Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10217/2022 24.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi- X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsinə 2-ci paralel küçədə yerləşən qeyri-yaşayış binası üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsinə İİ paralel küçədə yerləşən qeyri-yaşayış binası üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə cavabdeh DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə müraciət etmişdir. 1 saylı Bakı ərazi İdarəsi ərizəsini təmin etməmiş və xx.xx.2022-ci il tarixli **********18 saylı imtina məktubunda göstərmişdir ki, qeyri-yaşayış binasına dair tikintiyə icazə və sərəncam Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir və tikinti obyektinin istismarına icazə təqdim olunmamışdır. Texniki baxış keçirilən zaman təqdim edilən qeyri-yaşayış binasına dair layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, 1ci mərtəbədə tikilmiş arakəsmələr və zirzəmi mərtəbəsindəki 61.0 kv. metr əlavə inşa edilmiş sahə layihədə göstərilməmişdir. Zirzəmi mərtəbəsində inşa edilən sahə qeyriyaşayış binasının ümumi sahəsinə əlavə olunmamışdır. Cavabdehin imtinası ilə razılaşmır və hesab edir ki, hüququn qeydiyyatından imtina ilə bağlı cavabdehin mövqeyi qanunun tələblərinə əsaslanmır. Qeyri-yaşayış binasına dair tikintiyə icazə, sərəncam qanunauyğun verilmişdir, tikinti obyektinin istismarına icazə isə cavabdehə təqdim olunmuşdur, həmçinin, qeyri-yaşayış binasına dair layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. 17 avqust 2022-ci il tarixdə məhkəməyə cavabdeh inzibati orqanın iddiaya dair **********61 №li xx.xx.2022-ci il tarixli yazılı etirazı daxil olmuşdır. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazında göstərmişdir ki, qeyri-yaşayış binasına dair tikintiyə icazə verilməsi haqqında sərəncam Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir və tikinti obyektinin istismarına icazə təqdim olunmamışdır. Texniki baxış keçirilən zaman iddiaçı tərəfindən təqdim edilən qeyri-yaşayış binasına dair layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, 1-ci mərtəbədə tikilmiş arakəsmələr və zirzəmi mərtəbəsindəki 61.0 kv. metr əlavə inşa edilmiş sahə layihədə göstərilməmişdir. Zirzəmi mərtəbəsində inşa edilən sahə qeyriyaşayış binasının ümumi sahəsinə əlavə olunmamışdır. Bu barədə vətəndaşa **********18 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Göstərilən daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.11.11.5. və 4.11.12.-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də, Əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti səhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyri - yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir. "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması" və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 349 saylı Fərmanı ilə təsdiq edilmiş "Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları" na uyğun tərtib olunmalı, təsdiqlənməli və təqdim edilmiş sənədlər toplusuna əlavə olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23- cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanları nəzərə almaqla iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılması xahiş olunmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək, həmçinin iddaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus “ASAN 1” tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1961-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 27 iyul 2022-ci il tarixli BA-04657-2002-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş aşağıdakı: - Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2014-cü il tarixli 18/03- 8/3086 saylı məktubunda qeyd olunmuşdur ki, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, B-74 saylı razılıq məktubu və vətəndaş İddiaçı müraciətini nəzərə alaraq Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2014-cü il tarixli, 18/03-8/984 saylı məktubu ilə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsinə İİ paralel küçədə ofis və ticarət binasının tikintisinə dair razılaşdırılmış memarlıq-planlaşdırma həlli layihəsinin təqdim olunmuş yeni variantı ("xxxx" MMC-nin işi, memarlar R.Əliyev, P.Abdullayeva) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəyinin alınması şərti ilə razılaşdırılır. Obyektin lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən hazırlanmış işçi layihəsi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsində ekspertiza edildikdən sonra memarlıq-planlaşdırma bölməsi razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır. Sahənin ayrılması və tikintinin aparılması ilə əlaqədar sənədləşdirmə mövcud qanunvericiliyə uyğun müvafiq qaydada aparılmalıdır. Məktuba Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində vətəndaş İddiaçı məxsus iş mərkəzinin Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq olunmuş (razılaşdırılmış) eskiz layihəsi əlavə olunmuşdur. - Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinə ünvanlanmış xx.xx.2014-cü il tarixli məktubu ilə vətəndaş İddiaçı tərəfindən Əhməd Rəcəbli küçəsinə İİ paralel küçədə ofis və ticarət binasının tikintisi məqsədilə icazənin verilməsi üzrə icraat çərçivəsində təqdim edilmiş tikinti layihəsinin yeni variantının Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.5-ci maddəsinə uyğun olaraq, ekspertizadan keçirilməsi üçün adı çəkilən İdarəyə təqdim olunmaqla, tikinti layihəsinin müvafiq qaydada ekspertizadan keçirilməsi və nəticəsinə dair ekspert rəyinin göndərilməsinin təmin olunması xahiş edilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 X3 Ekspertiza Baş İdarəsi tərəfindən Nərimanov rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2014-cü il tarixli xx/xx-02974 №li məktubda göstərilmişdir ki, İddiaçı müraciətinə əsasən Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli B-74 nömrəli məktubu ilə təqdim olunmuş “Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsinə İİ paralel küçəsində ofis və ticarət obyekti”nin layihə sənədlərinə baxılaraq, xx.xx.2014-cü il tarixli 19177 nömrəli rəyi onlara göndərilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 X3 Ekspertiza Baş İdarəsi tərəfindən təsdiq olunmuş Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi İİ paralel küçəsində ofis və ticarət binasına dair xx.xx.2014-cü il tarixli 19177 №-li rəyin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, “Sifarişçi” İddiaçı məxsus (“Layihəçi” "xxxx" MMC) Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi İİ paralel küçəsində ofis və ticarət binasının işçi layihəsi və bu rəyin 4-cü bölməsinin (İşçi layihə Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmalıdır) tələbi yerinə yetirilməklə bütün işlərin icrasının Azərbaycan Respublkasının qanunvericiliyində müəyyənləşdirilmiş qadada həyata keçirilməsi şərti ilə razılaşdırılması barədə rəy verilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 5 №-li sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, vətəndaş N.Y.X7 küçəsinə İİ paralel küçədə öz vəsaiti hesabına, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun ofis və ticarət binasının yeni variantda tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş 20521№-li rəyin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, qeyd olunan rəy İddiaçı Yusif oğluna “Sifarişçi” İddiaçı məxsus (“Layihəçi” "xxxx" MMC ) Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi İİ paralel küçədə ofis və ticarət binası (artılımış hissə)”nın işçi layihəsi və bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılşadırılması barədə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı və surəti Nərimanov rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2015-ci il tarixli 18/03- 8/1382 saylı məktubunda (surətində) qeyd olunmuşdur ki, xx.xx.2015-ci il tarixli daxil olmuş ərizəni nəzərə alaraq, Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2014-cü il tarixli, 18/03-8/3086 saylı məktubu ilə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsinə İİ paralel küçədə ofis və ticarət binasının tikintisinə dair razılaşdırılmış memarlıqplanlaşdırılması eskiz həllinin təqdim olunmuş yeni variantı (“Azərdövlətlayihə” DBLİ-nin işi, memar G.Məmmədova) razılaşdırılır. Obyektin lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən hazırlanmış işçi layihəsi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş idarəsində ekspertiza edildikdən sonra memarlıq-planlaşdırma bölməsi razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır. Sahənin ayrılması və tikintinin aparılması ilə əlaqədar sənədləşdirmə mövcud qanunvericiliyə uyğun müvafiq qaydada aparılmalıdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi “Azərdövlətlayihə” DBLİ tərəfindən təsdiq olunmuş eskiz layihəsinin surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsinə İİ paralel küçədə yerləşən 5 mərtəbəli ofis və ticarət binasına uyğun artırılması nəzərdə tutulan hissənin layihələndirilməsi xx.xx.2015-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır. Qeyd olunan layihədə binanın zirzəmi mərtəbəsi (ölçüləri qeyd olunmaqla) də əks olunmuşdır. “Hüquqi və Fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” 06 sentyabr 2021-ci il tarixli 770 №-li müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, qeyd olunan müqavilə “İcarəyəverən” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə “İcarəçi” İddiaçı Yusif oğlu arasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli 137 nömrəli sərəncamı əsasında ünvan 4 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 701,4 kv. metr torpaq sahəsinin icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilməsinə dair bağlanmışdır. İddiaçı hazırkı tələblə bağlı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsinə İİ paraleldə yerləşən qeyri-yaşayış binası üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli **********18 saylı məktubla bildirmişdir ki, qeyri-yaşayış binasına dair tikintiyə icazə və sərəncam Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir və tikinti obyektinin istismarına icazə təqdim olunmamışdır. Texniki baxış keçirilən zaman tərəflərindən təqdim edilən qeyri-yaşayış binasına dair layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, 1-ci mərtəbədə tikilmiş arakəsmələr və zirzəmi mərtəbəsindəki 61.0 kv. metr əlavə inşa edilmiş sahə layihədə göstərilməmişdir. Zirzəmi mərtəbəsində inşa edilən sahə qeyri-yaşayış binasının ümumi sahəsinə əlavə olunmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2). Həmin Qanunun 4-cü maddəsinə əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu Qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 8.0.9.2-ci və 8.0.10.1-ci maddələrinə əsasən müvafiq olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair- çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: - 74.1-ci maddəsinə görə bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. - 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. “Əsasnamə"nin 3.0.11 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Beləliklə iş materiallarından da göründüyü kimi mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi qanunvericiliyin tələblərinə uyğun olaraq, qeyri-yaşayış obyektinin tikintisi üçün iddiaçının istifadəsinə ayrılmışdır. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən iddiaçıya həmin torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir. İddiaçının qeyd olunan torpaq sahəsində inşa etdirdiyi qeyri-yaşayış sahəsi müvafiq orqanlar tərəfindən istismara yararlı hesab olunmuşdur. Hazırda iddiaçı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq yeni inşa edilmiş daşınmaz əmlaka (qeyri-yaşayış sahəsi) dair mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış imtina bildirişi ilə eyni məzmunlu etirazda qeyd olunan dəlillərə (qeyri-yaşayış binasına dair tikintiyə icazə verilməsi haqqında sərəncamın Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməməsi; texniki baxış keçirilən zaman iddiaçı tərəfindən təqdim edilən qeyri-yaşayış binasına dair layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğu, belə ki, 1-ci mərtəbədə tikilmiş arakəsmələr və zirzəmi mərtəbəsindəki 61.0 kv. metr əlavə inşa edilmiş sahənin layihədə göstərilməməsi; zirzəmi mərtəbəsində inşa edilən sahənin qeyri-yaşayış binasının ümumi sahəsinə əlavə olunmaması, daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi) gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan dəlillər hazırki iddianın təmin olunmaması üçün əsas hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.1-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir. Əsasnamənin 6.8-cı bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. İş materiallarından göründüyü kimi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq iddiaçıya mübahisəli qeyri-yaşayış binasının yeni variantda tikintisinə icazə verilməsi haqqında sərəncam verilərkən, qeyd olunan məsələyə Bakı şəhər İcra Hakimiyyətində baxıldığı, Memarlıq və Şəhərsalma Baş İadrəsinin xx.xx.2014-cü il tarixli, 18/03-8/3086 qeydiyyat nömrəsi ilə razılaşdırıldığı, inşaat işlərinə dair eskiz layihəsinin müvafiq qaydada təsdiq edildiyi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 X3 Ekspertiza Baş İdarəsinin ekspertiza rəyinin rayon icra hakimiyyətinə təqdim olunduğuna istinad olunmuşdur. İddiaçıya məxsus mübahisəli qeyri-yaşayış binasına uyğun artırılması nəzərdə tutulan hissəsinin Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış layihələndirilməsindən də göründüyü kimi, qeyd olunan layihədə binanın zirzəmi mərtəbəsi (ölçüləri qeyd olunmaqla) də əks olunmuşdır. İddiaçıya məxsus mübahisəli qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair onunla müvafiq icra hakimiyyəti orqanı arasında bağlanmış icarə müqaviləsinə əsasən həmin torpaq sahəsi onun qanuni istifadəsinə verilmişdir. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir və cavabdeh inzibati orqan tərəfindən iddiaçının bu barədə müraciətindən imtina olunarkən yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsinə 2-ci paralel küçədə yerləşən qeyri-yaşayış binası üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidr. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsinə 2-ci paralel küçədə yerləşən qeyri-yaşayış binası üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-10217/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10217/2022
24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver