Məhkəmə qərarları › İş №2-1(112)-1013/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1013/2023

02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1013/2023 02.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 52 yaşı tamam olduğu 10 aprel 2018-ci il tarixindən təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiа qaldıraraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının iddiaçıya 52 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 1966-cı il tarixdə doğulmuşdur. Hərbi biletinə, diplomuna və əmək kitabçasına əsasən 27 noyabr 1984-cü il tarixdən 27 noyabr 1986-cı il tarixinədək (2 il) Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 06 yanvar 1987-ci il tarixdən 28 avqust 1987-ci il tarixinədək (7 ay 22 gün) “X2” fabrikində elektrik montyoru vəzifəsində işləmiş, 01 sentyabr 1987-ci il tarixdən 06 iyul 1992-ci il tarixinədək (4 il 10 ay 5 gün) Azərbaycan Dövlət Neft Akademiyasında təhsil almış, 08 avqust 1991-ci il tarixdən 29 iyul 1992-ci il tarixinədək (11 ay 21 gün) “Azərbalıqsənaye” İB-nin “Bakı Liman Soyuducu” İdarəsində elektrik montyoru, 01 avqust 1992-ci il tarixdən 12 aprel 1994-cü il tarixinədək (1 il 8 ay 11 gün) (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod:1100000a-19861), “Xəzərdənizneftqazsənaye” İB-nin “Neft Daşları” NQÇİ-də elektrik montyoru, 12 aprel 1994-cü il tarixdən 27 yanvar 1997-ci il tarixinədək (2 il 9 ay 15 gün) Xəzərdənizneftqazsənaye” İB-nin “Neft Daşları” NQÇİ-də növbə rəisi, 09 fevral 1997-ci il tarixindən 01 aprel 2007-ci il tarixinədək (10 il 1 ay 23 gün) “BP Eksploreyşn (Kaspian Sİ) LTD şirkətinin “Çiraq” platformasında əməliyyatlar üzrə mühəndis (indiki neft, qaz hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər) (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod:1100000a-18559), 01 aprel 2007-ci il tarixdən 12 dekabr 2008-ci il tarixinədək həmin platformada texniki xidmət üzrə nəzarətçi, 12 dekabr 2008-ci il tarixdən 28 iyun 2010-cu il tarixinədək həmin platformada Texniki İnkişaf şöbəsinə əməliyyatlar üzrə nəzarətçi, 18 may 2013-cü il tarixinədək həmin platformada texniki xidmət üzrə qrup rəhbəri, 10 may 2013-cü il tarixdən 04 may 2015-ci il tarixinədək "xxxx" MMC-də Mexanika, energetika və avtomatika şöbəsinin rəis müavini və rəisi, 05 may 2015-ci il tarixdən 03 iyun 2015-ci il tarixinədək EYÇ A Kompani İnk şirkətində elektrik işləri üzrə təlimatçı vəzifələrində işləmiş, 09 iyun 2015-ci il tarixdən bu günə kimi “X3” (CDC) LTD şirkətinin “İstiqlal” qurğusunda Baş mühəndis vəzifəsində işləyir. Göründüyü kimi iddiaçının 01 yanvar 2006-cı il tarixinə ümumi iş stajı, həqiqi hərbi xidmət illəri də daxil olmaqla 22 il 10 ay 5 gün təşkil etmiş və həmin staj illərinin 10 il 10 ay 12 gün müddətini güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahıya daxil olan işərdə çalışmışdır. Bununla da, 52 yaşı tamam olduğu 10 aprel 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pesniyası almaq hüququ yaranmışdır. Göstərilənləri nəzərə alaraq, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə müvafiq olaraq 52 yaşı tamam olduğu 10 aprel 2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciətinə imtina cavabı verilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 4 element mövcud olmalıdır: iddiaçının 52 yaşının tamam olması; iddiaçının xx.xx.2018-ci il tarixədək azı 20 il ümumi iş stajının mövcud olması; iddiaçının xx.xx.2018-ci il tarixədək azı 10 il güzəştli iş stajının mövcud olması. İş materiallarında olan “BP Exploration Limited Company”nin 08 dekabr 2021-ci il tarixli arayışına əsasən, İddiaçı xx.xx.1997-xx.xx.2010-cu il tarixlərdə, xx.xx.2012-xx.xx.2013-cü il tarixlərdə “BP Exploration Limited Company”nin sahə mühəndisliyi şöbəsində bütövlüyün idarə edilməsi üzrə koordinator vəzifəsində işləmişdir. İş materiallarında olan “Azneft” İstehsalat Birliyi "Neft daşları” Neft və qazçıxarma idarəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən, İddiaçı xx.xx.1992-xx.xx.1994-cü il tarixlərdə “Neft Daşları” NQÇİ İstilik elektrik stansiyasının istilik məntəqəsi, turbin və elektrik sexlərinin elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru, xx.xx.1994-xx.xx.1997-ci il tarixlərdə “Neft Daşları” NQÇİ İstilik elektrik stansiyasının istilik məntəqəsi, turbin və elektrik sexlərinin elektrik avadanlığının təmiri və xidməti üzrə rəisi vəzifələrində çalışmışdır. “Azneft” İstehsalat Birliyi “Neft daşları” Neft və qazçıxarma idarəsinin xx.xx.2022-ci il tarixli arayışında İddiaçı işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 24-cü bölməsinin a və b bəndlərimə uyğun gəldiyi qeyd edilmişdir. Belə ki, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışmalı idi. Lakin İddiaçı xx.xx.1992-xx.xx.1994-cü il və xx.xx.1994-xx.xx.1997-ci il tarixlərdə “Neft Daşları” NQÇİ istilik elektrik stansiyasında işlədiyi istilik məntəqəsi, turbin və elektrik sexlərinin elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru və növbə rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nda nəzərdə tutulmamışdır. İddiaçı 01 yanvar 2006-cı il tarixədək yuxarıda qeyd olunan 1 №-li siyahı üzrə güzəştli iş stajı 10 ildən az (6 il (xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövr) təşkil etdiyindən ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2.-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35.1.-ci maddəsinə əsasən. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. İddiaçı məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Həmidova iddiaya dair etirazın məzmununa uyğun izahat edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1966-cı il təvəllüdlüdür. ZE ******* nömrəli hərbi biletinin surətinə əsasən iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. ÇV 855666 nömrəli diplomunun surətinə əsasən iddiaçı 01 sentyabr 1987-ci il tarixdən 06 iyul 1992-ci il tarixinədək (4 il 10 ay S gün) Azərbaycan Dövlət Neft Akademiyasında təhsil almışdır. SOCAR “Azneft” İstehsalat Birliyi "Neft daşları” Neft və qazçıxarma idarəsinin xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən iddiaçı "Neft Daşları" NQÇİ İstilik elektrik stansiyasında xx.xx.1992-xx.xx.1994-cü illərdə istilik məntəqəsi, turbin və elektrik sexlərinin elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində (əmr 134-k xx.xx.1992), xx.xx.1994-xx.xx.1997-ci illərdə növbə rəisi vəzifəsində (əmr 83-k xx.xx.1994) işləmişdir. İstilik elektrik stansiyasının növbə rəisi İddiaçı 27 yanvar 1997-ci il tarixindən AR ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən başqa işə keçməsi ilə əlaqədar işdən azad edilmişdir (xx.xx.1997-ci il 92-k №-li əmrinə əsasən). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarındakı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsi, “a”, “b" bəndinə əsasən üzrə güzəştli şərtlərlə iş stajı aşağıda göstəriləndir: xx.xx.1992 -xx.xx.1994 - İstilik məntəqəsi, turbin və elektrik sexlərinin elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru iş staji 01 il 08 ay 11 gün təşkil edir xx.xx.1994 - xx.xx.1997-ci illərdə - növbə rəisi üzrə iş staji 02 il 09 ay 15 gün təşkil edir. Cəmi iş stajı - 04 il 05 ay 26 gün təşkil edir. Arayış: DOST Mərkəzinə təqdim etmək üçün verilir. “BP Exploration Limited Company”nin 08 dekabr 2021-ci il tarixli arayışına əsasən iddiaçı 10 fevral 1997-ci il ildən 29 iyun 2010-cu il tarixinədek və 13 mart 2012-ci ildən 08 may 2013-cü il tarixinədək BP Eksploreyşn (Kaspian Si) Ltd. şirkətində işləyib və şirkətdə onun son vəzifəsi Sahə mühəndisliyi şöbəsi, Bütövlüyün idarə olunması üzrə koordinator olmuşdur. O, xx.xx.1997-xx.xx.2000-ci illərdə şirkətin ofisində əməliyyatlar üzrə mühəndis, xx.xx.2000-xx.xx.2005-ci “Çıraq” Platformasında (qazma və neft çıxarma platforması) əməliyyatlar üzrə mühəndis (indiki neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi- çilingər), xx.xx.2005-xx.xx.2008-ci illərdə “Çıraq” Platformasında texniki xidmət üzrə nəzarətçi (indiki Neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini), xx.xx.2008-xx.xx.2010-cu illərdə “Sənqəçal” Terminalında əməliyyatlar bölümünün intizam üzrə məsləhətçisi (indiki Neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini), xx.xx.2012-xx.xx.2013-cü illərdə “X5" Platformasında texniki xidmət üzrə qrup rəhbəri (indiki Neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini), xx.xx.2013-xx.xx.2013-cü illərdə ofisdə bütövlüyün idarə olunması üzrə koordinator vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.5.1 (a) və (b) bəndində - (yarımbəndində) və (və ya) - vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. İddiaçının İT-İ ******* nömrəli əmək kitabçasına əsasən onun xx.xx.2006-cı ilə qədər ümumi əmək stajı cəmi 21 il 9 ay 21 gün təşkil edir. Məhkəmənin sorğusu əsasında cavabdeh iddiaçının müraciəti ilə əlaqədar inzibati icraat materialların təsdiq edilmiş surətləri məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İnzibati iş materiallarından göründüyü kimi iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan şərtlərinə cavab verir. Cavabdehin imtinasından göründüyü kimi, cavabdeh iddiaçının 01 yanvar 2006-cı il tarixinədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı” üzrə güzəştli iş stajının 10 ildən az (6 il (xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövr) təşkil etdiyini qeyd edərək və xx.xx.1992-xx.xx.1997-ci il tarixlərdə “Neft Daşları” NQÇİ istilik elektrik stansiyasında işlədiyi vəzifələri həmin siyahıdakı vəzifələrə uyğun hesab etməyərək bu dövrlər arasındakı güzəştli iş stajını qəbul etmir ki, məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır. Hazırda iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə - Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı sahəsində müxtəlif peşələrdə (elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsi, neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər vəzifəsi, neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifəsi) 10 ildən çox müddətdə işləməsi əmək kitabçası və işəgötürənin arayışları ilə təsdiqlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1.-ci il bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na və həmin qərar qəbul edilənə qədər qüvvədə olmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısı olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı (kod ********) bölməsindəki 11000000—19861 kodlu yarımbölməyə əsasən 1 nömrəli Siyahıda sadalanan istehsalatlarda məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsi, 1100000a—18559 kodlu yarımbölməyə əsasən neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər vəzifəsi, 1100000b—24125 kodlu yarımbölməyə əsasən neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədir. İddiaçının iddia ərizəsində göstərdiyi iş stajı SOCAR “Azneft” İstehsalat Birliyi "Neft daşları” Neft və qazçıxarma idarəsinin və “BP Exploration Limited Company”nin arayışları və İT-İ ******* nömrəli əmək kitabçası ilə təsdiq edilir. İşin həqiqi hallarına əsasən, iddiaçının 52 yaşı 10 aprel 2018-ci il tarixdə tamam olmuş, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə xx.xx.2022-ci ildə müraciət etmişdir. Məhkəmə iddiaçının əmək kitabçasında göstərilən, cavabdehin güzəştli iş stajına daxil etmədiyi “Neft Daşları” NQÇİ istilik elektrik stansiyasında xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilədək iddiaçının elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru və növbə rəisi peşəsində işləməsi barədə məlumatları mötəbər hesab edir, belə ki, cavabdeh bu məlumatları təkzib edən və ya qanunvericiliyə əsasən güzəştli iş stajına daxil edilə bilməməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, belə sübutların mövcud olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında nəzərdə tutulan peşələrdə güzəştli iş stajı xx.xx.1992-xx.xx.1997-ci il və xx.xx.2000-xx.xx.2005-ci illərdə “Neft daşları” NQÇİ və BP Eksploreyşn (Kaspian Si) Ltd. şirkətində işlədiyi müddət daxil olmaqla 10 ildən çox və ümumi iş stajı isə 20 ildən çox olduğu üçün onun 52 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Beləliklə məhkəmə iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi iddiasını əsaslı hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun “32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi qeyd edilən qanun normasına görə iddiaçının almaq hüququ olduğu pensiya iddiaçıya yalnız müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün təyin edilərək ödənilə bilər. Vətəndaşların pensiya təminat məsələlərin həlli sahəsində cavabdeh öz fəaliyyətində əmək pensiyaları haqqında qanunvericiliklə yanaşı «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu rəhbər tutmalıdır. Belə ki, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-384/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının 43-cü bəndində qeyd olunur ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa və müəyyən etməyə borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının müraciəti üzrə bütün əlavə sübutların toplanması və iddiaçının subyektiv hüququnun təmin edilməsi üçün araşdırmanı aparmaq əvəzinə iddiaçının müraciətinin təmin edilməsindən formal olaraq əsassız imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq İddiaçı 52 yaşı tamam olduğu 10 aprel 2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq İddiaçı 52 yaşı tamam olduğu 10 aprel 2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar