Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1022/2021 09.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı Yakovlevanın, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X5, üçüncü şəxs X23, üçüncü şəxs X3, üçüncü şəxs R.Quliyevin vəkili X4 iştirakı ilə, İddiaçı Yakovlevanın cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X34, X11, X20, Sabri-Tabrizi Gholam- Reza, X38) “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və texniki pasportun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Yakovleva cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X34, X11, X20, Sabri-Tabrizi Gholam-Reza, X38) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə (keçmiş İskra) küçəsi, 40 saylı evin zirzəmisinin sahəsi 11,0 kv.m olan giriş, sahəsi 20,7 kv.m olan, sahəsi 11,2 kv.m olan və 13,6 kv.m olan təsərrüfat sahələrinə və sahəsi 2,6 kv.m olan sanitar qovşağa dair Sabri-Tabrizi Gholam-Rezanın adına 11 aprel 2001-ci il tarixdə aparılmış qeydiyyatın və tərtib edilmiş texniki pasportun və həmin sahələrə dair 15 may 2019-cu il tarixdə X3 və X7 adlarına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və texniki pasportun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahatında bildirdi ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə (keçmiş İskra) küçəsi, 40 saylı evin 2 otaqlı mənzilində 1965-ci ildən yaşayır. Göstərilən tikili əvvəllər onun həyat yoldaşının validyenlərinin mülkiyyətində olmuş və bina yaşayış sahəsindən və zirzəmidən ibarət olmuşdur. Həmin mənzilə dair 09 aprel 1996-cı il tarixdə onun adına şəxsi mülkiyyətində olan mənzilin texniki pasportu tərtib edilmişdir. Göstərilən mənzilin ümumi sahəsi 49,4 kv.m olmaqla göstərilən mənzil 03 may 1996-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınaraq 03 may 1996-cı il tarixdə adına seriya MH, №012423 saylı qeydiyyat vəsiqəsi (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) verilmişdir. X42 Respublikasından olan Sabri-Tabrizi Gholam-Reza həmin evin qonşuluğundan bir otaqlı mənzil almış və həmin mənzildə yaşamışdır. Yasamal rayon İHB-nin 239 saylı, 04 aprel 2000-ci il tarixli sərəncamının birinci bəndi ilə Ə.Hüseynzadə küçəsi 40 saylı evdə yaşayan X43 Təbriziyə yaşadığı evin ikinci mərtəbəsində mənzilin qarşısında aşağı mərtəbənin damı üzərində 4,35 x 5,0 metr ölçüdə yüngül konstruksiyalı talvar quraşdırılmasına icazə verilmişdir. Yasamal rayon İHBnin 505 saylı, 04 iyul 2000-ci il tarixli sərəncamı ilə Yasamal rayon İHB-nin 239 saylı, 04 aprel 2000-ci il tarixli sərəncamının birinci bəndi aşağıdakı kimi hesab edilmişdir - Ə.Hüseynzadə küçəsi 40 saylı evdə yaşayan X43 Təbriziyə yaşadığı evin ikinci mərtəbəsində mənzilin qarşısında aşağı mərtəbənin damı üzərində 113,0 kv.m sahədə yüngül konstruksiyalı talvar quraşdırılmasına icazə verilmişdir. Sabri-Tabrizi Gholam- Rezanın adına 11 aprel 2001-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə (keçmiş İskra) küçəsi, 40 saylı evə dair texniki pasport tərtib edilmişdir. Göstərilən texniki pasportun tərtib edilməsi əsası kimi Sabri-Tabrizi Gholam-Rezaya aid 06 mart 1999-cu il tarixli qeydiyyat vəsiqəsinə və Yasamal rayon İHB-nin 04 iyul 2000-ci il tarixli, 505 saylı sərəncamına istinad edilmişdir. Azərbacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 10 oktyabr 2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi, 40 ünvanında yerləşən zirzəmi sahəsinin icarəyə verilməsi və ya özəlləşdirilməsi ilə bağlı komitədə hər hansı əqd bağlanmamışdır. Yasamal rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 30 oktyabr 2019-cu il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən ev ünvan 2 nömrəli, 10 may 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən əmlak X16 mülkiyyətinə 04.06.2018-ci il tarixdə verilmişdir. Azərbacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 16 oktyabr 2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi, 40 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (zirzəminin) dövlət reyestrində qeydiyyatdan keçiməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair notariat işindən görünür ki, 14 saylı notariat kontorunun 4ə-895 reyestr nömrəli 01 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 127,8 kv.m yaşayış sahəsinin 1/2 hissəsi (63,9 kv.m) X12, həmçinin 4ə-895 reyestr nömrəli 01 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 127,8 kv.m yaşayış sahəsinin 1/2 hissəsi (63,9 kvm) X3 adına 16 oktyabr 2018-ci il tarixdə rəsmiləşdirilmişdir və hazırda mülkiyyətindədir. 15 may 2019-cu il tarixdə X3 və başqasının adına Bakı şəhəri, Yasamal rayonu, Ə. Hüseynzadə küçəsi, 40 saylı evə dair texniki pasport tərtib edilmişdir. Göstərilən texniki pasportda iki mərtəbəli binanın zirzəmisi də əks olunmuşdur. Göstərilən 15 sentyabr 2019-cu il tarixli texniki pasporta əlavə edilmiş iki mərtəbəli binanın zirzəmisinin 20,7 kv.m anbar, 11,2 kv.m köməkçi otaq, 13,6 kv.m köməkçi otaq, 2,6 kv.m sanitar qovşağı, 11,0 kv.m dəhliz kimi göstərilməsi əsassızdır. Belə ki, X11 və X20 hazırda onların mülkiyyətlərində olan hissələri hər biri 63,9 kv.m ölçüdə X13 almışlar. X24 isə göstərilən evin zirzəmisinin 20,7 kv.m anbar, 11,2 kv.m köməkçi otaq, 13,6 kv.m köməkçi otaq, 2,6 kv.m sanitar qovşağı, 11,0 kv.m dəhliz kimi göstərilən hissələrini inşa etməmişdir. Odur ki, işin bu cür halında göstərilən evin zirzəmisinin 20,7 kv.m anbar, 11,2 kv.m köməkçi otaq, 13,6 kv.m köməkçi otaq, 2,6 kv.m sanitar qovşağı, 11,0 kv.m dəhliz kimi göstərilən hissələri X3 adına tərtib edilmiş 15 sentyabr 2019-cu il tarixli texniki pasportda əks oluna və R.Quliyevin adına tərtib olunmuş texniki pasporta daxil edilə bilməz. Beləliklə, Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə (keçmiş İskra) küçəsi, 40 saylı evin zirzəmisinin 20,7 kv.m anbar, 11,2 kv.m köməkçi otaq, 13,6 kv.m köməkçi otaq, 2,6 kv.m sanitar qovşağı, 11,0 kv.m dəhliz adı ilə olan hissəsinin X3 və X7 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-8.0.12-ci maddələrində sadalanan əsaslardan hər hansı biri olmadığından həmin hissələrin X3 və X7 və adlarına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı çıxarılmalıdır. İddiaçı cavabdehlər Sabri- Tabrizi Gholam-Rezaya, X6 və X12 qarşı “çıxarışın və texniki pasportun qismən etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında cavabdeh Sabri-Tabrizi Gholam-Rezaya məxsus 11 aprel 2001-ci il tarixli texniki pasportda və cavabdehlər X6 və X12 məxsus 127,8 kvm ümumi sahədən onlara məxsus **********68-15101- 093004 reyestr, ********** və ********** qeydiyyat nömrəli, 16 oktyabr 2018-ci il tarixli reyestrdən çıxarışa və 15 sentyabr 2019-cu il tarixli texniki pasporta əlavə edilmiş iki mərtəbəli binanın zirzəmisinin 20,7 kv.m anbar, 11,2 kv.m köməkçi otaq, 13,6 kv.m köməkçi otaq, 2,6 kv.m sanitar qovşağı, 11,0 kv.m dəhliz adı ilə olan hissəsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-5850/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1621/2020 saylı, 02 mart 2020-ci il tarixli qərardadı ilə İddiaçınm apellyasiya şikayəti qismən təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 2(004)- 5850/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməsi və İddiaçı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Bundan sonra 27 fevral 2020-ci il tarixdə Azərbacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edilərək, Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə (keçmiş İskra) küçəsi, 40 saylı evin zirzəmisinin 20,7 kv.m anbar, 11,2 kv.m köməkçi otaq, 13,6 kv.m köməkçi otaq, 2,6 kv.m sanitar qovşağı, 11,0 kv.m dəhliz adı ilə olan hissələrinin X3 və X7 adlarına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının çıxarılması xahiş olunmuş, lakin nəticəsi olmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahatında əlavə olaraq bildirdi ki, qeyd olunan zirzəmi uzun müddətdir iddiaçının istifadəsindədir. Lakin sonradan zirzəmini iddiaçının xəbəri olmadan ələ keçirmişlər. İddiaçının mülkiyyət hüquqlarına toxunduğundan hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün iddiaçının subyektiv hüququ vardır. Mülkiyyət hüquqlarına toxunulan istənilən şəxsin əsassız qeydiyyatı mübahisələndirmək hüququ vardır. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 02 mart 2020-ci il tarixli qərardadında hazırki iddia tələbinin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı müəyyən edilmiş və iddiaçıya inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bu səbəbdən də hazırki iddia tələbinə inzibati məhkəmədə baxılmalıdır və inzibati məhkəməyə də müraciət edilmişdir. İddianın mümkün hesab edilməsini xahiş etmişdir. Hesab edir ki, iddia mümkün sayılmalıdır. İddia tələbi əsaslıdır, iddia tələbini müdafiə edir, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə etdiyini və vəkilinin izahatında bildirdikləri ilə razı olduğunu bildirərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X17 izahatında bildirdi ki, ünvan 3 ünvanında yerləşən mənzil 25.02.1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X15 adına qeydiyyatdan keçmişdir. Daha sonra Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 373 nömrəli 19.04.1999-cu il tarixli sərəncamına əsasən ünvan 5 evdə sahəsi 66.1 kv.m olan zirzəmi həmin evdə yaşayan X18 yardımçı otaq verilmişdir. Həmin mənzil 10.05.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən X31 adına qeydiyyatdan keçmişdir, 01.10.2018-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən isə mənzilin 1/2 hissəsi X7 adına və 1/2 hissəsi X3 adına qeydiyyatdan keçmişdir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması zamanı hər hansı qanunsuzluğa yol verilməmişdir. İddiaçının ümumiyyətlə mübahisələndirilən zirzəmiyə hər hansı hüququnun olmasını təsdiq edən sübutları iddiaçı məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X34 izahatında bildirdi ki, qeyd olunan zirzəmi iddiaçıya məxsusdur. Zirzəminin başqa şəxsin adına qeydiyyatdan keçməsi iddiaçının mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən də iddia mümkün hesab edilməlidir. İddia tələbi əsaslıdır, iddia tələbini müdafiə edir, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X11 izahatında bildirdi ki, mübahisələndirilən zirzəmi Sabri-Tabrizi Gholam-Rezaya 20 ildən artıq müddətdir məxsus olmuşdur. Texniki pasportdan da görünür ki, həmin zirzəmi Sabri-Tabrizi Gholam-Rezanın adına 1999-cu il tarixdən rəsmiləşdirilmişdir. 25 fevral 1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 5 ev Sabri-Tabrizi Gholam-Rezanın adına qeydiyyatdan keçmişdir və Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 373 nömrəli 19.04.1999-cu il tarixli sərəncamına əsasən ünvan 5 evdə sahəsi 66.1 kv.m olan zirzəmi həmin evdə yaşayan Sabri-Tabrizi Gholam-Rezaya yardımçı otaq verilmişdir. Həmin sərəncamda göstərilir ki, qonşunun zirzəminin verilməsinə etiraz etmir. Həmin vaxtdan 22 il vaxt keçmiş, İddiaçı heç bir orqana sərəncamın və texniki pasportun, çıxarışın ləğv olunması barədə müraciət etməmişdir. 01.10.2018-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən mənzilin 1/2 hissəsi X7 adına və 1/2 hissəsi onun adına qeydiyyatdan keçmişdir. Həmin vaxtdan mübahisələndirilən zirzəmi daxil olmaqla, mənzil onların mülkiyyətindədir. İddiaçı mübahisələndirdiyi zirzəmiyə dair heç bir hüquqmüəyyənedici sənədi yoxdur. İddiaçının ümumiyyətlə mübahisələndirilən zirzəmiyə hər hansı hüququnun olmasını təsdiq edən sübutları iddiaçı məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs R.Quliyevin vəkili X14 izahatında bildirdi ki, 01.10.2018-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən ünvan 5 evin 1/2 hissəsi X7 adına və 1/2 hissəsi X3 adına qeydiyyatdan keçmişdir. Həmin vaxtdan mübahisələndirilən zirzəmi daxil olmaqla, mənzil onların mülkiyyətindədir. İiddiaçının mübahisələndirilən zirzəmiyə hər hansı hüququnun olmasını təsdiq edən sübutları iddiaçı məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xdmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 10.06.2021-ci il tarixli **********23 nömrəli məktubda qeyd olunur: ünvan 5 ünvanında yerləşən mənzilə və zirzəmiyə dair sənəd surətlərinin verilməsinə dair müraciətinizə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, ünvan 3 ünvanında yerləşən mənzil 26.04.1994-cü il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir. 12 saylı DNK-nın 3M-kn-1518 reyestr nömrəli 02.08.1994-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X21 adına qeydiyyatdan keçmişdir. 38 saylı DNK-nın 3/M-A3-404 reyestr nömrəli 07.05.1997-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X8 adına qeydiyyatdan keçmişdir. 5 saylı DNK-nın 3M-A-14 reyestr nömrəli, 25.02.1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X15 adına qeydiyyatdan keçmişdir. Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 373 nömrəli 19.04.1999-cu il tarixli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küşəsi, 40 saylı evdə sahəsi 66,1 kv.m olan zirzəmi həmin evdə yaşayan X18 yardımçı otaq verilmişdir. 31 saylı DNK-nın 4Ə-84 reyestr nömrəli 10.05.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən X33 adına qeydiyyatdan keçmişdir. 14 saylı DNK-nın 4Ə-895 reyestr nömrəli, 01.10.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzilin 1/2 hissəsi X7 adına qeydiyyatdan keçmişdir. 14 saylı DNK-nın 4Ə-896 reyestr nömrəli, 01.10.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzilin 1/2 hissəsi X3 adına qeydiyyatdan keçmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 10.06.2021-ci il tarixli **********23 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, 25.02.1999-cu il tarixli müqavilyə əsasən X22 ona məxsus olan Bakı şəhəri, İskra küçəsi, 40 nömrəli evi (ümumi sahə 34,5 kv.m, yaşayış sahəsi 24,5 kv.m) X39 Rezaya satmışdır. Həmin sənədlərdə olan Yasamal Rayon İcra Hakimiyyətinin 19.04.1999-cu il tarixli 373 nömrəli sərəncamına əsasən Ə.Hüseynzadə küşəsi, 40 saylı evdə sahəsi 66,1 kv.m olan zirzəmi həmin evdə yaşayan X43 Təbriziyə yardımçı otaq kimi verilmişdir. Həmin sənədlərdə olan Bakı şəhəri, İskra (Ə.Hüseynzadə) küçəsi, 40 nömrəli evə dair X39 Rezanın adına 07.05.1999-cu ildə tərtib edilmiş texniki pasportda həmin zirzəmi mənzilin sahəsi olaraq mənzilin digər sahələri ilə birlikdə əks olunmuşdur. Daha sonra 10.05.2018-ci il tarixli Daşınmaz əmlakın öağışlanması müqaviləsinə əsasən X9 məxsus olan Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi, 40 nömrəli evi X37 bağışlamışdır, X38 isə 01.10.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli və 01.10.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən ona məxsus olan Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi, 40 nömrəli eviin (ümumi sahəsi 127,8 kv.m) müvafiq olaraq 1/2 hissəsini X12 (63,9 kv.m) və 1/2 hissəsini X6 (63,9 kv.m) satmışdır. Həmin sənədlərdə olan Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi, 40 nömrəli evə dair X11 və başqasının adına 15.05.2019-cu ildə tərtib edilmiş texniki pasportda da həmin zirzəmi mənzilin sahəsi olaraq mənzilin digər sahələri ilə birlikdə əks olunmuşdur. Göründüyü kimi, mübahisələndirilən zirzəmi qeyri-yaşayış sahəsi kimi ayrıca olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, Yasamal Rayon İcra Hakimiyyətinin 19.04.1999-cu il tarixli 373 nömrəli sərəncamına əsasən həmin evdə (Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi, ev 40) yaşayan Sabri-Tabrizi Gholam-Rezaya yardımçı otaq kimi verilmişdir və bundan sonra ona məxsus olan Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi, 40 nömrəli evin ümumi sahəsi kimi qeydiyyata alınmışdır. Hazırda isə həmin evin 1/2 hissəsi X7, digər 1/2 hissəsi X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Qeyd olunan qərardakı hüquqi mövqeyə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. İddia ərizəsindən görünür ki, iddiaçı ünvan 5 evin zirzəmisinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsini tələb edir. İş materiallarında olan sənədlərdən görünür ki, mübahisələndirilən zirzəmi Sabri-Tabrizi Gholam-Rezaya yardımçı otaq kimi verilmişdir və bundan sonra ona məxsus olan Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi, 40 nömrəli evin ümumi sahəsi kimi qeydiyyata alınmışdır, hazırda isə həmin evin 1/2 hissəsi X7, digər 1/2 hissəsi X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. İddiaçı qeyd olunan zirzəmiyə dair hər hansı hüquqa malik olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilmədi. Belə olan halda iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Bundan başqa, iddiaçı Z.X1 və X7 adlarına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı mübahisələndirir. Lakin «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 №-li Qərarının 17-ci bəndindən də göründüyü kimi, bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddiaçının mübahisələndirdiyi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdin - X38 ilə X20 və X11 arasında imzalanmış 01.10.2018-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqavilələrinin əsasında aparılmışdır. Belə olan halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın aparılmasının əsasını təşkil etmiş müqavilələr mübahisələndirilməlidir. İddiaçı tərəfindən qeyd olunan alqı-satqı müqavilələri mübahisələndirilə bilər, həmin məsələlərin araşdırılması isə ümumi məhkəmələrin səlahiyyətlərinə aiddir, həmin məsələlər mülki məhkəmə icraatı qaydasında araşdırılmalıdır. Göstərilənlərə əsasən hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 №-li Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 54, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1022/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1022/2021
09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver