Məhkəmə qərarları › İş №2-1(112)-10206/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10206/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10206/2021 30.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X17 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçılar İddiaçı1, X5, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı əlavə pul kompensasiyasının ödənilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X5, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 Cavabdehnə qarşı cavabdehdən Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq dövlət ehtiyacları üçün satın almaya məruz qalmış əmlaklar üzrə ödənilməyən vəsaitlər üzrə iddiaçıların xeyrinə İddiaçı1 xeyrinə 4458.2 manat, X2 xeyrinə 13275.8 manat, X9 xeyrinə 15854.0 manat, İddiaçı4 xeyrinə 13400.6 manat, İddiaçı5 xeyrinə 10460.0 manat, İddiaçı6 xeyrinə 24038.0 manat, İddiaçı7 xeyrinə 12709.2 manat, İddiaçı8 xeyrinə 14000.6 manat, İddiaçı9 xeyrinə ödənilmiş məbləğ üzrə 27109.2 manat, 141.74 kv.m üzrə ödənilməmiş hər bir kv.m üzrə 1000 manat vəsait üzrə 141740.0 manat və həmin vəsaitin 20 faizi üzrə 28348.0 manat, cəmi 197197.2 manat məbləğində vəsaitin tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 501 saylı, 15.03.2013-cü il tarixli Sərəncamının təmin edilməsi məqsədi ilə Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün Bakı şəhəri, Sovetski deyilən ərazidə yerləşən evlər iddiaçıların istifadələrində və faktiki mülkiyyətlərində olmuşdur. Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq dövlət ehtiyacları üçün alınmaya məruz qalmış əmlakın dəyərinin kompensasiyanın ümumi məbləğinin 20 faizi miqdarında müəyyən edildiyindən və Qanunvericiliyin tələblərinə uyğun olaraq yaşayış binasının tərkib hissəsi olan yuxarıda qeyd edilən ümumi istifadədə olan binanın, dəhlizi, pilləkənları, balkonlar, işıq transformatoru və otağı, həyətyani sahə və sair sahələrin ödənilmədiyini nəzərə alaraq cavabdehə kompensasiya məbləğlərinin ödənilməmiş hissələrinin ödənilməsi ilə bağlı müraicət edilməsinə baxmayaraq cavabdeh tərəfindən bu günə qədər cavab verilməmişdir. Şifahi olaraq telefonla bildirmişlər ki, hər hansı kompensasiya verilməyəcək və müraciətlərə rəsmi cavab vermək fikirləri yoxdur. İddiaçı1 Bakı şəhəri, Vidadi küçəsi, 9 saylı evdə yerləşən 1 otağın ½ hissəsinin mülkiyyətçisi olmuş və həmin sahəyə görə notariat ofisində təsdiq edilmiş alğı-satqı müqavilələrinə əsasən əmlakın dəyəri olaraq 22291 manat ödəniş edilmişdir. X1 ünvan 2 ünvanda yerləşmiş ümumi sahəsi 40.45 kv.m olan yaşayış evinin sahibi olmuş və həmin sahəyə görə notariat ofisində təsdiq edilmiş alğı-satqı müqavilələrinə əsasən yaşayış sahəsinin dəyəri olaraq 66.379 manat ödəniş edilmişdir. İddiaçı3 Bakı şəhəri, M.A.Əliyev küçəsi 30 saylı evin B tikilisinin mülkiyyətçisi olmuş və həmin sahəyə görə notariat ofisində təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən yaşayış sahəsinin dəyəri olaraq 79270 manat ödəniş edilmişdir. İddiaçı4 Bakı şəhəri, Çingiz Mustafayev küçəsi, 42 saylı evin ½ hissəsinin mülkiyyətçisi olmuş və həmin sahələrə görə notariat ofisində təsdiq edilmiş alğı-satqı müqavilələrinə əsasən yaşayış sahəsinin dəyəri olaraq 67003 ödəniş edilmişdir. İddiaçı5 Bakı şəhəri, S.Tağızadə küçəsi, dalan 5, 2 saylı mənzili xüsusi mülkiyyətdə olmuş və həmin sahəyə görə notariat ofisində təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən yaşayış sahəsinin dəyəri olaraq 52300 ödəniş edilmişdir. İddiaçı6 Bakı şəhəri, Vidadi küçəsi, dalan 2, 7 saylı evin ½ hissəsinin mülkiyyətçisi olmuş və həmin sahəyə görə notariat ofisində təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən yaşayış sahəsinin dəyəri olaraq 120190.0 manat ödəniş edilmişdir. İddiaçı7 Bakı şəhəri, Qədirli küçəsi, 79 A saylı evin bir hissəsinin sahibi olmuşdur və həmin sahəyə görə notariat ofisində təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən yaşayış sahəsinin dəyəri olaraq 63546 manat ödəniş edilmişdir. İddiaçı8 Bakı şəhəri, 12-ci Nərimanov döngəsi, dalan 1, 2 saylı evin sahibi olmuşdur və həmin sahəyə görə notariat ofisində təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən yaşayış sahəsinin dəyəri 70003 manat ödəniş edilmişdir. İdidaçı İddiaçı9 Bakı şəhəri, Qədirli küçəsi, dalan 3, 8 saylı evin 1/3 hissəsinin mülkiyyətçisi olmuş və həmin sahəyə görə notariat ofisində təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən yaşayış binasına natamam 1334.546 manat ödəniş edilmiş, sahibliyində olan evin 141.74 kv.m sahəsinə hər bir kv.m görə 500 manat ödəniş edilərək ayrı seçkilik edilmiş, həmçinin əmlakın dəyərinin 20 faizi ödənilməmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, Cavabdeh “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan əmlakın qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Müstəqil qiymətlənndirici "xxxx" MMC tərəfidən iddiaçılara məxsus Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlandırılan ərazidə yerləşən yaşayış sahələrinə yerində baxış keçirilən zaman həmin yaşayış sahələrinin faktiki yaşayış və köməkçi sahələrinə görə müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli. 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə, habelə köçmə ilə əlaqədar digər xərclər nəzərə alınaraq kompensasiya məbləğləri hesablanmışdır. Beləliklə, ididaçılara aşağıda qeyd edilən qaydada və məbləğlərdə kompensasiya ödənilmişdir: ünvan 3 ünvnında yerləşən əmlakın 22.3 kv.m olan 1 otağının ½ hissəsi İddiaçı1 mülkiyyətində olmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 09 yanvar 2019-cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsinə əsasən İddiaçı1 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki sahələri də nəzərə alınaraq ümumi 15.37 kv.m sahə üçün 22291 manat məbləğində kompensasiya almaqla Cavabdeh arasında bağlanılmış 12 fevral 2020-ci il tarixli maddi yardım ödənilməsi haqqında Razılaşmaya əsasən iddiaçıya kompensasiya məbləğindən əlavə 20125 manat məbləğində maddi yardım ödənilmişdir; ünvan 4 ünvanında yerləşən ev 13.08.2018-ci il tarixdə 64 saylı MKİS tərəfindən verilmiş, qeydə alma nömrəsi 210 olan Forma № 2 arayışına əsasən iddiaçı X2 daimi qeydiyyatda olmaqla uzun müddət istifadəsində olmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 16 avqust 2018-ci il tarixli, Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsin əsasən X5 ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi 52.21 kv.m sahə üçün 66379 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə vermişdir. Bundan başqa, iddiaçı ilə Cavabdeh arasında bağlanılmış 28 dekabr 2019-cu il tarixli maddi yardım ödənilməsi haqqında Razılaşmaya əsasən iddiaçıya kompensasiya məbləğindən əlavə 15090 manat maddi yardım ödənilmişdir; ünvan 6 ünvanında yerləşən 16.4 kv.m y/s və 9.3 kv.m k/s ibarət “B” tikili Azərbaycan Respublikası Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 03.10.2003-cü il tarixdə verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən paylı mülkiyyət üzrə İddiaçı3 mülkiyyətində olmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 13 noyabr 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Alğı- Satqı Müqaviləsinə əsasən İddiaçı3 ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki sahələri də nəzərə alınaraq ümumi 52.18 kv.m sahə üçün 79270 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə vermişdir. Bundan başqa, iddiaçı ilə Ysamal rayon İcra Hakimiyəti arasında bağlanılmış 25 dekabr 2019-cu il tarixli maddi yardım ödənilməsi haqqında Razılaşmaya sasən iddiaçıya kompensasiya məbləğindən əlavə 17327 manat məbləğində maddi yardım ödənilmişdir. ünvan 8 ünvanında yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 22.06.2017-ci il tarixdə İddiaçı4 Arıf qızına verilmiş **********15-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarışa əsasən paylı mülkiyyət üzrə (27.5 kv.m) hissədə mülkiyyətində olmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 24 noyabt 2018-ci il tarixli, An-İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Alğı- Satqı Müqaviləsinə əsasən İddiaçı4 ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki sahələri də nəzərə alınaraq ümumi 54.41 kv.m sahə üçün 67003 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə vermişdir. Bundan başqa, iddiaçı ilə Cavabdeh arasında bağlanılmış 08 fevral 2020-ci il tarixli maddi yardım ödənilməsi haqqında Razılaşmaya əsasən iddiaçıya kompensasiya məbləğindən əlavə 11647 manat məbləğində maddi yardım ödənilmişdir; ünvan 9 ünvanında yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 03.12.2009-cu il tarixdə İddiaçı5 verilmiş **********68-05101-093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarışa əsasən paylı mülkiyyət üzrə 2 otaq (21 v.m y/s, 13 kv.m k/s) mülkiyyətində olmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 18 iyul 2018-ci il tarixli, AN-İseriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsinə əsasən İddiaçı5 S.Tağızadə küçəsi, dalan 5, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki sahələri də nəzərə alınaraq ümumi 35.28 kv.m sahə üçün 52300 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə verilmişdir. Bundan başqa, iddiaçı ilə Cavabdeh arasında bağlanılmış 19 dekabr 2019-cu il tarixli maddi yardım ödənilməsi haqqında Razılaşmaya əsasən iddiaçıya kompensasiya məbləğindən əlavə 13816 manat məbləğində maddi yardım ödənilmişdir; ünvan 10 ünvanında yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 15.09.2011-ci il tarixdə İddiaçı6 verilmiş **********08-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli X8 əsasən paylı mülkiyyət üzrə ½ hissə (33 kv.m) mülkiyyətində olmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 08 oktyabr 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsinə əsasən Əsədov X4, dalan 2, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki sahələri də nəzərə alınaraq ümumi 80.67 kv.m sahə üçün 120190 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə vermişdir. Bundan başqa, iddiaçı ilə Cavabdeh arasında bağlanılmış 08.01.2020-ci il tarixli maddi yardım ödənilməsi haqqında Razılaşmaya əsasən iddiaçıya kompensasiya məbləğindən əlavə 20902 manat məbləğində maddi yardım ödənilmişdir; ünvan 11 ünvanında yerləşən 48.6 kv.m sahə 26.09.2018-ci il tarixdə 64 saylı MKİS tərəfindən verilmiş, qeydə alma nömrəsi 358 olan Forma 2 arayışına əsasən İddiaçı7 daimi qeydiyyatda olmaqla uzun müddət istifadəsində olmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 17 oktyabr 2018-ci il tarixli Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsinə əsasən Qurbanov X7, ev 79 A ünvanında yerləşən 48.6 kv.m sahə üçün 63546 manat məbləğində kompensasiya almaqla Cavabdeh arasında bağlanılmış 22 noyabr 2019-cu il tarixli maddi yardım ödənilməsi haqqında Razılaşmaya əsasən iddiaçıya kompensasiya məbləğindən əlavə14252 manat məbləğində maddi yadım ödənilmişdir; ünvan 12 ünvanında yerləşən 17.12.2018-ci il tarixxdə 64 saylı MKİS tərəfindən verilmiş, qeydə alma nömrəsi 824 olan Forma 2 arayışına əsasən İddiaçı8 daimi qeydiyyatda olmaqla uzun müddət istifadəsində olmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 20 dekabr 2018-ci il tarixli Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsinə əsasən İddiaçı8 ünvan 12 ünvanında yerləşən 50.78 kv.m sahə üçün 70003 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə vermişdir; Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, dalan 3, 8 saylı ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən 20.04.2018-ci il tarixdə İddiaçı9 verilmiş **********44-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyət üzrə mülkiyyətində olmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 10 yanvar 2019-cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Alğı- Satqı Müqaviləsinə əsasən Cəbrayılov X3, dalan 3, ev 8 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki sahələri də nəzərə alınaraq ümumi 180.53 kv.m sahə üçün 134546 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə vermişdir. Bundan başqa, iddiaçı ilə Cavabdeh arasında bağlanılmış 23 noyabr 2019-cu il tarixli maddi yardım ödənilməsi haqqında Razılaşmaya əsasən iddiaçıya kompensasiya məbləğindən əlavə 12595 manat məbləğində maddi yardım ödənilmişdir. Göründüyü kimi, iddiaçıların mülkiyyətində olmuş əmlaklara görə qanunamüvafiq ədalətli məbləğdə kompensasiya ödənilmişdir. Lakin, bunlara baxmayaraq iddiaçılar məhkəməyə müraciət edərək əlavə kompensasiya məbləğlərinin onların xeyrlərinə tutulmasını məhkəmədən xahiş edirlər. Bundan başqa bildirirlər ki, iddiaçılar notarial qaydada verdikləri ərizələrinə əsasən dövlət ehtiyacları üçün alınanadək onların sahib olduqları yaşayış obyektləri ilə əlaqədar hər hansı digər tələblərinin olmayacaqlarını, həmin obyektlərlə bağlı məhkəmədə və digər dövlət qurumları qarşısında hər hansı iddia qaldırmayacaqlarını və bununla bağlı dövlət orqanlarına, mətbu orqanlarında, qeyri-hökümət təşkilatlarına və digər təşkilatlara heç bir şikayətlərinin olamaycaqlarını və müraciət etməyəcəkləri barədə öhdəlik götürmüşdürlər. İddiaçılar mübahisəli sahəni alğı-satqı müqavilələri əsasında Cavabdeh xeyrinə özgəniləşdirmişdir. Tərəflər arasında əqd, yəni müqavilə münasibətləri yaranmış və bu münasibətlər alğı-satqının baş tutduğu və həmin müqavilə üzrə tərəflər öhdəliklərini yerinə yetirdiyi anda başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə görə əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Qanunvericiliyin norması onu deməyə tam əsas verir ki, məbləğindən asılı omayaraq əqdi imzalamış tərəf özünün iradəsini ifadə etmiş və bununla da, onu mübahisələndirmək hüququnu itirmişdir. Digər tərəfdən əgər müqavilə (əqd) üzrə narazılığını ifadə edən şəxs həmin əqdin etibarsızlığını əvvəlcə mübahisələndirməli və həmin əqd məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında etibarsız hesab edildikdən sonra və bəzi hüquqi prosedurlardan sonra şəxs (iddiaçı) məsələni mübahisələndirə bilər. Bu zaman isə hüquqi prosedur kimi əsas məqam Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbinə görə tərəflərin aldıqlarını bir-birinə tam qaytarılması prosedurudur. Başqa sözlə, işin bu halında iddiaçılar aldıqları pulu tam şəkildə geri qaytardıqdan sonra məsələni mübahisələndirməyə başlamalıdır. Hazırda isə belə hal baş verməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4571/2020 saylı, 22.09.2020-ci il tarixli qərardadı ilə İddiaçı1, X5, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 iddiası mümkün sayılmamışdır. Sözügedən qərardaddan iddiaçılar tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-345/2021 saylı, 04.03.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4571/2020 saylı qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin hazırki iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında kompensasiyanın ödənilməsi babrədə müqavilə bağlanmasına və iddiaçılara kompensasiya ödənilməsinə baxmayaraq, hazırki iddia tələbi müqavilə münasibətlərindən irəli gəlmir. İddiaçıların irəli sürdüyü məsələ onların mülkiyyətində olmuş əmlakların əvəzinin tam ödənilməməsi, həmçinin Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq 20 faiz əlavənin onlara ödənilməməsi barədədir. İddiaçıların mənzillərinin sökülməsinə görə əlavə kompensasiya tələb etmələri qanundan irəli gəldiyi üçün subyektiv hüquqları vardır. İddiaçıların cavabdeh inzibati orqana müraciətləri və iddiaçılardan birininə münasibətdə imtina cavabı vardır. Bu səbəbdən də, hazırki tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verimləsinə baxmaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçılar isə məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini, inzibati işə onların iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə iddiaçıların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə etiraza əlavə təqdim edərək, etiraza uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Etiraza əlavədə göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)- 4571/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar tərəfindən həmin qərardaddan verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.03.2021-ci il tarixli 2-1 (103)-345/2021 qərardadı ilə təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4571/2020 saylı qərardadı ləğv edilmişdir və iş yenidən araşdırılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası qərardadında əsas etibarı ilə aşağıda göstərilən 3 məqama toxunmuşdur ki, həmin məqamlar da, dövlətin adından alan orqan olaraq kimi tərəflərindən məqbul hesab edilmir: -tərəflər arasında kompensasiyanın ödənilməsi barədə müqavilə bağlanmasına və iddiaçılara kompensasiya ödənilməsinə baxmayaraq, hazırkı iddia tələbi müqavilə münasibətlərindən irəli gəlmir. İddiaçıların irəli sürdüyü məsələ onların mülkiyyətində olmuş əmlakların əvəzinin tam ödənilməməsi, həmçinin Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq 20 faiz əlavənin onlara ödənilməməsi barədədir – iddiaçıların mənzillərinin sökülməsinə görə əlavə kompensasiya tələb etmələri qanundan irəli gəldiyi üçün subyektiv hüquqları vardır; - iddiaçıların cavabdeh inzibati orqana müraciətləri və iddiaçılardan birinə münasibətdə imtina cavabı vardır. Bu səbəbdən də hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının yuxarıda qeyd edilmiş məqamları məqbul hesab etmir və aşağıdakı mövqelərinin nəzərə alınmasını məhkəmədən xahiş edirlər: 1) mövcud inzibati praktikaya əsasən əsas və köməkçi sahələrin hər kv.m-ə görə ödənilən 1.500 manat bütün kompensasiya növləri, o cümlədən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunu və «Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 07.12.2007-ci il tarixli 506-VİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan əlavələri ehtiva edir (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Məhkəməsinin 17.09.2019-cu il tarixli, 2-1 (102)-2348/2019 nömrəli qərarı), iddiaçılara qanunvericiliyin tələblərinə, eyni zamanda mövcud praktikaya əsasən kompensasiya hesablanmışdır və ödənilmişdir. İş materiallarında olan sənədlərdən də, görünür ki, iddiaçılara qanuna müvafiq ədalətli kompensasiya məbləği hesablanmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.2-ci maddəsinin, eyni zamanda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1, 35.2, 36.1-36.3, 37.1 -37.2-ci maddələrinin hazırki işə tətbiqi baxımından belə nəticəyə gəlmək olar ki, iddiaçılar müvafiq kompensasiyanın məbləği ilə razılaşmaqla və həmin məbləği qəbul etməklə fərdi yaşayış evində olan pay üzərində mülkiyyət hüquqlarından imtina etdiyindən, onlar, hazırki tələblərində irəli sürdükləri digər sahələri də, cavabdeh orqana satmışdır. Belə olan halda, iddiaçıların artıq satdığı daşınmaz əmlaka dair yenidən əmlakın alıcısına qarşı kompensasiya tələbi irəli sürdüyünə görə hazırki iddia tələbinin müqavilə münasibətlərindən irəli gəldiyi bir daha sübuta yetirilir; 2) iddiaçıların daşınmaz əmlakın sökülməsinə görə əlavə kompensasiya ödənilməsi üçün o halda subyektiv hüququ olardı ki, əgər onlarla Cavabdeh ilə arasında bağlandığı əqdlər (iş materiallarında olan “alqı-satqı müqavilə" ləri və “Maddi yardım ödənilməsi barədə Razılaşmaları) məhkəmənin qanuni qüvvəsini almış yekun məhkəmə aktı əsasında etibarsız hesab edilsin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbinə görə iddiaçılar onlara ödənilən pulu tam şəkildə Cavabdehnə geri qaytarsın. Hazırda, isə belə hal baş verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə görə əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir; 3) iddiaçıların cavabdeh inzibati orqana müraciətləri və iddiaçılardan birinə münasibətdə imtina cavabının olması mümkünlük şərtlərindən biridir. Qanunvericliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında vacib olan bütün şərtlər yerinə yetirildiyi halda yolveriləndir (“İnzibati məhkəmə İcraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il 5 saylı qərarı, İPM-nin 35.1-ci maddəsi). Bu şərtlərdən biri də, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırki işdə iddiaçı tərəfi subyektiv hüquqa malik deyildir. Qeyd olunanlarla yanaşı, əlavədə qoşulan mühüm faktiki hallara malik digər analoji işlər barədə Bak Apellyasiya Məhkəməsinin İzibati-İqtisadi Kollegiyasının 23.07.2021-ci il tarixli 2-1 (103)-858/2021,2-1 (103)-875/2021,2-1(103)-825/2021 saylı qərardadlarının surətlərini məhkəməyə təqdim edirlər. Bakı Apellyasiya Məhkəməsinin İzibati-İqtisadi Kollegiyasının qeyd olunan qərardadları ilə məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.2-ci maddəsinin, eyni zamanda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1, 35.2, 36.1-36.3, 37.1-37.2-ci maddələrinə istinad edərək aşağıdakılardan ibarət hüquqi mövqey nümayiş etdirmişdir: -həmin Məcəllənin yuxarıda qeyd edilən digər normalarının məzmunundan göründüyü kimi, çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin "həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payının aqibəti» həmin sahəyə mülkiyyət hüququnun kimə mənsub olmasından asılıdır və çexmənzilli binada olan sahəyə mülkiyyət hüququ başqa şəxsə keçdikdə, sahenin yeni mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı sahənin əvvəlki mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payına bərabər olur; - çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. Müqavilənin çoxmənzilli binada sahəyə mülkiyyət hüquqlarının keçməsi ilə bərabər binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payın keçməsini məhdudlaşdıran müddəaları əhəmiyyətsizdir; -istinad edilən normaların tələbləri və tərəflər arasında bağlanmış müqavilə nəzərə alındıqda, iddiaçının mülkiyyət hüququ üzrə ona məxsus mənzil sahəsindən cavabdehin xeyrinə imtina etməsi ilə eyni zamanda çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı da müqavilə üzrə mənzil sahəsini əldə edənə, hazırkı halda, cavabdehə keçmişdir. Beləliklə, iddiaçının iddia etdiyi, istinad edilən müqavilənin bağlanmasınadək ona məxsus olmuş mənzil sahəsinə xidmət edən sahə və obyektlərə münasibətdə hazırkı məzmunda tələb hüququ yoxdur; -qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında hazrıkı kompensasiya tələbini irəli sürməkdə subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Yuxarıda qeyd olunanları və əvvəllər tərəflərindən məhkəməyə təqdim edilmiş etirazda qeyd olunanları nəzərə alaraq, xahiş edirlər ki, İddiaçı1 və digərlərinin Cavabdehnə qarşı "kompensasiya ödənilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilsin. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb, işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını, etiraza əlavənin dəlillərini nəzərə alıb, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərin (daşınmaz əmlakların alğısatqısına dair müqavilələr, qiymətləndirmə cədvəlləri, çıxarışlar, qeydiyyat vəsiqələri) bir daha məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar onlara məxsus mübahisə predmeti olan əmlakların cavabdehin xeyrinə özgəninkiləşdirilməsinə dair alğı-satqı müqaviləsi bağlamışlar, alğı-satqı müqavilələri bağlanarkən həmin əmlaklara görə hesablanmış məbləğ qiymətləndirmə cədvəllərinə əsasən müəyyən edilmiş, həmin qiymətləndirmə cədvəlləri tərtib edilən zaman isə daşınmaz əmlakların faktiki mövcud olan sahəsi və Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 % və digər əlavələr nəzərə alınmışdır. İddiaçılar həmin alğı-satqı müqavilələrini mülki məhkəmə icraat qaydasında mübahisələndirməmiş və müqavilələr qüvvədə olmaqla onun ləğvi, dəyişdirilməsi və ya etibarsız sayılması barədə hər hansı sübut təqdim edilməmişdir. Lakin, iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, həmin alğı-satqı müqavilələri qüvvədə ola-ola, artıq özgəninkiləşdirdikləri əmlaklarına görə, təkrarən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürmüşlər, halbuki, hər iki tərəf mübahisələndirilən əmlakın alğı-satqısına dair bağlanmış müqavilə ilə və Mülki Məcəlləsininin 567-ci maddəsinə uyğun olan öhdəliklərini icra etmiş, yəni, satıcı öz əmlakını alıcıya satmış, alıcı isə həmin əmlakın dəyərini ona ödəmiş və satıcı da qəbul etdiyindən, Mülki Məcəllənin 527.1-ci və 528-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmişdir. Beləliklə, məhkəmə tərəfindən iddiaçıların cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürməkdə subyektiv hüququnun mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə xüsusilə vurğulamağı zəruri hesab edir ki, bu qəbildən olan işlər üzrə eyni əsaslarla iddianın mümkün sayılmaması barədə artıq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji qərarları mövcuddur və həmin qərarlar iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla, əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da şamil edilir. Məcəllənin 247.1.1-ci maddəsinə əsasən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiyanın məbləği torpağın bazar qiymətinin müəyyən edilməsi üsulu ilə hesablana bilər. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsinə əsasən qiymətləndirmə komissiyasının bu Qanunun 23.1.7-ci maddəsinə uyğun olaraq müstəqil qiymətləndiricinin torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təkliflərinin, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyinin təhlili nəticəsində torpaq və digər əmlakın bazar qiyməti barədə qəbul etdiyi qərarı alan orqan tərəfindən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənilməsində istifadə edilir. Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Beləliklə, iddia mümkünlük tələblərinə cavab vermədiyindən, məhkəmə, iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbinə əsasən mümkün olmadığını, iddiaçıların, hazırkı tələbində artıq özgəninkiləşirdikləri əmlaklarına görə, yenidən həmin əmlakların alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürdüyünü, Mülki Məcəllənin 527.1-ci və 528ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmiş olduğunu, beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüququnun mövcud olmadığını nəzərə alaraq iddianın dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, X5, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 iddiaları mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar