Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1012/2020 15.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (Sumqayıt şəhəri, 15 nömrəli yataqxana, ünvan 1 ünvanında qeydiyyatda olan) Cavabdehin nümayəndəsi və vəkili X16 (ünvan 2 mənzil 57 ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3rşı güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işlədiyi müddətlərin və təhsil müddətinin və hərbi xidmətdə olduğu müddətlərin iş stajına daxil edilməsi, 57 yaşdan, yəni güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondun X21 İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 1962-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilən işin xarakteri haqqında arayışdan və əmək kitabçasındadn da göründüyü kimi o, həqiqətən də xx.xx.1980-ci ildə “xxxx”nin X1 təchizatı sahəsində 2-ci dərəcəli elektrik-qaz qaynaqçısı kimi işə qəbul edilmiş və xx.xx.1981-ci il tarixdə azad edilmişdir. xx.xx.1983-cü ildə “xxxx”nin və “xxxx” istehsalat X10 İqtisadi sahələrinin inkişafı sahəsində 2-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsində, xx.xx.1983-cü ildə həmin peşə ilə 3-cü dərəcə verilmiş, xx.xx.1985-ci ildə həmin sahədə elektrik qaz qaynaqçısı kimi 4-cü dərəcə verilmiş, xx.xx.1989-cu ildə həmin peşə ilə 5-ci dərəcə verilmiş, xx.xx.1992-ci ildə həmin peşə ilə 6cı dərəcə verilmiş və xx.xx.1995-ci ilədək “xxxx” istehsalat birliyində və “xxxx” Dövlət Şirkətinin "Enerjinin İstehsalı və Ötürülməsi” Birliyində elektrik-qaz qaynaqçısı işləmişdir. xx.xx.1996-cı ildə “xxxx" Dövlət Şirkətinin Sumqayıt Daimi X17 Mexaniki sexində 6-cı dərəcəli elektrik qaynaqçı kimi işə qbul edilmiş, xx.xx.2002-ci ildə işdən azad edilmişdir. xx.xx.2002-ci ildə “xxxx” MMC-nin Ehtiyyat hissələrinin hazırlanması sexin X23 sahəsində 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilmiş və xx.xx.2012-ci ilədək “xxxx" MMC-nin X9 İdarəsində və “xxxx” ASC-nin X5 Mexaniki təmir sexində və X2 X6 X22 sahəsində 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işləmiş və xx.xx.2012-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 35-ci fəslinə əsasən avadanlıqların təmirini təmin edən qazla kəsicilərin və əl ilə qaynaq aparan elektrik qaynaqçılarının işi bilavasitə zərərli əmək şəraitində peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün stajı 29 il, 03 ay, 10 gün təşkil edir. Bundan başqa “X15” MMC tərəfindən verilən güzəştli arayışdan görünür ki, xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək STP-nin Qaynaq quraşdırma zavodunun Qaynaq sexinin Yüngül konstruksiyaların hazırlanması sahəsində 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir. Qeyd edilən peşə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 24-cü fəslinə əsasən zərərli iş hesab edilir. Güzəştli pensiya üçün stajı 6 il 4 ay 22 gün təşkil edir. Bundan başqa Azərbaycan SSR Dövlət X25 Komitəsi tərəfindən verilən diplomun surətindən də görünür ki, o, x xxxxxxxx 1977-ci il tarixdən xx xxxx 1980-ci il tarixə qədər peşə təhsili almışdır. H3 seriyalı, ******* nömrəli Hərbi biletin surətindən də görünür ki, o xx xxxxx 1981 -ci il tarixdən 18 may1983cü il tarixə qədər hərbi xidmətdə olmuşdur. xx xxxxxx 2006-cı il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən kişilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə 57 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan xx xxxxxx 2006-cı il tarixə qədər zəruri iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, xx xxxxxx 2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla müvafiq iş stajını tamamlamışdır. Zərərli iş stajını təsdiq edən müvafiq arayışlar verilmişdir. Nəhayət ona 57 yaşı tamam olan tamam olan tarixdən, yəni xx xxxxxxxx 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə ərizə ilə müraciət etmiş, lakin DSMF-nin X21 İdarəsi xx xxxxxx 2019-cu il tarixli **********8 nömrəli imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə İdarəyə təqdim etdiyi xx xxxx 1983-cü il tarixli MT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında xx.xx.1996 - xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində işləməyinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunduğundan sonra baxıla bilər. Halbuki həmin 10 ay müddət olmasa belə onun güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən iş stajı tamamlanmışdır, baxmayaraq ki, həmin staj əmək kitabçası ilə təsdiqini tapır. Bu əsasdan da hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. xx xxxxxxx 2020-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək işlədiyi müddətlərin, təhsil müddətinin, hərbi xidmətdə olduğu müddətlərin iş staşına daxil edilməsi, 57 yaşdan güzəştli pensiya hüquququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Etiraza görə İddiaçı işlədiyi müddətlərin, təhsil müddətinin və hərbi xidmətdə olduğu müddətin iş stajına daxil edilməsi, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fəqrin birdəfəlik ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X21 İdarəsinin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab ediriklər ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa 31.2-1 maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən "esablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı .ətəndaşın ərizəsi, şəxsiyyətini, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin ‘Əmək oensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. İddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli **********3 nömrəli cavab məktubunun məzmunundan göründüyü kimi hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X21 İdarəsi iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məsələsinə baxılmasından imtina etməmiş, əksinə xx xxxx 1983-cü il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1996-xx.xx.1996-cı il il tarixləri arasındakı dövr ərzində işləməyinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunduqdan sonra baxıla biləcəyi bildirilmişdir. Bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sənələrində həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı “2 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış censiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına tikan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş :ə!əblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş .ətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il -mumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş Kİş ərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının xx xxxxxx 2006-cı il tarixnə olan ümumi iş stajı 25 ildən az təşkil etdiyi üçün ona 5“ yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi mümkün deyildir. İddiaçının ərizəsində qeyd etdiyi təhsil müddətinin ümumi iş stajına aid edilməsi məsələsinə dair isə bildirmək istəyirik ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 saylı Qərarın 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə müəyyən edilir: əmək kitabçası; əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə); Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi: -1 qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq ədən akt (10 nömrəli Əlavə); sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Göründüyü kimi iddiaçının iş stajına daxil edilməsini tələb etdiyi təhsil müddətinin ümumi iş stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X20 iddiaya dair yazılı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ИT-İ № ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətidən görünür ki, iddiaçı müəssisəyə işə daxil olana qədər xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək Sovet Ordusunda xidmət etmişdir. xx.xx.1980-cı ildə OPTM-də təhsili başa vurduqdan sonra əsas istehsalatın təminatı sahəsinə ikinci dərəcəli qaz-elektrik qaynaqçısı vəzifəsinə təyin olunmuş, xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü ilədək Sovet Ordusu sıralarında xidmət etmiş, xx.xx.1983-cii ildə “xxxx"nin X11 2-ci dərəcəli elektrikqaz qaynaqçisi peşəsində, xx.xx.1983-cü ildə həmin peşə ilə 3-cü dərəcəsi almış, xx.xx.1985-ci ildə həmin sexdə elektrik-qaz qaynaqçisi kimi 4-cti dərəcəsi almış, xx.xx.1989-cu il tarixindən Az.Baş energo İstehsalat təmir müəssisənin adı “xxxx” İB İstehsalat-təmir müəssisəsinə dəyişdirilmişdir. xx.xx.1989-cu ildə həmin sexdə 5-ci dərəcəli qaz elektrik qaynaqçısı verilmiş, xx.xx.1992-ci ildə həmin peşə ilə 6-cı dərəcə verilmiş və xx.xx.1995-ci ilədək ‘’Azenerji” İstehsalat Birliyində və “xxxx" Dövlət Şirkətinin ’’Enerjinin İstehsalı və Ötürülməsi" Birliyində elektrik-qaz qaynaqçısı işləmiş və Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə ( Enerjitexnikiləşdurmə müəssisəsinə keçməsi ilə əlaqədar) əsasən işdən azad edilmişdir. xx.xx.1996-xx.xx.1996-cı illərdə ETY-SC-nin Sumqayıt filialına köçürmə yolu ilə 6-cı dərəcəli qaz elektrik qaynaqçısı vəzifəsində işləmiş, xx.xx.1996-cı ildə “xxxx" Dövlət Şirkətinin Sumqayıt Daimi X19 Mexaniki Sexində 6-cı dərəcəli elektrik qaynaqçı kimi işə qəbul edilmiş, xx.xx.1997-ci ildə Sərbəst X23 və boru əymə cahəsi yaradılmış, xx.xx.1998ci ildə X23 və boru əymə sahəsi Təmirmexanikləşdirilmə sahəsi ilə birləşib Sumqayıt Mexanizasiyalarının təmiri mexaniki yığma və boru əymə sexi adlandırılmışdır. xx.xx.2002ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad olunmuşdur. xx.xx.2002-ci ildə “xxxx" MMC-nin Ehtiyat Hissələrinin hazırlanması sexin X23 sahəsində 6-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbil edilmiş, xx.xx.2004-cü ildə həmin peşə ilə yeni yaradılmış sərbəst Sumqayıt təmir quraşdırma və mexaniki sahəsinə keçirilmiş, xx.xx.2005-ci ildə həmin peşə ilə ayrılmış X23 sahəsinə keçirilmişdir, xx.xx.2007-ci ildə Mexaniki avadanlıqların X4 hissələrinin sexinə 6cı dərəcəli əl qaynaqçısı peşəsinə keçirilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş xx xxxxxx 2019-cu il tarixli, **********8 saylı imtina məktubundan görünür ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt şəhər “ASAN xidmət” mərkəzi tərəfindən daxil olmuş iddiaçının ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b" bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə İdarəyə təqdim etdiyi xx xxxx 1983-ci il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında xx.xx.1996- xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində işləməsinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunduğundan sonra baxıla bilər. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmalıdır. Göründüyü kimi iddiaçıya xx xxxxxx 2006-cı il tarixədək güzəştli iş stajının 12 il 6 aydan az olması əsas gətirilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası aşağıda göstərilənlərə əsasən əsassız olmuşdur. İddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla 57 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur və həmin tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsini tələb edir. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası “xxxx” ASC tərəfindən verilmiş 01-7 P/751 saylı xx xxxxxxx 2019-cu il tarixli işin xarakteri haqqında arayışdan (güzəştli) müəyyən edilir ki, 1962-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1980-cı ildə (Əmr № 72-ok, xx.xx.1980-ci il) “xxxx”nin X1 təchizatı sahəsində 2-ci dərəcəli elektrikqaz qaynaqçisi kimi işə qəbul edilmiş və xx.xx.1981-ci il tarixində (əmr №-32-ok, xx.xx.1981-ci il) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə ( öz xahişi ilə ) əsasən işdən azad edilmişdir. xx.xx.1983-cii ildə (əmr № 82-ok. xx.xx.1983-cü il) “xxxx"nin və ’’Azenerji" X13 sahələrin inkişafı sahəsində 2-ci dərəcəli elektrik- qaz qaynaqçisi peşəsində, xx.xx.1983-cü ildə (əmr № 159-ok, xx.xx.1983-cü il) həmin peşə ilə 3-cü dərəcə verilib. xx.xx.1985-ci ildə (əmr №-50-л. xx.xx.1985-ci ildə) həmin sahədə elektrik-qaz qaynaqçisi kimi 4-cti dərəcə verilib, xx.xx.1989-cu ildə (əmr №-430, xx.xx.1989-cu il) həmin peşə ilə 5-ci dərəcə verilib, xx.xx.1992-ci ildə ( əmr №293. xx.xx.1992-ci il ) həmin peşə ilə 6-cı dərəcə verilib və xx.xx.1995-ci ilədə (əmr № 76-ıu, xx.xx.1995-ci il) ‘’Azenerji" İstehsalat Birliyində və “xxxx" Dövlət Şirkətinin ’’Enerjinin İstehsalı və Ötürülməsi" Birliyində elektrik-qaz qaynaqçısı işləmiş və Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə ( Enerjitexnikiləşdurmə müəssisəsinə keçməsi ilə əlaqədar) əsasən işdən azad edilmişdir. xx.xx.1996-cı ildə (əmr № 61a-ш, xx.xx.1996-cı il) “xxxx" Dövlət Şirkətinin Sumqayıt Daimi X19 Mexaniki Sexində 6-cı dərəcəli elektrik qaynaqçı kimi işə qəbul edilib və xx.xx.2002-ci ildə (əmr №-26- ш. xx.xx.2002) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən ( öz xahişi ilə ) işdən azad olunub. xx.xx.2002-ci ildə ( əmr №-10-kş, xx.xx.2002-ci il) “xxxx" MMC-nin Ehtiyat Hissələrinin hazırlanması sexin X23 sahəsində 6-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbil edilib və xx.xx.2012-ci ildək “xxxx" MMC-nin X9 İdarəsində və’’xxxx" ASC-nin X7 Mexaniki təmir sexində və X2 X8 X22 sexinin Eksperimintai Yığma sahəsində 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işləyib və xx.xx.2012-ci ildə ( əmr №-48/6-kş. xx.xx.2012-ci il ) Azərbaycan Respubiikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ’’b" bəndinə əsasən ( əmək müqaviləsinin müddətinin qurtarması ilə ) əmək müqaviləsinə xitam verilib. Göstərilən peşələr, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli 12 №-li Qərarının 35-ci fəsinə əsasən avadanlıqların təmirini təminedən qazla kəsicilərin və əl ilə qaynaq aparan elektrik qaynaqçılarının işi bilavasitə zərərli əmək şəraitində peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 29 il, 03 ay, 10 gün təşkil edir. Qeyd edirlər ki, “xxxx" ASC-nin xx.xx.2002-ci il tarixli 13№-li əmrinə əsasən İstehsalat-Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi “xxxx" MMC yaradılmışdır. “xxxx” ASC-nin xx.xx.2004-cü il tarixli AÜ 032 №-li əmrinə əsasən “xxxx" MMC “xxxx" MMC adlandırılmışdır. “xxxx” ASC-nin xx.xx.2005-ci il tarixli AÜ 040 №-li əmrinə əsasən isə “xxxx” MMC adlandırılmışdır. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li sərəncamına əsasən “xxxx” ASC adlandırılmışdır. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, İddiaçı xx.xx.2006-cı ilə qədər hərbi xidmət dövrü və təhsil illəri daxil olmaqla 28 il 1 ay 22 gün ümumi və 23 il 4 ay 4 gün güzəştli iş stajı mövcuddur. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Bu əsasdan məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiya hüququ pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Belə olan halda iddiaçının xx xxxxxx 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 23 il 4 ay 4 gün müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ yaranmışdır. Cavabdeh tərəfindən iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının 12 il, 06 ay ildən az olması mübahisələndirilməsinə baxmarayaq, məhkəmə tərəfindən iddiaçının ümumi iş stajının həmin tarixədək hansı müddəti təşkil etməsi araşdırılmış və işdə olan əmək kitabçası əsasında müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçası üzrə ümumi iş stajı xx.xx.2006-cı il tarixədək həqiqi hərbi xidmətdə olduğu dövr də daxil olmaqla 28 il 1 ay, 22 gün təşkil edir. Hazırki iş üzrə iddiaçının qeyd olunan müəssisələrdə xx xxxx 1983-cü il tarixdən xx xxxxxx 1996-cı il tarixədək işlədiyi qaz qaynaqçısı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının Ümumi peşələr adlı XXXİİİ saylı bölməsinin 23200000-11620 kod nömrəli güzəştli iş stajı verən qaz qaynaqçılarıpeşəsinə uyğun olması və həmin dövr üzrə iddiaçının güzəştli iş stajının 13 il 04 ay, 21 gündən ibarət olması məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. O cümlədən iddiaçıya məxsus Əmək Kitabçasının 9-cu vərəqəsindən müəyyən edilir ki, iddiaçı xx.xx.1996-xx.xx.1996-cı illərdə 10 ay müddətində ETY-SC-nin Sumqayıt filialına köçürmə yolu ilə 6-cı dərəcəli qaz-elektrik qaynaqçısı vəzifəsində işləmiş, işlədiyi dövr əmək kitabçasında qeyd olunmuşdur. Məhkəmə araşdırması dövründə iş materiallarından və tərəflərin verdiyi izahatlardan müəyyən edilmişdir ki, iddiaçının xx xxxxxx 1996-cı ildən xx xxxxxx 2006-cı il tarixədək işlədiyi elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının Ümumi peşələr adlı XXXİİİ saylı bölməsinin 23200000-19906 kod nömrəli güzəştli iş stajı verən əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğun olmuşdur və həmin dövr üzrə onun güzəştli iş stajı 09 il 1 ay 13 gün olmuşdur. Beləliklə iddiaçı ümumilikdə 23 il 4 ay 4 gün güzəştli iş stajına malik olmuşdur. İddiaçının təqdim etdiyi güzəştli arayış onun “X18” MMC-də işlədiyi xx.xx.2012xx.xx.2019-cu illər ərzində olan iş stajını təsdiq etsə də, iddiaçının artıq xx.xx.2006-cı il tarixədək olan dövr ərzində 12 il 06 ay müddətindən artıq müxtəlif dərəcəli qaz qaynaqçısı və qaz-elektrik və elektrik qaynaqçısı (əl ilə qaynaq aparan elektrik qaynaqçısı)peşələrində işləməsi əmək kitabçası, həmçinin Azərbaycan Respublikası “xxxx” ASC tərəfindən verilmiş işin xarakteri haqqında verilmiş güzəştli arayışla təsdiq olunduğu müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Belə olan halda iddiaçının xx xxxxxx 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALİR: İddia təmin edilsin. İddiaçı işlədiyi müddətlər, təhsil müddəti və hərbi xidmətdə olduğu illər iş stajına daxil edilməklə 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, ödənilməmiş fərqin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X21 İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1012/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1012/2020
15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver