Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10181/2024 12.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Cavabdeh xx.xx.2024-cü il tarixli 081 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak vardır. Həmin əmlak 24 iyul 2007-ci il tarixli hərrac protokolu əsasında iddiaçının adına rəsmiləşdirilmişdir. 13 dekabr 2011-ci il tarixində həmin əmlaka dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı əmlakı əldə etdiyi tarixdən Nərimanov Bələdiyyəsi tərəfindən təqdim olunan tədiyyə bildirişləri əsasında vergi borcları lazımi qaydada heç bir gecikdirmə olmadan ödəmişdir. Nərimanov rayon Bələdiyyəsi tərəfindən 2023-cü ildə təqdim olunan tədiyyə bildirişindən göründüyü kimi 2023-cü il üçün iddiaçının cəmi 303 manat borcum olmuşdur və həmin borc da iddiaçı tərəfindən ödənilmişdir. Hətta bundan sonra iddiaçı bələdiyyə binasına yaxınlaşaraq, orada işləyən şəxsdən vergi borcunun olub-olmamasını dəqiqləşdirmiş, o da iddiaıya 15 yanvar 2024-cü il tarixində borcunun olmadığını göstərən sistemdən çıxarış təqdim etmişdir. Göründüyü kimi 2024-cü ilin yanvar ayında iddiaçının heç bir vergi borcu olmamışdır. Lakin, daha sonra bələdiyyə tərəfindən təqdim olunan 2024-cü il üçün tədiyyə bildirişinə əsasən iddiaçının əvvəlki tarixlərə görə 1092.64 qəpik vergi, 254.59 manat isə faiz borcu olduğu qeyd edilmişdir. İddiaçı hesab edir ki, həmin borcun hesablanmasında səhvə yol verilmişdir və hazırda həmin məbləğin iddiaçıdan tələb olunması tamamilə qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən fiziki şəxslər, onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı dədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5dən yuxarı olmayan əmsallar tətbiq edilməklə): Bakı şəhəri üçün - 0,4 (Fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri) (manatla) Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə 6 aprel 2015ci il tarixli, 101 nömrəli qərarına əsasən iddiaçının əmlakı (Böyük Şor qəsəbəsi) 8-ci zona hesab olunur və həmin zona üçün əmsal 0,9 sayılır. Qeyd olunanlara əsaslanaraq əmlak vergisi hesabladıqda (1365.8 kv.m. x 0.4 x 0.9) borcun cəmi 491,69 manat təşkil etdiyi müəyyən olunur. Torpaq vergisinə gəldikdə isə Vergi Məcəlləsinin 206.3-cü maddəsinə əsasən bu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur: Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri ölçüsü 10000 kv.mdək olduqda (torpağının ölçüsü 4717 kv.m.-dir) Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar (manatla) 0,6 üzərindən hesablanır. Yəni torpaq borcum ümumilikdə cəmi 28.30 (4717 kv.m /100 x 0,6 manat) manat təşkil edir. İddiaçı tərəfindən şifahi olaraq vergi borcunun hansı səbəblə bu şəkildə hesablandığı dəqiqləşdirildikdə bələdiyyə tərəfindən bildirilmişdir ki, sənəddə əmlak kompleksi yazıldığına görə əmlak sahibkarlıq obyekti kimi nəzərə alınmışdır və buna əsasən borc hesablanmışdır. Halbuki həmin torpaq sahəsində və əmlakda iddiaçı heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmur və buna görə də əmlaka fiziki şəxslər üçün nəzərdə tutulan əmlak və torpaq vergisi hesablanmalı idi. İddiaçı eyni zamanda qeyd edir ki, əgər həmin sahə sahibkarlıq obyekti kimi nəzərə alınsa, iddiaçı mikrosahibkar kimi fəaliyyət göstərmiş olur və belə olan təqdirdə ümumiyyətlə Vergi Məcəlləsinin 199.14-cü maddəsinə əsasən mikro sahibkar olduğuna görə vergidən azad olmalıdır. Lakin, iddiaçı hazırda ümumiyyətlə sahibkar kimi qeydiyyata alınmamışdır, VÖEN-ü də yoxdur. Bundan əlavə, Bələdiyyə tərəfindən faiz məbləği olaraq 254.59 manat borcun da olduğu göstərilmişdir. Halbuki faiz məbləği yalnız o halda hesablana bilər ki, qeyd olunan vergi ilə bağlı vətəndaşa tədiyyə bildirişi verilmiş olsun. Ancaq bələdiyyə tərəfindən 2023-cü il üçün təqdim olunan tədiyyə bildirişində həmin borc məbləği ümumiyyətlə qeyd olunmamışdır. Bundan əlavə, əmlak və torpaq vergisi üçün borclar 01-15 avqust tarixlərində ödənilməlidir və artıq borc ödənilmədiyi halda faiz məbləği hesablana bilər. İddiaçı qeyd edir ki, Nərimanov rayonu, Nərimanov Bələdiyyəsinin qərarı xx.xx.2024-cü il tarixində qəbul olunmasına baxmayaraq, həmin qərarı Bakı şəhəri, Nizami rayon İcra Şöbəsi vasitəsilə əldə etmişdir. Belə ki, iddiaçı tərəfindən 25 may 2024-cü il tarixində əldə olunan Nizami rayon İcra Şöbəsinin 21 may 2024-cü il tarixli bildirişinə əsasən Nərimanov rayon Bələdiyyəsinin müvafiq qərarından göstərilən tələbin 10 gün müddətində könüllü icra etməyi xahiş olunmuşdur. Məhz bundan sonra iddiaçının həmin qərarla tanış olma imkanı olmuşdur. X1 həm qanunsuz qərar qəbul etmişdir, həm də qərarı iddiaçıya rəsmi qaydada göndərmədən birbaşa icraya yönləndirmişdir. Beləliklə, Nərimanov rayonu, Nərimanov Bələdiyyəsinin qərarı xx.xx.2024-cü il tarixli qərarı tərəfimdən xx.xx.2024-cü il tarixində əldə olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, Nərimanov rayon Bələdiyyəsi tərəfindən ünvan 2 ünvanı üçün göstərilən 1410 manat məbləğində vergi borcu tamamilə yanlış hesablanmışdır və buna görə də Nərimanov rayonu, Nərimanov Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv olunmalıdır.
3. Cavabdeh iclasının xx.xx.2024-cü il tarixli, 3 saylı Protokoldan Çıxarışda qeyd olunmuşdur ki, Nərimanov rayonu Böyük Şor qəsəbəsi 3-cü köndələn 2074-cü məhəllə ünvanında yerləşən mülkə görə mülkiyyətçi İddiaçı ötən dövrlər üzrə illik vergi məcəlləsinin 59.1 maddəsinə əsasən (fazi borcu ilə birlikdə) 1410 (bir min dörd yüz on) manat əmlak və torpaq vergi borcu yaranmışdır.
4. Cavabdeh xx.xx.2024-cü il tarixli 081 nömrəli Qərarına əsasən Nərimanov rayonu Böyük Şor qəsəbəsi 3-cü köndələn 2074-cü məhəllə ünvanında yerləşən mülkə görə mülkiyyətçi İddiaçı ötən dövrlər üzrə illik vergi məcəlləsinin 59.1 maddəsinə əsasən (fazi borcu ilə birlikdə) 1410 (bir min dörd yüz on) manat əmlak və torpaq vergi borcu yaranmışdır. Dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq əmlak və torpaq vergi borcunu ödəyici vaxtında Nərimanov Bələdiyyəsinin büdcəsinə köçürməmişdir. 21 oktyabr 2005-ci il tarixli. 1036-İİQ saylı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.2 və 87-ci maddələrini rəhbər tutaraq Nərimanov Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 03 saylı protokoluna əsasən icrası məcbur olan akt qəbul olunmuşdur. 09.02.224-cü il tarixli 03/116 nömrəli Tələbnamə ödəyiciyə təqdim olunmuş və 10 gün müddətində əmlak və torpaq vergi borcunu Nərimanov Bələdiyyəsinin büdcəsinə köçürməsi tələb olunmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor qəsəbəsi, 3-cü köndələn, 2074-cü məhəllə ünvanında yerləşən mülkə görə mülkiyyətçi İddiaçı ötən dövrlər üzrə illik vergi məəlləsinin 59.1 maddəsinə əsasən (fazi borcu ilə birlikdə) 1410 (bir min dörd yüz on) manat əmlak və torpaq vergi borcu tutularaq Nərimanov Bələdiyyəsinin büdcəsinə ödənilməsi qərara alınmışdır.
5. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli Qərara əsasən icra sənədi üzrə borclu İddiaçı 1410 manat məbləğində vergi borcu tutularaq dövlət nəfinə ödənilməlidir.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə xx.xx.2011-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Əmlak kompleksi kimi müəssisənin mülkiyyətin növü – xüsusi Əmlak kompleksi kimi müəssisənin üzərində hüququn növü – mülkiyyət Ümumi sahəsi (kv.m) – 1365.8 Torpaq sahəsi (ölçüsü, ha) – 0.47174 Torpaq sahəsinin mülkiyyət növü – xüsusi Torpaq sahəsi üzərində hüququn növü – mülkiyyət
7. İş materiallarına əlavə olunmuş Tədiyyə Bildirişlərinə əsasən İddiaçı 2021-ci, 2022-ci, 2023-cü illər üzrə hər ilə münasibətdə 300 manat torpaq vergisi hesablanmış, ötən dövrlər üzrə vergi borcu qeyd olunmamışdır.
8. İş materiallarına əlavə olunmuş **********9985 nömrəli Tədiyyə Bildirişinə (xx.xx.2024-cü il tarixli) əsasən: İddiaçı 2024 il üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1.-ci maddəsinə əsasən əmlak vergisi 546,32 manat, 206.3-cü maddəsinə əsasən torpaq vergisi 471,7 manat hesablanmışdır. Ötən dövrlər üzrə vergi borcu: 1601,65 manat Fazi məbləği: 383,62 manat Ödəniləcək məbləğ: 2494,28 manat
9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
10. İddianın növü mübahisələndirməyə dair iddiadır.
11. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
12. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
14. Odur ki, Cavabdeh mübahisələndirilən qərarı qeyd edilən əlamətlərə malik olduğundan inzibati aktdır və hazırki iddia mübahisələndirməyə dair iddiadır.
15. Həmin qərarın iddiaçıya cavabdeh qurum tərəfindən nə vaxt təqdim edildiyi, ümumiyyətlə iddiaçının inzibati icraata cəlb edildiyi müəyyən edilmir.
16. İddia mümkündür.
III.Tətbiq edilən hüquq
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu Maddə 56. Kollegial inzibati orqanın iclasının protokolu 56.1. Kollegial inzibati orqanın iclası haqqında aşağıdakı məlumatları özündə əks etdirən protokol tərtib olunur: 56.1.1. kollegial inzibati orqanın adı barədə; 56.1.2. iclasın keçirildiyi vaxt və yer barədə; 56.1.3. iclasın sədri və üzvləri haqqında; 56.1.4. müzakirənin predmeti barədə; 56.1.5. qəbul edilmiş qərar barədə. 56.2. İclasın protokolu iclasın sədri və katibi tərəfindən imzalanır. … Maddə 73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. ... Maddə 81. İnzibati aktların icra edilməsi qaydası ... 81.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. ... Maddə 82. Pul tələblərinin icra edilməsi 82.1. Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur.
18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər 1.1.Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 1.2. Bu Məcəllə ilə Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər müəyyən edilir. ... Maddə 2. Azərbaycan Respublikasının vergi qanunvericiliyi 2.1. Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. 2.2. Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. ... Maddə 4. Azərbaycan Respublikasında vergi sistemi 4.1. Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). ... 4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. ... Maddə 8. Yerli vergilər (bələdiyyə vergiləri) 8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi; 8.1.4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. 8.2. Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. ... Maddə 204. Verginin ödəyiciləri Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Maddə 205. Vergitutma obyekti Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır.
19. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununu Maddə 6. İcra sənədləri 6.1. Aşağıdakılar icra sənədləri sayılır: ... 6.1.8. Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar;
20. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə qanunvericilik 2.1. Yerli (bələdiyyə) vergi və ödənişlərə (bundan sonra - yerli vergilər və ödənişlər) dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. 2.2. Bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. Maddə 3. Yerli vergilər və ödənişlər 3.1. Yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. 3.2. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. 3.3. Bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. 3.4. Bu ödənişlər hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş vergi öhdəlikləri yerinə yetirildikdən sonra onların sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilir. … Maddə 7. Bələdiyyələrin vergi xidməti orqanları, onların hüquq və vəzifələri 7.1. Qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. 7.2. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Maddə 8. Yerli vergilərin tərkibi 8.0. Yerli vergilərə aşağıdakılar aiddir: 8.0.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.0.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin əmlak vergisi;
21. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamə 3.1. Bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: 3.1.1. yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; 3.1.2. yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir; 3.1.3. yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qoruyur, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin edir; ... 3.2. Bələdiyyə vergi xidməti orqanının aşağıdakı hüquqları vardır: 3.2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada fiziki şəxslərdən torpaq və əmlak vergilərini hesablamaq və hesablanmış məbləğin ödənilməsi üçün onlara tədiyə bildirişi göndərmək; ... 3.2.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müəyyən edilmiş hallarda və qaydada yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, yerli (bələdiyyə) vergilər üzrə hesablanmış faizlərin alınması və yerli (bələdiyyə) vergilərin ödəyicilərinə maliyyə sanksiyalarının tətbiq olunması barədə məhkəmədə vəsatət qaldırılması üçün bələdiyyələrə müraciət etmək;
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarı: “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.”
23. İnzibati orqan kimi bələdiyyələr tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Eyni zamanda, bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar icra sənədləri sayılırlar. Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeydən görünür ki, vergi orqanı (hazırkı halda cavabdeh) tərəfindən vergi öhdəliyi ilə bağlı o zaman məhkəmədə iddia qaldırılmalıdır ki, bu, vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması ilə əlaqədar olmuş olsun. Beləliklə, qanunvericiliyin tələblərindən aydın olur ki, vergi orqanı məhkəməyə yalnız siyahıya alınmış əmlakın açıq hərracda satılması ilə bağlı iddia ərizəsi ilə müraciət etmək hüququna malikdir. Digər hallarda vergi borcunun alınması qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmədən kənar həll olunur.
IV.Məhkəmənin mövqeyi
24. X2 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
25. Məhkəmə ilk olaraq qeyd edir ki, mübahisələndirilən qərar iddiaçının mülkiyyət hüququna müdaxilədir və həmin müdaxilə mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyır.
26. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir.
27. Məhkəmə müəyyən edir ki, cavabdeh tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı münasibətdə 1410 manat əmlak və torpaq vergisi hesablanmışdır. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli, **********9985 nömrəli Tədiyyə Bildirişində isə 546,31 manat əmlak vergisi, 471,7 manat torpaq vergisi, ötən dövrlər üzrə vergi borcu 1601,65 manat, faiz məbləği olaraq 383,62 manat, ümumilikdə 2494,28 manat məbləğində borc hesablanmışdır.
28. Vergi Məcəlləsindən: 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır.
204. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.
205. Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. 206.3. Bu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə həmin maddədəki cədvəldə göstərilin göstəricilərə müvafiq olaraq yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlara görə 10000 m²- dək olduqda 0,6 manat ödənilir.
29. Məhkəmə müəyyən edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı adına Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0.47174 ha torpaq sahəsi qeydiyyata alınmışdır.
30. Odur ki, Vergi Məcəlləsinin 206.3-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya məxsus torpaq sahəsinə (4717 kv.m) münasibətdə torpaq vergisi hesablanarkən torpaq sahəsinin ölçüsünün 10000 kv.m-dən az olduğu nəzərə alınaraq hər 100 kvadratmetrinə görə 0,6 manat vergi hesablanaraq, ümumilikdə iddiaçı tərəfindən ödənilməli torpaq vergisi mübahisələndirilən qərara əsasən 28,30 manat (4717 kv.m / 100 x 0.6 manat) məbləğində əsaslıdır.
31. Vergi Məcəlləsindən: 198.1. Fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər: 198.1.1. onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə): Fiziki şəxsin xüsusi mülkiyyətində olan Yaşayış məntəqələri yaşayış və qeyri-yaşayış sahələri (manatla) Bakı 0,4 200.1. Binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. 200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. 200.6. Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.
32. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 101 nömrəli Qərarı:
1. Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar aşağıda göstərilən cədvələ uyğun müəyyən edilir. Bakı şəhəri üzrə Zonalar Əmsallar 1 1,50 2 1,40 3 1,30 4 1,20 5 1,10 6 1,00 7 0,95 8 0,90 9 0,85 10 0,80 11 0,75 12 0,70 Zona 8. Sərhədləri: Dənizin sahil xəttindən başlayan və şimal istiqamətində Xaqani Rüstəmov küçəsi boyunca keçən düz xəttin Süleyman Vəzirov küçəsi ilə kəsişməsinədək, Süleyman Vəzirov küçəsi üzrə qərb istiqamətində Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişənədək, Nəcəfqulu Rəfiyev küçəsi üzrə şimal istiqamətində Babək prospekti ilə kəsişənədək, Babək prospekti üzrə şərq istiqamətində Elşən Süleymanov küçəsi ilə kəsişənədək, Elşən Süleymanov küçəsi üzrə şimal istiqamətində Naxçıvanski küçəsi ilə kəsişənədək, Naxçıvanski küçəsi üzrə qərb istiqamətində Qara Qarayev prospekti ilə kəsişənədək, Qara Qarayev prospekti üzrə şimal istiqamətində Böyük Şor küçəsi ilə kəsişənədək, Böyük Şor küçəsi üzrə şimal istiqamətində Nərimanov rayonunun sərhədi ilə kəsişənədək, Nərimanov rayonunun sərhədi üzrə şimal istiqamətində Böyük Şor gölünün sahilinədək, Böyük Şor gölünün sahili üzrə şərq istiqamətində Böyük Şor şosesi ilə kəsişənədək, Böyük Şor şosesi üzrə şimal istiqamətində Sabunçu dairəsinədək, Sabunçu dairəsindən Şəhər şosesi üzrə şimal istiqamətində Sabunçu qəsəbəsinin şimal sərhədi boyunca şərqə doğru Suraxanı rayonunun sərhədi ilə kəsişənədək, bu kəsişmə yerindən Suraxanı rayonunun sərhədi üzrə cənub istiqamətində sərhədin Məmmədhəsən Hacınski küçəsi ilə kəsişdiyi yerədək, Məmmədhəsən Hacınski küçəsinin Nizami İsmayılov küçəsi ilə kəsişənədək, Nizami İsmayılov küçəsi üzrə qərb istiqamətində Əhməd Möhbalıyev prospekti ilə kəsişənədək, Əhməd Möhbalıyev prospekti üzrə cənub istiqamətində Xətai rayonunun sərhədi ilə kəsişənədək, bu kəsişmə yerindən Xətai rayonunun sərhədi üzrə cənub istiqamətində davam edərək, bu rayonun digər zonalarla əhatə olunmayan ərazisini əhatə edir.
33. Məhkəmə müəyyən edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı adına Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 1365,8 kv.m sahəsi olan daşınmaz əmlak (əmlak kompleksi kimi müəssisə) qeydiyyata alınmışdır.
34. Məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda iddiaçıya məxsus daşınmaz əmlak “əmlak kompleksi kimi müəssisə” olaraq qeyd edilsə də, iddiaçının sahibkarlıq fəaliyyətinin mövcudluğu və ya adına qeydiyyata alınmış VÖEN olduğu müəyyən edilmədiyindən iddiaçıya münasibətdə əmlak vergisi hesablanarkən fiziki şəxslər üçün nəzərdə tutulan qaydalar tətbiq edilməlidir.
35. Eyni zamanda “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 101 nömrəli Qərarın məzmunundan görünür ki, iddiaçıya məxsus daşınmaz əmlak Zona 8 sərhədləri daxilində (Bakı şəhəri, ünvan 1 ünvanında) yerləşir.
36. Odur ki, iddiaçıya məxsus daşınmaz əmlaka (1365,8 kv.m) münasibətdə əmlak vergisi hesablanarkən daşınmaz əmlakın yerləşmə yerinə uyğun olaraq 0.4 əmsalı və 0,9 əmsalı tətbiq edilərək ümumilikdə iddiaçı tərəfindən ödənilməli əmlak vergisi 491,69 manat (1365,8 kv.m x 0,4 x 0,9) məbləğində əsaslıdır.
37. Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.
38. İş materiallarında olan Nərimanov bələdiyyəsinin hesablama cədvəlindən göründüyü kimi iddiaçının ötən illər üzrə ödəmələri mövcud olmaqla faiz borcu yoxdur.
39. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktın qəbulu əsasında iddiaçının qanunla qorunan hüquqları əmlak vergisinin, onun əsasında müəyyən edilmiş maliyyə sanksiyası və faizin hesablanması hissəsində pozulmuşdur.
40. Odur ki, məhkəmə hesab edir ki, Bakı şəhəri Cavabdeh mübahisələndirilən qərarı qismən - 28,30 manat torpaq vergisi və 491,69 manat əmlak vergisi istisna olmaqla qalan hissədə ləğv olunmalıdır.
41. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərar iclasın sədri və katibi tərəfindən deyil, bələdiyyənin sədri tərəfindən imzalanmışdır. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 56.2-ci maddəsinə əsasən kollegial inzibati orqanın iclasının protokolu məhz iclasın sədri və katibi tərəfindən imzalanır. Qeyd edilən hal özlüyündə qərarın ləğvi üçün əsas olmasa da, sözügedən iclas protokolunun bələdiyyənin sədri tərəfindən imzalanmış olması qanunvericiliyin tələblərindən irəli gəlir və həmin hal müvafiq bələdiyyə qərarının bələdiyyə sədri tərəfindən təkbaşına qəbul edilmiş olması və bunun əsasında bələdiyyə qərarının qanunsuz olması qənaətinə gəlməyə əsas vermir (belə ki, qərarda bələdiyyənin xx.xx.2024-cü il tarixli 03 saylı iclas protokoluna istinad var).
42. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
43. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia qismən təmin edilsin. Bakı şəhəri Cavabdeh xx.xx.2024-cü il tarixli 27 nömrəli qərarı 28,30 manat torpaq vergisi və 491,69 manat əmlak vergisinin hesablanması istisna olmaqla qalan hissədə ləğv olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva