiş olunmuşdur. İcra sənədinin icrası nəzarətdə saxlanılır. İddiaçı hesab edir ki, cavabdeh orqan X1 bütün gəlirlərindən alimnetin tutulmasını aparmalıdır. X5 vəzifəsində və buna uyğun olaraq da qazancında artım olmuşdur. Onun məavibinə tədbiq edilən fərqləndirici əmsallar cavabdeh orqan tərəfindən aliment tutularkən nəzərə alınmır. Məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçı hüquqi marağına çatmaq üçün uyğun iddia növündən istifadə etməmişdir. İddiaçı bu anlaşmazlığı aradan qaldırmaq üçün qətnaməni qəbul etmiş məhkəməyə məhkəmə qətnaməsinin hansı qaydada icra edilməsi ilə izah verilməsinə dair ərizə ilə müraciət edə bilər. MPM-in 230.1-ci maddəsinə əsaəsn işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Müraciətinin nəticəsindən asılı olaraq isə, icra məmuruna və yenə də, qətnaməni qəbul etmiş məhkəməyə məcburi icra tədbirləri ilə bağlı müraciət edə bilər. Hazırkı halda cavabdeh inzibati orqanın inzbati mübahisə ilə bağlı hər hansı bir hərəkət və ya hərəkətsizliyi müəyyən edilmir. Mübahisə inzibati mübahisə olmadığından ümumiyyətlə tələbin maddi və mənəvi ziyanın tutulması hissəsinə də inzibati məhkəmədə baxıla bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar