Məhkəmə qərarları › İş №2-1(112)-10196/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10196/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10196/2025 13.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “ödənişin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, qanuna müvafiq olaraq banka olan ipoteka krediti üzrə borcunun 50 faizinin ödənişinin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh Aviasiya Dəstəsində borttexnik vəzifəsində, kapitan rütbəsində 2024-cü ildə təqaüdə çıxmışdır. Hərbi biletində haqqında hərbi qulluqçu kimi müvafiq qeydlər edilmişdir. 2020-ci ildə cənab prezident, Ali baş komandan X3 rəhbərliyi altında 44 günlük vətən müharibəsində iştirakçıdır. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 5-ci maddəsinə əsasən hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin yaşayış məntəqəsində hərbi xidmətinin müddətindən asılı olmayaraq güzəştli şərtlərlə mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olmaq, fərdi yaşayış evləri almaq və tikmək hüququna malikdirlər. Mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olan və ya fərdi yaşayış evi tikən (satın alan) və başqa daimi mənzili olmayan hərbi qulluqçulara onların xidmət yerində mənzil haqqı üzrə və ya fərdi mənzil tikintisi üçün bank krediti üzrə borcu ödəməkdə əvəzsiz maliyyə yardımı göstərilir: fasiləsiz 15 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 50 faiz miqdarında, 20 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 100 faiz miqdarında. FHN nazirliyində hərbi qulluqçu kimi 15 il qüsursuz xidmət göstərmişdir. İpoteka krediti ilə mənzil əldə etmişdir. FHN-ə etdiyi müraciətə imtina cavabı alımışdır. FHN məktubunu əsassız edir. Belə ki, o FHN-də mülki işçi olmamışdır, eyni zamanda mülkiyyətində yalnız ipotekaya ilə yüklü edilmiş (bu məhkəmə ərizəsinin predmeti olan) mənzil vardır. Azərbaycan Respublikası dövləti qanunla mənə güzəşt müəyyən etmişdir. O 15 il qüsursuz xidmət göstərmiş, 44 günlük müharibədə komandanlığın verdiyi tapşırıqları icra etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Hərbi qulluqçularının statusu haqqında” Qanunun (bundan sonra - Qanun) 2-ci maddəsinə əsasən hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikasının Cavabdeh 9 sentyabr 2024-cü il tarixli 2499/Ş nömrəli əmri ilə kapitan İddiaçı öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Qeyd olunanları və İddiaçı 9 sentyabr 2024-cü ildən hərbi qulluqçu statusunu itirdiyini nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Abbasqulu Abbaszadə küçəsi, ev 21, mənzil 64 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş EZ seriyalı ******* nömrəli Hərbi Biletdən görünür ki, xx.xx.1980-cı il təvəllüdlü Şərifov X4 rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.2002-ci ildə hərbi hissəyə göndərilmişdir. xx.xx.2024-cü ildə AR FHN-nin 2499/ş saylı xx.xx.2024 tarixli əmri ilə HXH əsasnaməsinin 156-cı maddəsinin 1-ci bəndinə əsasən öz arzusu ilə hərbi xidmətdən ehtiyyata buraxılmışdır. İş materiallarına əlavə edilmiş **********33914/01 nömrəli xx.xx.2014-cü il tarixli Alqı-Satqı və İpoteka Müqaviləsinə əsasən İrəlidə Kreditor-İpoteka saxlayan adlandırılacaq öz nizamnaməsi əsasında fəaliyyət göstərən 21 sentyabr 2012-ci il tarixli 370 №-li Etibarnamə əsasında fəaliyyət göstərən Açıq Səhmdar Cəmiyyəti «Xalq Bankının "Əhmədli" filialının direktoru X5 şəxsində, Azərbaycan Respublikasının qanunvericiliyinə görə hüquqi şəxs olan, Açıq Səhmdar Cəmiyyəti "Xalq" Bankı bir tərəfdən, Azərbaycan Respublikasının vətəndaşı olan, irəlidə Alıcı-İpoteka qoyan adlandırılacaq Bakı şəhəri, Səbail rayonu, 1-ci Y/Massivi, ev.17 ünvanı üzrə qeydiyyata alınmış İddiaçı, ikinci tərəfdən (şəxsiyyət vəsiqəsi seriya AZE № 14486364, ASAN3 tərəfindən 01 dekabr 2013-cü ildə verilib), irəlidə Satıcı adlandırılacaq Bakı şəhəri, Səbail rayonu, 1128-ci keçid, ev.21, m.64 ünvanı üzrə qeydiyyata alınmış X6 (şəxsiyyət vəsiqəsi seriya AZE № 01289214, Səbail RPİ tərəfindən 29 avqust 2003-cü ildə verilib) üçüncü tərəfdən aşağıdakılar barədə, yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinin elementlərini özündə birləşdirən qarışıq müqaviləni bağlayırlar. Satıcı AR ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 26 aprel 2014-cü il tarixli 04A3/1867 nömrəli arayışa əsasən 2 otaqlı ümumi sahəsi 53 m², o cümlədən yaşayış sahəsi 32 m² olan, ünvan 3 ünvanında 9 mərtəbəli, 4 bloklu binanın 4 blokunda, 1 mərtəbəsində yerləşən mənzili Alıcı-İpoteka qoyan İddiaçı mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Cavabdeh xx.xx.2024-cü il tarixli 2499/Ş nömrəli “Şəxsi heyət üzrə Kapitan İddiaçı ehtiyata buraxılması haqqında” Əmrindən Çıxarışda göstərilmişdir: “Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə əsasən və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006cı il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə"nin 10.10.6-cı yarımbəndini rəhbər tutaraq əmr edirəm: 1. Nazirliyin Aviasiya dəstəsinin Vertolyot eskadriliyasının borttexniki kapitan İddiaçı öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılsın. Qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon idarəsinə göndərilsin”. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 2-ci maddəsinə əsasən hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmçinin bildiririk ki, Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən hərbi qulluqçu statusunu itirirlər. Eyni zamanda bildiririk ki, Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mahiyyət üzrə əsassızdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 5-ci abzasına görə hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin yaşayış məntəqəsində hərbi xidmətinin müddətindən asılı olmayaraq güzəştli şərtlərlə mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olmaq, fərdi yaşayış evləri almaq və tikmək hüququna malikdirlər. Mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olan və ya fərdi yaşayış evi tikən (satın alan) və başqa daimi mənzili olmayan hərbi qulluqçulara onların xidmət yerində mənzil haqqı üzrə və ya fərdi mənzil tikintisi üçün bank krediti üzrə borcu ödəməkdə əvəzsiz maliyyə yardımı göstərilir: fasiləsiz 15 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 50 faiz miqdarında, 20 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 100 faiz miqdarında. Kooperativ mənzil haqqının və ya dövlət bankı kreditlərinin ödənilməsi sahəsində əvəzsiz maliyyə yardımı göstərilməsinin qaydası bu bənddə göstərilmiş və ya ehtiyata, yaxud istefaya buraxılmış hərbi qulluqçular sırasından mənzil-tikinti (mənzil) kooperativlərinin üzvü olan şəxslərə və fərdi ev tikənlərə də şamil edilir. 15 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara hüquq verilir ki, ehtiyata və ya istefaya buraxıldıqdan sonra yaşayacaqları yaşayış məntəqələrinin (əkər yaşayış məntəqələri Azərbaycan Respublikasının ərazisində yerləşirsə) mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olsunlar. Sadalanan normalardan görünür ki, xidmətdə olan hərbi qulluqçular, o cümlədən ehtiyata, yaxud istefaya buraxılmış hərbi qulluqçular güzəştli şərtlərlə mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olmaq hüququ var və bu zaman 15 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 50 faiz miqdarında, 20 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 100 faiz miqdarında əvəzsiz maliyyə yardımı edilir. Əvəzsiz maliyyə yardımı isə yalnız iki halla bağlı- 1. Kooperativ mənzil haqqının və

2. dövlət bankı kreditlərinin ödənilməsi məqsədilə ödənilir. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçı kapitan rütbəsində Cavabdeh hərbi qulluqçusu kimi 15 ildən çox xidmət etmiş olsa da ünvan 3 ünvanında 9 mərtəbəli, 4 bloklu binanın 4 blokunda, 1 mərtəbəsində yerləşən mənzili X1 ipoteka müqaviləsi əsasında «Xalq Bandan alınmış kredit hesabına xx.xx.2014-cü il tarixli Alqı-Satqı və İpoteka Müqaviləsinə əsasən əldə etmişdir. Göründüyü kimi iddiaçı mübahisəli əmlakı nə Mənzil Tikinti Kooperativinə üzv olaraq əldə etmiş, nə də mənzil üçün ödənilmiş vəsait dövlət bankı krediti hesabına olmamışdır. Başqa sözlə, iddiaçının tələbi üzrə əvəzsiz maliyyə yardımının edilməsi üçün qanunla nəzərdə tutulan dispozisiya şərtləri ödənilmir. Odur ki, cavabdehin müraciətin təminindən imtinası qanuni olmaqla iddiaçının hüquqlarının pozulması kimi qiyməətləndirilə bilməz. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “ödənişin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar