Məhkəmə qərarları › İş №2-1(112)-10188/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10188/2022

01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10188/2022 01.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin xx.xx.2021-ci il tarixdən müəyyən edilməsinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 4 saylı Tibbi-Sosial Ekspert Komissiyasına qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bu məsələ ilə bağlı ərazi üzrə 4 saylı TSEK-ə müraciət etməsi barədə xx.xx.2022-ci il tarixli **********4 saylı cavab məktubunun əsassız hesab edilməsi və Agentliyin nəzdində olan ərazi üzrə 4 saylı TSEK-in isə xx.xx.2022-ci il tarixli məktubuna hərəkətsizlik edərək cavab verməməsinə görə onların üzərinə hüququnun yarandığı gündən yəni, 01 may 2021-ci il tarixindən əlilliyinin müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 2014-cü ilin aprel ayının 10-da TSEK-nın qərarına əsasən insulindən aslı olmayan insulin tələbli (İİ tip) xəstə kimi lll qrup əlillik təyin edilmişdir. Əlilliyinin müddəti 2016-cı il tarixində 5 il müddətinə uzadılmışdır. Əlilliyinin müddəti 2021-ci ilin aprel ayının 10-da bitdiyinə görə 35 saylı Şəhər Poliklinikasının HMK-sı tərəfindən 01 aprel 2021-ci il tarixində əlilliyinin müddətinin uzadılması üçün TSEK-na “elektron qaydada” forma 88 göndərilmişdir. TSEK-sı 20 aprel 2021-ci il tarixində “Əlavə müalicəyə ehtiyacın olması” səbəbindən əlillik müddətinin uzadılmasından imtina etmişdir. 23.04. 2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi 5 saylı Şəhər Klinik Xəstəxanasında stasionar müalicə olunduqdan sonra 35 saylı Şəhər Poliklinikasının HMK-sı tərəfindən xx.xx.2021-ci il tarixində TSEK-na təkrar olaraq “elektron qaydada” forma 88 göndərilmişdir. Respublika Anqioloji Mərkəzdə dopler müayinə olunmasına və ayaq damarlarında 75-80% tutulmalar olmasına baxmayaraq, bu dəfə də ona əsassız olaraq əlillik müddətinin uzadılmasından imtina edilmişdir. Səbəb kimi ixtisaslaşdırılmış tibb müəssisənin rəyinin olmaması göstərilmişdir. Bundan sonra Respublika Endokrinoloji Mərkəzində, Z.Əliyeva adına Milli Oftomoloji Mərkəzdə və Respublika Angioloji Mərkəzdə müayinələrdən keçdikdən sonra xx.xx.2021-ci il tarixində Həkim Məsləhət Komissiyası tərəfindən üçüncü dəfə TSEK-na “elektron qaydada” forma 88 göndərilmişdir. xx.xx.2021-ci il tarixində göndərilmiş 2732003AACVG nömrəli göndərişə ona məlum olmayan səbəbdən iki ay sonra yəni xx.xx.2021-ci il tarixində “Hədəf orqanlarında olan ağırlaşmalar ixtisaslaşmış tibb müəssisəsində ətraflı müayinə olunaraq dəqiqləşdirilməsi” səbəbindən əsassız olaraq imtina edildi. Halbuki, o, ixtisaslaşmış tibb müəssisələrində müayinə olunmuşdur. Müayinələrin nəticələri isə onun əlillik müddətinin uzadılmasına əsas vermişdir. Nazirliyə müraciəti əsasında xx.xx.2021-ci il tarixində Nazirliyin şöbə müdiri S.Qocayevin onlayn qəbulunda olmuşdur. Onun göstərişinə əsasən 4 saylı DOST Mərkəzində yerləşən 4 saylı TSEK-da əyani müayinə olunmuşdur. Bu barədə akt tərtib edilərək Agentliyə göndərilmişdir. Aktın nəticəsini öyrənmək üçün TSEK-sı ilə əlaqə saxladıqda ona əyani müayinə üçün Agentliyə gəlməsi bildirilmişdir. xx.xx.2021-ci il tarixində Agentlikdə əyani müayinədə olarkən ona bildirmişlər ki, bu sənədlərlə akt tərtib edib göndərsələr cavabı 3-4 aya məlum olacaq. Ona görə də, təkrar forma 88 göndərilməsini məsləhət görmüşlər. Bildirmişlər ki, bu dəfə də, müayinə aktı tərtib etsinlər. Ona görə də, xx.xx.2021-ci il tarixində 35 saylı şəhər Poliklinikasının HMK-sı tərəfindən dördüncü dəfə “elektron qaydada” forma 88 göndərildi. xx.xx.2021-ci il tarixində ixtisaslaşmış tibb müəssisələrində müayinə olunduğu halda yenidən həmin müəssisələrdə müayinə olunması əsas gətirilərək əlillik müddətinin uzadılmasından imtina edilmişdir. xx.xx.2021-ci il tarixində Agentlikdə təkrar əyani müayinədə olduqdan sonra akt tərib edildi. TSEK-sı tərəfindən xx.xx.2021-ci il tarixli göndərişə verilmiş imtina qərarı ləğv edilmiş və xx.xx.2022-ci il tarixində ona xx.xx.2021-ci il tarixindən İİ qrup müddətsiz əlillik təyin edilmişdir. Əlillik müddətinin bitdiyi tarixdən yəni xx.xx.2021-ci il tarixindən müəyyən edilməsi üçün xx.xx.2021-ci il tarixində Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinə müraciət etmişdir. Agentlik tərəfindən müraciətinə xx.xx.2022-ci il tarixli **********4 saylı məktubla cavab verilmişdir. Agentliyin cavab məktubunda ona 07.12. 2021-ci il tarixindən İİ qrup ömürlük əlillik təyin olunduğu və digər məsələ ilə əlaqədar olaraq ərazi üzrə Tibbi Sosial Ekspert Komussiyasına müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də, Ərazi üzrə 4 saylı Tibbi Sosial Ekspert Komissiyasına əlilliyinin bitdiyi vaxtdan yəni xx.xx.2022-ci il tarixindən müəyyən edilməsi üçün ərizə ilə xx.xx.2022-ci tarixində müraciət etmişdir. Həmin ərizəsi xx.xx.2022-ci il tarixində “onlara aid deyil” qeydi ilə geri qaytarılmışdır. Bundan sonra həmin ərazi üzrə 1108 saylı poçt şöbəsindən xx.xx.2022-ci il tarixində SS785473294AZ kodlu bildirişli məktubla təkrar göndərmişdir. xx.xx.2022-ci il tarixində onlara təqdim edilməsi və əməkdaşları Əlibəyli tərəfindən imza edilərək qəbul edilməsi barədə bildirişi almışdır. Lakin, ərazi üzrə 4 Saylı Tiibbi Sosial Ekspert Komissiyası tərəfindən hərəkətsizlik edilərək ərizəsinə cavab verilməmişdir. Hesab edir ki, əlillik müddətinin xx.xx.2021-ci il tarixindən uzadılmasından əsassız olaraq Agentlik tərəfindən uzadılmasından imtina edilməsi və 4 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən isə hərəkətsizlik edilərək ərizəsinə cavab vermədiyinə görə onların üzərinə əlilliyinin bitdiyi taixdən yəni xx.xx.2021-ci il tarixindən müəyyən edilməsinin həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Məhkəməyə təqdim etdiyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə ünvanladığı ərizəsindən aydın görünür ki, əlillik müddətini xx.xx.2021-ci il tarixindən bərpa etmək onların səlahiyyətinə aid olduğu halda xx.xx.2022-ci il tarixli **********4 saylı məktubla bu məsələ ilə əlaqədar olaraq ərazi üzrə TSEK-na müraciət etməsi tövsiyə olunmuşdur. Ərazi üzrə 4 saylı TSEK-sı isə bir aydan artıq vaxt keçməsinə baxmayaraq hərəkətsizlik edərək ərizəsinə cavab vermir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının əlillik vəziyyətinə 35 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İitip.insulin tələbli ağır forma.hipertoniya xəst lld.ÜİX.stabil gərginlik stenokardiyası İİ f.s.prostat vəzinin adenoması.OU-diab.qeyri-proliferativ retinopatiya; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: endokrin sistem xəstəliyi” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tipinsulindən asılı çoxsaylı ağırlaşmalarla .hipertoniya xəstəliyi İİ dər.ÜİX; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Şəkərli diabet İİ tip insulindən asılı çoxsaylı ağırlaşmalarla .hipertoniya xəstəliyi İİ dər.ÜİX” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip insulindən asılı çoxsaylı ağırlaşmalarla .hipertoniya xəstəliyi İİ dər.ÜİX; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Şəkərli diabet İİ tip,insulindən asılı çoxsaylı ağırlaşmalarla .hipertoniya xəstəliyi İİ dər.ÜİX” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxılmış və “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, tip2 insulintələbli ağır forma OU-qeyri proliferativ retinopatiya, Periferik qan dövranının pozğunluğu ilə., a/ə damarlarının diabetik angiopatiyası, diabetik nefropariya Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2008dən xəstə olmasına baxmayaraq 2021-ci ilə kimi aldığı stasionar müalicələr qeyd olunmayıb İxtisaslaşmış xəstəxanada müalicəni davam etdirməsi məsləhətdir” səbəbi ilə imtina verilmişdir. Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İV Sinif- Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet: Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, tip2 insulintələbli ağır forma. Periferik qan dövranının pozğunluğu ilə., aşağı ətrafların diabetik angiopatiyası ÜİX. gərginlik stenokardiyası İİİ fs. infarktdan sonrakı kardioskleroz.Essensial [birincili] hipertenziya, İİ mərhələ, İY dərəcə risk ürək çatmamazlığı İİİ fs AF 37.9%; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas diagnozun ağırlaşmalarını təsdiq edən - instrumental müayinələrin nəticələri. status localis, mütəxəssislərin rəyi, anamnestik məlumatlar və TSEKə göndərilən zaman x-n vəziyyəti dəgigləşdirilsin və ətrafli qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: sas diaqnoz E11.7 İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, tip2 insulintələbli ağır forma Ağırlaşma E11.5 İnsulindən asılı olmayan şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə., aşağı ətrafların diabetik angiopatiyası. hər iki qamış arteriyalarının nəzərəçarpan stenozu Ağırlaşma H36 0* Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə), OU-qeyri proliferativ retinopatiya OU başlanğıc katarakta Ağırlaşma G63.2* Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə), diabetik sensomotor tədricən proqressivləşən vegeto - trofik pozulmalarla gedən poineyropatiya Ağırlaşma N08.3* Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14, diabetik nefropatiya. xroniki böyrək çatmamazlığı 2-ci mərhələ Yanaşı xəstəliklər İ25.2 Əvvəllər keçirilən miokard infarktı, ÜİX, infartkdan sonrakı kardioskleroiz gərginlikstenokardiyası İİİ fs ürək çatmamazlığı İİİ fs AF 37.9% Yanaşı xəstəliklər İ50 Ürək çatmamazlığı, ürək çatmamazlığı İİİ fs AF 37.9% Yanaşı xəstəliklər E04.2 Qeyri-toksik çox düyünlü ur, diffuz düyünlü zob Yanaşı xəstəliklər İ70.2 Ətraf arteriyalarının aterosklerozu, hər iki qamış arteriyalarının nəzərəçarpan stenozu Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, İİ mərh risk4 Yanaşı xəstəliklər İ20.8 Stenokardiyanın digər formaları, ÜİX, infartkdan sonrakı kardioskleroiz gərginlikstenokardiyası İİİ fs; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Göndərişin natamam doldurulması - Səbəb: Hədəf orqanlarda olan ağırlaşmalar ixtisaslaşmış tibb müəssisəsində ətraflı müayinə olunaraq dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və “Səbəbi : Ümumi xəstəlik; “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, tip 2 insulintələbli ağır forma Ağırlaşma E11.5 İnsulindən asılı olmayan şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə., Periferik qan dövranının pozğunluğu ilə., aşağı ətrafların diabetik angiopatiyası; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00,E07-E07.9,E10.E12,E15-E16.1 ,E22.0-E22.1 .E23.0- E23.2,...” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi, İddiaçı əlilliyi Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrar qiymətləndirilmiş və ona müddətsiz İİ dərəcə əlillik təyin edilmişdir, lakin İddiaçı isə tələbində əlillik dərəcəsinin xx.xx.2021-ci il tarixdən hesablanması və həmin müddət üçün müavinətin ödənilməsini qeyd etmişdir. Belə olan halda İddiaçının tələbi qanunsuz və əsassızdır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Odur ki, İddiaçı əlillik müddəti 10 aprel 2021-ci il tarixdə bitmiş və ona təkrar əlillik 07 dekabr 2021-ci il tarixdən, yəni təxminən 8 ay sonra təyin edilmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 4 saylı Tibbi-Sosial Ekspert Komissiyasının cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat vərərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı icasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində isə hər hansı bir məlumat təqdim etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir ki: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 6 saylı Tibbi Sosial Ekspert Komissiyasının 11.044.2016-cı il tarixli arayışına əsasən, İddiaçı əlilliyinin xx.xx.2016-cı il tarixdə təkrar qiymətləndirilməsi nəticəsində üçüncü dərəcə əlillik dərəcəsi müəyyən edilmiş, növbəti müayinə tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir. - Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxılmış və “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, tip2 insulintələbli ağır forma OU-qeyri proliferativ retinopatiya, Periferik qan dövranının pozğunluğu ilə., a/ə damarlarının diabetik angiopatiyası, diabetik nefropariya Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2008-dən xəstə olmasına baxmayaraq 2021-ci ilə kimi aldığı stasionar müalicələr qeyd olunmayıb İxtisaslaşmış xəstəxanada müalicəni davam etdirməsi məsləhətdir” səbəbi ilə imtina verilmişdir. - Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İV Sinif- Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet: Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, tip2 insulintələbli ağır forma. Periferik qan dövranının pozğunluğu ilə., aşağı ətrafların diabetik angiopatiyası ÜİX. gərginlik stenokardiyası İİİ fs. infarktdan sonrakı kardioskleroz.Essensial [birincili] hipertenziya, İİ mərhələ, İY dərəcə risk ürək çatmamazlığı İİİ fs AF 37.9%; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas diagnozun ağırlaşmalarini təsdiq edən - instrumental müayinələrin nəticələri. status localis, mütəxəssislərin rəyi, anamnestik məlumatlar və TSEKə göndərilən zaman x-n vəziyyəti dəgigləşdirilsin və ətrafli qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. - Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: əsas diaqnoz E11.7 İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, tip2 insulintələbli ağır forma Ağırlaşma E11.5 İnsulindən asılı olmayan şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə., aşağı ətrafların diabetik angiopatiyası. hər iki qamış arteriyalarının nəzərəçarpan stenozu Ağırlaşma H36 0* Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü 3 işarəsi ilə), OU-qeyri proliferativ retinopatiya OU başlanğıc katarakta Ağırlaşma G63.2* Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə), diabetik sensomotor tədricən proqressivləşən vegeto - trofik pozulmalarla gedən poineyropatiya Ağırlaşma N08.3* Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14, diabetik nefropatiya. xroniki böyrək çatmamazlığı 2-ci mərhələ Yanaşı xəstəliklər İ25.2 Əvvəllər keçirilən miokard infarktı, ÜİX, infartkdan sonrakı kardioskleroiz gərginlikstenokardiyası İİİ fs ürək çatmamazlığı İİİ fs AF 37.9% Yanaşı xəstəliklər İ50 Ürək çatmamazlığı, ürək çatmamazlığı İİİ fs AF 37.9% Yanaşı xəstəliklər E04.2 Qeyri-toksik çox düyünlü ur, diffuz düyünlü zob Yanaşı xəstəliklər İ70.2 Ətraf arteriyalarının aterosklerozu, hər iki qamış arteriyalarının nəzərəçarpan stenozu Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, İİ mərh risk4 Yanaşı xəstəliklər İ20.8 Stenokardiyanın digər formaları, ÜİX, infartkdan sonrakı kardioskleroiz gərginlikstenokardiyası İİİ fs; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Göndərişin natamam doldurulması - Səbəb: Hədəf orqanlarda olan ağırlaşmalar ixtisaslaşmış tibb müəssisəsində ətraflı müayinə olunaraq dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. - Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və “Səbəbi: Ümumi xəstəlik; “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, tip 2 insulintələbli ağır forma Ağırlaşma E11.5 İnsulindən asılı olmayan şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə., Periferik qan dövranının pozğunluğu ilə., aşağı ətrafların diabetik angiopatiyası; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00,E07-E07.9,E10.E12,E15-E16.1 ,E22.0-E22.1 .E23.0-E23.2,...” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. - İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək əlilliyinin əlillik müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixindən müəyyən edilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfinədn müraciəti xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubla cavablandırılaraq bildirilmişdir ki, onun tibbi-ekspert sənədləri araşdırılmış və xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Müraciətində qeyd etdiyi məsələ ilə əlaqədar aidiyyəti üzrə qeydiyyatda olduğu ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etməsi tövsiyyə olunmuşdur. - İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 4 saylı Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etmiş, ərizəsi xx.xx.2022ci il tarixdə Komissiyası tərəfindən qəbul edilmiş, lakin müraciəti cavablandırılmamışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəməicraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq tələblə cavabdeh inzibati orqana müraciət etmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia mümkün iddiadır. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia mahiyyətcə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2014-cü il tarixdən etibarən üçüncü dərəcə əlildir. Sonuncu dəfə iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə yekunlaşmış, iddiaçının dəfələrlə müraciətindən sonra Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrar baxılaraq, ona “Səbəbi: Ümumi xəstəlik; “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, tip 2 insulintələbli ağır forma Ağırlaşma E11.5 İnsulindən asılı olmayan şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə., Periferik qan dövranının pozğunluğu ilə., aşağı ətrafların diabetik angiopatiyası; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0-E23.2,...” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. İddiaçının əvvəlki 3-cü dərəcə əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən etibarən müvafiq olaraq xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 35 nömrəli Şəhər Poliklinikası tərəfindən əlillik dərəcəsinin müəyyən edilməsi barədə göndərişlər göndərilməsinə baxmayaraq iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən cavabdeh tərəfindən əlavə müalicəyə ehtiyacın olması və göndərişin natamam doldurulması əsasları ilə imtina edilmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə vərəqədən görünür ki, iddiaçının sağlamlıq vəziyyəti əvvəlki sağlamlıq vəziyyətindən daha da ağırlaşmış və ona ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»: bənd 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. bənd 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. bənd 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 1 – 3-cü hissələri ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin”: bənd 1.1. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir; bənd 2.1. Strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərinə daxildir; bənd 3. Müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»: bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17.Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Qanun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan inzibati icraatı tam aparmamış, iddiaçının xeyrinə olan halların qiymətləndirilməsi ilə bağlı əhəmiyyət kəsb edən bütün faktiki halları tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı qərarda göstərilmiş qanunvericiliyin normalarına əsasən, iddiaçının əlillik dərəcəsinin 01 may 2021-ci il tarixindən müəyyən edilməsindən inzibati orqan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (Xidmətinin) imtinası qanunvericiliyin tələblərinə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının xx.xx.2016-cı il tarixdə müddəti bitən əlillik dərəcəsinin yenidən qiymətləndirilməsi üçün ilkin müraciət 1 may 2021-ci il tarixdən əvvəlki dövrə təsadüf etdiyindən və əvvəllər müəyyən edilmiş əlillik dərəcəsinin son müddəti də həmin vaxtadək bitdiyindən, onun əlillik dərəcəsi qeyd olunan tarixdən müəyyən olmalıdır. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkəsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı əlilliyinin 01 may 2021-ci il tarixindən müəyyən edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar