Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10126/2022 18.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «cavabdehin vəzifəli şəxslərinin hərəkətlərinin qanunsuz sayılması və daşınmaz obyektə dair akt, rəy və təsdiqlənmiş layihənin verilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu RİH-ə qarşı «cavabdehin vəzifəli şəxslərinin hərəkətlərinin qanunsuz sayılması və daşınmaz obyektə dair akt, rəy və təsdiqlənmiş layihənin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, 34 saylı evin 31 saylı 3 otaqlı mənzili 2005-ci ildən iddiaçının mülkiyyətindədir. Həmin mənzilin 2 otağında iddiaçı hüquqşünas kimi özü fəaliyyət göstərirdi. İddiaçı həmin mənzilin qeyriyaşayış sahəsi kimi fəaliyyəti ilə bağlı Bakı şəhəri Sabunçu RİH-ə müraciət etmişdir. Bakı şəhəri Sabunçu RİH başçısı bu barədə 566 nömrəli 25 oktyabr 2006-cı il tarixli sərəncam vermişdir. Bundan sonra mənzilin iki pəncərəsi qapı ilə əvəz olunmuşdur. İddiaçı 17 ildir ki, həmin əmlakdan qeyri-yaşayış sahəsi kimi istifadə edərək orada fəaliyyət göstərir. Sahənin kommunal xidmətləri də ondan qeyri-yaşayış sahəsi kimi tutulur. Ünvanda əlavə tikililər yoxdur. İddiaçı həmin ünvandakı əmlakın özəlləşdirilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reuestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Ondan RİH-in sərəncamı ilə bağlı akt, rəy və bildiriş, eləcə də RİH tərəfindən təsdiqlənmiş layihə tələb olunmuşdur. İddiaçı məsələ ilə bağlı cavabdeh Bakı şəhəri Sabunçu RİH-ə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən həmin əmlakın “ticarət obyekti” kimi fəaliyyətinə icazə verildiyi və qaldırılan məsələnin RİH-in imkanı xaricində olduğu bildirilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət emək qərarına gəlmişdir. İddiaçı hesab edir ki, cavabdeh Bakı şəhəri Sabunçu RİH-in cavabı və hərəkəti qeyri-qanunidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.3-cü maddəsinin tələblərinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Göstərilən qanunvericilik normalarına əsasən iddiaçı hesab edir ki, hüquqlarının müdafiəsinin yeganə əsası kimi ev və fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsi kimi iki otaq mövcud vəziyyətdə onun mülkiyyətində olmaqla binanın birinci mərtəbəsində yerləşir, 17 ilə yaxındır ki, qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 – 150-ci maddələrinə, Mənzil Məcəlləsinin 20 – 21-ci maddələrinə əsaslanaraq, vəzifəli şəxsin hərəkətlərinin qanunsuz sayılması və ünvan 1 ünvanında olan 3 otaqlı mənzilin 2 otağının qeyri-yaşayış sahəsi kimi özəlləşdirilməsi üçün zəruri olan akt, rəy, bildiriş və təsdiqlənmiş layihənin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu RİH-in üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh Bakı şəhəri Sabunçu RİH-ə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, cavabdeh tərəfin iştirakı olmadan iclasın keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu RİH başçısının 566 nömrəli 25 oktyabr 2006-cı il tarixli sərəncamı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 34 saylı evin 31 saylı mənzilindən “Ticarıət obyekti” kimi istifadə olunmasına icazə verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, 34 saylı evin 31 saylı mənzili İddiaçı xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və bu barədə DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən 5 yanvar 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu RİH tərəfindən İddiaçı ünvanlanmış 10 iyun 2022-ci il tarixli məktubda aşağıdakılar bildirilmişdir: Bildiriş və texniki rəyin verilməsi ilə bağlı RİH-ə daxil olmuş 19 may 2022-ci il tarixli ərizəyə baxılmışdır. Sabunçu RİH başçısının 25 oktyabr 2006-cı il tarixli 566 saylı sərəncamında Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsində yerləşən 34 saylı evin 31 saylı mənzilinin mənzil fondundan çıxarılması nəzərdə tutulmadığından, qaldırılan məsələnin təmin edilməsi imkan xaricindədir. 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 7-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fonduna məxsus yaşayış evlərinin vəziyyəti Azərbaycan SSR Nazirlər Sovetinin müəyyən etdiyi müddətlərdə vaxtaşırı yoxlanılır. Yaşamağa yararlı olmayan yaşayış evləri və yaşayış sahələri başqa məqsədlərlə istifadə üçün yenidən qurulur və ya belə evlər Naxçıvan MSSR Nazirlər Sovetinin, X2 X1 Soveti İcraiyyə Komitəsinin, rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə sökülür. Həmin Məcəllənin 8-ci maddəsinə görə yaşamağa yararlı yaşayış evlərinin, dövlət və ictimai mənzil fondunun evlərində yaşamağa yararlı yaşayış sahələrinin qeyri-yaşayış evlərinə və qeyriyaşayış sahələrinə keçirilməsinə, bir qayda olaraq yol verilmir. Müstəsna hallarda yaşayış evləri və yaşayış sahələri bu Məcəllənin 7-ci maddəsində göstərilən orqanların qərarı ilə qeyri-yaşayış evlərinə və qeyri-yaşayış sahələrinə keçirilə bilər. İdarə və ictimai mənzil fondunun yaşayış evləri və yaşayış sahələri qeyri-yaşayış evlərinə və qeyri-yaşayış sahələrinə müvafiq nazirliklərin, dövlət komitələrinin, baş idarələrin və ictimai təşkilatların mərkəzi orqanlarının təklifləri ilə keçirilir. 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. Məhkəmə qeyd edir ki, cavabdeh Bakı şəhəri Sabunçu RİH tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, 34 saylı evin 31 saylı mənzili ilə bağlı 566 nömrəli 25 oktyabr 2006-cı il tarixli sərəncamı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə” qərar kimi qəbul oluna bilməz. Çünki, həmin qərarın məzmunu və mahiyyəti “mənzilin ticarət obyekti kimi istifadəsinə razılıq” – yəni münasibət barədədir və bu qərar yuxarıda göstərilən bir kateqoriyadan başqasına keçirilməni ehtiva etmir. İddiaçının tələb etdiyi rəy, akt, bildiriş və layihə isə, mənzilin “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə” qərar qəbul olunarkən tərtib oluna bilər. Hansı ki, belə qərar mövcud deyil. Belə olan halda iddia tələbində göstərilən sənədlər – akt, rəy, bildiriş və layihə cavabdeh inzibati orqandan tələb oluna bilməz. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Bakı şəhəri Sabunçu RİH tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-10126/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10126/2022
18.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver