Məhkəmə qərarları › İş №2-1(112)-10153/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10153/2025

06.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10153/2025 06.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı “qərarın ləğv edilməsi və gömrük borcu üzrə olan dəbbə pulunun silinməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İdidaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı “qərarın ləğv edilməsi və gömrük borcu üzrə olan dəbbə pulunun silinməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı cavabdeh tərəfindən hesablanmış 43597,51 (qırx üç min beş yüz doxsan yeddi manat əlli bir qəpik) manat məbləğində dəbbə pulunun silinməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh qanunsuz olaraq Cəmiyyətə 43597,51 (qırx üç min beş yüz doxsan yeddi manat əlli bir qəpik) manat məbləğində dəbbə pulu hesablamışdır. Cavabdehə borcun silinməsi ilə bağlı rəsmi qaydada müraciət edilməsinə baxmayaraq bugünədək cavablandırılmamışdır. Məhkəmənin nəzərinə çatdırırlar ki, Cəmiyyət tərəfindən gömrük bəyannamələri olan mallar rəsmiləşdirilən zaman qanunvericiliklə nəzərdə tutulmuş müddət pozulmamış və qanunvericiliklə nəzərdə tutulan məbləğ ödənilərək mallar götürülmüşdür. Artıq həmin müddətdən 3 il keçdikdən sonra dəbbə pulunun hesablanaraq Cəmiyyətə borc kimi hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək xx.xx.2025-ci il tarixli, 3-33-3300/001Q saylı qərarın ləğv edilməsi və gömrük borcu olan 43597,51 (qırx üç min beş yüz doxsan yeddi manat əlli bir qəpik) manat məbləğində dəbbə pulunun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamanın nəticələrinə görə “STANLEY BEVERAGES - BAKU” müəssisəsinin ünvanına daxil olan və **********3012; **********3268; **********6666; **********5120; **********7871; **********5414; **********0972; **********7427; **********5574; **********6854; **********9070; **********0823; **********1056; **********0307; **********3589; **********9760; **********1941; **********3227; **********6713; **********5423; **********6225; **********7677; **********5323; **********4582; **********2130; **********1418; **********3862; **********5930; **********3622; **********3639; **********5669; **********6414; **********1669; **********9294; **********3276; **********1061 sorğu nömrəli gömrük bəyannamələrində bəyan olunan mallar rəsmiləşdirilən zaman Gömrük Məcəlləsinin 239-cu maddəsinin və Nazirlər Kabinetinin 229 nömrəli Qərarının tələbləri pozulmuşdur (saxlanc müddəti bitdikdə mallar digər gömrük proseduru altında bəyan olunmalı və ya gömrük anbarına yerləşdirilməli olduğu halda müəyyən müddət keçdikdən sonra “sərbəst dövriyyə üçün buraxılış” gömrük proseduru altında rəsmiləşdirilmişdir) və nəticədə hüquqi şəxsin qeyd olunan bəyannamələr üzrə dəbbə pulu olaraq 105980.58 manat (bir yüz beş min doqquz yüz səksən manat 58 qəpik) gömrük borcu yaranmışdır. İddiaçı tərəfindən 36 gömrük bəyannaməsi üzrə yaranmış gömrük borcuna görə 20 iyun 2023-cü il tarixli, 2100-012/0xxxx/000584 nömrəli məktubla bildiriş hüquqi şəxsin qeydiyyatda olduğu ünvana göndərilmiş, lakin həmin borcun ödənilməsi təmin edilməmiş və iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin icraatında olmuş İddiaçı cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli, e-2-1(112)-14221/2023 nömrəli qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)- 14221/2023 nömrəli qərarına əsasən, gömrük orqanı tərəfindən yaranmış gömrük borcunun tutulmasına yönəldilmiş hər hansı hərəkət edilməmiş, sərəncam qoyulmamış, icra sənədi verilməmiş, yalnız borc barədə bildiriş göndərilmiş, bu səbəbdən də iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələblərə cavab vermədiyindən iddia mümkün sayılmamışdır. Nəzərə çatdırırlar ki, İddiaçı tərəfindən 36 gömrük bəyannaməsi üzrə yaranmış gömrük borcuna görə göndərilmiş 20 iyun 2023-cü il tarixli, 2100012/0xx-xx/000584 nömrəli məktubda göstərilmiş 2 gömrük bəyannaməsi üzrə gömrük borcunun ödənilməsi təmin edilmiş, 28 gömrük bəyannaməsi üzrə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 249.1-ci maddəsində nəzərdə tutulmuş 3 (üç) il müddət ötürülmüş, xx.xx.2021-ci il tarixli, **********3012 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli, **********3268 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli, **********7427 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli, **********5574 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli, **********5323 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli, **********3276 sorğu nömrəli gömrük bəyannamələri üzrə isə yaranmış 43597.51 manat qalıq gömrük borcunun ödənilməsi hələ də təmin edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, xx.xx.2023-cü il tarixli, 2100- 012/0xx-xx/000584 nömrəli məktubda qeyd olunan 6 gömrük bəyannaməsi üzrə bildiriş təqdim edildiyi tarixdə (xx.xx.2023) Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 249.1ci maddəsində nəzərdə tutulmuş 3 (üç) il müddət ötürülmədiyindən, həmin bəyannamələr üzrə yaranmış 43597.51 manat qalıq gömrük borcunun məcburi tutulması ilə əlaqədar Azərbaycan Respublikasının “İnzibati icraat” haqqında Qanuna əsasən, inzibati icraatın aparılması qanunamüvafiq hesab olunmuşdur. Nəticədə, İddiaçı tərəfindən 36 gömrük bəyannaməsi üzrə yaranmış gömrük borcuna görə göndərilmiş 20 iyun 2023-cü il tarixli, 2100-012/00124/000584 nömrəli məktubda göstərilmiş 2 gömrük bəyannaməsi üzrə gömrük borcunun ödənilməsi təmin edilmiş, 28 gömrük bəyannaməsi üzrə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 249.1-ci maddəsində nəzərdə tutulmuş 3 (üç) il müddət ötürülmüş, xx.xx.2021ci il tarixli, **********3012 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli, **********3268 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli, **********7427 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli, **********5574 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli, **********5323 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli, **********3276 sorğu nömrəli gömrük bəyannamələri üzrə isə yaranmış 43597.51 manat qalıq gömrük borcunun yaranması barədə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərar və aşkarlanmış gömrük borcuna dair tərtib olunmuş xx.xx.2025-ci il tarixli bildiriş hüquqi şəxsin ünvanına göndərilmişdir

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Cavabdeh tərəfindən icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

7. Məhkəmə qeyd edir ki, “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə- iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür.

8. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 51-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını, azadlıqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən bu Məcəlləyə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunlara uyğun olaraq şikayət vermək hüququna malikdirlər.

9. İddiaçı qanunla ona verilmiş bu hüquqlarından istifadə edərək, hazırki tələb üzrə əvvəlcə inzibati orqana müraciət etmiş, daha sonra isə məhkəmədə iddia qaldırdırmışdır. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

10. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni aşağıdakılar ilə əsaslandırır.

13. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Gömrük bəyannaməsi– malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir (maddə 1.0.11). Mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək gömrük orqanlarının vəzifəsidir (maddə 8.0.6). Bu Məcəllə və digər qanunvericiliklə həvalə olunmuş vəzifələrini yerinə yetirmək üçün gömrük orqanları gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq hüquqlara malikdirlər (maddə 9.0.3). Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir (madə 40.2) Bütün şəxslər malları bu Məcəllədə nəzərdə tutulmuş qaydada, bərabər əsaslarla gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququna malikdirlər (maddə 82.1). Bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, heç bir şəxs malları gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququndan məhrum edilə və ya onun bu hüququ məhdudlaşdırıla bilməz (maddə 82.2). Bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan bütün mallar və nəqliyyat vasitələri, gömrük rüsumları və vergilərin tutulma obyektləri olub-olmadığından asılı olmayaraq gömrük nəzarətindən keçməlidir (maddə 82.3). Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır (maddə 104.1). Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır (maddə 104.2). Bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilə, habelə onlar barəsində sərəncam verilə bilməz (maddə 105.1). Müvafiq icra hakimiyyəti orqanı gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsinə dair şərtlər və məhdudiyyətlər müəyyən edir (maddə 105.2). Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir (maddə 146.1). Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir (maddə 146.2). Təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır (maddə 152.3). Gömrük borcu malların bu Məcəllənin 238-ci və 240-cı maddələrində göstərilən gömrük prosedurları altında yerləşdirilməsi üçün gömrük bəyannaməsinin gömrük orqanlarına təqdim edildiyi yerdə yaranır. Bütün başqa hallarda gömrük borcunun yarandığı yer, onun yaranmasına səbəb olan halların baş verdiyi yer hesab edilir (madə 237.1.). Gömrük borcu gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt yaranır (maddə 238.2.). Malları bəyan edən şəxs borclu hesab olunur. Gömrük təmsilçiliyi dolayısı həyata keçirilərsə, adından gömrük bəyannaməsi verilən şəxs də borclu hesab edilir(maddə 238.3.). İdxal gömrük rüsumları tutulmalı olan mallar üzrə gömrük borcu şəxs tərəfindən aşağıdakı şərtlərin hər hansı birinə əməl edilmədikdə yaranır (maddə 239.1.): 239.1.1. xarici malların gömrük ərazisinə gətirilməsinə, onların gömrük nəzarətindən çıxarılmasına, gömrük ərazisi daxilində hərəkətinə, emalına, saxlanılmasına, müvəqqəti idxalına, yaxud onlar barəsində sərəncam verilməsinə dair qanunvericiliklə müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə; 239.1.2. gömrük ərazisi daxilində mallardan son istifadə ilə əlaqədar gömrük qanunvericiliyində müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə; 239.1.3. xarici malların müvafiq gömrük proseduru altında yerləşdirilməsini, yaxud onlardan son istifadə ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməni tənzimləyən şərtlərə əməl olunmadıqda. 239.2. Müəyyən olunmuş şərtlərə əməl edilməməsi ilə əlaqədar gömrük borcunun yarandığı vaxt aşağıdakılardan biri hesab olunur: 239.2.1. gömrük borcunun yaranmasına səbəb olan öhdəliyə əməl edilmədiyi, yaxud əməl edilməsinin dayandırıldığı vaxt; 239.2.2. malların müvafiq gömrük proseduru altına yerləşdirilməsi, yaxud onlardan son istifadə ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməni tənzimləyən şərtlərə faktiki əməl edilməməsi aşkar olunduğu halda, malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün verilən gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt. 239.3. Bu Məcəllənin 239.1.1-ci və 239.1.2-ci maddələrində qeyd edilən hallarda aşağıdakı şəxslər borclu hesab edilirlər: 239.3.1. müvafiq öhdəlikləri yerinə yetirməli olan şəxs; 239.3.2. öhdəlikləri yerinə yetirməli olan şəxsin adından çıxış etmiş və ya bu öhdəliklərin yerinə yetirilməməsinə gətirib çıxaran hərəkətlərdə iştirak etmiş şəxs (həmin öhdəliklərin yerinə yetirilmədiyini bildiyi, yaxud bilməli olduğu halda); 239.3.3. malları əldə edərkən, yaxud saxlamaq üçün qəbul edərkən, onlarla bağlı öhdəliklərin yerinə yetirilmədiyini bilən, yaxud bilməli olan şəxs. 239.4. Bu Məcəllənin 239.1-ci maddəsində göstərilən gömrük prosedurları ilə əlaqədar gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsinin tərtibi, yaxud malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatlardan istifadə nəticəsində idxal gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azadolma baş verdikdə, gömrük bəyannaməsinin tərtib edilməsi üçün tələb olunan məlumatları təqdim etmiş şəxs də, bu məlumatların səhv olduğunu bildiyi və ya bilməli olduğu halda, borclu hesab olunur. ... 247.1. Gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. 247.2. Dəbbə pulunun hesablanması üçün müddətlər aşağıdakılardır: 247.2.1. gömrük borcunun ödənilməsi müddətinin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək və ya bu Məcəllənin 246.1-ci maddəsinə əsasən həmin borcun ödənilməsinə möhlət verilənədək; 247.2.2. bu Məcəllənin 246.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinə verilmiş möhlətin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək. 247.3. Dəbbə pulu bu Məcəllənin 247.2-ci maddəsində göstərilən müddətlər ərzində hər gecikdirilən günə görə gömrük borcu məbləğinin 0,1 faizi miqdarında hesablanır. Dəbbə pulu gömrük borcu üzrə bütün ötmüş müddətə, lakin bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. 247.4. Dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. 247.5. Dəbbə pulunun ödənilməsi, tutulması və qaytarılması bu Məcəllədə gömrük ödənişlərinin ödənilməsi, tutulması və qaytarılması üçün nəzərdə tutulmuş qaydalara uyğun olaraq həyata keçirilir. ... 249.1. Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. 249.2. Gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. 249.3. Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur.

14. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

15. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 271.1-ci maddəsində göstərilmişdir ki, borclu şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada müflis elan edilməsi nəticəsində borcunu ödəyə bilməməsi halları ilə yanaşı, gömrük borcu aşağıdakı üsullardan hər hansı birinin tətbiqi vasitəsilə də ləğv edilir: 271.1.1. gömrük borcunun tam məbləğdə ödənilməsi; 271.1.2. qanunvericilikdə nəzərdə tutulmuş hallarda şəxsin gömrük borcunu ödəməkdən azad edilməsi.

16. İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən hazırki qərarda göstərilən 2020-ci və 2021-ci il tarixli gömrük bəyannamələri ilə bağlı aparılmış gömrük rəsmiləşdirilməsi həmin tarixlərə aid olmasına baxmayaraq, cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən 3 (üç) ildən artıq bir müddət keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə iddiaçıya “Gömrük borcunun ödənilməsinə dair Bildiriş” ünvanlanaraq, qeyd olunan gömrük bəyannamələri üzrə 43597,51 (qırx üç min beş yüz doxsan yeddi manat əlli bir qəpik) manat dəbbə pulu borcunun dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur.

17. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən dəbbə pulunun ödənilməsi, tutulması və qaytarılmasının Gömrük Məcəlləsində gömrük ödənişlərinin ödənilməsi, tutulması və qaytarılması üçün nəzərdə tutulmuş qaydalara uyğun olaraq həyata keçirildiyini və ödənilməmiş gömrük borclarının gömrük ödənişlərinin ödənilməsi öhdəliyinin yarandığı tarixdən gömrük orqanları tərəfindən məcburi tutulmasının 3 (üç) illik müddətlə məhdudlaşdırıldığını nəzərə alaraq, məhkəmə hesab edir ki, qeyd olunan hal iddiaçının gömrük borcunu ödəməkdən azad edilməsi üçün əsas kimi qiymətləndirilməli və göstərilən əsasla mübahisələndirilən dəbbə pulu (gömrük borcu) ləğv edilməlidir.

18. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinə sasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

20. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

21. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

22. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-33-3300/001Q saylı qərarı ləğv edilsin və gömrük borcu olan 43597,51 (qırx üç min beş yüz doxsan yeddi manat əlli bir qəpik) manat məbləğində dəbbə pulunun silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar