Məhkəmə qərarları › İş №2-1(112)-10184/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10184/2021

30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10184/2021 30.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qarşı “test imtahanında iştirak etmək üçün ödənilməli məbləğin miqdarı haqda rəsmi məlumat verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, test imtahanında iştirak üçün ödənilməli məbləğin miqdarı haqda rəsmi məlumat verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iddiaçıya cavabdeh kimi göstərdiyi inzibati orqanların hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun konkret olaraq hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunun əsaslandırması üçün hüquqi yardımın göstərilməsinə baxmayaraq, iddiaçı iddia tələbini dəqiqləşdirmədiyindən iddianın mümkün sayılmaması məsələsinə baxmışdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır (10.1). İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (11). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İddia ərizəsinin məzmununa görə iddiaçı onun müraciətinə münasibətdə cavabdehlərin hərəkətsizliyindən şikayətlənir. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər X2 999 saylı 10 avqust 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının test imtahanında iştirak etmək üçün ödənilməli məbləğin miqdarı haqda rəsmi məlumat verilməsi barədə daxil olmuş müraciətinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Vəkillər X2 17 mart 2018ci il tarixli qərarı ilə vəkilliyə qəbulla bağlı ixtisas imtahanında iştirak üçün 200 manat məbləğində ödənişin edilməsi nəzərdə tutulmuşdur. Şəhid ailələri, müharibə veteranları, Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş şəxslərə güzəşt tətbiq olunaraq, imtahan üçün ödəniş 100 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər X2 1039 saylı 26 avqust 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının təkrarən daxil olmuş müraciətinə baxılaraq bildirilmişdir ki, eyni məzmunlu ərizəsinə Rəyasət Heyətinin 999 saylı 10.08.2021 -ci il tarixli məktubu ilə müvafiq cavab verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin 04/08-08/2240-cı saylı 25 avqust 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar keçirilən imtahanda iştirak etmək üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin bank hesabı və həmin hesaba hansı məbləğdə pul vəsaitinin köçürülməsi ilə bağlı məlumatın təqdim edilməsinə dair müraciətinə baxılaraq bildirilmişdir ki, Vəkillər Kollegiyası üzvlüyünə qəbul olmaq üçün imtahanda iştirakla əlaqədar nəzərdə tutulmuş məbləğ Azərbaycan Respublikası Vəkillər X2 17 mart 2018-ci il tarixli Qərarı ilə 200 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən şəxslər imtahanda iştirak üçün nəzərdə tutulmuş məbləği Azərbaycan Respublikası Vəkillər X1 bank hesabına ödəyirlər. Azərbaycan Respublikasının Dövlət X3 uyğun olaraq, dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. Mərkəz müqavilə əsasında da imtahanlar təşkil etdiyi üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Mərkəz arasında imtahanların təşkili məqsədilə 02 mart 2021-ci il tarixli №VK-DİM01 müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Mərkəz (İcraçı) Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar müsabiqənin birinci mərhələsi üzrə 280 nəfər namizəd üçün yazılı test imtahanının keçirilməsi ilə bağlı tələb olunan işlərin həyata keçirilməsini və nəticələrinin Kollegiyaya (Sifarişçiyə) tələb edilən formada təqdim edilməsini, Sifarişçi isə müqavilə ilə müəyyən edilmiş məbləğin İcraçıya ödənilməsini öhdəsinə götürmüşdür. Mərkəz Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərini lazımınca yerinə yetirib xidmətləri Kollegiyaya müəyyənləşdirilmiş qaydada təhvil vermişdir. Mərkəz tərəfindən hər bir imtahanın keçirilməsi ilə bağlı müqavilə üzrə qiymətlər iştirakçıların sayından, imtahanın kağız daşıyıcılar və ya elektron formada keçirilməsindən asılı olaraq Sifarişçi ilə razılaşdırmaqla müəyyən edilir və bununla əlaqədar olaraq, imtahanların keçirilməsi üzrə müqavilə qiymətləri bir-birinden fərqlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 528-ci maddəsinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar yazılı test imtahanda iştirakla bağlı tələb olunan, Kollegiya tərəfindən müəyyən edilmiş 200 manat məbləğ iddiaçı Kollegiyanın bank hesabına köçürülmüşdür. Kollegiya isə imtahanları özü təşkil etməmiş, Mərkəz müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxs olduğu üçün Kollegiya bu məqsədlə Mərkəzlə müqavilə bağlamışdır. Mərkəz isə razılaşdırılmış qiymətlə yazılı test imtahanları təşkil etmiş və icraçı kimi müqavilədə nəzərdə tutulan təşkilatı işləri lazımi səviyyədə yerinə yetirmişdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud qanunvericiliyə görə imtahanda iştirak edən şəxslərin heç biri ilə, o cümlədən iddiaçı ilə Mərkəz arasında imtahanda iştirak etmək və xidmət göstərməklə bağlı müqavilə münasibətləri olmadığı üçün Mərkəz iddiaçının qarşısında heç bir öhdəlik daşımır. İnformasiya sahibinin açıqlamaq vəzifəsi daşıdığı informasiyalar “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində sadalanmışdır. Qanunvericiliyin mövqeyinə görə informasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş həmin maddədə sadalanan informasiyaları açıqlamalıdır. Müqavilə əsasında əldə edilmiş vəsaitlər ictimai maraq kəsb etmədiyi üçün açıqlanmalı olan informasiya kimi həmin maddədə nəzərdə tutulmamışdır. Bu səbəbdən Mərkəz Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar yazılı test imtahanının keçirilməsi ilə bağlı əldə etdiyi vəsaiti iddiaçıya açıqlanmaq vəzifəsi daşımır. Müraciətdə müvafiq məlumatların təqdim edilməyəcəyi halda, vurulmuş mənəvi zərərə görə Mərkəzə qarşı 50000 manat məbləğdə təzminat tələb edəcəyi ilə bağlı bildirilmişdir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumu tərəfindən 3 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarı qəbul edilmişdir. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vurulduğunu iddia etdiyi mənəvi zərərin ödənilməsi üçün müəyyən edilməli olan halları və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələblərini nəzərə alsaq, Mərkəzin heç bir hüquq pozuntusuna yol vermədən etdiyi qanuni hərəkətlərin (hərəkətsizliyin) iddiaçı hansı formada mənəvi sarsıntı və iztirablar yaratdığını sübut etməlidir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.1 və 3.0.6-cı maddələrinə əsasən müraciət edən şəxs dedikdə, fiziki və ya hüquqi şəxs; müraciətə baxan subyekt dedikdə isə, fiziki və hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları başa düşülür. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir. Sözügedən Qanunun tələblərinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır (7.1). Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. (7.5). Müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir (7.8). Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır (10.1). Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır (10.4). Bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır (10.5). Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər (12.1). Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər (12.2). Müraciətə baxan subyektlərin vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə baxarkən müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməlidirlər; məsələnin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməlidirlər; müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər; müraciətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər (12.3.1-12.3.4). Müraciətinə baxılan vətəndaşın bir sıra, o cümlədən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır (14.0.8). Oxşar müddəalar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda da öz əksini tapmışdır. Belə ki, həmin Qanuna görə hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsaslardan biri kimi müəyyən edilmişdir (20.1, 28.1.1). Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir (52.1). Maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər (66). Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər (71.1, 71.2). Qeyd olunan maddi hüquq normalarının tələblərinin hazırki iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətinə tətbiqi nəticəsində müəyyən olunur ki, cavabdeh orqanlar iş üzrə iddiaçının poçt vasitəsilə göndərdiyi ərizələrinə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxaraq cavab vermişlər. Qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı iddianın xüsusi mümkünlük şərtini - iddiaçının kifayət qədər marağının olmasını müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur. Bununla baglı məhkəmə qeyd edir ki, iddiaçının Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar keçirilən imtahanda iştirak etmək üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin bank hesabı və həmin hesaba hansı məbləğdə pul vəsaitinin köçürülməsi ilə bağlı məlumatın təqdim edilməsinə dair müraciətinə baxılaraq bildirilmişdir ki, Vəkillər Kollegiyası üzvlüyünə qəbul olmaq üçün imtahanda iştirakla əlaqədar nəzərdə tutulmuş məbləğ Azərbaycan Respublikası Vəkillər X2 17 mart 2018-ci il tarixli Qərarı ilə 200 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən şəxslər imtahanda iştirak üçün nəzərdə tutulmuş məbləği Azərbaycan Respublikası Vəkillər X1 bank hesabına ödəyirlər. Azərbaycan Respublikasının Dövlət X3 uyğun olaraq, müqavilə əsasında da imtahanlar təşkil etdiyi üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Mərkəz arasında imtahanların təşkili məqsədilə 02 mart 2021-ci il tarixli №VK-DİM01 müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Mərkəz (İcraçı) Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar müsabiqənin birinci mərhələsi üzrə 280 nəfər namizəd üçün yazılı test imtahanının keçirilməsi ilə bağlı tələb olunan işlərin həyata keçirilməsini və nəticələrinin Kollegiyaya (Sifarişçiyə) tələb edilən formada təqdim edilməsini, Sifarişçi isə müqavilə ilə müəyyən edilmiş məbləğin İcraçıya ödənilməsini öhdəsinə götürmüşdür. Mərkəz Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərini lazımınca yerinə yetirib xidmətləri Kollegiyaya müəyyənləşdirilmiş qaydada təhvil vermişdir. Mərkəz tərəfindən hər bir imtahanın keçirilməsi ilə bağlı müqavilə üzrə qiymətlər iştirakçıların sayından, imtahanın kağız daşıyıcılar və ya elektron formada keçirilməsindən asılı olaraq Sifarişçi ilə razılaşdırmaqla müəyyən edilir və bununla əlaqədar olaraq, imtahanların keçirilməsi üzrə müqavilə qiymətləri bir-birinden fərqlənir. Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar yazılı test imtahanda iştirakla bağlı tələb olunan, Kollegiya tərəfindən müəyyən edilmiş 200 manat məbləğ iddiaçı Kollegiyanın bank hesabına köçürülmüşdür. Kollegiya isə imtahanları özü təşkil etməmiş, Mərkəz müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxs olduğu üçün Kollegiya bu məqsədlə Mərkəzlə müqavilə bağlamışdır. Mərkəz isə razılaşdırılmış qiymətlə yazılı test imtahanları təşkil etmiş və icraçı kimi müqavilədə nəzərdə tutulan təşkilatı işləri lazımi səviyyədə yerinə yetirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. (Mülki Məcəllənin 6.2., 386.1, 398.1, 390.1., 528, 753.1-ci maddələri). Göründüyü kimi iddiaçı cavabdehlər arasında baglanmış müqavilənin tərəfi olmadıgından hazırki iddiaya onun hüquqi marağı mövcud deyildir, yəni Mülki Məcəllə ilə müqavilə tərəflərinin hüquq və vəzifələrinin daşıyıcısı olmadıgından və həmin müqaviləni mübahisələndirmək hüququna malik olmadıgından müqavilənin şətrləri də onun maraqlarına toxuna bilməz (müqaviləni ləgv etmək, dəyişdirmək, şərtləri, qiyməti, müddəti, icrası və s. ). İddiaçının maragı məhz cavabdehlərin maliyyə hesabatlılıgına əsaslandıgı halda belə, bu dövlətin müvafiq maliyyə hesablama və vergi orqanlarının səlahiyyətlərinə aid olan məsələlərdir. Müqavilə əsasında əldə edilmiş vəsaitlər isə ictimai maraq kəsb etmədiyi üçün açıqlanmalı olan informasiya kimi “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu nəzərdə tutulmamışdır (informasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş həmin maddədə sadalanan informasiyaları açıqlamalıdır). Bundan əlavə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə görə hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Bu əsaslarla cavabdeh Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar yazılı test imtahanının keçirilməsi ilə bağlı əldə etdiyi vəsait barədə iddiaçıya məlumat vermək vəzifəsi daşımır. Beləliklə də məhkəmənin mövqeyi belədir ki, hazırki iş üzrə mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması iddiaçı tərəfindən əsaslandırılmır, iddiaçının iddiaya hüquqi marağı olmadığı üçün yolverilməzdir (mümkün deyildir). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3kim: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar