Məhkəmə qərarları › İş №2-1(112)-10158/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10158/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10158/2021 24.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək pensiyasının (pensiyasının verilmədiyi ayların məbləğinin ödənilməsi ilə birlikdə) verilməsi hüquqnunun bərpa olunması barədə qərar çıxarıllmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, onun əmək pensiyasının (pensiyasının verilmədiyi ayların məbləğinin ödənilməsi ilə birlikdə) verilməsi hüququnun bərpa olunması vəzifəsinin cavabdeh qismində cəlb olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filına həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən 13.07.2021-ci il tarixdə ona pensiya verilməsinin dayandırılmasına dair edilmiş hərəkətlərin qanunsuz hesab edilməsi və həmin tarixdən ona eyni qaydada və tam şəkildə olmaqla pensiya verilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun əmək pensiyası heç bir xəbərdarlıq olmadan cari ilin iyul ayının 13 -də dayandırılmışdır. Dəfələrlə e-mail vasitəsilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə və onun yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etsə də bir nəticəsi olmamış və sonuncu verilən cavabda göstərilmişdir ki, AR-nın ƏƏMSN tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda; həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi "Əmək pesiyaları haqqında" AR-sı Qanunun 37.8.3 -cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar vaxtı ilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılır. Əmək pensiyasının bərpa ediməsi məsələsinə araşdırmanın nəticəsi barədə müvafiq məlumatlar Mərkəzi Filiala daxil olduqdan sonra baxılacaqdır. Notarial qaydada təsdiq olunmuş sənədləri DSM-yə təqdim etsə də, lakin hazırki vaxtadək heç bir məlumat ala bilməmişdir və pensiyası da verilmir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin 15.09.2021-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul olunmuş, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaya dair yazılı etirazı məhkəmə daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı və onun nümayəndəsi və vəkili X4 ayrı-ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi-X5 iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İPM-nin 2.2.4-ci maddəsinə görə inzibati orqanının inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Məhkəmə iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: “ASAN 1” tərəfindən 04.03.2017-ci ildə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1957-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qydiyyatdadır. ИТ-İ seriyalı ******* №-li əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı Xvər oğlu 1976-cı ildən 1981-ci ilədək Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır (diplom 109711-20.06.1981-ci il); 19.10.1981-ci ildə 1 saylı şöbənin 1 saylı sektoruuna mühəndis vəzifəsinə qəbul edilib ( əmr 947/k); 02.06.1986-cı ildə ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən MURB STS keçirilib ( əmr 98, 30.05.1986-cı il); 05.06.1986-cı ildə Şelf 2 yükdaşıma üzən qazma quurğusuna DYM və gəmi sistemlərii üzrə mexanik qəbul edilmişdir (Əmr 95 k, 06.06.1986-cı il); 08.06.1987-ci il eyni qurğuuuya DYM və gəmi sistemləri üzrə baş mexanik vəzifəsinə keçirilmişdir ( Əmr 141-k, 10.06.1987-ci il); 28.06.1992-ci il tarixdə Xəzər-5 üzən qazma qurğusuna DYM üzrə mexanik vəzifəsinə keçirilmişdir ( Əmr 64-k, 30.06.1992-ci il); 01.11.1994-cü il tarixdə eyni qurğuya qazma qurğusunun 4 dərəcəli motorçu vəzifəsinə keçirilmişdir (əmr 83 k, 04.11.1994-cü il); 30.01.1997-ci il tarixdə eyni qurğuya DYM üzrə mexanik vəzifəsinə keçirilmişdir (Əmr 5 k, 03.02.1997-ci il); 21.03.2003-cü ildə öz xahişi ilə işdən azad olunmuşdur ( 31.03.2003-cü il, 9 k saylı əmr); 01.04.2003-cü ildə Maersk Contrakkts və AOQC Moody İnteernational LTD arasında bağlanmış müqaviləyə əsasən Motorçu vəzifəsinə “Maersk Contractors” şirkətinə çalışmaq üçün işə qəbul edilmişdir ( əmr 9, 01.04.2003-cü il); 25.008.2003-cü ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir ( Əmr 47, 22.08.2003-cü il); 26.08.2003-cü ildə Maersk Kontraktors Services şirkətinə yarma qurğusunun Motorçusu vəzifəsinə qəbul edilmişdir (Əmr N5/03, 26.08.2009-cu il); 19.12.2007-ci il tarixdə mexanik kömməkçisi vəzifəsinə keçirilmişdir ( əmr i/49/, 19.12.2007-ci il); 26.11.2008-ci ildə öz xahişi ilə işdən azad edilmişdir ( Əmr R/05/08, 26.11.2008-ci il); 27.11.2008-ci ildə RCA Deutag Caspian Limited Şirkətinə Mexanik vəzifəsinə qəbul edilmişdir (əmək müqaviləsi S 0652, tarix 27.11.2008-ci il); 01.12.2010-cu ildə əmək müqaviləsinə xitam verilmişdir( əmr 0**-HR- ***0, 30.11.2010-cu il); 01.12.2010-cu ildə RCA Deutag Caspian Limited Şirkətinə stajor mexanik vəzifəsinə qəbul olunmuşdur ( D-057 N-li əmək müqaviləsi 01.12.2010-cu il); 30.04.2015-ci ildə mexanik vəzifəsinə keçirillmişdir( 8-057 nömrəli əmək müqaviləsi 30.04 2015-ci il); 02.12.2015-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir ( Əmk 0** CH ***5. 02.12.2015-ci il). Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən verilmiş 06.08.2021-ci il tarixli Arxiv arayışından görünür ki, İddiaçı 05.06.1986-cı ildən (Əmr №95k, 06.06.1986-cı İİ) 31.03.2003-cü ilə kimi (Əmr№9k, 31.03.2003-cü İİ) “Xəzərdənizneftqazsənaye” İB-nin X3 Qazma İdarəsində işləmişdir. “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin 10 mart 1993-cü il 78 №li əmrinə əsasən 01.04.1993-cü il tarixindən “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə ” DKQl-nin adı dəyişdirilərək X3 Qazma İdarəsi adlandırılmışdır. 08.04.2003- cü İİ tarixdən SOCAR-ın 28 saylı və “Azneft “ İB-nin strukturunun təkmilləşdirilməsi haqqında 16.04.2003-cü il tarixli 8 №li əmri ilə X3 Qazma İdarəsi Qazma Sexi kimi “Bayıl Limanı" DKQl-nin tərkibinə verilib.SOCAR-ın 12.03.2007-ci il tarixli, 51 saylı və 14.03.2007-ci İİ tarixli, 60 saylı əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmışdır və “ Bayıl Limanı “ DKQİ trestin tabeliyinə verilmişdir. SOCAR-ın 06.06.2012-ci il tarixli 65 saylı əmri ilə “Bayıl Liman” DKQl-nin adı dəyişdirilərək “Xəzər“ X6 İdarəsi adlandırılmışdır. 08.08.2012-ci İİ tarixdən SOCAR-ın 101 saylı və “Kompleks qazma işləri” trestinin strukturunun təkminləşdirilməsi haqqında 18.08.2012-ci il tarixli 82 saylı əmrinə əsasən "Xəzər” X6 idarəsi ləğv edilib və onun arxivi “Sahil ” Qazma İşləri İdarəsinə verilib. SOCAR-ın 27.12.2013-cü il tarixli, SOCAR/13- 1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Sahil" Qazma işləri İdarəsi ləğv edilmiş və “Bulla, 8 Mart, Ümid“ İstehsalat Bölümü kimi fəaliyyət göstərmişdir. “Kompleks qazma işləri" trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” 27.03.2021-ci il tarixli, SOCAR **********0040020A00070 saylı əmrinə əsasən “Bulla, 8 Mart, Ümid" İstehsalat bölümü hal-hazırda “Sahil” İstehsalat bölümü kimi fəaliyyət göstərir. Cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı pensiya işində olan: Pensiyaçının uçot vərəqindən və qərarından görünür ki, xx xxxxxxxx 1957-ci il təvəllüdlü İddiaçı sentyabr 2007-cı il tarixdə yaşa görə 1080,58 manat pensiya təyin edilmişdir. Sonradan 06.01.2012-ci il tarixli 946 nömrəli qərarla İddiaçı 01.01.2012-ci il tarixdən ömürlük 1643,68 manat pensiya təyin edilmişdir. Daha sonra 09.02.2018-ci il tarixli Sərəncamla İddiaçı güzəştli şərtlərlə yaşa görə 2790, 94 manat pensiya təyin olunmuşdur. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 28 iyul 2021-ci il tarixli **********5 №li məktubda müraciətçiyə bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Müraciətçiyə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılır. Əmək pensiyasının bərpa edilməsi məsələsinə araşdırmanın nəticəsi barədə müvafiq məlumatlar Mərkəzi Filiala daxil olduqdan sonra baxılacaqdır. Hazırda iddiaçı təyin olunmuş pensiyanın ödənilməsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab olunmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar –55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Həmin Qanunun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən heç bir qanuni əsas olmadan iddiaçıya pensiyanın ödənilməsi dayandırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda, həmin halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ödənilən əmək pensiyasının dayandırılması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsində nəzərdə tutulmuş heç bir əsas (sübut) məhkəməyə təqdim olunmamışdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 13.07.2021-ci il tarixdə iddiaçı-İddiaçı təyin edilmiş pensiyanın dayandırılmasına dair hərəkətləri qanunsuz hesab edilsin və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar