Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1016/2024 23.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “kompensasiyanın ödənilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" ASC tərəfindən dövlət əhəmiyyətli yolların çəkilməsi hissəsinə düşən bağ sahəsinin əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 247.1-ci maddəsinə görə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən alınan 0,12 hektar torpaq sahəsi üçün 180.000 (bir yüz səksən min) AZN məbləğində kompensasiyanın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin 18 may 1992-ci il tarixli 707 nömrəli qərarına əsasən ona Nardaran bağlar sahəsində 205 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 1411 saylı bağ ayrılıb. Bunu Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Nardaran bağlar sahəsindəki 205 №li kooperativi tərəfindən verilən 152 nömrəli orderi təsdiq edir. 29 aprel 2022-ci il tarixli R-78-112 №li Bakı Şəhər İcra Hakimiyyəti başçısının arxiv arayışına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 707 №li sərəncamından çıxarışla iddiaçıya Nardaran ərazisində bağ sahəsinin ayrılması bir daha təsdiq edilir. "xxxx" ASC tərəfindən dövlət əhəmiyyətli yolların çəkilməsi hissəsinə düşən yuxarıda qeyd edilən bağ sahəsinin əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 247.1-ci maddəsinə görə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün müvafiq pul məbləğində kompensasiya verilməmişdir. İddiaçı bağ sahəsinə kompensasiya ödənilməsi ilə bağlı olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə rəsmi qaydada müraciət etmiş, lakin cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan müqavilələr nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, təqdim edilən sənədlər ilkin torpaqayırma sənədləridir və həmin torpaq sahəsi üzərindəki iddiaçının hüquqları Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçməmişdir. Odur ki, qaldırılan məsələyə aydınlıq gətirilməsi üçün sözügedən əmlak üzərində qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqları təsdiq edən hüquq müəyyənedici sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini Agentliyə təqdim edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı hazırkı tələbi ilə bağlı müraciətinə verilmiş rəsmi cavabda göstərilmişdir ki, qaldırdığı məsələnin araşdırılması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunmuşdur. Alınmış cavabda bildirilmişdir ki, cavabdeh tərəfindən həyata keçirilən “Bilgəh-Nardaran avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İddia ərizəsindən göründüyü kimi, qeyd olunan Bilgəh-Nardaran avtomobil yolunun layihələndirilməsi və tikintisi layihəsinin icrası zamanı, iddiaçı göstərdiyi yolun tikintisi altına düşən torpaq sahəsi dövlət qeydiyyatından keçmədiyindən və bununla bağlı mülkiyyət və digər hüquqlarına malik olmadığından iddia tələbi əsassızdır. Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1, 139.1, 139.3-cü maddəsinə, Torpaq Məcəlləsinin 66 və 67-ci maddələrinə istinad edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, iddia cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olduğundan işə inzibati məhkəmə icraatı qaydasında baxılmaldır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasıyaların ödənilməsi lələbinə dair iddialara da baxılır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl bu tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, lakin arzuladığı məqsədə nail ola bilmədiyindən müvafiq tələblə cavabdehə qarşı məhkəmədə iddia irəli sürmüşdür. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin xx.xx.2023-cü il tarixli11-1-28/2- 173/2023 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun məzmunda cavab verilmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqda” xx.xx.1992-ci il tarixli, 707 nömrəli sərəncamından çıxarışdan görünür ki, İddiaçı Mirzəməmməd oğluna Nardaran ərazisindəki 205 nömrəli BTK tərkibində bağ sahəsi ayrılmışdır. -Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsinin Nardaran bağlar sahəsindəki 205 nömrəli kooperativin 152 nömrəli orderinin surətindən görünür ki, Bakı Şəhər İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli 707 nömrəli qərarına əsasən İddiaçı Nardaran bağlar sahəsində 0,12 ha torpaq sahəsindən ibarət 1411 nömrəli bağ ayrılmışdır. -Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1364/2023-cü il tarixli 31 yanvar 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı Şəhər İcraiyyə Komitəsinin 18 may 1992-ci il tarixli 707 №-li qərarı və Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Nardaran bağlar sahəsinin 205 saylı BTK-nin 152 saylı orderinə əsasən, Bakı şəhəri, Nardaran bağlar sahəsində 205 Ne-li BTK nəzdində 0,12 hektar sahəsi olan 1411 №-li bağ sahəsinə dair çıxarışın verilməsi barədə iddia tələbi təmin edilməmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 707 №li sərəncamı və həmin sərəncam əsasında verilmiş Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsinin Nardaran bağlar sahəsindəki 205 nömrəli kooperativinin müvafiq orderinə əsasən iddiaçıya 0,12 ha sahəsi olan 1411 nömrəli bağ sahəsi ayrılmışdır. İddiaçı həmin bağ sahəsinin Bilgəh-Nardaran avtomobil yolunun tikintisi altına düşdüyünə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 247.1-ci maddəsinə görə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün müvafiq pul məbləğində kompensasiyanın ödənilməsi üçün cavabdehə müraciət edərək 180.000 manat məbləğində kompensasiyanın verilməsini xahiş etsə də, cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alına biləcəyi dövlət ehtiyacı hesab olunur. Həmin Qanunun: -7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. -7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. -7.3. Bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11 -ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: - 7.3.2. siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz); -7.3.5. yaşadıqları torpaqla bağlı qanuni hüquqları olmayan şəxslər. -7.4. Bu Qanunun 7.3.1-7.3.4-cü maddələrində nəzərdə tutulmuş kateqoriyalara aid olan şəxslər bu Qanunun müddəalarına əsasən itirdikləri torpaqla bağlı kompensasiya və digər yardımlarla təmin edilirlər. «Avtomobil yolları haqqında» Azərbaycan Respublikasının Qanununun 1 -ci maddəsinə əsasən təhkim zolağı - avtomobil yolunun yerləşdirilməsi üçün ayrılmış torpaq sahələridir; Həmin Qanunun 14-cu maddəsinə əsasən avtomobil yollarının təhkim zolağı avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla yol konstruksiyasının özünün tikintisi, istifadəsi, təmiri, saxlanılması, qorunması üçün zəruri olan tikililərin, mühəndisi və texniki qurğuların, habelə müvafiq konstruktiv elementlərin (yolun hərəkət hissəsi, səkiləri, velosiped yolları, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq məntəqələri, taksi minik avtomobillərinin duracaq yerləri, parklanma yerləri, suötürücü və qoruyucu qurğular, küvet və yol çiyni, dekorativ yaşıllıqlar) yerləşdiyi ərazini əhatə edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə yuxarıda göstərilən normalara əsasən qeyd edir ki, iddiaçının 1411 nömrəli bağ sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarış təqdim edə bilməməsi ona kompensasiya verilməsindən imtina edilməsi üçün əsas olmasa da, iddiaçı qanuni əsaslarla ona ayrılmış sahənin qanuni istifadəsində olması və həmin sahənin tikinti altına düşməsini əsaslandıra bilməmişdir. Belə ki, iddiaçı nəinki torpaq sahəsinə dair ayrıc aktı, sahənin bölgü sxemini, plan-ölçüsünü və digər sənədləri təqdim etməmiş, hər nə qədər təkzib etsə də, ümumiyyətlə qeyd olunan torpaq sahəsinin naturada harada yerləşdiyini bilməmişdir. Bu qənaət ondan irəli gəlir ki, iş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1364/2023-cü il tarixli xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə 1411 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiası eyni əsaslara görə təmin edilməmiş, həmin qərar iddiaçı tərəfindən mübahisələndirilməmiş və qanuni qüvvəsini almışdır. Bundan başqa, hazırkı işin məhkəmə araşdırması dövründə ümumi sahəsi 0,12 ha olan 1411 saylı torpaq sahəsinin koordinatları, sərhədləri və digər texniki parametrləri müəyyən edilməklə həmin sahənin “Bilgəh-Nardaran avtomobil yolunun layihələndirilməsi və tikintisi” altına düşüb-düşmədiyinin müəyyən edilməsi məqsədilə müvafiq rəyin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinin verilməsi ilə bağlı müraciətə cavab məktubunda vətəndaşın torpaq sahəsinin yerini tanımadığı, bundan əlavə bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından torpaq sahəsinin dəqiq kordinatlarının təyin edilməsinin mümkün olmadığı, qeyd olunan səbəbdən araşdırma aparılması və mütəxəssis rəyinin verilməsinin mümkün olmadığı bildirilmişdir. Belə olan halda, təqdim edilmiş order əsasında iddiaçıya ayrılmış torpaq sahəsinin yerini və bununla da, həmin sahənin Bilgəh- Nardaran yolunun tikintisi altına düşməsini müəyyən etmək mümkün olmadığından iddiaçıya alınmanın təsirinə məruz qalan şəxs kimi kompensiya ödənilməsi ilə bağlı cavabdehin imtinası qanunazidd sayıla bilməz. İddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı tutarlı dəlil təqdim edə bilməmişdir. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-1016/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1016/2024
23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver