Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1015/2020 12.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, Sənan Xaliq oğlu İmanovun katibliyi, İddiaçının nümayəndəsi X4 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası müəllimə, “Evdə məktəb”də müəllimə işləyir), 3-cü şəxs X1(Bakı şəhərində qeydiyyatdadır, işsiz) iştirakı ilə, iddiaçı Qafarova Aybəniz Midxad qızının cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “3-cü şəxsin qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Qafarova Aybəniz Midxad qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvan 1 ünvanda X1 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Səbail rayonu, 1128 keçid, ev 23, mənzil 14 –də, üçüncü şəxs X5 isə həmin binanın (Səbail rayonu, keçid 1128,ev 23) mənzil 4 –də yaşayırlar. Cavabdeh Qeydiyyat və X8 tərəfindən texniki səhvə yol verilərək X5 iddiaçıya məxsus mənzilə qeydiyyata alınıb ona şəxsiyyət vəsiqəsi verilmişdir. İddiaçı 3-cü şəxsin onun mənzilinə qeydiyyatdan çıxarılmasını xahiş etsə də, cavabdeh xahişini təmin etməkdən imtina etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Bakı şəhər Səbail rayon Polis İdarəsindən iddiaya dair etirazın bildirilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh Bakı şəhər Cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X5 bildirmişdir ki, o Səbail rayonu, 1128 keçid, ev 23, mənzil 4 –də yaşayır, iddiaçıya məxsus mənzilə qeydiyyata polis orqanının səhvi nəticəsində düşmüşdür. Cavabdehnə müraciət edərək, şəxsiyyət vəsiqəsində buraxılmış səhvi düzəldilməsini xahiş etsə də, cavabdeh xahişini təmin etməkdən imtina etmişdir. 3-cü şəxs iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və 3-cü şəxsin izahatlarını və çıxışlarını dinləyərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək hesab edir ki,iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilimiş 154280 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Səbail rayonu, keçid 1128, ev 23, mənzil 14 xüsusi mülkiyyət hüququ ilə İddiaçı Midxad qızının adına xx.xx.2003-cü ildə qeydə alınmışdır. Bakı şəhəri Cavabdeh X2 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən, şəxsiyyət vəsiqəsində mənzil nömrəsinin səhv yazılması ilə bağlı Cavabdehnə ünvanlanmış məktubuna cavab olaraq bildirilmişdir ki, xx.xx.2010-cu il tarixdə Səbail RPİnin Q və ŞVŞ –si tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin əsasları müddət keçdiyi üçün məhv edilmişdir; şəxsiyyət vəsiqəsində düzəliş olunması üçün məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə olunur. Bakı şəhəri Cavabdeh İddiaçı ünvanlanmış 07 dekabr 2019-cu il tarixli məktubuna əsasən, cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, keçid 1128, ev 23, mənzil 14-dən X3 qeydiyyatdan çıxarmaqdan imtina etmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etmişdir ki, X1 qeydiyyatda olduğu Bakı şəhəri, Səbail rayonu, keçid 1128, ev 23, mənzil 14 iddiaçının mülkiyyətindədir. X1 iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə əlaqədar cavabdehə edilmiş müraciətlər təmin edilməmişdir. İddiaçı 3-cü şəxs X1 ona məxsus mənzildən qeydiyyatdan çıxarılması barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Məhkəmə aşağıda göstərilənlərə görə iddiaçının iddiasını əsaslı hesab edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunda X1 qeydiyyatdan çıxarılmasından imtina etsə də X1 iddiaçının mənzilinə qeydiyyata alınmasının qanuni əsaslarını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmiş, iddia ərizəsinə etirazını bildirməmişdir. İş materiallarına əsasən iddiaçı ilə 3-cü şəxs X1 arasında heç bir qohumluq əlaqəsi yoxdur, o iddiaçının yaşadığı evin 4 nömrəli mənzildə yaşayır, və iddiaçının mənzilinə qeydiyyatına cavabdehin səhvi nəticəsində düşmüşdür. 3-cü şəxs iddiaçının mənzilinə qeydiyyatdan çıxarılmasına etiraz etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır, həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər,68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı Qafarova Aybəniz Midxad qızının iddia tələbi təmin edilməli, ünvan 5 ünvanından X1 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68 – 69cu, 81-ci, 85-ci,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Qafarova Aybəniz Midxad qızının iddia tələbi təmin edilsin. ünvan 5 ünvanından X1 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1015/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1015/2020
12.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver