Məhkəmə qərarları › İş №2-1(112)-10110/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10110/2024

12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10110/2024 12.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə Teyyub qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi 1.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərə əmək pensiya təyin edilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək 60 yaşının tamam olduğu nəzərə alınaraq xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin dəyişdirilməsinə etiraz etməmişdir. 3.Məhkəmə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “iddiaçının 60 yaşının tamam olduğu nəzərə alınaraq xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” kimi dəyişdirilmişdir. 4.Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illər müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmin müəssilərə həmçinin güzəştli şərtlər əmək pensiyasın təyin edilməsinə əsas verən iş yerləri də daxildir. Belə ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına müraciət etmişdir. Mərkəz tərəfindən iddiaçıya ünvanlanmış 03 may 2024-cü il tarixli, № 3-17- 1/2-12- 105156/2024 saylı məktubla güzəştli şərtlərlə əmək pensiyasının təyinindən imtina edilmişdir. Səbəb kimi isə ümumi iş stajının 25 ildən az olması göstərilmişdir. Məktubda həmçinin 27 yanvar 1983-cü il tarixli əmək kitabçasında xx.xx.1985-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində kolxozda işlədiyinin qeyd olunduğunu, lakin həmin dövrləri təsdiq edən kolxozçunun əmək kitabçasının və dövlət arxivindən arayışın da olmadığı göstərilmişdir. Lakin iddiaçı həqiqətən də kolxozda işləmişdir və bu fakt əmək kitabçası ilə sübut olunur. 5.Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Eyni zamanda bildirilir ki, sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri Qanunun 21-ci maddəsində nəzərdə tutulmuşdur. Qanunun qeyd olunan maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin 1-ci hissəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən, 4.1.1-ci yarımbəndinin 5-ci hissəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə kolxozlarda iş müddəti kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən sosial sığorta stajına aid edilir. Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1983-cü il tarixli əmək kitabçasında xx.xx.1985xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində kolxozda işlədiyin qeyd olunub. Sözügedən əmək kitabçası kolxozçunun əmək kitabçası olmadığından və həmin dövr üzrə məlumatlar dövlət arxivinin arayışı əsasında təsdiq olunaraq Mərkəzi Filiala təqdim edilmədiyindən həmin müddəti iş stajına daxil edilməsi mümkün deyil. Həmçinin “X1” QSC-nin iddiaçıya dair xx.xx.2023-cü il tarixli 13-3-1/3-9-296/2023 nömrəli arayışında xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1993-xx.xx.1997-ci il və xx.xx.2000-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər ərzində üzücü heyətdə matros və bosman vəzifələrində işlədiyi göstərilib. Həmin dövrdəki iş stajına dair məlumatların dəqiqləşdirilməsi məqsədilə aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq göndərilən "X2”nın xx.xx.2024-cü il tarixli 13-3-2/2-R-xx-xx/2024 nömrəli məktuba əsasən 1993-cü il üzrə 1 ay, 1994-cü il üzrə 4 ay, 1996-cı il üzrə 2 ay, 1997-ci il üzrə 5 ay, 1995-ci il üzrə 12 ay və xx.xx.1998-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində əmək haqqı ödənilmədiyi qeyd olunub. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən əmək haqqı ödənilməyən, iddiaçının işləmədiyi müddəti (ümumilikdə 5 il 3 ay) iş stajına daxil etmək mümkün deyil. Göstərilən səbəblərdən də iddiaçının ümumi iş stajı 25 ildən az (22 il 3 ay 1 gün (xx.xx.1977-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988- xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.1997-ci il, xx.xx.1997- xx.xx.1997-ci il, xx.xx.2001-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 2 il 8 ay)), güzəştli iş stajı isə 12 il 6 aydan az (10 il 10 ay 5 gün (xx.xx.1983- xx.xx.1985-ci il, xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.1997-ci il, xx.xx.2001-xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38477,87 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

6. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı cavabdeh orqana 09.01,2024-cü il tarixli ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətində təyinat üçün dəqiq yaş göstərilməsə də, müraciət tarixi və iddiaçının xx.xx.1962-ci il təvəllüdlü olması onun 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini istədiyinə əsas verir. Cavabdeh orqan 23.01,2024-cü il tarixli 3-17-1/2-R-16135/2024 nömrəli məktubla bildirmişdir ki, aidiyyəti üzrə sorğu göndərildiyindən onun pensiya təyinatı məsələsinə baxılacaqdır. Cavabdeh orqan inzibati araşdırmanı yekunlaşdırdıqdan sonra xx.xx.2024-cü il tarixli 3-17-1/2-R-105156/2024 nömrəli məktubla iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Sözügedən imtina məktubunun əsasları aşağıdakılardan ibarətdir:

1. Ümumi staja münasibətdə: a) Cavabdeh orqana təqdim edilmiş iddiaçıya məxsus xx.xx.1983-cü il tarixli əmək kitabçasında xx.xx.1985-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində onun kolxozda işlədiyi qeyd olunmuşdur. Sözügedən dövrə münasibətdə kolxozçunun əmək kitabçası olmadığından və həmin dövr üzrə məlumatlar dövlət arxivinin arayışı əsasında təsdiq olunaraq iddiaçı tərəfindən cavabdeh orqana təqdim edilmədiyindən həmin müddəti iş stajına daxil etmək mümkün olmamışdır. b) Həmçinin “X1” QSC-nin iddiaçıya dair xx.xx.2023-cü il tarixli 13-3- 1/3-9-296/2023 nömrəli arayışda xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1993-xx.xx.1997- ci il və xx.xx.2000xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər ərzində onun üzücü heyətdə matros və bosman vəzifələrində işlədiyi göstərilmişdir. Həmin dövrdəki iş stajına dair məlumatların dəqiqləşdirilməsi məqsədilə cavabdeh orqan tərəfindən aidiyyəti üzrə sorğu göndərilmişdir. Cavab olaraq “X2”nın xx.xx.2024-cü il tarixli 13-3-2/2-R-xx-xx/2024 nömrəli məktubuna əsasən 1993-cü il üzrə 1 ay, 1994-cü il üzrə 4 ay, 1996-cı il üzrə 2 ay, 1997-ci il üzrə 5 ay, 1995-ci il üzrə 12 ay və xx.xx.1998- xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya əmək haqqı ödənilmədiyi qeyd olunmuşdur. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən iddiaçıya əmək haqqı ödənilməyən, onun işləmədiyi müddəti (ümumilikdə 5 il 3 ay) iş stajına daxil etmək mümkün olmamışdır. Nəticə etibarilə, iddiaçının ümumi iş stajı yuxarıda göstərilən səbəblərdən qanunvericiliklə tələb olunan minimum sığorta stajından (25 il) az, yəni 22 il 3 ay 1 gün (xx.xx.1977-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988- xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.1992- ci il, xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.1997-ci il, xx.xx.1997- xx.xx.1997-ci il, xx.xx.2001-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 2 il 8 ay) təşkil edir.

2. Güzəştli staja münasibətdə: a) “X2”nın xx.xx.2024-cü il tarixli 13-3-2/2-R-xx-xx/2024 nömrəli məktubuna əsasən iddiaçının əməkhaqqı almadığı ümumilikdə 05 il 03 ay təşkil edən dövr güzəştli staja da daxil edilməmişdir. Yekun olaraq iddiaçının güzəştli stajı da 12 il 06 aydan az, yəni 10 il 10 ay 5 gün olmaqla bu dövrlərdən ibarətdir: xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1996-xx.xx.1996- cı il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.1997-ci il, xx.xx.2001-xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər.

3. Pensiya kapitalına münasibətdə: a) Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38477,87 manat təşkil edir. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Eyni zamanda bildiririk ki, sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri Qanunun 21-ci maddəsində nəzərdə tutulmuşdur. Qanunun qeyd olunan maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən /ş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsində də nəzərdə tutulmuşdur. Eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin 1-ci hissəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən, 4.1.1-ci yarımbəndinin 5-ci hissəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə kolxozlarda iş müddəti kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən sosial sığorta stajına aid edilir. İlk olaraq ümumi staja münasibətdə qeyd edək ki, iddiaçının kolxozda işləməsi faktını təsdiq edən qanunvericiliklə tələb olunan sənəd mövcud deyildir. Yuxarıda sadalanan normalardan da aydın olur ki, iddiaçının kolxozdakı əmək fəaliyyətini staja daxil edilməsi məqsədilə kolxozçunun əmək kitabçası mütləq surətdə təqdim edilməlidir. İnzibati icraat zamanı aparılan araşdırma zamanı əldə edilmiş məlumat əsasında müəyyən edilmişdir ki, iddiaçıya müvafiq dövrlər üzrə əməkhaqqı dənilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən staja yalnızca əməkhaqqı alınan dövrlər daxil edilə bilər. Hazırki vəziyyətdə iddiaçının özünün işlədiyi müəssisə xx.xx.2024-cü il tarixli 13-3-2/2-R-xx-xx/2024 nömrəli məktubunda bildirir ki, iddiaçı müəyyən dövr üzrə əməkhaqqı almamışdır. Nəticə etibarilə, ümumi staja daxil edilməyən dövr avtomatik olaraq güzəştli staja da daxil edilməmişdir. İddiaçının 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olur. Bu isə ona münasibətdə hələ də minimum pensiya kapitalı tələbinin icbari olduğunu əsas verir. Qeyd edək ki, həmin dövrə tələb olunan minimum pensiya kapitalı 40320,00 manat olsa da, iddiaçının fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalı 38477,87 manatdır.

7. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 13-3-2/3-9-296/2023 nömrəli Arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1983-cü il tarixində X4 Donanmasının istifadəsində olan “Çıraqçay” gəmisinə şagird-matros peşəsinə (xx.xx.1983-cü il tarixli 37r/s nömrəli əmr) işə qəbul edilmişdir. O, xx.xx.1983-xx.xx.1985-ci, xx.xx.1993-xx.xx.1997-ci illər, eləcə də xx.xx.2000-xx.xx.2001-ci il tarixlərindən “İ.Kərimov”, “Atlet-6”, “M.Qasımov”, “Q.Abbasov” gəmilərində 1-ci, 2-ci dərəcəli matros peşəsində və bosman vəzifəsində işləmişdir. xx.xx.2001-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (xx.xx.2001-ci il tarixli 63-r/s/ nömrəli əmr) (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. Onun tutduğu vəzifələr (peşələr) üzən heyətə, eləcə də işlədiyi gəmilər Donanmanın istifadəsində olan gəmilərə aiddir. Bu gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr (peşələr) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 № li qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (Üzən heyət-kod: ********) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına aid edilir. Əsas: Şəxsi iş № 166, şəxsi vərəqə T/2, kadr əmrləri, ştat cədvəli, ‘Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində Xidmət Nizamnaməsi”. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən ’’Xəzərdənizneftdonanma” idarəsi xx.xx.2007-ci ildən X4 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X1nin və X4 Donanmasının yenidən təşkili yolu ilə “Azərbaycan X1” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır.

8. BUE Kaspian Ltd Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Aryışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2007-ci ilə qədər BUE Caspian lts Şirkətinin gəmilərində matros vəzifəsində çalımışdır. Yuxarıda adı çəkilən vəzifə dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının üzən gəmi heyətinə aid edilir (işlədiyi gəmi yardımçı-xidmət şəhərətrafı və şəhərdaxili yol gəmisi hesab edilmir) və bu da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»n n 21-ci (Nəqliyyat) bölməsinin 21.2 bəndinin «b» yarımbəndində göstərilmişdir. Əsas: Gəmisahiblərinin əmrləri, şəxsi vərəqə T-2, ştat cədvəli, «Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində xidmət Nizamnaməsi»

9. İş materiallarına əlavə olunmuş ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1980-xx.xx.1982-ci illər rzində hərbi xidmətdə olmuşdur.

10. İlk Peşə-İxtisas Təhsili Müəssisəsi X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 55 nömrəli Arayışda qeyd edilmişdir ki, İddiaçı 29 avqust 1977-ci ildə Quba 103 №-li X3 Peşə Məktəbinə “Traktorçu-maşınçı” peşəsi üzrə (Əmr № 16-K; xx.xx.1977) daxil olmuş, 28 iyul 1980-ci ildə (Əmr №18-K; xx.xx.1980) həmin peşə üzrə 3 illik əyani kursu bitirərək ona 130606 №-li diplom (diplomun verilmə tarixi xx.xx.1980) verilmişdir.

11. İddiaçı məxsus əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir.

12. Məhkəmənin şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

13. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

14. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

15. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

17. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

11. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyin olunmasına dair xx.xx.2024-cü il tarixdə cavabdeh quruma müraciət etmişdir.

12. Cavabdeh orqan iddiaçının kifayət qədər iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmadığını bildirmişdir. Belə ki, cavabdeh orqan iddiaçının ümumi iş stajını 22 il 3 ay 1 gün (xx.xx.1977-xx.xx.1980-ci il, xx.xx.1980xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1988-ci il, xx.xx.1988- xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1993xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1996xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1997-ci il, xx.xx.2001xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajını isə 10 il 10 ay 5 gün (xx.xx.1983- xx.xx.1985-ci il, xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.1994xx.xx.1994-cü il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1997xx.xx.1997-ci il, xx.xx.2001-xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər) hesablamışdır.

13. Cavabdeh orqan tərəfindən iddiaçının ümumi əmək stajı hesablanarkən 1993-cü il üzrə 1 ay, 1994-cü il üzrə 4 ay, 1996-cı il üzrə 2 ay, 1997-ci il üzrə 5 ay, 1995-ci il üzrə 12 ay və xx.xx.1998-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlərdə iddiaçının adına əmək haqqı hesablanmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir.

14. Məhkəmə bununla bağlı qeyd edir ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

15. Məhkəmə müəyyən edir ki, iddiaçının müvafiq dövr üzrə işləməsi əmək kitabçasında əksini tapmış, həmin dövrdə iddiaçının işlədiyi müəssisə “Azərbaycan X1 QSC”) tərəfindən verilmiş arayış ilə təsdiqlənmişdir və həmin müəssisənin mövcudluğu və iddiaçının qeyd edilən qurumla əmək münasibətlərində olması hər hansı şübhə doğurmur. xx.xx.2002-ci ildən qüvvədə olan qanunvericiliyə əsasən məcburi dövlət sığorta stajının ödənilməsi tələb olunmuş olsa da, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə (məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək borcların təmizlənməsi) əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmişdir. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan iddiaçının həmin dövrlərdə sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair cavabdehin dəlilini məhkəmə əsassız hesab edir.

16. Odur ki, 1993-cü il üzrə 1 ay, 1994-cü il üzrə 4 ay, 1996-cı il üzrə 2 ay, 1997-ci il üzrə 5 ay, 1995-ci il üzrə 12 ay və xx.xx.1998-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər (ümumi 05 il 03 ay) də nəzərə alınmaqla (eləcə də cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 22 il 3 ay 01 gün) İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixədək ümumi iş stajı 27 il 06 ay 01 gün təşkil edir.

17. Məhkəmə eyni zamanda nəzərə alır ki, cavabdeh orqan tərəfindən iddiaçının ümumi iş stajı hesablanarkən xx.xx.1985-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində onun kolxozda işlədiyi dövr nəzərə alınmamışdır.

18. Məhkəmə hesab edir ki, iddiaçının digər mübahisələndirilən dövr (1993-cü il üzrə 1 ay, 1994-cü il üzrə 4 ay, 1996-cı il üzrə 2 ay, 1997-ci il üzrə 5 ay, 1995-ci il üzrə 12 ay və xx.xx.1998-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər) üzrə stajının nəzərə alınması pensiya təyini üçün qanunvericilikdə nəzərdə tutulan 25 il ümumi iş stajın tamamlanması üçün kifayət etdiyindən xx.xx.1985-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində onun kolxozda işlədiyi dövrə münasibət bildirilməsi zərurəti yoxdur.

19. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə müəyyən edir ki, 1) "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 13-3-2/3-9-296/2023 nömrəli Arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1983-cü il tarixində X4 Donanmasının istifadəsində olan “Çıraqçay” gəmisinə şagird-matros peşəsinə (xx.xx.1983-cü il tarixli 37r/s nömrəli əmr) işə qəbul edilmişdir. O, xx.xx.1983-xx.xx.1985-ci, xx.xx.1993-xx.xx.1997-ci illər, eləcə də xx.xx.2000-xx.xx.2001-ci il tarixlərindən “İ.Kərimov”, “Atlet-6”, “M.Qasımov”, “Q.Abbasov” gəmilərində 1-ci, 2-ci dərəcəli matros peşəsində və bosman vəzifəsində işləmişdir. xx.xx.2001-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (xx.xx.2001-ci il tarixli 63-r/s/ nömrəli əmr) (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. Onun tutduğu vəzifələr (peşələr) üzən heyətə, eləcə də işlədiyi gəmilər Donanmanın istifadəsində olan gəmilərə aiddir. Bu gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr (peşələr) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 № li qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (Üzən heyət-kod: ********) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına aid edilir. Əsas: Şəxsi iş № 166, şəxsi vərəqə T/2, kadr əmrləri, ştat cədvəli, ‘Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində Xidmət Nizamnaməsi”. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən ’’Xəzərdənizneftdonanma” idarəsi xx.xx.2007-ci ildən X4 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X1nin və X4 Donanmasının yenidən təşkili yolu ilə “Azərbaycan X1” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. 2) BUE Xaspian Ltd Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Aryışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2007-ci ilə qədər BUE Caspian lts Şirkətinin gəmilərində matros vəzifəsində çalımışdır. Yuxarıda adı çəkilən vəzifə dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının üzən gəmi heyətinə aid edilir ( işlədiyi gəmi yardımçı-xidmət şəhərətra'ı və şəhərdaxili yol gəmisi hesab edilmir) və bu da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»n n 21-ci (Nəqliyyat) bölməsinin 21.2 bəndinin «b» yarımbəndində göstərilmişdir. Əsas: Gəmisahiblərinin əmrləri, şəxsi vərəqə T-2, ştat cədvəli, «Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində xidmət Nizamnaməsi»

20. Qüvvədən düşmüş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü tarixli, 320 saylı Qərarı: 23000000 XXVİİİ. Nəqliyyat 23003000 3. Dəniz və çay donanması 23003010 1) Üzən heyət 23003010 Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)

21. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Republikası Nazirlər Kabinetinin 23001.2007-ci il tarixli, 12 nömrəli Qərarı:

21. Nəqliyyat 21.2. Dəniz və çay donanması: b) üzən heyət: dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla)

22. Məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən mübahisələndirilən 1993-cü il üzrə 1 ay, 1994-cü il üzrə 4 ay, 1996-cı il üzrə 2 ay, 1997-ci il üzrə 5 ay, 1995-ci il üzrə 12 ay və xx.xx.1998-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər (ümumi 05 il 03 ay) iddiaçının ümumi iş stajına daxil edilməli olduğundan və iddiaçı həmin dövlərdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifədə işlədiyindən müvafiq dövr (Ümumi 05 il 03 ay) iddiaçının güzəştli iş stajına da daxil edilməlidir.

23. Odur ki, 1993-cü il üzrə 1 ay, 1994-cü il üzrə 4 ay, 1996-cı il üzrə 2 ay, 1997-ci il üzrə 5 ay, 1995-ci il üzrə 12 ay və xx.xx.1998-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər (ümumi 05 il 03 ay) də nəzərə alınmaqla (eləcə də cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 10 il 10 ay 05 gün) İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə 16 il 01 ay 05 gün stajı mövcuddur.

24. 29 iyun 2022-ci il tarixində qanunvericiliyə yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq istisna olunmuşdur. Bu səbəbdən qeyd edilən tarixə iddiaçının 60 yaşı tamam olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 29 iyun 2022-ci il tarixindən təyin olunmalıdır.

25. İddiaçının əmək şəraiti zərərli işlərdə stajı cavabdeh qurum tərəfindən mübahisələndirildiyindən məhkəmə əlavə olaraq xx.xx.2022-ci il tarixdən pensiya təyini ilə bağlı müraciətin olunmasını zəruri hesab etmir.

26. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

27. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

28. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı (60 yaşının tamam olduğu nəzərə alınaraq) xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar