Məhkəmə qərarları › İş №2-1(112)-1018/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1018/2021

18.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1018/2021 18.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – iqtisadçı, "xxxx" MMC-də işləyir) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Mərkəzi Bankına qаrşı “iddiaçının adının kreditləri restrukturizasiya olunan şəxslərin siyahısına daxil edilməsi vazifəsinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə ərizəsi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qаrşı məhkəmədə iddia qaldıraraq onun adının kreditləri restrukturizasiya olunan şəxslərin siyahısına daxil edilməsi vazifəsinin cavabdehin üzərinə qoyulması hаqqındа qərаr qəbul еdilməsini хаhiş еtmişdir. İddiаçı İddiaçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, onun adı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına uyğun olaraq problemli kreditlərin restrukturizasiyası və kompensasiyası ilə bağlı tərtib edilmiş siyahıda olmadığına görə 2019-cu ilin aprel ayının 15-də onlayn şəkildə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmişdir. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən iddiaçıya ünvanlanmış cavabda qeyd edilmişdir ki, kredit uçotunun düzgün aparılmamasına görə onun adına olan problemli kreditlər ümumi borc siyahısında nəzərə alınmamış və bu məsələyə məhkəmədə baxılması təklif edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə sərəncamına əsasən iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı ilə ləğv prosesində olan "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixində bağlanmış 16.319,00 ABŞ dolları dəyərində kredit müqaviləsi üzrə borcalanın şəxsiyyətini təsdiq edən məlumatlar, bank İD və hesab nömrəsi, habelə devalvasiya tarixlərinə əsas kredit borcları barədə məlumatlar vətəndaşın kredit tarixçəsini əks etdirən bazaya düzgün ötürülməmişdir. Məhkəmə mübahisəsinin daha çevik və hərtərəfli araşdırılması, habelə iddiaçının tələbi üzrə yekun mövqeyin bildirilməsi məqsədilə İddiaçı ilə ləğv prosesində olan "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin, həmin müqavilə üzrə əsas kredit borclarını əks etdirən ssuda hesabından çıxarışın, baş vermiş devalvasiya günlərinə (xx.xx.2015-ci və xx.xx.2015-ci il tarixlərinə) və hazırki günə əsas kredit borcunun qalıq məbləği barədə müvafiq arayışın təqdim edilməsinə dair həmin bankın ləğvedicisi kimi təyin edilmiş Əmanətlərin Sığortalanması Fonduna məhkəmə sorğusunun göndərilməsinə zərurət vardır. Qeyd edilən məlumatlar təqdim edildikdən və iddiaçının kredit tarixçəsi üzrə kompleks şəkildə yenidən yoxlanıldıqdan sonra Mərkəzi Bank tərəfindən iddiaya yekun münasibət bildirilməsi mümkündür.Cavabdeh göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cаvаbdеhin iştirаkı оlmаdаn bахmışdır. İddiaçı sübut qismində məhkəməyə şəxsiyyət vəsiqəsinin surətini, Maliyyə Bazarlarına Nəzarət Palatasının Apelyasiya Komissiyasının xx.xx.2019-cu il tarixli qərarını, "xxxx" ASC ilə (2 saylı Nəsimi filialı ilə) bağlanmış xx.xx.2016-cı il tarixli, 112RGUM160690001 saylı kredit müqaviləsini və kredit müqaviləsinə əlavəni (ödəniş qtafikini), "xxxx" ASC ilə bağladığı 4114nkBANK/15 nömrəli, xx.xx.2015-ci il tarixli kredit və bank hesabı müqaviləsini, həmin müqaviləyə 1 saylı əlavəni (ödəniş qrafikini), cavabdehin iddiaçıya ünvanlanmış 19 mart 2020-ci il tarixli, 26-05685-2020 nömrəli məktubunu, "xxxx" MMC-nin tərtib etdiyi iddiaçının kredit tarixini, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, ********** nömrəli məktubunu,”NBC Bank” ASC ilə bağladığı 28 mart 2013-cü il tarixli kredit müqaviləsini, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlini, 726 manat məbləğində ödənişi təsiq edən xx.xx.2017-ci il tarixi, ********* nömrəli ödəniş qəbzini təqdim etmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı "xxxx" ASCdən xx.xx.2016-cı ildə götürülmüş 4866,25 manat məbləğində kredit üzrə zamin qismində çıxış etmişdir, xx.xx.2015-ci ildə "xxxx" ASC-dən götürdüyü kreditin qalıq məbləği 507,85 ABŞ dolları, ləğv edilmiş "xxxx" ASC-dən xx.xx.2014-cü ildə götürdüyü kreditin qalıq məbləği 726,60 manat, ləğv edilmiş "xxxx" ASC-dən xx.xx.2014-cü ildə götürülmüş kredit məbləğinin qalıq məbləği 1168,91 manat təşkil edir. İddiaçının xx.xx.2016-cı ildə "xxxx" ASC-dən götürdüyü 6172,71 manat, "xxxx" ASC-dən xx.xx.2016-cı ildə götürdüyü 570,22 manat, "xxxx" ASC-dən götürdüyü 1397,98 manat, "xxxx" QSC-dən xx.xx.2014-cü ildə götürdüyü 1600 manat, "xxxx" ASC-dən xx.xx.2014cü ildə götürdüyü 5300 manat, "xxxx" ASC-dən xx.xx.2014-cü ildə götürdüyü 700 manat, "xxxx" SB-dən overdraft xətləri üzrə götürdüyü 300,0 manat,"xxxx" SB-dən xx.xx.2014-cü ildə götürdüyü 9000 manat, "xxxx" ASC- götürdüyü 404 manat, "xxxx" SB-dən xx.xx.2014-cü ildə götürdüyü 4000 manat, ”Unibank KB” ASC-dən xx.xx.2014cü il tarixdə götürdüyü 1500 manat və 300 manat, "xxxx" ASC-dən xx.xx.2013-cü ildə götürdüyü 6000 manat,”Unibank KB” ASC-dən xx.xx.2013-cü il tarixdə götürdüyü 400 manat,”Bank BTB” ASC-dən xx.xx.2013-cü ildə götürdüyü 3000 manat, xx.xx.2013-cü ildə götürdüyü 303 manat kredit kartı üzrə, "xxxx" ASC-dən xx.xx.2013-cü ildə götürdüyü kredit kartı üzrə 1000,0 manat, xx.xx.2013-cü ildə götürdüyü 4000 manat, "xxxx" ASC-dən xx.xx.2013-cü ildə götürdüyü 1500 manat, "xxxx" ASC-dən xx.xx.2013cü ildə götürdüyü 1000 manat,”Accessbank” QSC-dən xx.xx.2013-cü ildə götürdüyü 3100 manat, ləğv edilmiş "xxxx" ASC-dən xx.xx.2013-cü ildə götürdüyü 16319 ABŞ dolları,”Bank of Baku” ASC-dən xx.xx.2012-ci ildə götürdüyü 3000 manat, "xxxx" ASCdən xx.xx.2012-ci ildə kredit kartı üzrə götürdüyü 150 manat, xx.xx.2012-ci ildə götürdüyü 206,0 manat, xx.xx.2012-ci ildə götürdüyü 1250 manat, "xxxx" QSC-dən xx.xx.2012-ci ildə götürdüyü 2350 manat, "xxxx" ASC-dən xx.xx.2011-ci ildə götürdüyü 2000 manat kreditləri isə iddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçı 2019-cu ildə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edərək kredit borcları restrukturizasiya olunan şəxslərin syahısına daxil edilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir.Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.1-ci bəndində Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; Həmin Fərmanın 6-cı bəndində banklara tövsiyyə edilmişdir: “6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.” Həmin Fərmanın 7.1-ci bəndi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi vəzifəsi həvalə edilmişdir. Həmin Fərmanın 8.7-ci bəndidə qeyd edilmişdir bu Fərmanın məqsədləri üçün restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi tapşırılmışdır. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1-ci bəndində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv edilməsi və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətlərin, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri, istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqlarının, habelə əmlakının Azərbaycan Respublikasının Mərkəzi Bankına verilməsinin qərara alınması göstərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının etirazından göründüyü kimi iddiaçının müraciətinə imtinanın əsası kimi iddiaçının devalvasiya tarixlərinə əsas kredit borcları barədə məlumatların bazaya düzgün ötürülməməsi göstərilmişdir. İşin faktiki hallarına əsasən iddiaçının Azərbaycan manaı ilə götürdüyü kreditlərdən ləğv edilmiş "xxxx" ASC-dən xx.xx.2014-cü ildə götürdüyü kredit üzrə 726,60 manat qalıq borcu, ləğv edilmiş "xxxx" ASC-dən xx.xx.2014-cü ildə götürülmüş kredit üzrə 1168,91 manat qalıq borcu mövcuddur ki, həmin borcların ümumi məbləği 17000 manatdan az məbləği təşkil edir ki, bu da iddiaçının həmin borclarının məbləğlərinə görə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə aid olan problemli kredit borcu olması deməkdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır, iddiaçının xeyrinə olan halları araşdırmaqdan imtina edərək iddiaçıya imtina cavabı vermişdir ki, bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələbllərini pozmuşdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının iddiaçıya münasibətdə tətbiq edilərək iddiaçının adının kredit borcları restrukturizasiya olunan şəxslərin (borcluların) siyahısına daxil edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual- Məcəlləsinin 2,34, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı adının kredit borcları restrukturizasiya olunan şəxslərin (borcluların) siyahısına daxil edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulsun. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar