Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10207/2024 15.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “orderdə düzəliş edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “orderdə düzəliş edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi 1962-ci il tarixdən order əsasında X12 4 nəfər ailə üzvü ilə istifadəsinə verilmişdir. Ailə üzvlərindən Ə.Rzayev vəfat etmişdir. Orderdə qeydiyyatda olan N.Rzayeva, S.Rzayev, F.Rzayeva və Saida Rzayeva(Hüseynova) İsmayıl qızı qeydiyyata alınmışdır. Məlum olmuşdur ki, F.Rzayevanın ölüm haqqında qeydiyyatı aparılmamış, ölüm məhkəmə qətnaməsi əsasında təsdiq edilmişdir. Digər sənəd çatışmazlığı Saida Rzayevanın adı ilə əlaqədar olmuşdur. Əslində isə Saida Rzayeva adlı ailə üzvü, hər hansı şəxs olmamışdır. X4 qardaşı X5 qızıdır və əs adı X3r. Mənzil sahəsi daha böyük ölçüdə alınması üçün o, ailə üzvü kimi orderə əlavə edilmiş, soyad Rzayeva kimi qeyd edilmişdir. S.Hacıyeva 1958ci il tarixdə ailə qurmuş və Hüseynova soyadı verilmişdir. Orderdə Rzayeva X1 olma faktı kimi qeyd edilməsi və buna dair arayışıən verilməsini, ordedə düzəlişin edilməsi barədə müraciət nəticə verməmişdir. İddiaçı hesab edir ki, orderdə adı olan Rzayeva Saida adına düzəliş edilərək Hüseynova(Hacıyeva) Saida İsmayıl qızı adı qeyd edilməlidir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi Ə.Rzayevin qardaşı İ.Hacıyevin qızı tərəfindən irəli sürülmüşdür. Onun subyektiv hüququ mövcud olmamışdır. Sərəncam cavabdehə təqdim edilmədiyindən düzəlişin həyata keçirilməsi mümkün olmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Qeyd edilməlidir ki, iddia subyektiv cəhətdən də mümkün iddiadır. Belə ki, iddiaçı hüquqmüəyyənedici sənəddə göstərilən ad və soyadın ona aid olması ilə əlaqədar iddia qaldırmışdır ki, həmin hala qiymət verilməsi, sənəddə göstərilən məlumatda müvafiq dəyişikliyin özü ilə bağlı edilməsinin tələb edilməsi subyektiv hüquq çərçivəsindədir. Aşağıda adıçəkiləçək Plenum Qərarının və əsaslandırmadan da müəyyən edildiyi kimi cavabdehin imtinasının qanuniliyi və əsaslılığının müəyyən edilib-edilməməsi onun xüsusi icraat qaydasında ərizə verməli olub-olmaması ilə birbaşa əlaqədardır. Bu baxımından iddia subyektiv hüquqi baxımından mümkün iddiadır. Eləcə də, məhkəmə hesab edir ki, işə xüsusi icraat qaydasında baxılmalı olub-olmaması baxımından cavabdehin imtinasının mahiyyəti üzrə qiymətləndirilməsi zərurəti də olduğundan, yəni inzibati orqanın aktında dəyişiklik və ya düzəliş edilməsindən imtinası ilə əlaqədar olduğundan iş inzibati iş kimi də mümkünlük şərtinə cavab verməklə hazırkı məhkəmədə məhz mahiyyəti üzrə baxılmalıdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Arayışdan görünür ki, X7 atası Ə.Rzayev, ana N.Rzayevadır. İmtina məktubunda qeyd edilmişdir ki, orderin əsli və orderin verilməsinə əsas olmuş arxiv arayışı təqdim edildikdən sonra məsələyə baxılacaqdır. Orderdən görünür ki, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi X12 4 nəfər ailə üzvü ilə birlikdə ayrılmışdır. Həmin şəxslərdən biri də Saida Rzayeva adlı şəxsdir. Protokoldaan çıxarışın surətindən görünür ki, adıçəkilən mənzil 4 nəfər ailə üzvü ilə birlikdə Ə.Rzayevə ayrılmışdır. Məhkəmə qətnaməsindən görünür ki, orderdə adı olan F.Rzayevanın vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilmişdir. Doğum haqqında və nikah haqqında şəhadətnamələrdən görünür ki, X6 adlı 1958-ci il təvəllüdlü şəxs anadan olmuşdur. Həmin şəxsin nikaha daxil olması ilə əlaqədar ona Hüseynova soyadı verilmişdir. Məhkəmənin 18 mart 2024-cü il tarixli qərardadından görünür ki, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizənin qəbulundan imtina edilmişdir. Qərardadda qeyd edilmişdir ki, müvafiq icra hakimiyyəti orqanına müraciət edilmə barədə sübutlar və ya həmin cavabdehin imtinası alınmamışdır. Məhkəmənin 14 may 2024-cü il tarixli qərardadından görünür ki, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə baxılmamış saxlanılmışdır. Qərardadda qeyd edilmişdir ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsində mübahisə mövcuddur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “İnzibati icraat haqqında” Qanunun: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 63.1. İnzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. 63.2. İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. MPM-nin: 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 nömrəli 12 aprel 2019-cu il tarixli Qərarının:
6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə orderdə adıkeçən Saida Rzayeva adlı yaşayış sahəsinin ayrıldığı X9 qızı kimi göstərilən şəxsin əslində Hacıyeva(Hüseynova) Saida İsmayıl qızı olub-olmamasının müəyyən edilməsi ilə əlaqədardır. İddiaçı hesab edir ki, mənzil ölçüsünün genişləndirilməsi baxımından əslində Ə.Rzayevin qardaşı qızı olan X11 Saida formasında onun qızı kimi orderdə göstərilmişdir ki, həmin səhv düzəldilməlidir. Qeyd olunmalıdır ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə də hesab edir ki, orderdə müvafiq dəyişikliyin edilməsi ilə əlaqədar iddiaçının müraciəti üzrə aparılmış inzibati icraatın nəticəsində inzibati aktın qəbulundan imtinaya dair nəticə qanuni və əsaslı olduğundan iddianın təmini yuxarıda adıçəkilən maddənin tələbləri baxımından istisna edilməlidir. Aydın məsələdir ki, inzibati icraatla bağlı qanunvericiliyin tələbləri baxımından iş üzrə tam və obyektiv araşdırmanın aparılması inzibati orqanın vəzifəsidir. Lakin, məhkəmə hesab edir ki, həmin növ araşdırma qeyri-məhdud xarakteri daşımamaqla xüsusi icraat qaydasında baxılması məhkəmənin səlahiyyətində olan məsələləri araşdırılması ilə üst-üstə düşməməlidir. Qeyd olunmalıdır ki, inzibati orqan tərəfindən inzibati aktında müvafiq düzəlişlərin edilməsi, eləcə də inzibati aktında dəyişikliklərin edilməsi müraciət və öz təşəbbüsü ilə həyata keçirilə bilən olsa da, həmin səlahiyyət qeyri-məhdud xarakteri daşımır. Bu zaman nəzərə alınmalıdır ki, orderdə Rzayeva Saida adının qeydə alındığı zaman, əslində mənzil ölçüsünün genişləndirilməsi baxımından Ə.Rzayevin qardaşı qızı olan X2 adının qızı kimi göstərilmiş olması və bunun nəzərə alınmaqla müvafiq düzəlişin cavabdeh tərəfindən edilməli olmasına münasibətdə müraciət, inzibati orqan tərəfindən faktın tanınmaqla düzəlişin edilməsi olması anlamına gəlir. Halbuki, inzibati orqan iş üzrə müvafiq araşdırmaqla aparmaqla təqdim edilmiş sənəd və sübutlar üzrə müvafiq yekun nəticəyə gəlmək səlahiyyətinə malikdir ki, xüsusi icraat üçün spesifik olan faktın tanınmasını həyata keçirmək səlahiyyətində deyildir. Məhz, göstərilən səbəbdəndir ki, mülki prosessual qanunvericiliklə maraqlı şəxsin bir çox hallarda inzibati orqan olduğu icraat qaydası müəyyən edilərək, inzibati orqanın müəyyən edə bilmədiyi hallar üzrə faktın məhkəmə qaydasında tanınması həyata keçirilir. Necə ki, təqdim edilən məhkəmə qətnamələrindən biri ölüm hüquqi əhəmiyyətli olan fakt kimi müəyyən edilməsi ilə əlaqədardır ki, həmin növ halın qeydiyyat şöbəsi tərəfindən müəyyən edilməsi aydın məsələdir ki, mümkün deyildir. Belə ki, ölümün hüquqi əhəmiyyətli fakt qismində səlahiyyətli məhkəmə tərəfindən müəyyən edilməsi, bundan sonra inzibati orqan tərəfindən məhz məhkəmə qətnaməsi əsasında zəruri sənədləşmə işlərinin aparılması zəruridir. Eləcə də, məhkəmə təcrübəsində geniş yayılmış ölüm səbəbinin müəyyən edilə bilmədiyi hallarda qeydiyyat şöbələrinə qarşı iddialar üzrə də xüsusi icraat qaydasında məhkəmə qətnaməsinin mövcud olmadan ölümün qeydə alınması kimi vəzifənin cavabdeh inzibati orqana həvalə edilə bilməməsi zərurəti də məhz həmin məntiqdən yaranır. Həmin məntiqdən irəli gələrək də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, göstərilən orderdə hər hansı dəyişikliyin edilməsi üçün sənəddə göstərilən şəxslə hər hansı şəxsin eyniliyinin müəyyən edilməsi üçün xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilmə barədə ayrıca institut nəzərdə tutulmuşdur. Belə ki, yuxarıda adıçəkilən müddəaların tələbindən görünür ki, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılması müəyyən edilmiş, həmçinin qeyd edilmişdir ki, müəyyən edilmə üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. İddiaçının müraciətinin mahiyyətindən aydın olur ki, sənəddə ad,soyad, ata adı ilə şəxsiyyəti təsdiq edən sənəddə ad,soyad və ata adı arasında uyğunsuzluğu (birinci şərt), orderdə adı göstərilən şəxslər üçün dövlət mənzil fondunun özəlləşdirilməsi baxımından hüquq verməsi baxımından hüquqmüəyyənedici sənəd(ikinci şərt) ödənilməkdədir. Hazırda iddiaçının müraciəti üzrə müsbət nəticəsinin hansı məhkəmə tərəfindən realizə edilməsi isə məhkəmə hesab edir ki, üçüncü şərtin mövcud olub-olmamasından asılıdır. Həmin şərt isə məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməsi ilə əlaqədardır. Təbii ki, səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməsi, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmamasının qeyd edilməsi qanunsuz olduğu halda xüsusi icraat qaydasında işin baxılmasından söhbət gedə bilməz. Həmin qanunsuzluğun tanınması və cavabdeh üzərinə inzibati məhkəmə icraatı qaydasında iddiaçının hüquqi marağına uyğun vəzifənin həvalə edilməsi inzibati məhkəmələr tərəfindən həyata keçirilməlidir. Lakin, inzibati orqanın imtina və mümkün olmama ilə bağlı hərəkətləri qanuni və əsaslıdırsa, həmin məsələnin həllinin hansı qaydada olması aşkardır. Həmin aşkarlıq göstərilən məsələyə qiymət verilməsinin xüsusi icraat qaydasında olması ilə əlaqədardır. İmtina qanuni və əsaslıdırsa, cavabdeh inzibati orqan inzibati icraat çərçivəsində hər hansı məsələni həll edə bilmirsə və ya həll edə bilsə də, həmin həll etmə xüsusi icraat qaydasında işə baxan məhkəmənin səlahiyyətinə aiddirsə məsələyə xüsusi icraat qaydasında qiymət veirlməsi və hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi mütləqdir. Əks halda, xüsusi icraat qaydasında baxılması nəzərdə tutulan demək olar ki əksər məsələlər cavabdeh inzibati orqan tərəfindən nəticə alınmadıqdan sonra inzibati məhkəmə icraatı qaydasında həll edilə bilməlidir ki, xüsusi icraat qaydasında işə baxılmanın əhəmiyyətindən söhbət gedə bilməz. Halbuki, xüsusi icraat qaydasında işə baxılmanın səbəbi, inzibati orqan tərəfindən də müəyyən edilməsi mümkün olmayan halların məhz məhkəmə qətnaməsi ilə təsbit edilmə zərurəti ilə əlaqədardır. Qeyd olunan səbəbdəndir ki, Plenum Qərarının 1.2-ci maddəsində göstərilir ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Göstərilən tələblər baxımından məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində sənəddəki ad və soyadla müraciət edən şəxsin eyni şəxs olmasını, orderdə adıçəkilən şəxs, yoxsa onun qardaşı qızı olub, ölçünün artıq göstərilmsi üçün qızı kimi göstərilməsinin, əslində qızı olmamasının və s müəyyən edə bilməməsi qanuni və əsaslıdır. Qeyd olunan səbəbdən də həmin məsələ xüsusi icraat qaydasında həll edilməlidir. Belə ki, xüsusi icraat qaydasında işə baxılması üçün nəzərdə tutulmuş üçüncü şərtin, yəni məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməsi, həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilmişdir ki, cavabdehin həmin hərəkətlərinin qanuni və əsaslı olması da inzibati məhkəmə tərəfindən tanınmaqdadır ki, göstərilən səbəbdən iddiaçı yeganə hüquqi vasitəs kimi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün xüsusi icraat qaydasında işə baxmağa səlahiyyətli olan məhkəməyə müraciət etməli, ərizədə göstərilən məsələlər məhkəmə tərəfindən araşdırılmalıdır. Göründüyü kimi imtina qanuni və əsaslıdır. Eyni zamanda, iddiaçıya hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə əlaqədar xüsusi icraat qaydasında baxılması üçün ümumi yurisdikasiyalı rayon məhkəməsinə müraciət etmək hüququ izah edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov