Məhkəmə qərarları › İş №2-1(112)-10148/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10148/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10148/2022 30.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertia və X4 hüquqi şəxsi və Cavabdeh2 qarşı “əlillik dərəcəsini və peşə xəstəliyi səbəbini dəyişdirilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil Cavabdeh2 Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertia və X4 hüquqi şəxsi və Cavabdeh2 qarşı “əlillik dərəcəsini və peşə xəstəliyi səbəbini dəyişdirilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddianın mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" ASC cavabdeh Dövlət Tibbi-Sosial Ekspertia və X4 hüquqi şəxsi və Cavabdeh2 qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh2 əlillik dərəcəsini və peşə xəstəliyi səbəbini dəyişdirilməsi barədə qərar qəbul etmək vəzifəsini cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 1971-ci ildən Bakı Kimya Əczaçılıq Zavodunda (indiki "xxxx" ASC) avtomobil sürücüsü və avtomobil yükləyicisi vəzifəsində işləmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3 saylı X7 Komissiyasının xx.xx.1999-cu il tarixli 86 saylı müayinə aktına əsasən Cavabdeh2 müddətsiz 2-ci dərəcəli peşə xəstəliyi nəticəsində əlillik təyin edilmişdir. Cavabdeh2 "xxxx" ASC-ti tərəfindən 1999-cu il tarixdən indiyənədək ikinci qrup əmək əlili kimi hər ay 160 manat məbləğində pul və müalicə üçün vəsait ödənilmişdir. Bundan başqa Cavabdeh2 bu illər ərzində müxtəlif sanatoriyalara göndərilmişdir. Bildirilmişdir ki, Cavabdeh2 müəsissədə sürücü işləyib və dərman istehsalatında iştirak etməyib. O, dərman preparatları ilə birbaşa tamasda olmayıb, dərmanların hazırlanmasında iştirak etməyib. Cavabdeh2 dərman preparatlarından zəhərlənməsi mümkün deyil, cünki onun işlədiyi iş yerinin dərman istehsalatı ilə heç bir əlaqəsi yoxdur. İddiaçı hesab edir ki, Cavabdeh2 sağlamlığın pozulmasının səbəb əlaqəsi kimi peşə xəstəliyi göstərilməsi həqiqətə uyğun deyil. Bundan başqa qanunvericiliyə görə, peşə xəstəliklərinin diaqnozunu verə biləcək xəstəxanalara Səhiyyə Nazirliyinin Milli X1 X3 Klinikası, Tibb Universiteti nəzdində olan klinikalar və Dövlət Təhsil və Araşdırma Klinikaları aiddir. Cavabdeh2 həmin xəstəxanalarında müayinə keçməsi barədə heç bir sübüt yoxdur. Klinik diaqnoz qoyularkən həmin xəstəliyin fəaliyyət sahəsi ilə əlaqəsinin olub-olmadığı da araşdırılmalıdır. Əgər bu peşə xəstəliyi olarsa, xəstəliyin səbəbinin iş yeri olduğu mütləq göstərilməlidir. Qeyd edilmişdir ki, peşə xəstəlikləri qarşısın alınması mümkün olan xəstəliklərdir. Çünki xəstəliyin yaranma səbəbi, mənbəyi aydındır. Müalicə aldıqdan sonra artıq xəstəlik uzaqlaşır, yalnızca bəzi hallarda xəstəliyin bəzi fəsadları qala bilər ki, bu da, təbii ki, əmək qabiliyyətinin tam itirilməsinə gətirib çıxara bilməz. İddiaçı esab edir ki, Cavabdeh2 xəstəliyin "xxxx" ASC-nin fəaliyyəti və cavabdehin çalışdığı iş yeri ilə əlaqəsi araşdırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə növbəti məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçıya hüquqi yardım göstərilərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olmaması izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın mümkün sayılaraq təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəflərin izhatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddia tələbindən görünür ki, iddiaçı Cavabdeh2 əlillik dərəcəsinin və peşə xəstəliyi səbəbinin dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə Agentlikdə mütəxəsisslərin iştirakı ilə komissiyada əyani müayinə olunmuşdur. Şəxsin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı tibbi sənədlərdə qeyd edilmiş diaqnoz və ağırlaşmalar-anameestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmışdır. Bundan irəli gələrək Azərbayca Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən eilməsi meyarlarına dair Əsasnaməyə” müvafiq olaraq Cavabdeh2 “peşə xəstəliyi” səbəbi ilə müddətsiz ikinci dərəcə əlilliyi qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydasının”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. Hazırkı mübahisəyə münasibətdə iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olduğu işin məhkəmə tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur. Belə ki, işin müəyyən edilmiş hallarından və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən əlilliyin səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü tərəfindən mübahisələndirilməlidir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, əlillik səbəbinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədlərə yalnız şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti dövlət orqanlar (qurumlar) tərəfindən Agentliyə müraciət oluna bilər. Beləliklə məhkəmənin qənaətinə əsasən hazırki iş üzrə iddiaçının cavabdehə qarşı tələblə müraciət etməkdə hər hansı subyektiv hüququ mövcud olmamışdır. "xxxx" ASC-nin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertia və X4 hüquqi şəxsinə qarşı hazırkı iddia tələbi ilə çıxış edə bilməz. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı "xxxx" ASC-nin iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar