Məhkəmə qərarları › İş №2-1(112)-1011/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1011/2020

08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1011/2020 08.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçı Hüseynov Davud Mustafa oğlunun (Bakı şəhərində qeydiyyatdadır,işləmir) iştirakı ilə, iddiaçı Hüseynov Davud Mustafa oğlunun cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzil verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Hüseynov Davud Mustafa oğlu cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzillə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, ev 41, mənzil 75 Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən heç bir məhkəmə qərarı olmadan dağıdılmışdır. Cavabdeh ona ünvanlanmış xx.xx.2010-ci il tarixli məktubunda qəzalı binanın köçürülməsi ilə bağlı sakinlərin yaşadığı mənzillərin əvəzinə yeni mənzillərin verilməsinin nəzərdə tutulmaması bildirilmişdir. Bundan başqa İcra Hakimiyyətinin digər cavabında binanın Pilot layihə ilə heç bir əlaqəsinin olmadığı bildirilmişdir. Lakin Binəqədi rayon İcra Hakimiyyətinin Milli Məclisin deputatı Azay Quliyevə ünvanladığı xx.xx.2016-cı il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 8 nömrəli “Bakı şəhəri, Binəqədi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən Pilot layihələrin icrası çərçivəsində vətəndaşların yaşadıqları qəzalı vəziyyətdə olan yaşayış binaları ilə əlaqədar zəruri tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.İddiaçının hal-hazırda yaşamağa yeri yoxdur, İİ qrup müharibə əlilidir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair etirazında göstərmişdir ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 02/12- 11-11/H-231-071 nömrəli, xx.xx.2019-cu il tarixli məktubunda iddiaçıya izah edilmişdir ki, qəzalı binanın köçürülməsi ilə bağlı sakinlərin yaşadığı mənzillərin yeni mənzillərlə əvəz edilməsi nəzərdə tutulmamışdır. İddiaçının yaşadığı qəzalı binada sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədi ilə həmin mənzillərdə yaşayan ailələrin hər birinə sahəsi 30 kv.m. və daha az olduğu halda 30 min manat, sahəsi 30 kv.m.-dən çox olan mənzildə yaşayan ailələrin mənzilinin hər bir kvadrat metri üçün 1 min manat, eyni zamanda mənzil sahiblərinin hər birinə ev əşyalarının daşınması və kirayə haqqında köməklik edilməsi üçün 500 manat olmaqla bir dəfəlik maddi yardım ödənilməsi müəyyən edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim olunmayan sahələr üçün hər hansı birdəfəlik maddi yardım ödənilməsi nəzərdə tutulmamışdır.Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmişdir.Odur ki, məhkəmə cavabdehin iştirakı olmadan işə baxmışdır. Məhkəmə, iddiaçını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Hüseynov Davud Mustafa oğlu Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıx Gəraybəyli küçəsi, ev 41, 75 nömrəli yaşayış sahəsi 18 kv.m., yardımçı sahə 1,25 kv.m mənzil İddiaçı mülkiyyətindədir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli məktublarında göstərilmişdir ki, qəzalı binanın köçürülməsi ilə bağlı sakinlərin yaşadığı mənzillərin yeni mənzillərlə əvəz edilməsi nəzərdə tutulmamışdır. Yaşadığı qəzalı binada sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədi ilə həmin mənzillərdə yaşayan ailələrin hər birinə sahəsi 30 kv.m. və daha az olduğu halda 30 min manat, sahəsi 30 kv.m.-dən çox olan mənzildə yaşayan ailələrin mənzilinin hər bir kvadrat metr üçün 1 min manat, eyni zamanda mənzil sahiblərinin hər birinə ev əşyalarının daşınması və hər bir aylıq kirayə haqqına görə 500 manat olmaqla bir dəfəlik maddi yardım ödənilməsi müəyyən edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim olunmayan sahələr üçün hər hansı birdəfəlik maddi yardım ödənilməsi nəzərdə tutulmamışdır. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-2991/2018 №li, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Hüseynov Davud Mustafa oğlunun iddiası təmin edilərək cavabdeh X1 iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıx Gəraybəyli küçəsi, ev 41, 75 №li mənzildən çıxarılması qət edilmişdir, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9389/2018 №li, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə qüvvədə saxlanılmış və apellyasiya instansiyasının qətnaməsindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-5802/2019 №li, xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir.Qeyd edilən qərarlara əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıx Gəraybəyli küçəsi, ev 41, 75 №li mənzilində uzun müddət məcburi köçkünlər yaşamışlar və məhkəmə aktları ilə həmin köçkünlərin qeyd edilən mənzildən çıxarılmaları qət edilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etdi ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıx Gəraybəyli küçəsi, ev 41, 75 №li mənzilin mülkiyyətçisidir, iddiaçı həmin mənzilin cavabdehin təqsirindən yaşayış üçün yararlı olmayan vəziyyətə gətirilməsini əsas kimi göstərərək onun pilot layihə çərçivəsində həmin rayonda inşa ediləcək binalardan birində mənzillə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);...2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. İddiaçıya məxsus olan mənzilin cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin təqsirindən yararsız vəziyyətə düşməsinə dair heç bir sübut və həmin sübutlara dair məlumatlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının iddia ərizəsinə əsasən iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi bina qəzalı hesab edilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün bu Məcəllənin 24.2.1-ci maddəsinə müvafiq olaraq verilmiş ərizədə mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması göstərilməli, razılaşdırmanı həyata keçirən orqan isə bu müraciətə ən qısa müddətlərdə, lakin 10 gündən gec olmayaraq baxmalıdır. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Həmin Məcəllənin 28.4-cü maddəsinə əsasən qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Həmin Məcəllənin 28.4-1-cü maddəsinə əsasən bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərraca çıxarılan qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) qiymətləndirilməsi məqsədi ilə müstəqil qiymətləndirici cəlb olunur. Mənzilin (yaşayış binasının) qiyməti son üç ay ərzində alınan mənzilə uyğun mənzilin (yaşayış binasının) notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Mənzilin (yaşayış binasının) qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan mənzili (yaşayış binasını) 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə mənzillə (yaşayış binası ilə) bağlı bazar mövcud olmadıqda alınan mənzili (yaşayış binasını) 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə mənzillə (yaşayış binası ilə) bağlı bazar mövcud olmadıqda alınan mənzili (yaşayış binasını) 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq mənzilə (yaşayış binasına) uyğun mənzilin (yaşayış binasının) bazar qiyməti əsas götürülür. Həmin Məcəllənin 28.4-2-cü maddəsinə əsasən bu Məcəllənin 28.4-cü maddəsinə əsasən qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) satışı ilə bağlı keçirilən açıq hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 28.4-2.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 28.4-2.2. hərracın iştirakçısı olmadıqda; 28.4-2.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə;28.4-2.4. hərracı udmuş iştirakçı “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə hərracı udmuş şəxs tərəfindən hərracın alış qiymətinin ödənilməsi üçün müəyyən olunmuş müddətdə alış qiymətini tam məbləğdə ödəmədikdə, bu şərtlə ki, mənzilin (yaşayış binasının) mülkiyyətçisinin razılığı ilə həmin müddət uzadılmasın.28.4-3. Təkrar hərrac birinci hərracın keçirildiyi gündən 45 təqvim günündən gec olmayaraq keçirilir.28.4-4. Təkrar hərracda qəza vəziyyətində olan mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsində müəyyən edilmiş qiymətlə, təkrar hərrac bu Məcəllənin 28.4-2.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə keçirildiyi halda isə, həmin qiymətdən 15 faiz aşağı qiymətlə hərraca çıxarılır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.28.4-5. Bu Məcəllənin 28.4-2.2 - 28.4-2.4-cü maddələrində nəzərdə tutulmuş səbəblərə görə təkrar hərrac baş tutmamış elan edildikdə, müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 60 gündən gec olmayan müddətdə qəza vəziyyətində olan mənzil (yaşayış binası) təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə alınır.28.4-6. Bu Məcəllənin 28-ci maddəsində nəzərdə tutulan hərracın keçirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. Həmin Məcəllənin 28.6-cı maddəsinə əsasən qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. Həmin Məcəllənin 28.7-ci maddəsinə əsasən qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 85-ci maddəsinin müddəaları tətbiq edilir. Göründüyü kimi qəzalı mənzillərdə yaşayan sakinlərin mənzil hüquqlarının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Mənzil Məcəlləsində xüsusi qaydalar müəyyən edilmişdir və həmin qaydalarda qəzalı mənzillərdə yaşayan şəxslərin cavabdeh (yerli icra hakimiyyəti orqanı) tərəfindən mənzillə (o cümlədən Pilot layihə əsasında inşa edilən binalarda) təmin edilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Bundan başqa Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcələnin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddiaçı ilə cavabdeh arasında iddiaçının mənzillə təmin edilməsi və mənzillə bağlı digər məsələlər üzrə heç bir müqavilə də mövcud deyildir. Göstərilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının hazırda cavabdehə qarşı irəli sürdüyü iddiasının hüquqi əsasları mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı Hüseynov Davud Mustafa oğlunun cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı mənzillə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 32-ci,34-cü, 68 – 69-cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Hüseynov Davud Mustafa oğlunun cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı mənzillə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar