Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10189/2023 19.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi və vəkilinin X1, cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndələri X3 və X6 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “müavinətin ödənilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək həyat yoldaşı X7 dəfn mərasimi həyata keçirməsini nəzərə alaraq qanunla nəzərdə tutulmuş qaydada və məbləğdə dəfn pulunun ona ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna həvalə edilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək həyat yoldaşı X7 əmək fəaliyyəti göstərdiyi zaman vəfat etməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi əsası ilə onun əmək haqqının 3 misli miqdarında müavinətin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı, X14 ilə 2017-ci ildə ailə qurmuş və xx.xx.2019-cu ilə kimi Bakı şəhəri Binəqədi rayonu, 7-ci Mikrorayon, 6 nömrəli evin 66 saylı mənzilində bir yerdə yaşamışlar, lakin nikahlarını müvafiq Qeydiyyat Şöbəsində qeydiyyata aldırmamışlar. Lakin birgə yaşadıqları müddətdə mehriban ailə kimi yaşamışlar. Həyat yoldaşı X14 onkoloji xəstəlikdən xx.xx.2019-cu ildə vəfat etmişdir. O zaman F.Əliyevin yaxınları olaraq bir o, bir də bacısı olmuşdur. X15 bacısı qardaşının vəfatına biganə münasibət bəslədiyindən, o, təkbaşına olaraq həyat yoldaşının dəfnini,yas mərasimlərini təmin etmişdir. İddiaçıya onun həyat yoldaşının prokurorluq işçisi olduğundan, prokurorluğa müraciət etməyi bildirmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu xx.xx.2023-cü il tarixli 2-2-20/2-36-9/2023 saylı məktub əsasında dəfn pulunun alınması üçün nikah haqqında şəhadətnamənin surətini, ailə tərkibinə dair arayış, varis olmağı haqqında məhkəmə qərarının təqdim edilmədiyini qeyd etməklə dəfn pulunun ödənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət edərkən lazımı sənədləri, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin surətini, dəfnin onun tərəfindən həyata keçirilməsi barədə Binəqədi rayon bələdiyyəsinin arayışını, ölüm haqqında şəhadətnamənin surətini, vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin sürətini təqdim etməsinə baxmayaraq cavabdehin həmin sənədləri təkrar istəməsi əsassız imtina və süründürməçilik kimi qiymətləndirilməlidir. İddiaçı qeyd edir ki, dəfn üçün müavinət almaq hüququ, vəfat etmiş şəxsin vərəsəsində yaranır. Əgər vəfat etmiş şəxsin bir neçə vərəsəsi olarsa, dəfn üçün müavinəti dəfn mərasimini təşkil edən şəxsə verilir. İddiaçı Əliyev Fuadın vərəsəsidir və dəfn mərasimini o, təkbaşına təmin etmişdir. Azərbaycan Respublikası “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” qanuna müvafiq olaraq dəfn müavinəti Prokurorluq orqanı ödəməlidir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən prokurorluq işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olmuş (vəfat etmiş) və ya xidmətin davam etdirilməsinə imkan verməyən xəstəliyə tutulmuş, xəsarət (yaralanma, travma, kontuziya) almış prokurorluq işçilərinə və ya onların ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada və məbləğdə birdəfəlik müavinət verilir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin 21 iyul 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin 19 dekabr 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iş üzrə üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğu məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddia təmin edilməməlidir. Belə ki, sabiq prokurorluq işçisi X7 vəfatı ilə əlaqədar dəfn pulunun ödənilməsi üçün İddiaçı tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixlərdə müraciət olunmuşdur. Qeyd etmək lazımdır ki, dəfn üçün müavinətin alınmasına görə müvafiq sənədlər Maddi-texniki təminat şöbəsinə təqdim edildikdən sonra Elektron hökumət portalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Dəfn üçün müavinətin ödənilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu” na xx.xx.2023-cü il tarixdə ödəniş üçün müraciət edilmişdir. xx.xx.2023-cü il tarixdə 300 (üç yüz) manat İddiaçı dəfn üçün müavinət ödənilmişdir. Məlum edilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndində işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən dəfn pulunun ödənilməsi üçün İddiaçı vəfat edən şəxsin vərəsəsi olması barədə təsdiqedici sənədlərin (nikah şəhadətnaməsinin notarial təsdiq olunmuş surətinin, ailə tərkibinə dair arayışın və varis olma barədə məhkəmənin qərarının) istənilməsinə baxmayaraq qeyd olunan təsdiqedici sənədlər təqdim edilmədiyindən dəfn üçün müavinətin ödənilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni müdafiə etməklə, iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Sabir Məmmədov etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, hazırkı iddia İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətinə baxılmış və iddiaya etirazın məzmununa uyğun imtina cavabı verilmişdir. -AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -“ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İİ№047073 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2019cu il tarixdə vəfat etmişdir. -Binəqədi rayon Binəqədi bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 1 ünvanında yaşamış X14 xx.xx.2019-ci il tarixdə dünyasını dəyişməsilə əlaqədar dəfn mərasiminin bütün xərclərini 1973-ci ildə anadan olmuş mərhumun həyat yoldaşı İddiaçı tərəfindən həyata keçirilmişdir. -Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-texniki təminat şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 08 iyun 2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndində işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödənildiyi qeyd olunmuşdur. Sabiq prokurorluq işçisi X7 vəfatı ilə əlaqədar dəfn pulunun ödənilməsi üçün İddiaçı tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna xx.xx.2022-ci və xx.xx.2023cü il tarixlərdə müraciət olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən dəfn pulunun ödənilməsi üçün İddiaçı vəfat edən şəxsin vərəsəsi olması barədə təsdiqedici sənədlərin (nikah şəhadətnaməsinin notarial təsdiq olunmuş surətinin, ailə tərkibinə dair arayışın və varis olma barədə məhkəmənin qərarının) istənilməsinə baxmayaraq qeyd olunan təsdiqedici sənədlər təqdim edilmədiyindən dəfn üçün müavinətin ödənilməsi mümkün olmamışdır. Müvafiq sorğu əsasında 1 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat ofisi tərəfindən xx.xx.2019-cu il tarixdə vəfat etmiş X7 vərəsəlik işinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Vərəsəlik işinə əlavə edilmiş: -xx.xx.2022-ci il tarixli, 1616 nömrəli məktubdan görünür ki, X7 adına vərəsə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı ərizəsinə əsasən xx.xx.2019-cu il tarixdə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. -06 sentyabr 2021-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X4 tərəfindən xx.xx.2019-cu il tarixdə təsdiq edilən və reyestrdə 2V-193 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdə vəfat etmiş X7 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçıdır (AZE08367241, xx.xx.2010 – Suraxanı, FİN: xxxxxxx. d/t:xx.xx.1973) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Beynəlxalq Bankı tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 31-10373/2021 №li məktubuna əsasən Mərkəzi filialında mərhum X7 adına olan 0076 saylı depozit seyfində saxlanılan pul və digər əşyalardan ibarətdir. -05 noyabr 2021-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X4 tərəfindən xx.xx.2019-cu il tarixdə təsdiq edilən və reyestrdə 2V-193 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2019-cu il tarixdə vəfat etmiş X7 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçıdır (AZE08367241, xx.xx.2010 – Suraxanı, FİN: xxxxxxx. d/t:xx.xx.1973) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə X10 verilmiş **********97-05101-093027 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 41.37 kv/metr, yaşayış sahəsi 29.47 kv/metr, yardımçı sahəsi 11.9 kv/m olan 2 otaqlı mənzildən ibarətdir. Qeyd: real vaxt rejimində xx.xx.2021-ci il tarixdə əldə edilmiş **********GF30102 nömrəli arayışına əsasən məhdudiyyət və yüklülük qeydə alınmayıb. -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-611/2020 saylı qətnaməsindən görünür ki, X2 1 saylı Bakı “ASAN Xidmət" Mərkəzinin notariat ofisinin xüsusi notariusu X5 və mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı qarşı "vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 adından tərtib edilən və 1 saylı Bakı “ASAN Xidmət” mərkəzənin notariat ofsinin xüsusi notariusu X8 tərəfindən təsdiq edilən 03 mart 2019-cu il tarixli vəsiyyətnamə imza və xəttin ona məxsus olmaması, həmçinin mərhumun öz hərəkətlərinin mənasını anlamaq, ölçüb biçmək və dərk etmək qabiliyyətində olmaması əsası ilə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, lakin iddianın təmin edilməmişdir. -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-729/2021 saylı, xx.xx.2021-ci il tarixli Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-611/2020 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2010-ci il tarixli 2(005)- 611/2020 saylı qətnaməsi 27 sentyabr 2021-ci il tarixdə icra edilməsi üçün Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinə göndərildiyi bildirilmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat şöbəsi tərəfindən 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu A.E.Qasımovaya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, VVA avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə X14 ilə Əliyeva Hicran Ramiz qızının adına Bakı nikah evində xx.xx.1997-ci il tarixli 198 saylı nikah haqqında akt qeydi tərtib edilmişdir. Binəqədi rayon qeydiyyat şöbəsində tərtib edilmiş xx.xx.2007-ci il tarixli nikahın pozulması haqqında akt qeydinə əsasən nikah pozulmuşdur. Övladları barədə heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-ci maddəsinə əsasən, Prokurorluq işçilərinin əmək münasibətləri onların fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, əmək münasibətlərinə dair bu Qanunla nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: ... e) işçi vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə. Həmin Məcəllənin 77-ci maddəsinin 7-ci bəndinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1321.3-cü maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Beləliklə, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçının hazırkı tələb üzrə hüquqi marağı mərhum X7 vəfat etməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinə görə onun vərəsəsi kimi orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət almaqdan ibarətdir. İddiaçı X7 vəsiyyətnamə üzrə vərəsəsi olması işin mübahisəsiz halıdır. X7 tərtib etdiyi vəsiyyətnamənin qüvvədən düşməsi, etibarsız sayılması ilə bağlı hər hansı sübut təqdim edilməmiş, vərəsəlik işinin açılması zamanı mərhumun mirasdan məcburi pay almaq hüququ olan yaxın qohumu (valideynləri, uşaqları, arvadı) müəyyən edilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə qanun üzrə vərəsələrlə vəsiyyətnamə üzrə vərəsələrin statusunda hər hansı fərqin olması ilə bağlı müddəa yoxdur. Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinin tələbindən göründüyü kimi isə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildiyi halda vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilməsini nəzərdə tutmuşdur. İddiaçı cavabdeh inzibati orqana Fuad Əliyevin vəsiyyətnamə üzrə vərəsəsi olması haqqında şəhadətnaməni təqdim etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələbində haqlıdır, cavabdehin imtinası onun qanunla qorunan hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddia əsaslıdır və təmin edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.2-ci maddə). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X7 vəfat etməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə uyğun olaraq onun vərəsəsi İddiaçı orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Baş Prokurorluğuna həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-10189/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10189/2023
19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver