Məhkəmə qərarları › İş №2-1(112)-10139/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10139/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10139/2022 20.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı X4, X6, X7, X8 və X9 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin imtinasının qanunsuz hesab edilməsi, X4, X6, X7, X8 və X5 iddiaçı, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr, İlqar Cümşüdov küçəsi, ev 15-də yerləşən 17 saylı mənzildən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi və həmin şəxslərin mənzil qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək X4, X6, X7, X8 və X5 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr, İlqar Cümşüdov küçəsi, ev 15-də yerləşən 17 saylı mənzildən çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanda yerləşən 17 saylı mənzili notarial qaydasında alqı-satqı müqaviləsi ilə 16 iyul 2021-ci il tarixdə X1 almış, həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən adına **********81-05301-093058 reyestr nöməsi ilə qeydə alınmaqla 23 iyul 2021-ci il tarixli texniki pasport verilmişdir. Öz, arvadı, X13, oğlu 2010-cu il təvəllüdlü X14 və qızı 2015-ci il təvəllüdlü X15 həmin mənzilə daimi pasport qeydiyatına alınmışlar. Alqısatqı müqaviləsi bağlananadək həmin mənzildə qeydiyyatda olmuş, mənzilin əvvəlki sahibi X2 və X10 alqı-satqı müqaviləsi bağlandıqdan sonra öz ərizələrinə əsasən mənzildən qeydiyyatdan çıxarılmışlar. Lakin, digər ailə üzvləri X4, X6, X7, X8 və X9 bu günədək mənzildə qeydiyatdan çıxmamışlar, dəfələrlə etdiyi xəbərdarlıqlara və xahişlərinə baxmayaraq bu günə kimi mənzildə qeydiyyatdan çıxmırlar. Qeyd olunan şəxslərin dediyinə görə Azərbacandan kənarda, Türkiyədə daimi yaşadıqlarına və son dövrdə pandemiya ilə əlaqədar olaraq Azərbaycana gəlmək imkanları olmadığına görə özləri ərizə verərək qeydiyyatdan çıxmaq imkanından məhrumdurlar, iddiaçı ilə telefon əlaqəsi zamanı məhkəmə qərarı ilə qeydiyyatdan çıxarılmalarına etirazları olmadığını bildirmişlər. İddiaçının onların mənzilindən pasport qeydiyyatından çıxarılması ilə əlaqədar olaraq cavabdehə yazdığı ərizə təmin edilməmişdir. Qeyd olunan şəxslərin iddiaçının iradəsi olmadan istifadəsində olan mənzildən hazırda qeydiyyatdan çıxarılmasından cavabdehin imtinası hüquqlarını kobud şəkildə pozur və mənzilindən maneəsiz istifadəsinə, onun barəsində istədiyi kimi sərəncam verilməsinə imkan vermir. Odur ki, cavabdehin imtinasını qanunsuz hesab edir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10139/2022 nömrəli qərardadı ilə iş üzrə X4, X6, X7, X8 və X9 məhkəmə icraatına 3-cü şəxs qismində (zəruri olaraq) cəlb edilmişlər. Hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Həmçinin xx.xx.2022-ci il tarixdə cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən məhkəmənin dəftərxanası vasitəsi ilə daxil olmuş xx.xx.2022-ci il tarixli, 059-41373-1222 nömrəli məktubunda iş üzrə məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və qərarın qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin iddiaçıya ünvanlanmış 059-23080A- 3222 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən X4, X6, X7, X8 və X5 ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu bildirilmişdir. - Bakı şəhəri 3 saylı “ASAN xidmət” tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2022-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X13, xx.xx.2010-cu il təvəllüdlü X14, xx.xx.2015-ci il təvəllüdlü X15, xx.xx.1990cı il təvəllüdlü X10, xx.xx.1996-cı il təvəllüdlü X6, xx.xx.1988-ci il təvəllüdlü X7, xx.xx.1959cu il təvəllüdlü X4, xx.xx.1981-ci il təvəllüdlü X8 və xx.xx.1985-ci il təvəllüdlü X9 ünvan 4 ünvanında qeydiyyatdadırlar. - X6 tərəfindən verilmiş 08212 nömrəli, xx.xx.2021-ci il tarixli razılıq ərizəsinə əsasən anası, Səfurə Quliyevanın ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakı istənilən qiymətə və şərtlərdə satılmasına etirazın olmadığı bildirilmişdir. - X8 tərəfindən verilmiş 13182 nömrəli, xx.xx.2021-ci il tarixli razılıq ərizəsinə əsasən anası, Səfurə Quliyevanın ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakı istənilən qiymətə və şərtlərdə satılmasına etirazın olmadığı, o cümlədən bununla bağlı olaraq müqavilədə göstərilən müddətdə yaşayış yerindən/evdən çıxacağına və pasport qeydiyyatını ləğv etdirəcəyinə öhdəliyin götürülməsi bildirilmişdir. - X9 tərəfindən verilmiş 18911 nömrəli, xx.xx.2021-ci il tarixli razılıq ərizəsinə əsasən anası, Səfurə Quliyevanın ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakı istənilən qiymətə və şərtlərdə satılmasına etirazın olmadığı, o cümlədən bununla bağlı olaraq müqavilədə göstərilən müddətdə yaşayış yerindən/evdən çıxacağına və pasport qeydiyyatını ləğv etdirəcəyinə öhdəliyin götürülməsi bildirilmişdir. - X4 tərəfindən verilmiş 11625 nömrəli, xx.xx.2021-ci il tarixli razılıq ərizəsinə əsasən arvadı, Səfurə Quliyevanın ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakı istənilən qiymətə və şərtlərdə satılmasına etirazın olmadığı bildirilmişdir. - X7 tərəfindən verilmiş 19806 nömrəli, xx.xx.2021-ci il tarixli razılıq ərizəsinə əsasən anası, Səfurə Quliyevanın ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakı istənilən qiymətə və şərtlərdə satılmasına etirazın olmadığı bildirilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli, **********36 saylı məktubundan görünür ki, ünvan 4 ünvanı üzərində X4, X6, X7, X8 və X5 istifadə hüquqlarının qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Həmin məktuba qoşma olaraq göndərilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışın təsdiq edilmiş surətinə əsasən ünvan 4 İddiaçı mülkiyyətindədir. 16 iyul 2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin təsdiq edilmiş surətinə əsasən X3 ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi 63.32 kv.m.olan 4 otaqlı mənzili İddiaçı 109.000 (yüz doqquz min manat) manat qiymətinə satmışdır. Məhkəmə hesab edir ki, hazırkı tələbin hüquqi əsasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Beləliklə, qanunvericilik qeydiyyatın aparılmasının iki qaydasını müəyyən etmişdir: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin iradə ifadəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqdamüvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında əksini tapmış hüquqi mövqeyinə görə “... şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir”. Məhkəmə o halı da qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. İddiaçı yaşayış evini istifadə edir, orada daimi yaşayır və qeydiyyatdadır. Üçüncü şəxslərin iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalması sonuncuya həmin mənzildən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Başqa sözlə, məhkəmə belə nəticəyə gəlir ki, üçüncü şəxslərin faktiki olaraq yaşamadığı və istifadə hüququnun mövcud olmadığı mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması formal xarakter daşıyır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X4, X6, X7, X8 və X5 iddiaçı, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr, İlqar Cümşüdov küçəsi, ev 15-də yerləşən 17 saylı mənzildən çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. X4, X6, X7, X8 və X5 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr, İlqar Cümşüdov küçəsi, ev 15-də yerləşən 17 saylı mənzildən çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 6 Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar