Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10131/2024 01.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X7) “qeydiyyatdan çıxarılma” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə X7 üçüncü şəxs qismində (zəruri cəlbetmə) məhkəmə icraatına cəlb edilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM 085547 seriya nömrəli xx.xx.2001-ci il tarixli Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İddiaçı təqdim etdiyi xx.xx.2024-cü il tarixli ******* №li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, üçüncü şəxs X7 hal-hazırda İddiaçı xüsusi mülkiyyətində olan mənzildə pasport qeydiyyatındadır. Lakin adıçəkilən üçüncü şəxs artıq 4 ildən çoxdur ki, sözügedən ünvanda yaşamır, üstəlik mülkiyyətində ünvan 2i məhəllə, ev 4, 4B nömrəli mənzil vardır. Hazırkı ünvanda X3 yaşamaması barədə xx.xx.2024-cü il tarixdə tərtib olunan və X6, X2, X4 tərəfindən imzalanaraq rəsmiləşdirilən aktdan da görünür ki, X7 artıq 4 ildir ki, qeydiyyatda olduğu ünvanda yaşamır. Eləcə də, Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti 1 saylı Xüsusi Təyinat Mənzil-Kommunal Təsərrüfat birliyi 83 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 352 saylı arayışından da görünür ki, X7 ünvan 1 ünvanında qeydiyyatdadır, lakin yaşamır. Halhazırda X1 ünvanda olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da İddiaçı mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, həmin şəxsin İddiaçı mülkiyyətində qeydiyyatda qalması iddiaçının mənzilə dair sərəncam hüquqlarını məhdudlaşdırır. İddiaçı həmin mənzili özgəninkiləşdirmək istədikdə, qeydiyyatda olan şəxsin razılığının alınması iddiaçının, o cümlədən mənzilin gələcəkdə olacaq sahibləri üçün əlavə problemlər yaradacaq. Həmçinin, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki, şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. X3 isə faktiki olaraq başqa ünvanda yaşaması, iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olması onların dövlət və cəmiyyət qarşısında da vəzifələrin icrasına ciddi maneələr yaratmaqla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanunun tələblərini pozur. X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinə ərizə ilə müraciət olunmuşdur. Lakin Nizami RPİ-nin 3-13-52/2-M-19351/24 saylı, xx.xx.2024-ci il tarixli cavab məktubunda məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən ÖM seriyalı, 085547 qeydiyyat nömrəli vəsiqənin surətindən görünür ki, Bakı şəhəri, X.Şərifli küçəsi, ev 82A, mənzil 21 küçəsindəki 2 otaqdan ibarət, yaşayış sahəsi 31.52 kv.m olan mənzil İddiaçı adına xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmışdır.
5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X7 (xx.xx.1986-cı il təvəllüdlü) ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
6. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, xx.xx.1986-cı il təvəllüdlü X7 xx.xx.2021-cı il tarixdən hazırki vaxtadək ünvan 6 ünvanında qeydiyyatdadır.
7. CMS-AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən xx.xx.1986-cı il təvəllüdlü X7 Bakı şəhəri, Binəqədi rayonu, Ə.ünvan 7 ünvanında qeydiyyatdadır.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
9. Cavabdeh və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
10. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış məktubu, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir.
11. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
12. Məhkəmə hesab edir ki, üçüncü şəxs qeyd olunan ünvandan pasport qeydiyyatından çıxdığından iddiaçının tələbi təmin olunmuşdur və işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyildir. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
13. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Ləman Musayeva