Məhkəmə qərarları › İş №2-1(112)-1012/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1012/2021

17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1012/2021 17.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi ilə iddiaçının nümayəndəsi X3, iddiaçının vəkili X26, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “şəhid ailəsi üçün təsis edilmiş təqaüdün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq şəkildə şəhid ailəsi üçün ödənilməli olan 300 manat məbləğin xx.xx.2006-cı il tarixdən başlayaraq hesablanıb ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı Məmməd İsmayılov “20 Yanvar” hadisəsi zamanı şəhid olmuşdur. Bu barədə iddiaçıya xx xxxx 1996-cı il tarixdə Azərbaycan Respublikası 20 Yanvar Fondu tərəfindən arayış verilmişdir. İddiaçı şəhid ailəsi olmağına baxmayaraq şəhid ailələrinə edilən heç bir güzəştdən yararlanmamışdır. İddiaçı xx.xx.1996-cı il tarixdən İsrail dövlətinə köçərək Təl-Əviv şəhərində yaşamışdır. Şəhid ailələrinə ödənilən məbləğin ona verilməsi ilə əlaqədar iddiaçı tərəfindən DSMF-nin Bakı şəhər Nərimanov rayon şöbəsinə müraciət edilmiş, cavab olaraq ona bildirilmişdir ki, 20 Yanvar X1 ikinci nikahı olub-olmaması barədə məlumat olmadığı və əcnəbi vətəndaş olaraq xarici ölkədə yaşadığı üçün təqaüdün təyin olunması ilə bağlı rəsmi müraciət etmədiyini nəzərə alaraq ona təqaüd təyin edilməmişdir. Şəhidin birinci nikahından olan X4 Nərimanov İcra Hakimiyyəti başçısının sərəncamı ilə qəyyum təyin edilmiş anası X10 ƏƏSMN yanında DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdən 300 manat məbləğində 20 Yanvar şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və hal-hazıradək ödənilmişdir. Göründüyü kimi ödənilməli olan məbləğ X8 qəyyumu X4 ödənilmişdir. İddiaçıya görə, halbuki həmin məbləğ, həmçinin, ona da 2006-cı il tarixdən başlayaraq ödənilməlidir. Qeyd olunan həmin məbləğ bütünlüklə X4 ödənilmişdir. İddiaçı 2011-2012-ci illərdə, həmçinin, 2019-cu ildə dəfələrlə ərizələrlə Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin bütün müraciətləri cavabsız qalmışdır. İddiaçıya sonuncu dəfə DSMF-nin Nərimanov rayon şöbəsi tərəfindən xx xxxxxx 2020-ci ildə rəsmi qaydada cavab verilmişdir. İddiaçı da şəhidin həyat yoldaşıdır və qanunamüvafıq olaraq şəhid ailəsi hesab edilir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi ayrıayrılıqda iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdilər və iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ilə bağlı münasibət bildirərək göstərdi ki, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-1012/2021 saylı qərardadının icrası ilə əlaqədar İddiaçı Mixayılovnaya 20 Yanvar şəhidinin ailəsi kimi xx xxxxxx 2020-ci il tarixindən hər ay 150 (yüz əlli) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilərək hal-hazıradək ödənilir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, - İş materiallarına əlavə edilmiş 30173553 saylı pasportdan müəyyən edilir ki, İsmayılov Asya xx.xx.1947-ci il tarixdə Azərbaycan Respublikasında doğulmuşdur. - İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Fondu tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli **********5 saylı məktubdan görünür ki, iddiaçının müraciətinin **********5 saylı, xx.xx.2020-ci il tarixli məktubla cavablandırıldığı bildirilmişdir. - İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 206-306-70914 saylı məktubdan görünür ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.1993-cü il № 697) 1-ci maddəsinə əsasən 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar şəhid ailəsinin üzvləri hesab edilirlər. 20 Yanvar X1 ikinci nikahının olub-olmaması barədə məlumat olmadığı və iddiaçının əcnəbi vətəndaş olaraq xarici ölkədə yaşadığı üçün təqaüdün təyin olunması ilə bağlı rəsmi müraciət etmədiyini nəzərə alaraq ona təqaüd təyin edilməmişdir. Şəhidin birinci nikahından olan övladı X4 Nərimanov İcra Hakimiyyəti başçısının sərəncamı ilə qəyyum təyin edilmiş anası X10 ƏƏSMN-i yanında DSMF-nun Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdən 300 manat məbləğində 20 Yanvar Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir və halhazıradək ödənilmişdir. Əcnəbi vətəndaşlara Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi ilə əlaqədar ƏƏSMN-i yanında DSMF-na müraciət etməyi tövsiyə edilmişdir. - İş materiallarına əlavə edilmiş Н-ЖГ seriyalı 274152 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İsmayılova (Kabribova) Asya Mixaylovna xx.xx.1978-ci ildə Xətai rayon qeydiyyat şöbəsində xx.xx.1946-cı il təvəllüdlü X14 ilə nikaha daxil olmuşdur. - İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “20 Yanvar” İctimai Birliyinin 022 saylı vəsiqəsindən görünür ki, X11 şəhid ailəsi üzvüdür. - İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının “20 Yanvar” Fondunun xx xxxx 1996-cı il tarixli 01-129 saylı arayışından görünür ki, İddiaçı 1990-cu ilin 20 Yanvar faciəsində şəhid olmuş X6 arvadıdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 05/2-2629/13 saylı məktubda bildirilmişdir ki, İsmayılova (Kabribova) Asya Mixaylovna xx.xx.1967-ci ildə Səadət Sarayında (Bakı nikah evi) 1937-ci il təvəllüdlü Sudiyarto ilə nikaha daxil olmuş və qeyd edilən nikah xx.xx.1974-cü ildə Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsində pozulmuşdur. İsmayılova (Kabribova) Asya Mixaylovna daha sonra xx.xx.1978-ci ildə Xətai rayon qeydiyyat şöbəsində xx.xx.1946-cı il təvəllüdlü X14 ilə nikaha daxil olmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş İdarəsi tərəfindən məhkəməyə daxil olmuş X4 aid pensiya işində olan sənədlərdən məlum olur ki, iddiaçı Prezident təqaüdünün təyin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə xx xxxxxx 2020-ci il tarixdə müraciət etmişdir. - İş materiallarına əlavə edilmiş X10 məxsus 024778 saylı vəsiqədən görünür ki, o, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3.09.1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüquqa malikdir. - İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.1990-cı il tarixdə kəskin qan itirmə səbəbindən ölmüşdür. - İş materiallarında olan evlənmək haqqında АЗ seriyalı 119055 saylı şəhadətnamədən görünür ki, X14 ilə X16 arasında xx.xx.1968-ci ildə nikah bağlanmışdır. - İş materiallarına əlavə edilmiş АЗ seriyalı ******* saylı doğum haqqında xx.xx.1969-cu il tarixli şəhadətnamədən görünür ki, X2 atası X14, anası X12 olmaqla xx xxxx 1969-cu il tarixdə doğulmuşdur. - Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının 07 saylı xx xxxxxx 2006-cı il tarixli Sərəncamından görünür ki, X15 xx.xx.1969-cu il təvəllüdlü fəaliyyət qabiliyyəti olmayan qızı X7 üzərində qəyyum edilmişdir. - Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2-1425/2005 saylı xx xxxxxxx 2005-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. - İş materiallarına əlavə edilmiş Vİİ-ЖГ seriyalı 374016 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X11 atası X14, anası İddiaçı olmaqla xx xxxxxx 1981-ci il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 05/2-5706/13 saylı məktubda bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirələrkən M.İsmayılov ilə H.Rəhimovanın xx.xx.1968-ci ildə Yasamal rayon qeydiyyat şöbəsində nikaha daxil olduğu və bu nikahın pozulmasının xx.xx.1975-ci ildə Xətai rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. - İş materiallarında olan iddiaçının nümayəndəsi İsmayılov İsmayılın xx.xx.2021-ci il tarixli vəsatətindən və həmin vəsatətə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, **********3 saylı məktubundan görünür ki, məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-1012/2021 saylı qərardadının icrası ilə əlaqədar İddiaçı 20 Yanvar şəhidinin ailəsi kimi xx xxxxxx 2020-ci il tarixdən hər ay 150 (yüz əlli) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. - İş materiallarında olan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx xxxxxx 2021-ci il tarixli **********4 saylı məktubun və ona əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı geri tarixə 1500 manat və dekabr ayı üçün 150 manat məbləğində Prezident təqaüdü təyin olunmuşdur. İddiaçıya xx xxxxxx 2020-ci il tarixində ümumilikdə 1650 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Beləliklə də işin araşdırılan hallarından məlum olur ki, X16 ilə X14 arasında xx.xx.1968ci ildə nikah bağlanmış, bu nikahın pozulması xx.xx.1975-ci ildə Xətai rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmış, iddiaçı İsmayılova (Kabribova) Asya Mixaylovna daha sonra xx.xx.1978-ci ildə Xətai rayon qeydiyyat şöbəsində xx.xx.1946-cı il təvəllüdlü X14 ilə nikaha daxil olmuş, sonuncu 1990-cı ilin 20 Yanvar faciəsi zamanı həlak olmuş, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1998-ci il tarixli, 695 saylı “20 Yanvar Şəhidi” fəxri adının təsis edilməsi haqqında” Fərmanına uyğun olaraq X9 “20 Yanvar Şəhidi” fəxri adı verilmiş, bu hallardan irəli gələrək şəhid ailələrinə edilən güzəştlər iddiaçı İsmayılova (Kabribova) Asya Mixaylovnaya şamil edilməli olduğu halda, mərhum X14 ilə aralarında bağlanmış nikahın pozulduğu halda keçmiş arvadı X10 şamil edilmişdir. İddiaçının nümayəndəsi Prezident təqaüdünün təyin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə müraciət etmiş, lakin ona ünvanlanmış 206-306-70914 saylı, xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, 2020-ci ilin 18 fevral tarixli, **********0 nömrəli müraciətə ƏƏSMN yanında DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsində baxılmışdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.1993-cü il № 697) 1-ci maddəsinə əsasən 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar şəhid ailəsinin üzvləri hesab edilirlər. Məlumat üçün bildirilir ki, 20 Yanvar X1 ikinci nikahının olub-olmaması barədə məlumat olmadığı və onun əcnəbi vətəndaş olaraq xarici ölkədə yaşadığı üçün təqaüdün təyin olunması ilə bağlı rəsmi müraciət etmədiyi nəzərə alınaraq ona təqaüd təyin edilməmişdir. Şəhidin birinci nikahından olan övladı X4 Nərimanov İcra Hakimiyyəti başçısının sərəncamı ilə qəyyum təyin edilmiş anası X10 ƏƏSMN yanında DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdən 300 manat məbləğində 20 Yanvar Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və halhazıradək ödənilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-1012/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “şəhid ailəsi üçün təsis edilmiş təqaüdün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddiasına dair mübahisə ilə bağlı “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə 30 (otuz) günü müddət təyin edilmişdir. Həmin qərardadın icrası ilə əlaqədar İddiaçı Mixayılovnaya 20 Yanvar şəhidinin ailəsi kimi xx xxxxxx 2020-ci il tarixdən hər ay 150 (yüz əlli) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və ödənilmişdir. Məhkəmə aşağıdakı əsaslara görə cavabdehin dəlillərini qismən əsaslı hesab etmir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıb-yaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulub-qoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın xx xxxxx 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın xx xxxxxx 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 2.1.1-ci maddəsinin tələblərinə əsasən şəhidin arvadı olan İddiaçı şəhid ailəsinin üzvü hesab edilməli olduğu halda, ƏƏSMN yanında DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən şəhidin keçmiş arvadı X10 20 yanvar Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdün təyinatı aparılarmış, bu zaman X16 tərəfindən inzibati orqana təqdim edilmiş AЗ seriyalı, 119055 saylı evlənmək haqqında şəhadətnamədə göstərilən məlumatın həmin vaxt qüvvədə olubolmaması istiqamətində heç bir araşdırma aparmamış, bu hal isə iddiaçının sosial təminat hüquqlarının pozulması ilə nəticələnmişdir. Halbuki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. 36.3-cü maddəsinə əsasən qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Hazırki işin faktiki hallarından görünür ki, cavabdeh orqan prosessual qənaət prinsipinin tələblərinə zidd davranaraq iddiaçının müraciəti üzrə tam araşdırma aparmamış, iddaçıya münasibətdə tətbiq edilməli olan normativ hüququ aktı realizə etməmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Həmin Qanunun 1-ci maddəsinə görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ərarvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 2-ci maddəsinə əsasən Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2006-cı il tarixli, 493 saylı Fərmanının xx xxxxxx 2020-ci il tarixə olan redaksiyasının 1-ci bəndinə əsasən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 300 (üç yüz) manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Fərmanın 2.1-ci bəndinə əsasən bu Fərmanın 1-ci bəndi ilə təsis edilən təqaüd hər ilin dövlət büdcəsində sosial müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait hesabına, şəhid ailəsi üzvlərinin sayına bərabər bölünməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları” nın 5-ci bəndinə əsasən, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” müraciət edən şəxsin şəhidlə qohumluğunu təsdiq edən sənəd, şəhid ailələrinə verilən vəsiqə, təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat və ərizə əsasında təyin edilir. Həmin qaydaların 7-ci bəndinə görə, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəhid ailəsi üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasında yaşayan şəhid ailəsi üzvlərinə isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri və ya “DOST” mərkəzləri tərəfindən təyin edilir və yalnız nağdsız qaydada ödənilir. İddiaçının hazırki iddia tələbini ona şəhid ailəsinin üzvü kimi Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün xx.xx.2006-cı il tarixdən tam şəkildə, yəni 300 manat məbləğində ödənilməsi təşkil edir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2006-cı il tarixli, 493 saylı Fərmanı ilə həmin təqaüdün şəhid ailəsi üzvlərinin sayına bərabər bölünməklə ödənilməsi nəzərdə tutulmuşdur. Belə olan halda şəhid X6 ailə üzvlərinə verilməli olan təqaüd onların sayına, yəni 2-yə bölünməklə ödənilməlidir. Yəni iddiaçının şəhidin arvadı kimi həmin təqaüdün yalnız yarısını- 150 manat məbləğini almaq hüququ mövcuddur (iddiaçının müraciət etdiyi tarixə oglunun yaşı 18 yaşından yuxarı oldugundan onun bu hüququ yaranmır). Buna görə də, iddiaçının şəhidin digər ailə üzvü olan qızı X4 (qəyyumu X10 verilir) çatmalı olan təqaüdün yarısı – 150 manat məbləğində hissəsi üzərində subyektiv hüququ yaranmamışdır. Odur ki, həmin hissədə iddia mümkün sayılmamışdır. Həmçinin Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-1012/2021 saylı qərardadının icrası ilə əlaqədar iddiaçı X19 “20 Yanvar” şəhidinin ailəsi kimi xx xxxxxx 2020-ci il tarixdən hər ay 150 (yüz əlli) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilərək ödənildiyindən həmin hissədə iş üzrə icraata hissəvi xitam verilmişdir. İddiaçı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq şəkildə şəhid ailəsi üçün ödənilməli olan 300 manat məbləğin xx.xx.2006-cı il tarixdən başlayaraq hesablanıb ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmasını tələb etdiyindən məhkəmə hesab edir ki, iddiaçıya cavabdehə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 illik dövr üçün şəhid ailəsi üçün təsis edilmiş 150 manat məbləğində təqaüdün ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gəlir ki, müavinət müraciət etdiyi gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki, Qanun birmənalı şəkildə inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir - yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı cavabdehə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 illik dövr üçün şəhid ailəsi üçün təsis edilmiş 150 manat məbləğində təqaüdün ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı cavabdehə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 illik dövr üçün 20 Yanvar şəhid ailəsi üçün təsis edilmiş 150 manat məbləğində təqaüdün ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna həvalə edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5 HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar