Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10192/2022 13.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır), cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının düzgün hesablanaraq verilməsi” barədə iddia ərizəsi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2 il, yəni xx.xx.1975-ci il - 4 ay, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər və xx.xx.1990-cı ildən xx.xx.1997-ci ilədək 7 il 4 ay müddətində MKTK-nin nəzdində XİTQİ-də işlədiyi müddətlər nəzərə alınmaqla iddiaçıya yaşa görə əmək pensiyasının düzgün hesablanaraq verilməsi barədə qərar qəbul edilməsinı xahiş etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1957-ci ildə Ermənistan Respublikası, Amasya rayonu, Əzizbəyov kəndində anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika riyaziyyat fakültəsinin əyani şöbəsinə daxil olmuş, 4 ay Universitetdə oxuduqdan sonra xx.xx.1975-ci il tarixdə hərbi xidmətə getmişdir. 1977-ci ilin dekabr ayında hərbi xidməti başa vuraraq 1978-ci ilin yanvar ayından təhsilini davam etdirmişdir. 1979-cu ilin sentyabr ayından həmin Universitetdə qiyabi təhsil almağa başlamışdır. Əmək fəaliyyətinə xx.xx.1979-ci il tarixində Ermənistan Respublikası, Amasya rayonunun Təhsil şöbəsində başlamış, 1990-ci il tarixədək müxtəlif yerlərdə fərqli vəzifələrdə işləmiş, xx.xx.1990-cı ildən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfat Nazirliyinin nəzdində Xüsusi İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində baş mühəndis işləmişdir (7 il 4 ay). 1998-ci ilidən "xxxx" ASC-də işləyir. xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasına çıxmışdır. Lakin ona verilən pensiya əmək stajına uyğun olaraq hesablanmamışdır. Belə ki, Fond onun 9 il 4 ay əmək stajını hesablamamışdır (2 il 4 ay əyani təhsili və 7 il 4 ay Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfat Nazirliyinin nəzdində xüsusi İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində işləməyi). Bu barədə AR ƏƏSMN-nin DSMF-na müraciət etməyinə baxmayaraq Fonddan ona əsassız olaraq pensiyası ilə bağlı düzəliş edilməmişdir. Bununla bağlı Fonddan ona xx.xx.2022-ci il tarixli məktub göndərilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Belə ki, İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Mənzil-Kommunal Təsərrüfat Komitəsi XİTQİ-də işlədiyi müddət mübahisələndirilən sosial sığorta stajıdır. “Əmək pensiyaları haqqında” Qanunun 22.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2022-ci il tarixdən avtomatlaşdırılmış qaydada 443.10 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 20 il 1 ay sosial sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 44748.47 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən 451.75 manata çatdırılmışdır. Belə ki, iş üzrə Fondun Arxiv və Sosial ödəniş işlərinin inventarlaşdırılması üzrə mərkəzi filialın xx.xx.2022-ci il tarixli ********** nömrəli məktubunda “Mənzil- Kommunal Təsərrüfat Komitəsinin Xüsusi ixtisaslı Tikinti Quraşdırma İdarəsi”-nin iş qovluğunun içərisində 1992-ci il tarixdən xx.xx.1897-ci il tarixədək hesabat məlumatlarının aşkarlanmadığı qeyd olunmuşdur. Göründüyü kimi istər hazırda qüvvədə olan, istərsə də, mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. Hazırki işlə əlaqədar müəssisənin MDSS üzrə hesabatları aşkarlanmadığından həmin illər sosial sığorta stajına daxil edilməmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli **********26 nömrəli cavab məktubunda Mənzil-Kommunal Təsərrüfat Komitəsinin Xüsusi İxtisaslı Tikinti Quraşdırma İdarəsi barədə hər hansı məlumatın olmadığı qeyd olunmuşdur. Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********041200 nömrəli məktubunda qeyd olunan müəssisənin qeydiyyatdan keçməsi barədə məlumatın mövcud olmadığı göstərilmişdir. İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Mənzil- Kommunal Təsərrüfat Komitəsi XİTQİ-də işlədiyi illərin sosial sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması qanunamüvafiq hesab olunmur. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cаvаbdеhin nümayəndəsi X2 iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. İş materiallarına əlavə edilmiş: İddiaçının PT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı Ermənistan SSR Amasiya rayon İcraiyyə Komitəsinin RXTŞ-də xx.xx.1979-cu ildən ümumtəhsil məktəblilərinin filmoteka texniki təlimatçısı, xx.xx.1981-ci ildən filmotekanın direktoru, xx.xx.1983-cü ildən xx.xx.1988-ci ilə qədər pionerlər evinin müdiri vəzifəsində, RSFSR Krasnador diy. Vıselkovsk rayonu “Rusiya” kolxozunda xx.xx.1988-xx.xx.1988-ci illərdə fəhlə, “Mejkolxozsovxozsad” Vıselkovsk birliyində xx.xx.1988-xx.xx.1990-cı illərdə tikiti briqadasında fəhlə, Bakı kondisoner zavodunda xx.xx.1990-cı ildən ştamplama sexində kontakt qaynaq maşınlarında 2-ci dərəcəli qaynaqçı, xx.xx.1990-xx.xx.1990-cı illərdə həmin sexdə kontakt qaynaq maşınlarında 3-cü dərəcəli qaynaqçı, MNU Bakı təsərrüfat müəssisəsində xx.xx.1990-cı ildən usta, xx.xx.1991-cı ildən BTM baş iş icraçısı kimi, Mənzil-Kommunal Təsərrüfat Komitəsi XİTQİ-də xx.xx.1992-xx.xx.1997-ci illərdə idarənin adının və strukturunun dəyişməsi ilə əlaqədar olaraq baş mühəndis vəzifəsində, Bakı su kəməri İstehsalat İdarəsində xx.xx.1998-ci ildən texniki nəzarət qrupunda mühəndis, xx.xx.2002-ci ildən əsaslı tikinti idarəsində aparıcı mühəndis vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 252 nömrəli sərəncamına əsasən X3 Su Cəmiyyəti "xxxx" Səhmdar Cəmiyyət adlandırılmışdır. xx.xx.2011-ci ildən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə aparatının Tikinti departtamentinin Tikinti və təmirə texniki nəzarət şöbəsində 11-ci dərəcə ilə aparıcı mühəndis, xx.xx.2011-ci ildən Tikinti departamentinin Əsaslı tikinti şöbəsində 11-ci dərəcə ilə mühəndis, xx.xx.2011-ci ildən əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsi ilə əlqədar təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq Tikinti departamentinin əsaslı tikinti şöbəsində 12-ci dərəcə ilə mühəndis, xx.xx.2013-cü ildən 12-ci dərəcə ilə Təmir-tikinti şöbəsində mühəndis, xx.xx.2015-ci ildən 13-cü dərəcə ilə Təmir-tikinti şöbəsində mühəndis, xx.xx.2017-ci ildən 14-cü dərəcə ilə Təmir-tikinti şğbəsində mühəndis vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixli qeydə əsasən hal-hazırda həmin vəzifədə əmək fəaliyyətini davam etdirir. Cavabdehin iddiaçıya ünvanladığı 10 iyun 2022-ci il tarixli **********2 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçı xx.xx.2022-ci il tarixindən avtomatlaşdırılmış qaydada 443,10 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqdim edilən sənədlərin surətlərinə əsasən onun əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 20 il 1 ay sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 44748,47 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 451,75 manata çatdırılmışdır. Onun adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1990-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı Filialının xx.xx.2022-ci il tarixli arayışına əsasən Mənzil-Kommunal Təsərrüfat Komitəsi XİTQİ-nin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Qeyd olunanlara əsasən sözügedən dövrlərin sığorta stajına əlavə edilməsi mümkün hesab edilmir. Ötən dövr üzrə yaranmış (xx.xx.2022-ci il tarixindən) fərq məbləği cari pensiyanın üzərinə əlavə edilməklə ona ödəniləcəkdir. VC 063198 nömrəli hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək hərbi xidmətdə olmuşdur. İV 046553 nömrəli diplomun surətinə əsasən iddiaçı 1975-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika riyaziyyat fakültəsində təhsil almışdır. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********9 nömrəli qərarına əsasən xx.xx.2022-ci il tarixdə yaşa görə pensiya təyin olunmuş İddiaçı xx.xx.2022-ci il tarixdə pensiya məbləği yenidən hesablanaraq (təyinatdan əvvəlki 443,10 manat) 451,75 manat olmuşdur. Qeyd: xx.xx.1990-xx.xx.1997-ci illər sığorta stajına daxil edilməmişdir (sənədlər dövlət arxivinə təhvil verilməmişdir). Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı Filialının cavabdehin sorğusuna uyğun olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli arayışına əsasən Mənzil- Kommunal Təsərrüfat Komitəsi XİTQİ-nin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, “Mənzil-Kommunal Təsərrüfat Komitəsinin Xüsusi İxtisaslı Tikinti Quraşdırma İdarəsi” barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. Cavabdehin Dövlət Sosia Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı pensiya təyin edilərkən təqdim etdiyi diplomun surətinə əsasən təhsil illəri sığorta stajında nəzərə alınmamışdır. Vətəndaşın təhsil illəri ilə üst-üstə düşən xx.xx.1975-ci il tarixindən xx.xx.1977- ci il tarixinədək hərbi xidmət dövrü, xx.xx.1979-cu il tarixindən xx.xx.1983-cü il tarixinədək əmək fəaliyyəti dövrü sığorta stajında nəzərə alınmışdır. Vətəndaş əyani təhsil alması barədə arayış təqdim etdiyi təqdirdə digər fəaliyyət dövrləri ilə üst-üstə düşməyən təhsil illəri sığorta stajında nəzərə alınacaqdır. Məhkəmənin sorğusuna əsasən, Bakı Dövlət Universiteti xx.xx.2022-ci il tarixdə məktubu ilə bildirmişdir ki, İddiaçı 1975-ci il 05 iyul tarixli 209 n/c nömrəli əmrlə Mexanikariyaziyyat fakültəsinin qiyabi şöbəsinə qəbul olunmuş, 1983-cü il 09 iyul tarixli 3/337 nömrəli əmrlə həmin fakültənin qiyabi şöbəsini “Riyaziyyatçı, müəllim” ixtisası üzrə bitirmiş və ona 1983-cü il 29 sentyabr tarixində qeydiyyat nömrəsi 665 olan İV seriyalı 046553 nömrəli adi diplom verilmişdir. Məhkəmənin sorğusuna əsasən, cavabdeh xx.xx.2022-ci il tarixdə **********9 nömrəli məktubu ilə İddiaçı 950680 nömrəli yaşa görə pensiya işinin surətini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) mək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İddiaçı xx.xx.1977-xx.xx.1983-cü illərdə Azərbaycan Dövlət Universitetində Mexanika-riyaziyyat fakültəsində təhsil almışdır. Cavabdeh tərəfindən təhsil müddəti iş stajı kimi nəzərə alınmamışdır. Məhkəmə iddiaçının xx.xx.1975-xx.xx.1975-ci il, xx.xx.1978-xx.xx.1979-cu illərdə təhsil aldığı dövrlərin iş stajı kimi nəzərə alınması barədə tələbini aşagıda göstərilənlərə görə əsaslı hesab edir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin “v” bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə onu da qeyd edir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir (Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsi). İddiaçının təhsil müddətinin onun sosial sığorta stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Bundan əlavə, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında “təhsil müddətinin əmək stajına daxil edilməməsi” pensiya hüququ yaranmış şəxsə deyil, hazırda təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi şəxsin təhsil aldığı zaman qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. “Əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən edilə bilməz. Xüsusilə qeyd edilməlidir ki, qanunvericilikdə iş stajında nəzərə alınan təhsil müddəti yalnız əyani təhsil forması ilə məhdudlaşdırılmamışdır. İşin faktiki hallarına əsasən iddiaçıya xx.xx.2006-cı il tarixədək 20 il 1 ay sosial sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək əmək fəaliyyəti dövrü sığorta stajında nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2022-ci il tarixdə yenidən hesablanmışdır. İş materiallarında olan pensiya işindən görünür ki, iddiaçıya pensiya məbləğinin hesablanması zamanı onun Azərbaycan Dövlət Universitetində xx.xx.1975-xx.xx.1975-ci il tarixlərdə və xx.xx.1978-xx.xx.1979-cu il tarixlərdə təhsil müddəti, Mənzil-Kommunal Təsərrüfat Komitəsi Xüsusi İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində xx.xx.1990- xx.xx.1997-ci illərdə işləməyi nəzərə alınmamışdır İddiaçının təqdim etdiyi sübut - əmək kitabçası ilə onun MNU Bakı təsərrüfat müəssisəsində xx.xx.1990-cı ildən usta, xx.xx.1991-cı ildən baş iş icraçısı, daha sonra idarənin adının və strukturunun dəyişməsi səbəbilə xx.xx.1992-xx.xx.1997-ci illərdə Mənzil-Kommunal Təsərrüfat Komitəsi Xüsusi İxtisaslaşdıırılmış Tikinti Quraşdırma İdarəsində baş mühəndis vəzifəsində işləməsi təsdiqlənir və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim olunan əmək kitabçasında olan qeydlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməyibdir. Qeyd olunmalıdır ki, iddiaçının xx.xx.1990-xx.xx.1997-ci illərdə işlədiyi Mənzil- Kommunal Təsərrüfat Komitəsinin Xüsusi İxtisaslaşdıırılmış Tikinti Quraşdırma İdarəsi dövlət müəssisəsidir; onun dövlət qeydiyyatına alınması, onun tərəfindən vergi orqanlarına və DSMF-yə müvafiq hesabatların verilməsi, arxiv sənədlərin Dövlət Arxivinə təhvil verilməsi iddiaçının səlahiyyət və nəzarət sferasına aid deyil. Məhkəmə hesab edir ki, cavabdehin “əsaslı” saydığı şübhələr rəhbər tutulmaqla apardığı araşdırma nəticəsində müəyyən etdiyi hallar (müəssisənin dövlət qeydiyyatının təsdiq edilməməsi, mdss haqları üzrə hesabatların və digər arxiv sənədlərin aşkar edilməməsi) sözügedən dövlət müəssisəsinin fəaliyyətinin olmamasına, iddiaçının bu müəssisində işləməməsinə dəlalət etmir. Buna görə də iddiaçının əmək fəaliyyəti barədə məlumatları özündə əks etdirən əmək kitabçasını nəzərə alınmasından cavabdehin imtinası qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 169/2020 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2020-cu il tarixli qərarında əks olunmuş mövqeyinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Cavabdeh tərəfindən həmin əmək kitabçasında olan məlumatların və diplomun həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. Belə olan halda iddiaçının əmək kitabçasında göstərilən bütün məlumatlar, o cümlədən cavabdehin mübahisə etdiyi dövr üztə məlumatlar və təhsil müddəti ilə bağlı bütün şübhələr iddiaçının xeyrinə şərh olunmalıdır. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmamışdır, xx.xx.1975-xx.xx.1975-ci il, xx.xx.1978-xx.xx.1979-cu illərdə təhsil aldığı dövrlər və xx.xx.1990-xx.xx.1997-ci illərdə Mənzil-Kommunal Təsərrüfat Komitəsinin Xüsusi İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində işlədiyi müddətlər nəzərə alınmaqla yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1975-xx.xx.1975-ci il və xx.xx.1978-xx.xx.1979-cu illərdə təhsil aldığı dövrlər və xx.xx.1990-xx.xx.1997-ci illərdə Mənzil-Kommunal Təsərrüfat Komitəsinin Xüsusi İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində işlədiyi müddətlər nəzərə alınmaqla yenidən hesablanması öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-10192/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10192/2022
13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver