Məhkəmə qərarları › İş №2-1(112)-10104/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10104/2024

20.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10104/2024 20.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxslərin nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X11 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X15, X16, X12 və X20) qarşı “çıxarışların ləğvi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək köhnə ünvan üzrə Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında yerləşən 25 saylı, yeni ünvan üzrə Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, giriş 3, 80 saylı mənzilə X3, köhnə ünvan üzrə Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında yerləşən 22 saylı, yeni ünvan üzrə Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, giriş 3, 76 saylı mənzilə X4, köhnə ünvan üzrə Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında yerləşən 26 saylı, yeni ünvan üzrə Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, giriş 3, 19 saylı mənzilə X13 mülkiyyət hüquqlarının dövlət qeydiyyatının ləğv edilməsi, həmin mənzillər üzərində İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1868/2014 saylı, 11 mart 2014-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli binadakı 2, 5, 7, 6a, 19, 21, 22, 24a, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73, 75 saylı mənzillərin cavabdeh tərəfindən iddiaçılara - İddiaçı1 və İddiaçı2 təhvil verilməsi qət edilmişdir. Qətnamənin icra edilməsi üçün Yasamal rayon İcra şöbəsinə 2(103)-1868/2014 saylı, 11 mart 2014-cü il tarixli icra vərəqəsi verilmişdir. Sonradan 25, 22, 24a, 26 və 75 saylı mənzillərdə qanunsuz olaraq yaşayış olduğu müəyyən edildiyindən İddiaçı1 tərəfindən həmin mənzillərin boşaldılması və s. tələbi ilə Bakı şəhəri, Yasamal rayon məhkəməsinə iddia ərizəsi verilmişdir. Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 2(004)-376/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 cavabdehlər X14 və X8 qarşı "mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair" iddiası təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli binadakı 25, 22, 24a, 26 və 75 saylı mənzillərin boşaldılması, İddiaçı1 həmin mənzillərə köçürülməsi, onun sahiblik və istifadə hüquqlarına, o cümlədən sərbəst giriş və çıxışına maneə yaradan hərəkətlərin cavabdehlərə qadağan olunması qət edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra məhkəmə tərəfindən 2(004)-376/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi verilmişdir. Həmin icra sənədi əsasında Bakı şəhəri, Yasamal rayon İcra şöbəsi tərəfindən keçirilən tədbirlər zamanı icra işi üzrə borclu şəxslər Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışları təqdim edərək məhkəmə qətnaməsi ilə boşaldılaraq tələbkarlara təhvil verilməli mənzillər üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırdıqlarını bildirmişlər. İcra tədbirləri zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Yasamal rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında yerləşən 25 saylı mənzil Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, giriş 3, 80 saylı mənzil olaraq X3 adına, Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında yerləşən 22 saylı mənzil Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, giriş 3, 76 saylı mənzil olaraq X4 adına, Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında yerləşən 24a saylı mənzil Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, giriş 3, 74 saylı mənzil olaraq X1 adına, Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında yerləşən 26 saylı mənzil Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, giriş 3, 19 saylı mənzil olaraq X13 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, hələ 2014-cü ildən əvvəl həyata keçiriən məhkəmə prosesində mübahisə predmetini təşkil edən, hətta qanuni qüvvəsini almış qətnamənin icrası mərhələsində olan və icra sənədi üzrə tələbkar İddiaçı1 təhvil verilməli mənzillərə 2023-cü ildə aidiyyəti olmayan şəxslərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Bununla yanaşı nəzərə alınmalıdır ki, iddiaçıların nümayəndəsi (qanuni nümayəndəsi) qismində çıxış edən anası X17 tərəfindən həmin və digər mənzillərin məhkəmədə mübahisə predmeti olması barədə dəfələrlə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri və X22 Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi məlumat verilmiş, bunu təsdiq edən məhkəmə aktları rəsmi qaydada həmin idarəyə təqdim edilmişdir. Bununla belə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 25, 22, 24a, 26 və 75 saylı mənzillərə aidiyyəti olmayan şəxslərin olmayan mülkiyyət hüquqları əsassız və qanunsuz olaraq dövlət qeydiyyatına alınmışdır. Ona görə də köhnə ünvan üzrə Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında yerləşən 25 saylı, yeni ünvan üzrə Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, giriş 3, 80 saylı mənzilə X3, köhnə ünvan üzrə Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında yerləşən 22 saylı, yeni ünvan üzrə Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, giriş 3, 76 saylı mənzilə X4, köhnə ünvan üzrə Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında yerləşən 24a saylı, yeni ünvan üzə Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, giriş 3, 74 saylı mənzilə X1, köhnə ünvan üzrə Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında yerləşən 26 saylı, yeni ünvan üzrə Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, giriş 3, 19 saylı mənzilə X13 mülkiyyət hüquqlarının dövlət qeydiyyatının ləğv edilməsi, həmin mənzillər üzərində İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alması barədə İddiaçı1 nümayəndəsi, İddiaçı2 qəyyumu qismində X17 tərəfindən cavabdehə rəsmi qaydada müraciət edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi Venera Rüstəmovanın müraciətinə xx.xx.2024-cü il tarixli məktubla imtina cavabı verərək bildirmişdir ki, müraciətdə qeyd olunan Yasamal rayon məhkəməsinin 2(004)-376/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Eyni zamanda bildirmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Köhnə ünvan üzrə Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında yerləşən 25 saylı, yeni ünvan üzrə Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, giriş 3, 80 saylı mənzilə X3, köhnə ünvan üzrə Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında yerləşən 22 saylı, yeni ünvan üzrə Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, giriş 3, 76 saylı mənzilə X4, köhnə ünvan üzrə Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında yerləşən 26 saylı, yeni ünvan üzrə Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, giriş 3, 19 saylı mənzilə X13 mülkiyyət hüquqlarının dövlət qeydiyyatının ləğv edilməsi, həmin mənzillər üzərində İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alması öhdəliyi məhkəmə qaydasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10104/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X15, X16 və X20 iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışların ləğvi” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Yasamal rayon məhkəməsinin 2(004)- 376/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Eyni zamanda bildirirlər ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10104/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçıların “1) müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında yerləşən 25 saylı, dövlət ünvan reyestri üzrə Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, giriş 3, 80 saylı mənzilə X5, 2) müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında yerləşən 22 saylı, dövlət ünvan reyestri üzrə Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, giriş 3, 76 saylı mənzilə X4, 3) müqavilə ünvanı üzrə Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında yerləşən 26 saylı, dövlət ünvan reyestri üzrə Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, giriş 3, 79 saylı mənzilə X2, 4) müqavilə ünvanı üzrə Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında yerləşən 75 saylı, dövlət ünvan reyestri üzrə Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, giriş 3, 19 saylı mənzilə X13 mülkiyyət hüquqlarının dövlət qeydiyyatının ləğv edilməsi, həmin mənzillər üzərində İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alması öhdəliyi məhkəmə qaydasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmiş, X12 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslərin vəkili izahatında mübahisə predmeti olan mənzillərin 2006-cı il tarixdən üçüncü şəxslərin istifadəsində olduğunu, onlar tərəfindən həmin mənzillərdə təmir işləri aparıldığını bildirərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 cavabdehlər X14 və X8 qarşı “mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair”iddiası təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli binadakı 25, 22, 24a, 26 və 75 saylı mənzillərin boşaldılması, İddiaçı1 həmin mənzillərə köçürülməsi, onun sahiblik və istifadə hüquqlarına, o cümlədən sərbəst giriş və çıxışına maneə yaradan hərəkətlərin cavabdehlərə qadağan olunması qət edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra məhkəmə tərəfindən 2(004)-376/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi verilmişdir. Yasamal Rayon Məhkəməsinin 8(004)-687/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərərdadı ilə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2018 saylı. xx.xx.2018-ci 1 tarixli qətnaməsinə izah verilməsinə dair təqdimatı təmin edilməmişdir. Həmin qərardad onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yannda Əmlak Məsələləri Dövlət Xidmətindən mütəxəssis dəvət edilmiş, həmin idarə tərəfindən şöbəyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında yerləşən 25 saylı mənzil ünvan 23 saylı mənzil olaraq X5 adına; Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında yerləşən 22 saylı mənzil ünvan 24 saylı mənzil olaraq X4 adına; Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında yerləşən 24a saylı mənzil ünvan 25 saylı mənzil olaraq X1 adına Bakı şəhəri, Yasamal rayonu, X29 küç 2 ünvanında yerləşən 26 sayl mənzil ünvan 27aylı mənzil olaraq X2 adına; Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında yerləşən 75 saylı mənzil ünvan 28 saylı mənzil olaraq X13 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, qanunvericiliyin tələblərinə əsasən mülkiyyət hüququ toxunulmazdır və maraqlı şəxslərin adına qeydə alınmış çıxarışlar məhkəmə tərəfindən mübahisələndirilməmişdir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2018 saylı, xx.xx.2018-cı il tarixli icra vərəqəsi icra edilmədən həmin məhkəməyə geri qaytarılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən elektron məhkəmə sistemi vasitəsi ilə göndərilmiş hüquqmüəyyənedici sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 29 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə X4 adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -may 2007-ci il tarixdə bağlanılmış Müqaviləyə əsasən icraçı X18 Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 1 blok, 8 mərtəbədə yerləşən 22 saylı mənzili payçı X9 pay kimi vermişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 30 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə X5 adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -28 fevral 2006-cı il tarixdə bağlanılmış Müqaviləyə əsasən icraçı X18 Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 1 blok, 9 mərtəbədə yerləşən 25 saylı mənzili payçı X10 pay kimi vermişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 31 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə X13 adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -avqust 2009-cu il tarixdə bağlanılmış Müqaviləyə əsasən icraçı X18 Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 3 blok, 10 mərtəbədə yerləşən 75 saylı mənzili payçı X19 pay kimi vermişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 32 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə X2 adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -07 aprel 2007-ci il tarixdə bağlanılmış Müqaviləyə əsasən icraçı X18 Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 1 blok, 9 mərtəbədə yerləşən 26 saylı mənzili payçı X6 pay kimi vermişdir. Məhkəmə mübahisə predmeti olan mənzillərə dair ünvanların yuxarıda sadalanan müqavilələr və çıxarışlarda fərqli göstərilməsi ilə bağlı qeyd edir ki, müvafiq müqavilələrdə və çıxarışlarda göstərilən mənzillərin eyni mənzil olması işin mübahisəsiz halıdır. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında yerləşən 25 saylı mənzil ünvan 23 saylı mənzil olaraq X5 adına; Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında yerləşən 22 saylı mənzil ünvan 24 saylı mənzil olaraq X4 adına; Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında yerləşən 26 saylı mənzil ünvan 27aylı mənzil olaraq X2 adına; Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında yerləşən 75 saylı mənzil ünvan 28 saylı mənzil olaraq X13 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. İşin hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli binadakı 19, 76, 79, 80 saylı mənzillər xüsusi mülkiyyət hüququ ilə üçüncü şəxslərin adına qeydiyyata alınmışdır. Hazırkı iddiasında iddiaçılar Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli binadakı sözügedən mənzillərə dair müvafiq olaraq X5, X4, X2 və X13 mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsini tələb edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.” İşin hallarından görünür ki, üçüncü şəxslərin adına dövlət reyestrindən çıxarış X18 ("xxxx" MTK) ilə X15, X16, X12 və X20 arasında ayrı-ayrılıqda bağlanılmış müqavilə əsasında verilmişdir. Həmin mənzillərin dövlət reyestrindəki ilkin qeydləri həmin müqavilələr əsasında aparılmışdır. Məhkəmə işin hallarını və Plenum Qərarındakı mövqeyi nəzərə alaraq hesab edir ki, iddiaçıların hüquqi marağı sözügedən mənzillərlə bağlı ilkin hüquqmüəyyənedici sənədlərin ləğvi ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, iddiaçılar üçüncü şəxslərin adına qeydlərin ləğvini mübahisələndirsə də həmin qeydlərin kökündə mülki-hüquqi əqd, yəni müqavilə dayanır ki, həmin müqavilələr mübahisələndirilmədən qeydlərin əsassızlığı iddia edilə bilməz. Bu mənada, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin. Hazırkı iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlaklara dair qeydləri müvafiq mülki-hüquqi əqdlər (müqavilələr) əsasında qeydə aldığından, bununla da cavabdehin birbaşa iddiaçıların hüquq və qanunla qorunan maraqlarını pozan inzibati akt qəbul etdiyi və hərəkətə (və ya hərəkətsizliyə) yol verdiyi müəyyən olunmadığından iddia ona münasibətdə mümkün sayıla bilməz. Beləliklə, hazırkı iddia inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan mümkünlük şərtinə cavab vermir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar