Məhkəmə qərarları › İş №2-1(112)-10181/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10181/2022

16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10181/2022 16.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial X6 və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Dövlət Sosial X6 və Mühasibatlıq üzrə Mərkəzi Filialına (bundan sonra –Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 31 may 2022-ci il tarixli, **********9 saylı qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 10 iyun 2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən göndərilmiş məktubu almışdır. Həmin məktubla birlikdə ona 07 iyun 2022-ci il tarixli xəbərdarlıq məktubu və 31 may 2022-ci il tarixli qərar göndərilmişdir. Qeyd olunan məktubu aldıqdan sonra ona məlum olmuşdur ki, Dövlət Sosial X6 və Mühasibatlıq üzrə Mərkəzi Filialının 31 may 2022-ci il tarixli, **********9 saylı qərarı ilə xx.xx.1954-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmuş, 21 aprel 2020-ci il tarixdə vəfat etmiş X3 artıq ödənilmiş 1000 (bir min) manat vəsaitin qızı İddiaçı geri tələb edilərək, 10 gün müddətində ünvan 2 ünvanda yerləşən tələbkar Dövlət Sosial X6 və Mühasibatlıq üzrə Mərkəzi Filialının yığım hesabına ödənilməsi qərara alınmışdır. Bu qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, o, hər hansı bir məbləğdə pul almamışdır. Valideynləri o, uşaq olanda ayrılmış, o, anasının yanında qalmış və atasını nadir hallarda görmüşdür. Həmçinin atası X4 uzun illər cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Sonradan əldə etdiyi məlumatlara əsasən “Covid-19” pandemiyası ilə əlaqədar cəzaçəkmə müəssisəsi atasını 14 günlük Dənizçilər Yataqxanasına karantinə göndərmiş və atası elə orada da 21 aprel 2021-ci il tarixdə vəfat etmişdir. Vəfat edərkən atasının yanında olmamışdır. Eləcə də atasının dəfni onun tərəfindən həyata keçirilməmişdir. Ona bildirildiyinə görə dəfn atasının bacısı oğlu tərəfindən həyata keçirilmişdir. Belə ki, sonradan o, atasının aparıldığı Xətai rayonu ərazisində yerləşən morqa getdikdə, orada atasının cəsədinin bacısı oğlu tərəfindən götürüldüyü bildirilmişdir. Onun atasının bacıları ilə yaxın münasibəti və əlaqəsi yoxdur. Atasının vəfat etməsindən xeyli müddət keçdikdən sonra, 10 yanvar 2022-ci il tarixdə ölüm haqqında şəhadətnamə almış və dəfn pulu üçün müraciət etmişdir. Lakin ona hər hansı bir məbləğdə dəfn pulu ödənilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında iddia tələbinin təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, iddiaçının atası X3 (FİN 7FMF88G) xx.xx.2021-ci il tarixədək 2-ci dərəcə əlilliyə görə sosial müavinət ödənilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci ildə yoxlanışdan keçmədiyindən ödəniş dayandırılmışdır. İddiaçının dəfn müavinətinin alınması ilə bağlı xx.xx.2022-ci il tarixli, **********5 nömrəli müraciətinə əsasən, xx.xx.2022-ci il tarixli ölüm şəhadətnaməsinə görə K.D.Qasımovun xx.xx.2020-ci il tarixdə öldüyü müəyyən olunmuşdur. “Sosial ödənişlər” Alt Sistemindən əldə olunan məlumtlara əsasən K.D.Qasımovun "xxxx" ASC-də olan kart hesabına vəfatından sonra (xx.xx.2020-xx.xx.2021) 1300 manat vəsait köçürülmüşdür. "xxxx" ASC-dən alınmış məlumata əsasən kart hesabından 1300 (bir min üç yüz) manat vəsait çıxarılmışdır. Mərhumun qızı İddiaçı müraciəti əsasında “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 4.0.2.3-cü maddəsinə uyğun olaraq 300,00 (üz yüz) manat dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 1300 (bir min üz yüz) manat məbləğindən çıxılmış, qalan 1000 (bir min) manat məbləğində pul vəsaitinin geri tələb edilməsi zərurəti ortaya çıxmışdır. Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərar qəbul edərək xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 artıq ödənilmiş 1000 (bir min) manat vəsaitin qızı İddiaçı geri tələb etmişdir. Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı iddiaçıya xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktub göndərərək həmin qərarın məcburi qaydada icraya göndəriləcəyi barədə xəbərdarlıq etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi etiraza əlavədə qeyd etmişdir ki, iddia ərizəsində iddiaçı atasının dəfninin onun tərəfindən həyata keçirilmədiyini göstərməsinə baxmayaraq, Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli, 456 nömrəli arayışında X1 qızı İddiaçı himayəsində olduğu və dəfni qızının etdiyi qeyd olunmuşdur. Nəticədə iddiaçı müavinət alanın ailə üzvü olaraq müavinət təyin edən orqana şəxsin vəfat etdiyini bildirməmiş, bununla yanaşı mərhumun xx.xx.2020-ci il tarixdə ölməsinə baxmayaraq, ölüm haqqında şəhadətnaməni xx.xx.2022-ci il tarixdə almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2016-cı il tarixli məlumatından görünür ki, X3 xx.xx.2016-cı ildə xx.xx.2021-ci il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir. Sosial müavinətin dəyişdirilməsi haqqında şöbənin xx.xx.2016-cı il tarixli sərəncamından görünür ki, X3 xx.xx.2016-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2-ci dərəcə əlilliyə görə 55 manat məbləğində müavinət təyin olunması qərara alınmışdır. AZ-İİ seriyalı 244047 nömrəli, xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İşdə olan “Sosial ödənişlər” alt sistemindən çıxarışlardan görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Kamil Qasımova 1300 manat müavinət ödənilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənilərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək atası X2 xx.xx.2020-ci ildə vəfatı ilə əlaqədar dəfn üçün müavinətin ödənilməsini xahiş etmişdir. Cavabdeh Dövlət Sosial X6 və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarından görünür ki, xx.xx.1954-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmuş, 21 aprel 2020-ci il tarixdə vəfat etmiş X3 artıq ödənilmiş 1000 (bir min) manat vəsaitin qızı İddiaçı geri tələb edilərək, 10 gün müddətində ünvan 2 ünvanında yerləşən tələbkar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X6 və Mühasibatlıq üzrə Mərkəzi Filialının yığım hesabına ödənilməsi qərara alınmışdır. Qərar bununla əsaslandırılmışdır ki, "Sosial ödənişlər” Alt Sistemindən əldə edilmiş məlumatlara əsasən 21 aprel 2020-ci il tarixində vəfat etmiş X3 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İİ qrup əlilliyə görə sosial müavinət (№ 141329) ödənilmişdir. X1 müavinət ödənişi “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. “Sosial ödənişlər” Alt Sistemindən əldə olunan məlumatlara əsasən X2 “Kapital Bank" ASC-də olan kart hesabına vəfatından sonra 1300 (bir min üç yüz) manat vəsait köçürülmüşdür. "Kapital Bank” ASC-dən alınmış məlumata əsasən kart hesabından 1300 (bir min üç yüz) manat vəsait çıxarılmışdır. Mərhumun qızı İddiaçı dəfn müavinətinin alınması ilə bağlı xx.xx.2022-ci il tarixli **********5 nömrəli müraciətinə əsasən "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.2.3 maddəsinə uyğun olaraq 01 aprel 2019-cu il tarixindən 300,00 (üç yüz) manat dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 1300 (bir min üç yüz) manat məbləğindən çıxılmış, qalan 1000 (bir min) manat məbləğində pul vəsaitinin geri tələb edilməsi zərurəti ortaya çıxmışdır.” Cavabdehin xx.xx.2022-ci il tarixli, **********8 nömrəli xəbərdarlıq məktubundan görünür ki, iddiaçıya qərara əsasən artıq ödənilmiş 1000 (bir min) manat məbləğində pul vəsaitinin xəbərdarlığı aldığı tarixdən etibarən 10 gün müddətində könüllü şəkildə bank hesabına geri qaytarmalı olduğu, əks halda, Filialın 31 may 2022-ci il tarixdə **********9 nömrəli qərarının (icra sənədi) məcburi icraya yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı hazırda cavabdehin 31 may 2022-ci il tarixli, **********9 saylı qərarının ləğv edilməsini xahiş edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Məhkəmə ilk əvvəl iddianın mümkünlüyünü yoxlayaraq hesab edir ki, iddia mümkün iddiadır. Çünki İddiaçı cavabdehin qərarının ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə pul öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2022-ci il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2022-ci il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra – Qanun) əsasən: - Maddə 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.3. əlilliyə görə müavinət. - Maddə 7.0. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.3. əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda. - Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.2. əlilliyə görə müavinət-əlillik müddətinə; - maddə 10.1. Müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. Vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına müavinətin ödənilməsi qaydası “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilir. - maddə 10-1.6. Müavinət alan şəxsin ölümü ilə əlaqədar dəfn üçün müavinət onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir. - maddə 11.1. Müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır. - maddə 11.2. Müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və bu Qanunun 11.1.1 - 11.1.6-cı maddələrində göstərilən hallarda, habelə vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin öhdəsində olan uşağı 18 yaşına çatdıqda müavinətlərin ödənişi qanunvericiliyə uyğun olaraq həmin halın yarandığı gündən, digər hallarda isə növbəti ayın 1-dən dayandırılır. - maddə 12.1. Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. - maddə 12.2. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Qeyd edilən normalardan görünür ki, şəxs vəfat etdikdə ona ödənilən müavinət ödənişi dayandırılır, əgər artıq ödəniş olmuşsa, həmin vəsait geri qaytarılır, geri qaytarmaqdan imtina olunduqda isə yaranmış mübahisəyə məhkəmə qaydasında baxılır. Lakin işin yuxarıda istinad olunan hallarına əsasən müəyyən edilir ki, cavabdeh mərhum K.Qasımova 1000 manat məbləğində artıq müavinət ödənişi edildiyini aşkar etsə də, həmin məbləğin qaytarılması ilə bağlı dəfn xərcləri çəkən şəxsin razılığının olub olmamasını araşdırmamış, iddiaçının razılığını almamış artıq ödənilmiş müavinətin tam formada tutulması barədə qərar qəbul etmişdir. Halbuki yuxarıda da qeyd edildiyi kimi cavabdeh həmin məbləğin tutulması üçün birincisi, iddiaçının razılığını almalı, ikincisi, bu razılıq əsasında tutma barədə qərar qəbul etməli idi. İşdən görünür ki, iddiaçının artıq ödənilmiş məbləğin ondan tutulmasına razılığı yoxdur və bu ödənişi qaytarmaqdan imtina edir. Belə olan halda aydındır ki, qanunvericiliyə əsasən 1000 manat vəsaitin iddiaçıdan tutulması məsələsinə cavabdeh inzibati orqan deyil, məhkəmə baxmalıdır. Bu zaman məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin də istinad etdiyi kimi “İnzibati icraat haqqında” Qanunun 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, belə başqa qayda “Sosial müavinətlər haqqında” Qanunun 12.2-ci maddəsində müəyyən edilmişdir. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. O da qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, “ "İnzibatı icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. "İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edən məhkəmə hesab edir ki, nə qədər ki, “Sosial müavinətlər haqqında” Qanunun 12.2-ci maddəsində artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edildikdə bu barədə mübahisənin həll edilməsi məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur, deməli, cavabdehin xx.xx.2022-ci il tarixli qərarı qanunsuz olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bunan sonra –İPM) 70.1ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Dövlət Sosial X6 və Mühasibatlıq üzrə Mərkəzi Filialının 31 may 2022-ci il tarixli, **********9 saylı qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar