Məhkəmə qərarları › İş №2-1(112)-10125/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10125/2022

15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10125/2022 15.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X11 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı azyaşlıya məxsus əmlakın satılmasına verilmiş razılıq rəyinin ləğv edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı cavabdehin yetkinlik yaşına çatmamış X4 məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsinə dair razılıq rəyinin ləğv edilməsi və bundan imtina edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edilərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək üçün məhkəmənin hazırlıq icraatına başlanılmışdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə ərizə ilə müraciət edərək mərhum qardaşı qızı yetkinlik yaşına çatmamış X2 mülkiyyət hüquqlarının qorunmasını və pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir. İlk ərizəsində bildirmişdir ki, mərhum qardaşının həyat yoldaşı X6 qanunsuz yollarla, mərhum anası X5 tərəfindən E.A.Məmmədzadənin də, qızı, yetkinlik yaşına çatmamış X4 bağışlanılan Bakı şəhəri, Sabunçu qəsəbəsi, Həmid Araslı küçəsi, ev 25 ünvanında yerləşən 10 saylı mənzili yetkinlik yaşına çatmamış X2 hüquqlarını kobud surətdə pozmaqla, qanunsuz yolla satıb özünə avtomovil almaq niyyətindədir və xahiş etmişdir ki, təcili olaraq qabaqlayıcı, qanuni tədbirlər görülsün. Eyni zamanda polis də, eyni məzmunlu ərizə ilə müraciət edərək, qanuni tədbirlərin görülməsini xahiş etmiş, lakin polis ona cavab verməmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh ilk ərizəsinə qanuni əsaslarla baxmadan 18 mart 2022-ci il tarixli, P-8-166 saylı ona ünvanladığı cavab məktubunda bildirilmişdir ki, həmin mənzilin X3 04 noyabr 2021-ci il tarixli ərizəsi əsasında özgəninkiləşdirilməsinə, satılmasına Sabuçuu rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının iclasının nəticəsinə görə artıq razılıq verilmişdir. İkinci ərizəsi ilə yenə də, cavabdehə müraciət edib bildirmişdir ki, sözügedən razılıq əsassız və qanunsuzdur, ona görə də, ləğv edilməli və ona razılıqdan imtina barədə məktub verilməlidir. Ona görə ki, həmin mənzil mərhum anası tərəfindən ərizəçi E.A.Məmmədzadəyə deyil, şəxsən qardaşı qızı, X4 bağışlanmış, sonuncu anası E.A.Məmmədzadə tərəfindən aldatma və mənfi istiqamətdə təhrik formasında təsir altındadır. E.A.Məmmədzadə isə həmin uşağın tam fəaliyyət qabiliyyətli olmamasından və ondan qeyri-ixtiyari asılı vəziyyətdə olduğundan sui-istifadə edib həmin mənzili ailənin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə deyil, satıb pul əldə etmək, onunla öz şəxsi istifadəsi və rahatlığı üçün avtomobil almaq məqsədi güdür. Cavabdeh Bakı şəhəri Cavabdeh qeyd edilən xüsusatları yoxlamalı, çoxsaylı şahidləri o da, daxil olmaqla dinləməli, zəruri halda izahatlarını almalı və yekun qanuni rəyə gəlməli olduğu halda, bunların heç birini yoxlamamış, yetkinlik yaşına çatmamış X2 mənafeyinin qorunması işində aşkar və zərərli hərəkətsizliyə yol verərək, 12 may 2022-ci il tarixli məktubu ilə onun ərizəsinə əsassız və qanunsuz imtina məktubu almışdır. Cavabdehin imtina məktubunu 25 may 2022-ci il tarixdə əldə etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaya uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddidaya qarşı etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işin hallarından görünür ki, Cavabdeh başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 15 noyabr 2021-ci il tarixli qərarına əsasən ünvan 3 ünvanında yerləşən və ümumi birgə mülkiyyətdə olan mənzildə yetkinlik yaşına çatmayan X4 məxsus payın ailənin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə satılmasına Cavabdeh başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasında razılıq verilmişdir. Hazırki iddia üzrə mübahisənin predmetini sözügedən qərarın ləğvi ilə bağlıdır və iddianın mahiyyətindən görünür ki, iddiaçının hazırki iddia tələbini qaldırmaqda hüquqi marağı Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının müvafiq qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsidir ki, həmin məsələ də mülki məhkəmə icraatı qaydasında araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36-cı maddəsinin tələblərinə əsasən: 36.1. Qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər. 36.2. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. 36.3. Qəyyumun, himayəçinin, onların ərinin (arvadının) və yaxın qohumlarının ixtiyarı yoxdur ki, qəyyumluqda və ya himayədə olana hədiyyə kimi əmlak verilməsi və ya onun əvəzsiz istifadəsinə əmlak verilməsi istisna olmaqla, qəyyumluqda və ya himayədə olanla əqdlər bağlasın, habelə əqdlər bağlanarkən və ya qəyyumluqda və ya himayədə olanla qəyyumun və ya himayəçinin əri (arvadı) və onların yaxın qohumları arasında məhkəmə işləri aparılarkən qəyyumluqda və ya himayədə olanı təmsil etsinlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-411 nömrəli icmal məktubunda göstərilmişdir ki, şəxsin qəyyumluğa verilməsi ilə bağlı mübahisələr inzibati orqan kimi müvafiq icra hakimiyyəti orqanına qarşı yönəlsə də, mübahisə şəxsin mülki hüquq və vəzifələrin təmininə xidmət etdiyindən irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (ali-mülki) hüquq münasibətlərinə aiddir. İnzibati orqan bu münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən belə mübahisələrə mülki məhkəmə icraatı qaydasıda baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı Qərarının 15.2-ci bəndinə əsasən bu zaman nəzərə alınmalıdır ki, İPM-nin 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-nin müddəalarına uyğun olaraq baxmağa səlahiyyət: inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraat qaydasında, habelə inzibati xətalara işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müracət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda şərh edilən əsaslara görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, hazırki iddia tələbində qaldırdığı mülki münasibətlərindən yaranan məsələlər barəsində mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə iddia qaldırmaq hüququndan istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. İddiaçı aidiyyəti üzrə ümumi (rayon) məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar