Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10116/2022 03.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehna qarşı “travmanın səbəb əlaqəsinin müəyyən edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Cavabdehna qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7.2-ci bəndinin “a" yarımbəndinə əsasən mənə dair xx.xx.2013-cü il tarixli, 488 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd olunan travmanın səbəb əlaqəsinin “Hərbi Travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi dəyişdirilməsi öhdəliyinin, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırmışdır ki, o, 2011-ci ilin oktyabr ayında Şabran RHK tərəfindən həqiqi hərbi xidmətə çağrılıb və N nömrəli hərbi hissədə xidmət edib. xx.xx.2012-ci il tarixdə döyüş postunda növbədə olarkən mina partlaması nəticəsində ağır xəsarət alaraq əvvəlcə N saylı hərbi hissədə, sonra isə SQ BKH-da müalicə olunub və xx.xx.2013-cü il tarixli 448 nömrəli “Xəstəlik haqqında şəhadətnamə’’yə əsasən hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız sayılıb. Aldığı xəsarətin hərbi xidmətlə səbəb əlaqəsi MN MHHK tərəfindən “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏTİ VƏZİFƏLƏRİNİ(YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR" kimi təyin edilmişdir. Bundan sonra ona 2-ci qrup əlillik təyin olundu və o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ev növbəsinə durdu. 2021-ci ilin axırlarında ev növbəsi ilə əlaqədar ona bildirirlər ki, əlilliyinin səbəb əlaqəsi “HƏRBİ TRAVMADİR, Azərbaycan RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR" kimi təyin edilməsə, ona ev düşmür. Ona görə də o bununla bağlı N saylı hərbi hissənin komandirinə müraciət edərək döyüş tapşırığıni yerinə yetirərkən yaralandığı və buna uyğun olaraq ons yenidən döyüş tapşırığını yerinə yetirməyilə əlaqədar “Travma haqqında arayış” verilməsini xahiş etdi. Bundan sonra ona hərbi hissə tərəfindən xx.xx.2021-ci il tarixli 3699 nömrəli travma haqqında arayış verdilər və o həmin arayışı digər sənədlərlə birlikdə MN MHHK-ya göndərmək üçün SHXÇDX-nin Bakı şəhəri Səbail rayon İdarəsinə təqdim etdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”sinə uyğun olaraq, döyüş tapşırığını yerinə yetirərkən aldığı xəsarətin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən, hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsinin xx.xx.2022-ci il tarixli, 147 nömrəli göndərişinə əsasən onun sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmişdir. Lakin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası “Xəstəlik haqqında şəhadətnamədə qeyd olunan xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin dəyişdirilməsindən imtina edərək, SHXÇDX-nın Səbail rayon İdarəsinə xx.xx.2022-ci il tarixli, 1109 nömrəli imtina məktubu göndərmişdir. Bildirir ki, şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin-ekspert həkim sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbi həkim komissiyasına təqdim edilməsinə görə məsuliyyət hərbi hissə komandirinin və müayinə aparılan tibb bölməsi rəisinin üzərinə düşür. “Hərbi Qulluqçuların Statusu” haqqında Azərbaycan Respubılikası Qanunun 1-ci maddəsinin 3-cü bəndində göstərilmişdir ki, heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusuyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqdan azad etsin və ya onların hüquqlarını məhdudlaşdırsın. Buna yalnız Azərbaycan Respublikasının Konstitusuyasına və qanunlarına müvafiq surətdə yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 5.1-ci bəndinə əsasən hərbi quluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi Hərbi Həkim Komissiyasına həvalə olunur. 7.1-ci bəndində qeyd edilmişdir ki, hərbi qulluqçuların orqanlarda xidmət keçən vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olmaqla, Hərbi Həkim Komissiyası onların aldıqları xəsarətlərin səbəb əlaqəsini təyin edir. 7.2 bəndinin “a” yarımbəndinə əsasən əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqiliyinin və konstitusiyasa qurluşunu müdafiə edərkən və ya döyüş tapşırığını yerinə yetirərkən almışsa, Hərbi Həkim Komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında “Hərbi Travmadır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqiliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar alınmışdır” qərarı çıxarır. 7.3-cü bəndinə əsasən Hərbi Həkim Komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət(toplanış) keçdiyi hərbi hissənin komandiri hərbi təşkilatların, müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq QƏRAR çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə döyüş tapşırığının yerinə yetirərkən əlaqədar olub-olmaması göstərilir. “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin qeyd edilən müddəalarından göründüyü kimi, Hərbi Həkim Komissiyasının vəzifələrindən biri də hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağrılmış vətəndaşların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini düzgün təyin etməkdir. Odur ki, yuxarıda qeyd olunanlara və “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci maddəsinin “a" bəndinə əsasən Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən onun xx.xx.2012-ci illll tarixdə döyüş tapşırığını yerinə yetirərkən aldığı travmanın səbəb əlaqəsi dəyişdirilərək “Hərbi Travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi təyin edilməlidir.
3. İddiaçı barəsində Mərkəzi hərbi həkim komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli 488 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən, “Mina partlayışı yaralanması (28.11.12) nəticəsində sol baldırın aşağı 1/3-i səviyyəsindən travmatik qopmasına görə aparılmış yuxarı 1/3-i səviyyəsində amputasiyasından (28.11.12) sonrakı güdül nahiyəsinin sərbəst autodermoplastikası (08.01.13) cərrahı əməliyyatlarından sonrakı bərkiməmiş dəri çapığı. Mina partlayışı yaralanması (28.11.12) nəticəsində sağ bud və baldır, sol əlin arxa səthlərinin qəlpə yaralanmalarına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən (28.11.12) sonrakı bərkimiş dəri çapıqları, funksiyanın pozulmaması ilə." diaqnozu və “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR" səbəb əlaqəsi ilə təsdiq edilmişdir. ƏSAS: Xəstəliklər cədvəlinin 70b maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”.
4. N nömrəli hərbi hissənin komandiri tərəfindən Mərkəzi hərbi həkim komissiyasına ünvanlanmış xx.xx.2021-ci il tarixli travma haqqında arayışa əsasən, xx.xx.1993-cü il təvəllüdlü əsgər İddiaçı xx.xx.2012-ci il tarixdə partlayış travması nəticəsində “”Sol badırın aşağı 1/3-nin qopması” diaqnozu ilə xəsarət almışdır. Xəsarət (yaralanma, travma, kontuziya) döyüş tapşırığını yerinə yetirərkən alınmışdır.
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Səbail rayon idarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətə cavab olaraq bildirilmişdir ki, idarənin xx.xx.2022-ci il tarixli məktubu və vətəndaş İddiaçı aid sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən araşdırılmışdır. Araşdırmanın nəticəsi kimi bildirilmişdir ki, İddiaçı xx.xx.2013-ci ildə Silahlı Qüvvələrin Baş Klininik Hospitalının cərrahiyyə profilli hərbi- həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir və ona aid sənədlər Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim edilmişdir. İddiaçı aid tibbi sənədlər (488 nömrəli xəstəlik haqqında şəhadətnamə) araşdırıldıqdan sonra “Mina partlayışı yaralanması (28.11.12) nəticəsində sol baldırın aşağı 1/3-i səviyyəsindən travmatik qopmasına görə aparılmış yuxarı 1/3-i səviyyəsində amputasiyasından (28.11.12) sonrakı güdül nahiyəsinin sərbəst autodermoplastikası (08.01.13) cərrahı əməliyyatlarından sonrakı bərkiməmiş dəri çapığı. Mina partlayışı yaralanması (28.11.12) nəticəsində sağ bud və baldır, sol əlin arxa səthlərinin qəlpə yaralanmalarına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən (28.11.12) sonrakı bərkimiş dəri çapıqları, funksiyanın pozulmaması ilə." diaqnozu və “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR" səbəb əlaqəsi ilə 01.02.13-cü ildə təsdiq edilmişdir. ƏSAS: Xəstəliklər cədvəlinin 70b maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”. Verilmiş qərar düzgündür, dəyişdirilməsi üçün əsas yoxdur.
6. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 156 nömrəli sərəncamına əsasən, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar İİ dərəcə əlil olmuş İddiaçı bir nəfər ailə tərkibində (özü) mənzil növbəsinə götürülərək yaşayış yeri üzrə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların Səbail Rayon İcra Hakimiyyəti nəzdindəki ümümi və güzəştli mənzil növbəsi siyahılarına daxil edilmişdir.
7. İddiaçının müraciətinə cavab olaraq Səbail Rayon İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, xx.xx.2019-cu il tarixli 3/6-927 saylı məktubla icra hakimiyyəti tərəfindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış müharibə əlillərinin adlı siyahısı, o cümlədən İddiaçı adı, mənzillə təmin olunması məqsədilə Əmək və Əhaliyinin Sosial Müdafiə Nazirliyinə göndərilmişdir. Qeyd edilmişdir ki, Səbail rayonunda yaşayış yeri üzrə mənzil növbəsinə dayanmış və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan müharibə əlillərinin və veteranlarının, şəhid ailələlərinin mənzillə təmin edilməsi təsdiq edilmiş siyahı üzrə növbəlilik əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.
8. İddiaçının müraciətinə cavab olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bildirilmişdir ki, ona xx.xx.2021-ci il tarixdən “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” müddətsiz üçüncü dərəcə əlillik təyin olunmuşdur. Hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Mərkəzi Hərbi Həkim Komissiyasının müvafiq qərarı əsasında müəyyən edilir. Beləliklə, o, Hərbi-Həkim Komissiyasının xəstələnmənin (travmanın) səbəb əlaqəsi barədə qərarı ilə səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə və müalicə olunmalı və göndəriş (forma 088) rəsmiləşdirildiyi halda, əlillik vəziyyəti adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib müvafiq qərar veriləcəkdir.
9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
10. Cavabdeh məhkəmə iclasında iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
11. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.
12. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. İPM-in 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.
14. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinə əsasən, hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir».
15. İddiaçı hərbi xidmət dövründə aldığı xəsarətlə bağlı hərbi hissənin tibb məntəqəsində olan zədələnmələr kitabında aparılan qeyddə həmin xəsarətlərin səbəb əlaqəsini mübahisələndirmir və dəyişdirilməsini tələb etmir, əksinə həmin hala istinad edərək səbəb əlaqənin “Hərbi Travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilməsini tələb edir.
16. İddiaçının müvafiq tələbinin təmin olunmasından MN MHHK tərəfindən xx.xx.2022-ci il tarixli 1109№-li məktubla imtina iddiaçının hüquqi vəziyyətini dəyişdirmədiyinə görə inzibati akt olmamaqla inzibati aktın qəbulundan imtinadır.
17. Məhkəmə qeyd edir ki, HHK tərəfindən qeyd edilən əsasnaməyə əsasən hətta «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır» kimi səbəb əlaqələrin (hazırda) müəyyən edilməsi mümkün hesab edildiyindən müvafiq səbəb əlaqənin müəyyən edilməsi üçün (inzibati araşdırmanın predmeti olmamışdırsa) müddət məhdudiyyəti nəzərə alına bilməz. 2012-ci il tarixdə baş vermiş xəsarətdən 9 il keçdikdən sonra N saylı hərbi hissənin komandiri tərəfindən travma haqqında arayışın verilməsinə münasibətdə məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 35.1.2-ci maddəsinə əsasən, maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər.
18. Hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli travma haqqında arayışı məhkəmə iddiaçıya münasibətdə daha əlverişli inzibati aktın qəbul edilməsi üçün yeni sübut hesab edir.
19. İddiaçının hüquqi marağına münasibətdə məhkəmə qeyd edir ki, xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi vətəndaşların özlərinin müraciəti əsasında hərbi-həkim komissiyası tərəfindən təyin edilməsi Əsasnamədə birbaşa olaraq tənzimlənmiş (“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” 7.5-ci bəndi) və müvafiq əsaslar olduqda səbəb əlaqə müəyyən edilmiş şəxslərin qanunvericilikdə nəzərdə tutulan imtiyazlardan yararlanması mümkündür.
20. Məsələn, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 11.2. hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlilliyi olan şəxslər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1. müharibə ilə əlaqədar əlilliyi olan şəxslər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; 11.2.2. hərbi qulluqçular sırasından digər əlilliyi olan şəxslər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. 11.3 Müddətli həqiqi hərbi (alternativ) xidmətdə olan şəxslərin əlilliyi həqiqi hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatı aparan ölkədə hərbi xidmət borcunun yerinə yetirilməsi ilə bağlı xəstəlik nəticəsində üz verərsə, onlar müharibə ilə əlaqədar əlilliyi olan şəxs hesab edilirlər. Müddəanın tələblərinə görə, aşağıdakı şərtlərdən biri mövcud olduğu halda şəxs müharibə əlili kimi qiymətləndirilməlidir: - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yara, kontuziya və ya zədə) nəticəsində baş verdikdə (1); - əlillik cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində yarandlqda (2). Bu qaydadan fərqli olaraq hərbi qulluqçular sırasından digər əlillərə şəxsin aid edilməsi üçün aşağıdakı şərtlərdən birinin mövcudluğu müəyyən edilmişdir: - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış zədəyə görə yarandıqda; -əlillik cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində yarandıqda. Hərbi qulluqçunun istinad edilən Qanunun maddəsində nəzərdə tutulmuş əlilliyin yaranmasına əsas olmuş xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 59 saylı, 29 fevral 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7-ci maddəsində nəzərdə tutulmuşdur.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”ndan: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.
22. İddia tələbi zahirən mübahisələndirmə növündə iddia növü İPM-in 35.1.2-ci maddəsinə uyğun olaraq məcburetmə növündə iddia kimi nəzərə alınmalıdır.
23. Beləliklə iddia məcburetmə növündə iddiadır. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”dən: 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa;... c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti «a» yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa; 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 7.5. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi vətəndaşların özlərinin, sosial müdafiə orqanlarının, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrin, orqanların kadr aparatlarının, habelə pensiya təminatını həyata keçirən orqanların müraciəti əsasında hərbi-həkim komissiyası tərəfindən təyin edilir.
25. Xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında qərarın çıxarılması qaydaları, əvvəllər çıxarılmış qərara yenidən baxılması və onun ləğv edilməsi (xəsarətlərin, xəstəliklərin hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar alınmasının yeni şəraitləri aşkar olunduqda) qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir.
26. Xəstəliləri cədvəlinin 70b) bəndinə əsaəsn bazunun və ya budun yuxarı 1/3-nə qədər olan səviyyədə ətrafın olmaması diaqnozu müəyyən edilir.
27. Beləliklə, məhkəmə müəyyən edir ki, 488 nömrəli Xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçı travmanı Ağdamda xx.xx.2012-ci il tarixdə postda növbədə olarkən təmizlik işləri aparan zaman naməlum minanın partlaması nəticəsində almışdır (N nömrəli hərbi hissə tərəfindən verilən arayışdan da görünür ki, hərbi hissə Ağdamda yerləşir). Odur ki, məhkəmə hesab edir ki, Əsasnamənin 7.2-ci bəndinin «c» yarımbəndinə əsasən «a» yarımbəndində göstərilən hallar istisna edən hallar yoxdur. Əksinə, travmanın alınma şəraiti 7.2-ci bəndin «a» yarımbəndində qeyd edilən “əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa;” uyğundur.
28. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
30. İPM-in 73.2-ci maddəsinə əsasən, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
31. Məhkəmə hesab edir ki, hazırkı mübahisə inzibati orqanın diskresion səlahiyyətlərinin qanunauyğun tətbiq edilməməsi ilə (tətbiq edilməsindən imtina ilə) bağlıdır və məhkəmə araşdırmasının nəticəsinə görə konkret qərarın qəbul edilməsi mümkündür.
32. Odur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
33. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı xx.xx.2012-ci il tarixdə naməlum mina partlaması nəticəsində aldığı travmanın səbəb əlaqəsinin “Hərbi Travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi dəyişdirilməklə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva