Məhkəmə qərarları › İş №2-1(112)-10201/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10201/2022

19.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10201/2022 19.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Səbail rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək anası Əlicanova (Frankyan) Alla Arkadyevnaya məxsus doğumu haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini tələb etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, anası Əlicanova (Frankyan) Alla Arkadyevna xx.xx.1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. xx.xx.1971-ci ildə atam X5 ilə rəsmi nikaha daxil olmuşdur. Mən həmin nikahdan xx.xx.1976-cı ildə anadan olmuşdur. Anası Azərbaycan SSR vətəndaşı pasportuna malik olmuşdur. 90-cı illərdə müstəqillik illərində SSR pasportları yığılarkən anasından da alımışdır. Anası Əlicanova (Frankyan) Alla Arkadyevna respublika ərazisində şəxsiyyəti müvəqqəti təsdiq edən “9 nömrəli” forma arayış verilmişdir. Həmin arayışda ünvanı və ailə vəziyyəti ilə bağlı qeydlər göstərilmişdir Anası sonralar ailə vəziyyəti və səhhəti ilə bağlı şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı aidiyyəti Bu yaxınlarda ona şəxsiyyət vəsiqəsi alınmasına köməklik etməyə başlayıb. Anasının doğum haqqında şəhadətnaməsinin əslini tapa bilməyib. Məlum oldu ki, anası ona məxsus doğum haqqında şəhadətnaməni itirmişdir. Nə qədər axtarsa da onu tapa bilməyiblər. Daha sonra Səbail rayon Qeydiyyat şöbəsinə müraciət edərək anasıa məxsus doğum haqqında şəhadətnamənin dublikatının verilməsini xahiş edib. Lakin Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli imtina məktubunda şəhadətnamələrin şəxsiyyət vəsiqəsi əsasında şəxsin özünə və ya notarial qaydada təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilməsi əsası ilə anası Əlicanova (Frankyan) Alla Arkadyevnanın şəxsiyyət vəsiqəsinin olmamasına görə doğum haqqında təkrar şəhadətnamənin alınması ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Həmin məktubda həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar nəzərdən keçirilərkən X4 doğumunun Səbail rayon Qeydiyyat şöbəsində xx.xx.1948-ci il tarixli 650 saylı akt qeydi ilə qeydə alındığı aşkar edildiyi göstərilmişdir. Hal-hazırda anamın şəxsiyyət vəsiqəsi olmadığı üçün qeydiyyat şöbəsindən onun doğum haqqında təkrar şəhadətnaməsini ala bilmirik. Çox çıxılmaz vəziyətdədirlər.

3. X4 doğum haqqında şəhadətnamənin kserosurətinə əsasən X4 doğumu xx.xx.1948-ci ildə 650 nömrəli akt qeydi ilə qeydə alınmışdır.

4. X1 doğum haqqında şəhadətnamənin kserosurətinə əsasən atası X5, anası X2.

5. İddiaçı Səbail rayon qeydiyyat şöbəsinə müraciətinə cavab olaraq bildirilmişdir ki, anası Əlicanova (Frankyan) Alla Arkadyevnanın doğumu haqqında təkrar şəhadətnamənin istənilməsinə dair müraciətinizə baxılmışdır. Müraciəti ilə bağlı “ Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyyat informasiya sisteminə daxil edilmiş məlumatlar nəzərdən keçirilərkən X3 doğumu Səbail rayon qeydiyyat şöbəsində xx.xx.1948-cı il tarixli akt qeydi qeydə alındığı aşkar edilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “ Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası “ nın 9.7. -ci bəndinə 16 yaşına çatmış şəxslərə onların Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadəıtnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının tərtib olunmuş şəxlərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Həmçinin qeyd edirik ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında “Qanunun 1-ci maddəsində əsasən Azərbaycan ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Anası Əlicanova (Frankyan) Alla Arkadyevnanın şəxsiyyət vəsiqəsinin olmamasına görə doğum haqqında təkrar şəhadətnamənin alınması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.

6. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu ünvanlanaraq iddiaçı qismində Əlicanova (Frankyan) Alla Arkadyevna göstərilməklə təkrar doğum haqqında şəhadətnamənin alınmasında hüquqi marağın nədə ifadə olunmasının məhkəməyə bildirilməli olduğu izah edilmişdir.

7. Əlicanova (Frankyan) Alla Arkadyevna və İddiaçı tərəfindən ərizələr təqdim edilərək əsl iddiaçı qismində Əlicanova (Frankyan) Alla Arkadyevnanın nəzərə alınması xahiş edilmişdir.

8. Məhkəmə iclasında iştirak edən İddiaçı təqdim etdiyi ərizəni müdafiə edərək bildirdi ki, hazırki iddianın qaldırılmasında yekun məqsəd anası Əlicanova (Frankyan) Alla Arkadyevnaya Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini əldə etməkdir.

9. Məhkəmənin eyni tarixli qərardadı ilə əsl olmayan iddiaçı əsl iddiaçı ilə əvəz edilmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş tərəflər məhkəmə iclasında iştirak etmir.

11. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış cavabdeh işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş edir.

II. İddianın mümkünlüyü

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

13. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət) əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”na əsasən: 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir).

15. Məhkəmə hesab edir ki, Əlicanova (Frankyan) Alla Arkadyevnanın məqsədi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi almaq olduğundan bu məqsədə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasında çata bilər. Bununla bağlı aidyyəti qurum olan Dövlət Miqrasiya Xidməti tərəfindən müvafiq inzibati araşdırmanın aparılması zəruridir.

16. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

18. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar