Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10186/2022 13.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı vətəndaşlıq mənsubiyyətinin tanınması tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29 iyul 1998-ci il tarixdə Rusiya Federasiyası, Kastroma vilayəti, Kastroma şəhərində anadan olmuş İddiaçı vətandaşlıq mənsubiyyətinin (Azərbaycan Respublikası vətəndaşı olub-olmamasının, Rusiya Fedarasiyası vətəndaşı olmasının) barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 29 iyul 1998-ci il tarixdə Rusiya Federasıyası, Kastroma vilayəti, Kastroma şəhərində anadan olmuşdur. Milliyyətinə görə azərbaycanlı, vətəndaşlıq mənsubiyyətinə görə Rusiya Federasiyası vətəndaşıdır. Belə ki, onun doğum akt qeydi 17 avqust 1998-ci il tarixdə Rusiya Federasiyası Kastroma vilayəti, Kastroma şəhərinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi tərəfindən 1486 reyestr sayda qeydə alınaraq doğum haqqında şəhadətnamə verilmişdir. 09 oktyabr 2018ci il tarixdə Rusiya Federasiyası DİN-nin Kastroma vilayəti üzrə İdarəsi tərəfındən 34 18 268839 nömrəli Rusiya Federasiyası vətəndaşına dair pasport verilmişdir. O, 28 noyabr 2018-ci il tarixdən 07 dekabr 2019-cu il tarixədək Rusiya Federasiyası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. X4 Universitetinin 4-cü kurs tələbəsidir. O bir müddət əvvəl valideyinlərinin yanına Bakı şəhərinə gələrkən sərhəd keçid məntəqəsində onun Azərbaycan Respublikası vətəndaşı olması və buna görə hərbi mükəlləfiyyətli olması bilidirilmişdir. Lakin onun əyani təhsil alması nəzərə alınaraq sərbəst buraxılmışdır. Göstərilənlərə əsasən onun vətəndaşlıq mənsubiyyətlərinin müəyyən edilməsindən ötrü qanuna müvafıq qaydada Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edilməsi zərurəti yaranmışdır. Buna görə də onun vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi zərurəti yarandığından ərizə ilə Dövlət Miqrasiya Xidmətinə müraciət edilərək vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi xahiş olunmuşdur. Lakin cavabdeh orqan tərəfındən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, Dövlət Miqrasiya Xidmətinin Əsasnaməsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimləriməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək verdiyi izahatında bildirdi ki, iddiaçı tərəfindən hazırki iş üzrə iddia tələbində qeyd etdiyi tələblə bağlı əvvəllər məhkəməyə müraciət olunmuş və iddiasının mümkün sayılmaması barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3072/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərardadı qəbul edilmişdir. İddiaçının Xidmətə müraciətləri 2021-ci il ərzində olmuş və ona zəruri sənədlərin qanunvericiliklə müəyyən olunmuş qaydada Xidmətə təqdim edilməsi izah edilmişdir. Lakin iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə uyğun müraciət 2022-ci il ərzində Xidmətə daxil olmamış, inzibati icraat aparılmamış və inzibati akt qəbul edilməmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29 iyul 1998-ci il tarixdə Rusiya Federasiyası, Kastroma vilayəti, Kastroma şəhərində anadan olmuş İddiaçı vətandaşlıq mənsubiyyətinin (Azərbaycan Respublikası vətəndaşı olub-olmamasının, Rusiya Fedarasiyası vətəndaşı olmasının) barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3072/2022 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Qeyd olunan qərardad qanuni qüvvəsini almışdır. İddiaçı məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3072/2022 nömrəli nömrəli qərardadında qeyd olunmuş mövqeyi nəzərə almadan təkrar eyni inzibati orqana qarşı, eyni predmet və eyni əsasla hazırkı iddianı qaldırmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 45.5.1-ci maddəsinə əsasən iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. - 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç birinin eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməsini, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı həmin prosesin tərəfləri üçün məcburi hüquqi qüvvəyə malik olmaqla eyni tərəflər arasında eyni predmet, eyni əsaslarla yenidən məhkəmə qaydasında mübahisələndirilməsini istisna edir. Məhkəmə hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 3072/2022 nömrəli qərardadı qanuni qüvvəyə mindiyindən İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən iddiaçı eyni predmet, eyni əsaslarla məhkəməyə müraciət edə bilməz. Ona görə də İddiaçı hazırkı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-10186/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10186/2022
13.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver