Məhkəmə qərarları › İş №2-1(112)-1022/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1022/2022

27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1022/2022 27.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin N5.04.N0NN-ci il tarixli imtinasını qanunsuz və əsassız hesab edərək ona “Müharibə veteranı adının və vəsiqəsinin” verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçı xx.xx.N975-ci ildə Ermənistan Respublikasının Mehri rayonunda anadan olmuşdur. İddiaçı N0 oktyabr N993-cü ildə Bakı şəhəri Səbail rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, xidmət etmək üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmişdir. İddiaçı N0.N0.N993-cü ildən N4.07.N996-cı ilədək xidmət etmiş, N nömrəli hərbi hissə komandirinin N0.N0.N993-cü il tarixli 53 saylı əmri ilə şəxsi heyətin siyahısına daxil edilmiş, N nömrəli hərbi hissə komandirinin NN.0N.N994-cü il tarixli NN saylı əmri ilə xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə göndərilmişdir. İddiaçı N saylı hərbi hissədə xidmətdə olarkən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda N nömrəli hərbi hissənin tərkibində aparılan döyüş əməliyyatlarında iştirakını təsdiq edən sənədləri toplayaraq bir neçə dəfə Səbail rayon Hərbi Komissarlığına müraciətlər etmişdir, lakin onun müraciətlərinə heç bir cavab verilməmişdir. Sonuncu dəfə iddiaçıya Hərbi Komissarlığından N996-cı ildə hərbi hissəni özbaşına tərk etdiyi və bu səbəbdən onun barəsində cinayət işi olduğundan ona veteran adının və vəsiqəsinin verilməsinin mümkünsüz olduğunu və bununla bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməsini bildirdirmişlər. İddiaçı onlara N996-cı ildə hərbi hissəni tərk etmək deyil, xəstəliyi ilə əlaqədar hərbi hissəyə qayıtmadığını, eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin NN.09.N995-ci il tarixli NN6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və şərtləri” haqqında Əsasnamənin N-ci bölməsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın NN-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində döyüş əməliyyatlarında iştirak etdiyini, onun hərbi hissəni tərk etmə müddətinin NN may N994-cü ildən (atəşkəsdən) sonrakı N996-cı ilə təsadüf edildiyini və Fizuli Hərbi Prokurorunun N6.05.N004-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsinə dair” qərarı ilə Milli Ordu sıralarında bir il altı aydan artıq müddətə xidmət etdiyi, xidmətdə olarkən Respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi üçün cinayət məsuliyyətindən azad olduğunu demiş, amma buna baxmayaraq, veteranlığın verilməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin müvafiq komissiyasına müraciət etməsini bildirmişlər. İddiaçının cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətə cavab olaraq N5.04.N0NN-ci il tarixli 9480 nömrəli imtina məktubu verilərək guya Mərkəzi Arxiv tərəfindən verilmiş arayışa əsasən hərbi xidməti tam (N994-cü il tarixdə müalicədən sonra N saylı hərbi hissəyə xidmət yerinə qayıtmadığı və N8.03.N996-cı il tarixdə N nömrəli hərbi hissəyə daxil olmağı) təsdiqlənmədiyindən ona veteran adının və vəsiqəsinin verilməsinin mümkünsüz olduğunu göstərmişlər. Cavabdeh tərəfindən verilən imtina məktubunda göstərilən faktların heç biri həqiqəti əks etdirmir. Səbail rayon Hərbi Komissarlığı üzrə keçmiş hərbi qulluqçuların xidmət müddətinin dəqiqləşdirilməsi və onlara “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə göndərilmiş sorğu əsasında verilmiş siyahıda göstərilmişdir ki, iddiaçı N0.N0.N993-cü ildən N0.0N.N994-cü ilədək N saylı hərbi hissədə, NN.0N.N994-cü ildən N8.03.N996-cı ilədək N saylı hərbi hissədə, N8.03.N996cı ildən N4.07.N996-cı ilədək isə 70N saylı hərbi hissələrdə hərbi xidmətdə olmuşdur. Səbail RHK-nın sorğusu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş siyahıda iddiaçının 877, N7N və 70N saylı hərbi hissələrdə olduğu göstərilsə də, lakin onun müraciəti və eyni zamanda cavabdehin sorğusu əsasında 04.03.N0NN-ci il tarixdə Arxiv İdarəsi tərəfindən verilən arxiv arayışında onun N994-cü il tarixdə müalicədən sonra N saylı hərbi hissəyə xidmət yerinə qayıtmadığı və N8.03.N996-cı il tarixdə N nömrəli hərbi hissəyə daxil olmasının təsdiqlənmədiyi göstərilmişdir. Səbail rayon Hərbi Kommisarlığı tərəfindən verilmiş N9.05.N009-cu il tarixli 80 nömrəli arayışından və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin Səbail RHK tərəfindən verilmiş sorğu əsasında təqdim edilmiş siyahısından və 04.03.N0NN-ci il tarixli 9/N-N9N5 nömrəli arxiv arayışından görünür ki, iddiaçı N0.N0.N993-cü ildən N4.07.N996-cı il tarixinədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmişdir. İddiaçının göstərdiyi tarixlər üzrə hərbi hissələrdə xidmət etməsi ilə bağlı qeydlər ardıcıl olaraq hərbi biletində öz təsdiqini tapmışdır. Həmçinin, Fizuli Hərbi Prokurorluğunun N6.05.N004-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında da göstərilmişdir ki, İddiaçı N0.N0.N993-cü ildə Səbail RHK tərəfindən hərbi xidmətə çağırılmış, xidmət etmək üçün N saylı hərbi hissəyə göndərilmiş, N0.N0.N993-cü il tarixli 53 saylı əmri ilə şəxsi heyətin siyahısına daxil edilmişdir. Komandirin NN.0N.N994-cü il tarixli NN saylı əmri ilə xidmətini davam etdirrmək üçün N saylı hərbi hissəyə göndərilmiş, N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. N4.07.N996-cı il tarixdə hərbi hissəni özbaşına tərk etməsi ilə bağlı Fizuli Hərbi Prokurorluğunun N6.05.N004-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında qeyd olunur ki, NN.0N.N994-cü ildən N8.03.N996-cı ilədək N saylı hərbi hissədən xidmətdə olduğu müddət ərzində aldığı güllə yarasının nəticəsində sağ və sol budundan yaralanmışdır, aldığı yara onun sağlamlığına ciddi təsir etdiyindən N996-cı ilin mart ayında xidmətini davam etdirmək üçün 70N saylı hərbi hissəyə göndərilmişdir. 70N saylı hərbi hissə komandirinin N8.03.N996-cı il tarixli N saylı əmrilə hərbi hissəyə qəbul edildikdən sonra xidmətdə olarkən iddiaçının aldığı güllə yarasının fəsadları sağlamlığına ciddi təsir etdiyindən iddiaçını müalicə olunması üçün Müdafiə Nazirliyinin Gəncədə yerləşən Hərbi Hospitalına yerləşdirmişlər. İddiaçı uzun müddət hospitalda müalicə aldıqdan sonra Hərbi Hospitalın rəyi əsasında hərbi xidmətdən tərxis olunmuş, amma buna baxmayaraq, o dövrdə hərbi hissə komandirlərinin səhlənkarlığı və özbaşınalığı nəticəsində iddiaçı hərbi hissəni tərk etmiş kimi qeydiyyata alınmışdır. İddiaçının N4.07.N996-cı ildə hərbi hissəni tərk etməsi ona veteran adının və vəsiqəsinin verilməsini qəti istisna etmir. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN.09.N995-ci il tarixli NN6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və şərtləri” haqqında Əsasnamənin N-ci bölməsinə əsasən N-ci Qarabağ müharibəsi dövrü, yəni Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlər olan dövr N988-ci il fevralın N-dən N994-cü il mayın NN-dək olan müddət hesab olunur. İddiaçı N saylı hərbi hissənin tərkibində NN.0N.N994-cü ildən N8.03.N996-cı ilədək, yəni döyüşlərin getdiyi zaman və atəşkəsin olduğu N0 may N994-cü il ərzində N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin N8.07.N006-cı il tarixli N74 nömrəli qərarında göstərilmişdi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və xidməti yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci ilin sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barəsində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N8.07.N006-cı il tarixli N74 nömrəli qərarında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və xidməti yerini özbaşına tərk etməyə, fərariliyə hərbi hissəni və xidməti yerini özbaşına tərk etməyə və fərariliyi olan şəxslərə veteran adı və müvafiq vəsiqəsinin verilmədiyi göstərilir. X4 arayışından, Səbail rayon Hərbi Komissarlığının arayışlarından və ən əsası iddiaçının hərbi biletində göstərilən qeydlərdən görünür ki, o, NN.0N.N994-cü ildən N8.03.N996-cı ilədək N nömrəli hərbi hissədə xidmət edərək döyüş əməliyyatlarında iştirak etmişdir. Ona veteran adının və müvafiq vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə verilən xidmət etdiyi hərbi hissələr haqqında sübutlar müdafiə nazirliyi tərəfindən araşdırılmadan, eyni zamanda hüquqi qiymət verilmədən imtina verilməsi qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 7 aprel N006-cı il tarixli 90-İİİQD №-li Qanunu ilə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin N5 aprel N006-cı il tarixli 396 №-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün NN sentyabr N995-ci il tarixli NN6 №-li Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin N-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, «N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin N-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İddia tələbi əsassızdır. Mərkəzi Arxivin N8.0N.N0NN-ci il tarixli 9/N-N600 nömrəli arayışına əsasən İddiaçı hərbi xidməti tam (N994-cü il tarixdə müalicədən sonra N nömrəli hərbi hissəyə xidmət yerinə qayıtmağı və N8.03.N996-cı il tarixdə N nömrəli hərbi hissəyə daxil olması) təsdiqlənmədiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Buna görə də Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın qərarı əsaslı olmuşdur. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (təxris olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN.09.N995-ci il tarixli NN6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış N5.04.N0NN-ci il tarixli məktubunda qeyd olunur: Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk kı. Sizə “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komıssiya»nın N4.04.N0NN-cı il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin N8.0N.N0NN-ci il tarixli 9/N-N4N6 nömrəli və 30.03.N0NN-ci il tarixli 9/N-N600 nömrəli arayışlarına əsasən hərbi xidmətiniz tam (N994-cü il tarixdə müalicədən sonra N nömrəli hərbi hissəyə xidmət yerinə qayıtmağınız və N8.03.N996-cı ıl tarixdə N nömrəli hərbi hissəyə daxil olmağınız) təsdiqlənmədiyinə görə X5 adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında" Qanunun N4.0.8-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 30.03.N0NN-ci il tarixli 9/N-N600 saylı məktubunun surətindən görünür ki, 70N №-li hərbi hissə komandirinin N8.03.N996-cı il tarixli 88 №-li əmrində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır, 70N №-li hərbi hissə komandiri tərəfindən N8.03.N996-cı il tarixdə 94 №-li əmr verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin N8.0N.N0NN-ci il tarixli 9/N-N4N6 saylı məktubunun surətindən görünür ki, 70N №-li hərbi hissə komandirinin yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır, 70N №-li hərbi hissədə xidmət dövrləri (ay və il) dəqiq göstərilmədiyi üçün İddiaçı xidməti barədə araşdırma apara bilməmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 04.03.N0NN-ci il tarixli 9/N-N9N5 saylı arxiv arayışından görünür ki, İddiaçı Səbail RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin N0 oktyabr N993-cü il tarixli 53 №-li əmrilə (əsas: § N, sıra NN7, səh. 66, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) hərbi hissənin tərkibinə daxil edilməklə hər cür təminatlarla təmin edilərək 3cü MAT-a təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin NN yanvar N994-cü il tarixli N8 №-li əmrilə İddiaçı (əsas: § 5, sıra N7N, səh 6N, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N7N №li hərbi hissənin sərəncamına göndərilmişdir. N №-li hərbi hissədən göndərilmiş, sıravi İddiaçı N7N №-li hərbi hissə komandirinin NN yanvar N994-cü il tarixli N №-li əmrilə (əsas: § 5, sıra 80) bütün növ təminatlarla təmin edilərək baş atıcı vəzifəsinə təyin olunmuşdur. N7N №-li hərbi hissə komandirinin N0 mart N994-cü il tarixli 49 №-li əmrilə sıravi İddiaçı (əsas: § 5, sıra 8, əmrdə vəzifəsi göstərilməmişdir) yaralandığı üçün hərbi hospitala müalicəyə göndərilərək NN.03.N994-cü il tarixdən qazan təminatından çıxarılmışdır. Əvvəllər hərbi hissəni özbaşına tərk etmiş, Səbail RHK-nın çağırışçısı, N975-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 30.0N.N996-cı il tarixli müvafiq əmrinə əsasən N7N №-li hərbi hissə komandirinin N7 mart N996-cı il tarixli 9N №-li əmrilə (əsas: § N0, sıra 509, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. 70N №-li hərbi hissə komandirinin mart, iyul N996-cı il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən N8.0N.N0NN-ci il tarixli 9/N- N4N6 №-li məktubla Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya cavab göndərilmişdir. İş materiallarında olan iddiaçıya məxsus AO serialı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 334.N-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Milli Ordu sıralarında bir il altı aydan artıq müddətə xidmət etməsi, Respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi nəzərə alınaraq və şəraitin dəyişməsi ilə əlaqədar CPM-nin 40.N.3. və NNN-ci maddələrinin tələblərinə əsasən Füzuli hərbi prokurorunun N6.05.N004-cü il tarixli qərarı ilə barəsində cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş NN.NN.N0NN-ci il tarixli Tələbnamədən görünür ki, İddiaçı əvvəllər məhkum olunmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Prokurorluğu Füzuli Hərbi Prokurorluğu tərəfindən Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış 30.NN.N0NN-ci il tarixli məktuba əlavə edilmiş Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin N4.04.N004-cü il tarixli N6/N-N0N7 saylı məktubunun təsdiq edilmiş surətindən görünür ki, N0.N0.N993-cü il tarixdə Səbail RHK-dan həqiqi hərbi xidmətə çağırılmış N975-ci il təvəllüdlü İddiaçı N saylı hərbi hissə komandirinin N0.N0.N993-cü il tarixli 53 saylı əmrilə şəxsi həyət siyahısına daxil edilmiş və xidməti davam etmək üçün komandirin NN.0N.N994-cü il taixli NN saylı əmrilə N saylı hərbi hissəyə göndərilmişdir. N saylı hərbi hissədən gəlmiş sıravi İddiaçı N saylı hərbi hissə komandirinin NN.0N.N994-cü il tarixli N saylı əmrilə hərbi hissəyə qəbul edilmiş və xidməti davam etmək üçün komandirin N7.03.N996-cı il tarixli 9N saylı əmrilə 70N saylı hərbi hissəyə göndərilmişdir. N saylı hərbi hissədən gəlmiş sıravi İddiaçı 70N saylı hərbi hissə komandirinin N8.03.N996-cı il tarixli N saylı əmrilə hissəyə daxil edilmiş və komandirin N4.07.N996-cı il tarixli N89 saylı əmrilə təminat növlərindən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən 07.05.N0NN-ci il tarixli NN/N579 saylı məktubdan görünür ki, İddiaçı müalicədən sonra xidməti yerinə qayıtmaması qanuni əsaslarla ehtiyata buraxılması anlayışını ehtiva etmir. Yəni, iddiaçı müayinə və müalicə tədbirləri yekunlaşdıqdan sonra xidməti yerinə qayıtmalı və qanunla müəyyən edilmiş əsaslarla ehtiyata buraxılmalı idi. Bununla da iddiaçıya Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası” N5.04.N0NN-ci il tarixli qərarı ilə əsaslı olaraq müharibə veteranı vəsiqəsinin verilməsi imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr N995-ci il tarixli NN6 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci hissəsinin 8-ci abzasına əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın NN-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il NN may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji XN Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin hissənin qeydində göstərilir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin qeydində göstərilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. İddiaçı ona «Müharibə Veteranı» adı və vəsiqəsinin verilməsini tələb edir. Lakin iş materiallarında olan sənədlər əsasında iddiaçının hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması öz təsdiqini tapmadı. İddiaçı qeyd olunan hallarla əlaqədar sübutları məhkəməyə təqdim edə bilmədi. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin arxiv arayışından və məhkəmə iclasında araşdırılmış digər sübutlardan görünür ki, iddiaçı hərbi hissəni özbaşına tərk etmişdir, eləcə də iddiaçının hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması barədə məlumatlar aşkar olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Ona görə də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N.N.N-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 5N-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N, 33, 5N, 58.N, 68, 69, 75.4, 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar