Məhkəmə qərarları › İş №2-1(112)-1020/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1020/2021

22.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1020/2021 22.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində 0.6 ha torpaq sahəsi olan 10 saylı bağ sahəsi mövcud vəziyyətdə və üzərində tikilən bir mərtəbəli 4 otaqlı, kürsülü evə mülkiyyət hüquqlarının tanınaraq tanınmış hüququnun həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,6 ha torpaq sahəsinin və orada tikilmiş yaşayış evinin üzərində mülkiyyət hüququnun tanınması, torpaq sahəsinə və yaşayış evinə dair rəsmi qeydiyyat aparılmaqla müvafiq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,6 ha torpaq sahəsinə dair rəsmi qeydiyyat aparılmaqla müvafiq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun illər çalışdığı Bakı İEM-tərəfindən Şüvəlan qəsəbəsində ”Şimalı DRES” yaxınlığında “Xoş Diyar” bağçılıq-yoldaşlığı üzvlərinə 0.6 ha torpaq sahəsi ayrılmışdır. Həmin siyahı üzrə 18-ci sırada adı yer almışdır. Ona göstərilən, məxsus torpaq sahəsini o, öz növbəsində mişar daşları ilə hasara alaraq, özünə məxsus yerdən kürsülü 4 otaqlı bir mərtəbəli ev tikmişdir. Uzun illərdi həmin torpaq sahəsinə sahiblik edir. Torpaq sahəsi üzərində hüquqlarının tanıtdırmaq məqsədi ilə müraciət etmişdir. İdarədən ona bildirmişlər ki, Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəznində olan bağ təsərüffatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinə verilməsi qərara alınmışdır. Bundan sonra o, arxiv arayışını almaq məqsədi ilə İdarəyə ərizə ilə müraciət edərək ona ayrılmış torpaq sahəsinin arxiv arayışını istədikdə ona cavab olaraq bu barədə sənəd aşkarlanmadığı bildirilmişdir. Bundan sonra o, sənədləri toplayaraq ərizə ilə İdarəyə poçtla müraciət etmişdir. İdarə tərəfindən mühəndis gələrək torpağa baxış keçirdərək, lazımı ölçüləri götürmüşdür. Sözü gedən bağ sahəsi onun uzun illər həmin idarədə çalışdığına, ailə üzvlərinin sayı nəzərə alınmaqla ona verilmişdir. Bu barədə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən həmin bağ sahəsinin ayrılmasına dair arxiv arayışı ona verilmişdir. Həmin bağ sahəsi ona ayrılandan sonra onun tərəfindən sözü gedən sahə mişar daşları ilə hasara alınmış, darvaza qoyulmuşdur. Hasara alındıqdan sonra bir mərtəbəli 4 otaqdan ibarət tikinti aparmışdır. İmtina cavabında yazılmış fikrlə razı deyildir. Belə ki, orada qeyd olunub ki, həmin torpaq sahəsi bağçılıq-yoldaşlıq təsərüfatının ayrıc aktından kənarda yerləşir. Ona göstərilən yeri mişar daşları ilə hasara almışdır. Bütün bunlardan əlavə faktiki torpaq sahəsinin 573.0 kv.m təşkil etməsinə etirazı yoxdur. Sözü gedən torpaq sahəsinin onun istifadəsinə ayrılmasına dair ilkin hüquq müəyyənedici sənədlər mövcuddur. O, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ”Şimal DRES”-nin yaxınlığında yerləşən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün İdarəyə müraciət etsə də ona müraciətinin müsbət həllindən əsassız olaraq imtina olunmuşdur. Halbuki, yuxanda da qeyd etdiyi kimi həmin torpaq sahəsi verilən gündən etibarən, fasiləsiz olaraq və hər hansı mübahisə olmadan onun və ailəsinin faktiki sahibliyində və istifadəsindədir, torpaq sahəsinə dair torpaq vergisi vaxtlı-vaxtında mütəmadi olaraq onun tərəfindən ödənilir. Hazırda qanuni yolla əldə etdiyi 600 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yaranmışdır. Belə ki, həmin torpaq sahəsinə dair hüquqlarım dövlət qeydiyyatına alınmadığı üçün onun bir sıra hüquqi prosedurları həyata keçirə bilmir. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X6 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbi üzrə verdiyi izahatında bildirdi ki, göstərilən bağ sahəsi Xoş Diyar bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir və 19,0 kv.m. hissəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşür. Bundan əlavə torpaq sahəsi sənədlə 600,0 kv.m, faktiki isə 573,0 kvm. təşkil edir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X5nin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan X5 ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqmda” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1952-ci ildə doğulmuşdur. - İddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı "xxxx" ASC-də müxtəlif vəzifələrdə işləmişdir. - 28.04.1999-cu il tarixli bağçının üzvülük kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı başçılıq cəmiyyəti üzvlərinin 28.04.1999-cu il tarixli, 1 №-li protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, Şüvəlan qəsəbəsi, “Şimal” Trestinin yaxınlığında bağçılıq cəmiyyəti bağından sahəsi 600 kv.m olan 10 №-li bağ sahəsi 13.06.1990-cı il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadəsi üçün verilmişdir. - İdarə tərəfindən iddiaçıya ünvanlanan **********93 №-li, 20.12.2019-cu il tarixli məktubdan görünür ki, “Xoş Diyar” bağçılıq yoldaşlıq birliyi nəzdində İddiaçı adına Xəzər rayonu, Şüvəlan bağ massivində 10 saylı bağ sahəsinin ayrılmasına dair sənəd İdarənin arxivində aşkar olunmamışdır. - İdarə tərəfindən məhkəməyə ünvanlanan **********20 №-li, 06.07.2020-ci il tarixli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhər X1 13.0.1990-cı il tarixli, 4/145 nömrəli qərarına əsasən Yeni-Bakı İEM-nin 30 nəfər üzvdən ibarət yoldaşlıq cəmiyyətinə Əzizbəyov rayonu, “Şimal” DRES-in cənub-şərq hissəsində İİ bağçılıq cəmiyyəti massivində ərazi ayrılmışdır. Y.Bakı İEM-nin Şüvəlandakı “Xoş diyar” BYT-nın ümumi planında 18 nömrəli bağ sahəsi qeyd edilmişdir. “Xoş diyar” bağçılıq-yoldaşlığı üzvlərinin ümumi yığıncağının 28.04.1999-cu il tarixli, 1 nömrəli protokoluna əsasən Bakı şəhəri İcra Hakimiyyətinin 124 nömrəli sərəncamının 2-ci bəndinə və Bağçılıq-yoldaşlıq Nizamnaməsinin 15-ci maddəsinin “a” bəndinə əsasən istifadə olunmayan torpaq sahələrinin geri alınması, əvvəllər onlara verilmiş müvəqqəti order və üzvlük kitabçalarının qüvvədən düşmüş hesab edilməsi, geri alınmışş torpaq sahələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 nömrəli qərarına əsasən ərizəsi olan başqa işçilərə 6 + 12 sot hesabı ilə verilməsi, 3-cü bəndi nəzərə alaraq köhnə siyahının ləğv edilməsi, yeni siyahının bu protokola əsasən tərtib edilməsi, Bağlar Təssərüfatı İdarəsiə protokolla birlidə təqdim edilməsi qərara alınmışdır. Şüvəlan qəsəbəsində yerləşən Bakı İEM-nə aid olan “Xoş diyar” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısındakı 18-ci sırada İddiaçı adı qeyd edilmişdir. - İdarə tərəfindən iddiaçıya ünvanlanan **********49 №-li, 28.02.2020-ci il tarixli məktubdan görünür ki, göstərilən bağ sahəsi Xoş Diyar bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir və 19.0 kvm. hissəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşür. Bundan əlavə torpaq sahəsi sənədlə 600.0 kvm., faktiki isə 573.0 kvm. təşkil edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqmda” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - İdarə tərəfindən məhkəməyə ünvanlanan **********99 №-li, 31.08.2020-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 16/17-3729-3730 saylı bağ sahəsi JN-20690D Kod 00306016 nömrəli, 26.04.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X4 mülkiyyətindədir. Həmçinin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 18/19-3731/3732 saylı bağ sahəsi JN-22971D Kod 00306016 nömrəli, 15.07.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə X4 mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan **********20 №-li, 22.10.2020-ci il tarixli məktubdan görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Bakı İEM-ə aid olan “Xoş diyar” bağçılıq-yoldaşlıq cəmiyyətinin ayrıc aktından kənarda yerləşir və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanan **********41 №-li, 14.01.2021-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, mübahisələndirən torpaq sahəsinə hər hansı fiziki və hüquqi şəxsə hüquqi və ya texniki sənədin verilməsi, digər torpaq sahələri ilə üst-üstə düşməsi barədə elektron kadadastr bazasında məlumat aşkar edilmədi. Mübahisələndirilən torpaq sahəsi yaşayış məntəqəsi torpaqlarında olan Dövlət mülkiyyəti torpağıdır, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsinə ayrılmış torpaq sahələrinin hüdudlarından kənarda yerləşir. Mübahisələndirilən torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatları ilə müraciətə əlavə edilmiş (05.02.2020-ci il tarixdə tərtib edilən 1:1000 miqyasında olan) sxemin koordinatları ilə üst-üstə düşür (sxemlər əlavə edilir). - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan **********93 №-li, 15.01.2021-ci il tarixli məktubdan görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Bakı İEM-ə aid olan “Xoş diyar” bağçılıq-yoldaşlıq cəmiyyətinin ayrıc aktından 240-250 m kənarda yerləşir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan **********17 №-li, 07.05.2021-ci il tarixli məktubdan görünür ki, İdarənin elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Bakı İEM-ə aid olan “Xoş diyar” bağçılıq-yoldaşlıq cəmiyyətinin ayrıc aktından kənarda yerləşir və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Həmçinin bağ sahəsinin 19 kvm. hissəsi qonşu bağ sahəsi ilə üst-üstə düşür. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tərəfindən məhkəməyə ünvanlanan **********64 №-li, 10.06.2021-ci il tarixli məktuba əlavə edilmiş arayışdan görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun tanınaraq tanınmış hüququn həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 14.01.2021-ci il tarixli, **********41 nömrəli təqdim edilmiş mütəxəssis rəyi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsin 22.10.2020-ci il tarixli məktubu arasında mövcud olan üyğunsuzluğa izah verilməsi barədə Bakı İnzibati Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2-1(112)- 1020/2021 nömrəli məktubunun icrası ilə əlaqədar bildirilir ki, idiaçının iddia etdiyi və naturada göstərdiyi yaşayış evi olan torpaq sahəsinə baxış keçirilib, naturada koordinarları müəyyən edilməklə ölçülmüşdür. Lakin Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X5nin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X5 ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyi üçün iş üzrə mütəxəssis qarşısında qoyulmuş sualın cavablandırılması mümkün olmadığı üçün müraciətdə qeyd edilən sualların cavablandırılaraq (veriləcək rəyin əsaslandırılması üçün bağ sahəsinin təqdim edilən koordinatlarla üst-üstə düşüb-düşməməsini əks etdirən sxem və ya sxematik xəritədən çıxarış təqdim edilməklə) məlumatların Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə təqdim edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət ünvanlanmış, cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisələndirilən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olması və göstərilən ərazinin Bakı İEM-ə aid olan “Xoş diyar” bağçılıq-yoldaşlıq cəmiyyətinin ayrıc aktından kənarda yerləşməsini bildirmişdir. Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2-1(112)-4766/2020 nömrəli məktubu ilə iş üzrə təqdim edilmiş sənədlərə, naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadadastr bazasından verilmiş məlumatlarda isə mübahisələndirən torpaq sahəsinə hər hansı fiziki və hüquqi şəxsə hüquqi və ya texniki sənədin verilməsi, digər torpaq sahələri ilə üst-üstə düşməsi barədə elektron kadadastr bazasında məlumat aşkar edilmədiyi, mübahisələndirilən torpaq sahəsi yaşayış məntəqəsinin hüdudları daxilində Dövlət mülkiyyəti torpağı olması, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsinə ayrılmış torpaq sahələrinin hüdudlarından kənarda yerləşməsi bildirilmişdir. İş üzrə verilmiş sorğuların cavablarına, naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasından verilmiş məlumatlar əsasında yazılmış Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 14.01.2021-ci il tarixli **********41 nömrəli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinə hec bir əlavələri yoxdur. - Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən iddiaçının vəkilinə ünvanlanan **********60040033B00451 №-li, 07.07.2021-ci il tarixli məktubdan görünür ki, UTM WGS 84 koordinat sistemində X: 433837.21, 433829.48, 433861.39, 433867.23 Y: 4482466.09, 4482487.38, 4482485.92, 4482469.82 koordinatlar daxilində yerləşən, sahəsi 587 kv.m olan sorğuda göstərilən ərazi SOCAR-ın daimi istifadəsinə ayrılmış, sənaye təyinatlı torpaq sahəsindən kənarda, eləcə də neft və qaz boru kəmərinin, mühafizə zonasının hüdudları xaricində yerləşir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Bakı İEM-ə aid olan “Xoş diyar” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin 28.11.1999-cu il tarixli iclasında qəbul edilmiş qərara əsasən cəmiyyətin üzvülüyünə qəbul edərək ona Şüvəlan qəsəbəsi, “Şimal” Trestinin yaxınlığında bağçılıq cəmiyyəti bağından sahəsi 600 kv.m olan 10 №-li bağ sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsindən uzun müddətdir ki, istifadə edir və istifadə etdiyi bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciəti cavabdeh inzibati orqan tərəfindən göstərilən bağ sahəsi Xoş Diyar bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşməsi və 19.0 kv.m hissəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü əsas gətirilərək təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. - Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan X5 tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X5nin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan X5 ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 10 nömrəli ünvanda yerləşən iddiaçıya məxsus, yəni qanunla qanuni istifadəçi kimi onun mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtina olunması üçün əsaslar mövcud deyildir. Cavabdehin imtinası ilə bağlı gətirdiyi dəlillər məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nətcəyə gəlir ki, cavabdeh inzibati orqanın gətirdiyi dəlillər iddiaçının qanuni istifadəsində olan və sonradan mülkiyyətinə keçmiş 0,06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanuna zidd sayılmalı və İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən, sahəsi 0,06 ha olan 10 nömrəli bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. - 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastri və Ünvan Reyestri Xidməti tərəfindən **********41 №-li, 14.01.2021-ci il tarixli məhkəməyə ünvanlanmış məktubdan görünür ki, mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc taarif cədvəlinə müvafiq 60,60 manat təşkil edir. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, prosessual xərc olan 60,60 manat cavabdehdən tutularaq aidiyyatı üzrə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən sahəsi 0,06 ha olan 10 nömrəli bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulsun. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsindən 60 (altmış) manat 60 (altmış) qəpik məbləğində pul tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastri və Ünvan Reyestri Xidmətinin hesabına (Benefisiarın Bankı: Kapital Bank ASC Xətai Filialı, Filialın kodu: 200071, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Mühbir hesab: AZ37NABZ********************, Benefisiarın hesabı: AZ23AİİB**********701778107, VÖEN: **********) ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar