Məhkəmə qərarları › İş №2-1(112)-10211/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10211/2021

05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10211/2021 05.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və üçüncü şəxslər X3,X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X6, X5, X12, X10, X8, X14) qarşı qeydiyyatdan çıxarma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X6, X5, X12, X10, X8, X14) qarşı qeydiyyatdan çıxarma iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin məzmunundan göründüyü kimi iddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus fərdi yaşayış evinə üçüncü şəxslər qeydiyyata salınmışdır. Həmin şəxsləri tanımır. Məhkəmə iclasında iştirak edən iddiaçı işə mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər iddiaçı və ona məxsus fərdi yaşayış evlərinin eyni ünvan olmasının nəzərə alınaraq müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır; 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın: 1.1-ci bəndinə əsasən, bu qaydalar Azərbaycan Respublikasında ünvan reyestrinin aparılmasını və daşınmaz əmlak obyektlərinə ünvanın verilməsini tənzimləyir; 1.4-cü bəndinə əsasən, ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır; 1.5-ci bəndinə görə ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 14.05.2018-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 X7 adına qeydiyyatdan keçmişdir; Məhkəmə sorğusu əsasında təqdim olunmuş məktubdan və əmlak ilə bağlı sənədlərdən məlum olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, 97 saylı fərdi yaşayış evi X11 adına ilkin qeydiyyatdan keçmiş, həmin fərdi yaşayış evinə dair alqı-satqı müqavilələri bağlanmış və son olaraq müqavilə əsasında mülkiyyət hüquqları X1. Məhkəmə icraatı zamanı təqdim olunmuş Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 56 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən X4 və İddiaçı ayrıayrılıqda verilmiş arayışların birgə təhlilindən görünür ki, hər iki arayışda yaşayış evinin yerləşdiyi ünvan eyni göstərilsə də, həmin ünvanda daimi qeydiyyatda olan şəxslərin siyahısı fərqlidir. İşin məhkəmə araşdırılması, o cümlədən tərəf və üçüncü şəxslərin izahatı ilə məlum olur ki, iddiaçı və üçüncü şəxslərin yaşadıqları fərdi yaşayış evləri ayrı-ayrı olsalar da, ünvanı eyniyyət təşkil edir. Nəzərə alınmalıdır ki, iddiaçı və üçüncü şəxsin qeydiyyata alındığı ünvanın eyni olmasından savayi, həmçinin sözügedən ünvanda yerləşən digər bir fərdi yaşayış evinin mülkiyyətçisi qismində digər fiziki şəxs çıxış edir ki, onun həmin əmlak üzərində mülkiyyət hüquqları müvafiq müqavilə əsasında yaramışdır. Məhkəmə bildirir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin X7 adına qeydiyyata alınmasını mübahisələndirmədiyindən, sözügedən fərdi yaşayış evinə yeni ünvanın verilməsi ilə bağlı araşdırmanın aparılmasına zərurət yaranmamışdır. Məhkəmə izah edir ki, fərdi yaşayış evlərinə verilmiş ünvanlar aidiyyəti qurum tərəfindən dəyişdirildikdən sonra müvafiq ünvanlar üzrə hal-hazırkı vəziyyətə uyğun qeydiyyat düzgün aparıla bilər. Belə olan halda, məhkəmə hesab edir ki, üçüncü şəxslərin qeydiyyata alındığı fərdi yaşayış evi iddiaçının yaşayış yeri üzrə qeydiyyat yeri sayılmadığından, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, hazırkı iddianı qaldırmağa iddiaçının subyektiv hüququ mövcud deyildir. Beləliklə, məhkəmə sonda apardığı hüquqi dəyərləndirmə nəticəsində onun qeyd edilməsini zəruri hesab edir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatının mahiyyətinə ünvanların eynilik təşkil etməsi mane olmur. Burada qeydiyyatın əsasında yaşayış sahəsinin mövcudluğu əsas qəbul edilir ki, hazırkı iş üzrə bir yox, bir-neçə yaşayış sahəsindən söhbət gedir. Qeyd olunan halda isə iddiaçının hazırkı iddiası onun istifadəsində iddia etdiyi yaşayış sahəsinə dair üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlıdır ki, iddiaçı istifadəsində olan yaşayış sahəsi ilə ünvanı eyni olsa da üçüncü şəxslərin faktiki istifadəsində olan yaşayış sahəsindən həmin şəxslərin qeydiyyatdan çıxarılması barədə məhkəməyə müraciət edir. Başqa sözlə, iddiaçı onun mülkiyyətində və ya faktiki istifadəsində olmayan üçüncü şəxslərin gözlənilən mülkiyyət hüququna iddia edə biləcəyi, həmin şəxslərin istifadəsində olan, yaşayış sahəsinə dair iddia qaldırır ki, təbii haldır ki, burada iddiaçının digər yaşayış sahəsindən qeydiyyatdan çıxarılması barədə iddiaya dair subyektiv hüququndan söhbət gedə bilməz. Bunun davamı kimi isə həmin şəxslərin qeyd olunan yaşayış sahəsindən çıxarılması kimi iddiaçıya heç bir əlaqəsi olmayan iddialar da çıxış edə bilər ki, hazırkı vəziyyətdə iddiaçının subyektiv hüququnun mövcud olmaması tam aydın olaraq iş materialları ilə təsdiq edilir. Beləliklə, ünvan eyni olsa da həmin ünvan üzrə bir-neçə fərdi yaşayış evinin mövcudluğu və qonşuluqda yerləşən hər bir yaşayış sahəsi üzrə fərqli şəxslərin mülkiyyət və ya gözlənilən mülkiyyət hüququnun olması, iddiaçının hazırkı iddia ilə müraciət etmək hüququna malik olmasını istisna edir. Məhkəmə bununla bağlı bir daha vurğulamağı zəruri hesab edir ki, yaşayış yeri üzrə qeydiyyatın mahiyyəti ünvanla bağlı olmayıb, şəxsin qeydiyyata alındığı yaşayış sahəsi ilə bağlıdır. Yaşayış sahələrinin fərqli olması isə hazırkı iddia üzrə başqa şəxsin istifadəsində olan yaşayış sahəsindən həmin şəxsin qeydiyyatının ləğvi ilə nəticələnə bilər ki, burada subyektiv hüququn mövcudluğundan söhbət gedə bilməz. Belə ki, hazırkı iddia üzrə iddiaçının subyektiv hüquqa malik olması iddiaçının həmin şəxslərin yaşayış yerindən çıxarılması iddiası ilə oxşarlıq təşkil edir ki, təbii haldır ki, həmin şəxslərin iddiaçı ilə bağlı heç bir bağlılığı olmayan yaşayış sahəsindən çıxarılması iddiası da subyektiv hüququn mövcudluğuna münasibətdə qiymətləndirmə tələb edir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin tələblərini rəhbər tutaraq yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçı isə hazırkı tələbini müdafiə etdiyini, iddia ərizəsi üzrə işə mahiyyəti üzrə baxılmasını və iddia tələbinin göstərilən formada təmin edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həsənov Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar