Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10147/2022 09.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək "ünvan 2 3 saylı Üzüm Emalı" Zavodunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona xx.xx.2022-ci il tarixdən 65 yaşının tamam olduğu müddətdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı xx.xx.1957-ci ildə ünvan 2 rayonunun Boyəhmədli kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 11 sentyabr 1972-ci ildə başlamış, iş yeri barədə qeydlər əmək kitabçasında qeyd edilmişdir. İddiaçı 64 yaş 6 ayı tamam olduqdan sonra əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin ona xx.xx.2022-ci il tarixli **********4 saylı imtina məktubu ilə əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən 25 ildən az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Lakin iddiaçı hesab edir ki, işlədiyi xx.xx.1992-xx.xx.2006-cı illərdə "ünvan 2 3 saylı Üzüm Emalı" Zavodunun arxiv sənədlərinin saxlanıldığı yerin məlum olmaması səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi onun hüquqlarını pozur. Bu səbəbdən, inzibati məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçının təqdim etdiyi sənədlərə əsasən, qanunvericiliklə müəyyən edilmiş sosial sığorta stajı və ya pensiya kapitalı toplanılmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunaziddir. Bələ ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyini iddia etdiyi “ünvan 1 ünvan məlum olmadığından, ona həmin dövrlərin sosial sığorta stajına daxil edilməsinin qeyri-mümkün olduğu vurğulanmış və iddiaçının müraciətinin müsbət həlli mümkün olmamışdır. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Lakin iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. İddiaçının ümumi iş stajı 14 il 9 ay 14 gündür. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Hazırkı is üzrə iddiaçının hərbi xidmətdə olduğu, habelə təhsil aldığı dövrlər sığorta stajına daxil edilsə də, tələb edilən staj həddi tamamlanmır. İddiaçının əməkhaqqı alması sübuta yetirilmədiyindən, həmin illərin is stajına daxil edilərək iddiaçıya DSMF tərəfindən əmək pensiyasının təyin edilməsinin heç bir hüquqi əsası yoxdur. Məsələnin obyektiv araşdırılması üçün müvafiq qurumlara sorğular ünvanlanmışdır. X2 filialından daxil olmuş xx.xx.2022-ci il tarixli cavab məktubunda “ünvan 2 3 saylı Üzüm emalı” zavodunun xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan arxiv sənədlərinin Filiala mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir. Həmçinin, Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş 05 avqust 2022-ci il tarixli **********7 nömrəli cavab məktubuna əsasən “ünvan 2 3 saylı Üzüm emalı” zavodunun iş qovluqundakı hesabat məlumatlarının Mərkəzi Filiala təhvil verilmədiyi qevd edilmişdir. Həmçinin Qanunun 22-1-ci maddəsinə əsasən iddiaçının xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığı üçün avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - xx.xx.2012-ci il tarixdə ünvan 2 RPİ tərəfindən verilmiş iddiaçıya aid AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********4 saylı imtina məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST" mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyiniz əmək kitabçanızın və hərbi biletinizin surətlərinə əsasən sığorta stajınız (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğunuz dövr nəzərə alınmaqla) 14 il 9 ay 25 gün təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Fondun Qarabağ regional filialının xx.xx.2022-ci il tarixli məktubuna əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək “ünvan 1 ünvan məlum olmadığından həmin dövrün araşdırılması və sığorta stajınıza daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajınız qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrləriniz müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, xx.xx.2022-ci il tarixindən adınıza aktiv əmək müqaviləsi (işəgötürən “DOST İŞ mərkəzi" MMC) olduğu üçün sizə yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.” - Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş 05 avqust 2022-ci il tarixli **********7 nömrəli cavabdehə ünvanalanmış məktubundan görünür ki, “ünvan 2 3 saylı Üzüm emalı” zavodunun iş qovluğundakı hesabat məlumatları Mərkəzi Filiala təhvil verilməmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X2 Filialının xx.xx.2022-ci il tarixli 25 saylı məktubu ilə bildirilmişdir ki, “ünvan 2 3 saylı Üzüm emalı” zavodunun xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixə qədər olan arxiv sənədlərini filiala təhvil verilmədiyi üçün filialda mühafizə olunmur. - İddiaçıya məxsus sığortaolunanın hesabından görünür ki, 2022-ci ilin yanvar ayından 2022-ci ilin iyun ayına qədər cəmi 184.44 manat məbləğində sığorta haqqı ödənilmişdir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “ünvan 2 3 saylı Üzüm emalı” zavodunun sənədləri mühafizə olunmaq üçün Nazirliyin arxivinə təhvil verilməmişdir. Bu səbəbdən müvafiq məlumatların təqdim edilməsi Nazirliyin imkanı xaricindədir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********93 saylı və xx.xx.2022-ci il tarixli **********62 saylı məktubları ilə bildirilmişdir ki, “ünvan 2 3 saylı üzüm emalı” zavodu barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər-hansı məlumat yoxdur. - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2022-ci il tarixli 01/3-4037 saylı məktubu ilə bildirilmişdir ki, “bildiririk ki, 1996-cı ildə yaradıimış Azərbaycan Respublikasının statistik vahidlərin Döviət reyestrində “ünvan 2 3 saylı üzüm emalı” zavodu”na dair məlumat mövcud deyildir. - Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli **********778800 saylı məktubu ilə bildirilmişdir ki, idarədə olan reyestrdə “ünvan 2 3 saylı üzüm emalı” zavodu adlı kommersiya qurumu aşkar edilməmişdir. - ünvan 2 rayon 70 saylı orta texniki peşə məktəbinin xx.xx.1986-cı il tarixli A № 699368 saylı diplomundan görünür ki, iddiaçı xx.xx.1986-xx.xx.1986-cı illərdə bənna peşəsi üzrə təhsil almışdır. - NZ № ******* saylı hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1975-xx.xx.1977-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. - İddiaçıya aid xx.xx.1972-ci il tarixli əmək kitabçasına göstərilmişdir ki, iddiaçı xx.xx.1972-xx.xx.1972, xx.xx.1973-xx.xx.1975-ci illərdə sovxozda fəhlə, xx.xx.1975xx.xx.1975-ci illərdə şərab zavodunda fəhlə, xx.xx.1977-xx.xx.1979-cu illərdə təmir emalatxanasında çilingər, xx.xx.1979-xx.xx.1979-cu illərdə RSFSR-də Maqadan Vilayətində montajçı, xx.xx.1979-xx.xx.1981-ci illərdə Maqadan Vilayətində sovxozda tikinti sexində fəhlə, xx.xx.1981-xx.xx.1981-ci illərdə traktor köməkçisi, xx.xx.1981xx.xx.1984-cü illərdə inşaat briqadasına rəngsaz, xx.xx.1984-xx.xx.1992-ci illərdə sovxozun hamamında ocaqçı, xx.xx.1992-xx.xx.2009-cu illərdə ünvan 2 3 saylı üzüm emalı zavodunda fəhlə peşəsində işləmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Göründüyü kimi qanunverici orqan kişilərin ən azı 63 yaşına çatmasını, eyni zamanda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini və yaxud 25 il sığorta stajı olmasını pensiya təyin edilməsi əsas hesab edir. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. İş materiallarından məlum olur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən onun müraciətinə imtina edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1992xx.xx.2009-cu illərdə ünvan 2 3 saylı üzüm emalı zavodunda fəhlə peşəsində işləməsini iddia edərək, xx.xx.2006-cı il tarixədək olan dövrün də iş stajına hesablanaraq, ona yaşa görə əmək pensiyanın təyin edilməsini cavabdehdən tələb etmişdir. Cavabdeh orqan iddiaçının ərizəsini təmin etməkdən imtina edərək bununla əsaslandırmışdır ki: 1) təqdim etdiyi əmək kitabçanın və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 14 il 9 ay 25 gün təşkil edir. Belə ki, əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun Qarabağ regional filialının xx.xx.2022-ci il tarixli məktubuna əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək “ünvan 1 ünvan məlum olmadığından həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulan müddətdən (25 ildən) azdır. 2) xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə tələb olunan 25 il iş stajının qarşılıgında yalnız 18 il 07 ay 20 gün iş stajı toplamışdır. Onun ümumi iş stajı aşagıdakı illər üzrə toplanmışdır: xx.xx.1972-xx.xx.1972, xx.xx.1973-xx.xx.1975-ci illərdə sovxozda fəhlə - 2 il 1 ay 27 gün, xx.xx.1975-xx.xx.1975-ci illərdə şərab zavodunda fəhlə - 1ay 23 gün, xx.xx.1975-xx.xx.1977-ci illərdə həqiqi hərbi xidmət dövrü - 2 il 17 gün, xx.xx.1977- xx.xx.1979-cu illərdə təmir emalatxanasında çilingər – 1 il 10 ay 3 gün, xx.xx.1979-xx.xx.1979-cu illərdə RSFSR-də Maqadan Vilayətində 2-ci dərəcəli montajçı – 9 ay 22 gün, xx.xx.1979-xx.xx.1981-ci illərdə RSFSR-də Maqadan Vilayətində sovxozda tikinti sexində fəhlə – 1 il 1 ay 22 gün, xx.xx.1981- xx.xx.1981-ci illərdə traktor köməkçisi – 2 ay 8 gün, xx.xx.1981-xx.xx.1984-cü illərdə inşaat briqadasına rəngsaz – 2 il 9 ay 6 gün, xx.xx.1984-xx.xx.1992-ci il tarixə qədər sovxozun hamamında ocaqçı – 8 il 3 ay 10 gün (xx.xx.1986- xx.xx.1986-cı illərdə təhsil dövrü – 10 ay 1 gün iş dövrü ilə üst-üstə düşdüyündən nəzərə alınmamışdır). Beləliklə də iddiaçının 18 il 7 ay 20 gün ümumi iş stajını toplaması işdə olan sənədlərlə öz təsdiqini tapır. Bununla yanaşı cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1992xx.xx.2009-cu illərdə ünvan 2 3 saylı üzüm emalı zavodunda fəhlə peşəsində işlədiyi dövrün onun iş stajına nəzərə alınmaması barədə dəlilləri əsaslıdır. Çünki, cavabdehin məhkəməyə təqdim etdiyi inzibati araşdırma materiallarından, habelə məhkəmənin sorgusu ilə toplanmış sənədlərlə iddiaçının həmin müəssisədə işləyib-işləməməsi barədə hər-hansı məlumatın aşkar edilmədiyi müəyyən edilir. Həmçinin, iddiaçı ünvan 2 şəhərinin işğalı zamanı ünvan 2 3 saylı üzüm emalı zavodunun yandırıldığını və bütün sənədlərin həmin yanğın zamanı məhv olduğunu, sonradan müəssisədə işləməsə də zavodunun rəhbərliyi tərəfindən ünvan 2 rayonun Quzanlı kəndində əmək kitabçasının yenidən yazılaraq möhür vurulduğunu bildirmişdir. Bütün bunlar da əmək kitabçasının mötəbərliyinə əsaslı şübhə yaradır. Belə ki, «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5
Hakim Mehriban Qarayeva