Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10226/2022 25.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı doğum akt qeydinin bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçı X1 xx xxxxxx 1964-cü il tarixində Ermənistan Respublikası, Basarkeçər rayonunda anadan olması barədə doğum akt qeydinin bərpası və ona uyğun olaraq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonunda doğulmuşdur. Hal-hazırda doğum haqqında şəhadətnaməsindəki adı ilə şəxsiyyət vəsiqəsindəki adı düzgün gəlmədiyi üçün doğum haqqında şəhadətnamədə dəyişiklik üçün 1 saylı Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin bu zaman qeydiyyat şöbəsində bildirilmişdir ki doğum haqqında Şəhadətnamədəki möhür tam deyil ona görə də ona 02 iyun 2022-ci il tarixli imtina verilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Hal-hazırda başqa bir əlavə üsul olmadığına görə və gələcəkdə özünün və övladlarının bu səbəbdən əlavə əziyyət çəkməmələri üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Bakı şəhəri Cavabdeh məktubla məhkəməyə müraciət edərək inzibati işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuşdur. - Ermənistan SSR Basarkeçər rayonu Tsovak kənd sovetliyi tərəfindən verilmiş İ-ЗЖ 690475 №-li, xx.xx.1964-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3, anası X6 olan X5 xx.xx.1964-cü ildə Ermənistan SSR Basarkeçər rayonu, Kərkibaş kəndində doğulmuşdur. Bu barədə 1964-cü ilin 2-ci ayının 15-ci günündə 17 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* №-li arayışdan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Vətəndaşliq Vəziyyəti Aktlarinin Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/2-5625/13 №-li məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı Akif Əhmədovla nikahının, habelə Sevinc və Səbinə adlı övladlarının doğumunun qeydə alınmasına dair məlumatlar müəyyən edilmişdir. Bununla bağlı müvafiq akt qeydlərinin kserosurəti təqdim olunur. Eyni zamanda bildirilir ki, Ermənistan Respublikasında qeydə alınmış vətəndaşlıq vəziyyəti aktları Xidmətin və qeydiyyat şöbələrinin arxivlərində saxlanılmır və bu səbəbdən Ermənistan Respublikasının Basarkeçər rayonunda doğulmuş və doğumu orada qeydə alınmış İddiaçı doğumu haqqında akt qeydinin kserosurətinin təqdim edilməsi mümkün deyildir. Həmçinin qeyd edilir ki, Xidmətin arxivində yalnız qeydiyyat orqanları tərəfindən tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinin birinci nüsxəsi saxlanılır. Bununla yanaşı məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 12 fevral 2016-cı il tarixli 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimafın 15 nömrəli əlavəsinə uyğun olaraq qeydiyyat şöbələrində doğumun dövlət qeydiyyatına alınması haqqında ərizə və ona əlavə edilən digər sənədlərin saxlanma müddəti 1 (bir) il, nikaha daxil olmaq haqqında ərizələr və ərizələrə əlavə edilən digər sənədlərin isə saxlanma müddəti 5 (beş) ildir. - Həmin məktuba əlavə edilmiş xx.xx.1982-ci il tarixli, 771 №-li nikahın bağlanması haqqında akt qeydinin surətindən görünür ki, xx.xx.1954-cü il təvəllüdlü X14 ilə xx.xx.1964-cü il təvəllüdlü X5 arasında xx.xx.1982-ci il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra qadına Əhmədova soyadı verilmişdir. - Həmin məktuba əlavə edilmiş xx.xx.1988-ci il tarixli, 1294 №-li doğum haqqında akt qeydinin surətindən görünür ki, atası X14, anası İddiaçı Məhərləm qızı olan X10 13 avqust 1988-ci ildə Bakı şəhərində anadan olmuşdur. - Həmin məktuba əlavə edilmiş xx.xx.1992-ci il tarixli, 3208 №-li doğum haqqında akt qeydinin surətindən görünür ki, atası X14, anası İddiaçı olan Nümayəndə xx xxxxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. - Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 sentyabr 2020ci il tarixli, AZ-T 104163 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X14, anası İddiaçı olan Nümayəndə xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 1992-ci ilin oktyabr ayının 27də 3208 № ilə qeyd edilmişdir. - 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 08Ə9573/14 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, doğum haqqında akt qeydinin bərpa edilməsi barədə xx.xx.2022-ci il tarixli ərizəsinə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”nın 2-ci hissəsinin 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itirilmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Tərəfindən şöbəyə doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə) təqdim olunmadığına görə ərizəsinin təmini mümkün olmamışdır. Bildirilir ki, yuxarıda adı çəkilən müddəaların 2-ci hissəsinin 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı məhkəmə qaydasında müəyyən edilir. Hüquqi faktın müəyyən edilməsi üçün aidiyyatı məhkəməyə müraciət etməyi tövsiyyə olunur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X3, anası X6 olan X5 xx.xx.1964-cü ildə Ermənistan SSR Basarkeçər rayonu, Kərkibaş kəndində doğulmuş, bu barədə 1964-cü ilin 2-ci ayının 15-ci günündə 17 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. X4 doğum haqqında akt qeydinə uyğun İ-ЗЖ 690475 nömrəli, xx.xx.1964-cü il tarixli doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı həmin doğum haqqında şəhadətnaməyə əsasən Ermənistan SSR Vardanes rayon Polis İdarəsi tərəfindən pasport almış, xx.xx.1982-ci il tarixdə X14 ilə nikaha daxil olmuşdur. Nikah akt qeydində iddiaçının ata adı “Məhərləm” kimi qeyd olunmuşdur. Uşaqlarına doğum haqqında akt qeydlərindən birində ata adı “Məhərləm”, digərində isə “Məhərrəm” kimi qeyd edilmiş, həmçinin Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində də ata adı “Məhərrəm” kimi qeyd olunmuşdur. Hazırda İddiaçı akt qeydinin bərpa edilməsi barədə müvafiq orqana etdiyi müraciəti tərəfindən əsaslı sənədlərin olmamasını əsas gətirərək təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. - 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. - 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. - 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. -189-cu maddəsinin tələbinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirilməsinə 18 yaşına çatdıqda yol verilir. - 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində VVADQ orqanları və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını, habelə soyad şəkilçisini dəyişdirdikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; qanunvericilikdə müəyyən edilən digər hallarda edilir. - 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. - 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, X3, anası X6 olan Xəlilova (Əhmədova) Gülsəba Məhərləm (Məhərrəm) qızının xx.xx.1964-cü ildə Ermənistan SSR Basarkeçər rayonu, Kərkibaş kəndində doğulması və bu barədə doğum haqqında akt qeydinin olması işin mübahisəsiz haldır. Lakin həmin doğum akt qeydi Ermənistan Respublikası, Basarkeçər rayonu, Tsovak sovetliyi tərəfindən qeydə alındığından məlum hadisələrlə bağlı həmin qeyd itirilmiş hesab edilir və bərpa edilməsi üçün hər hansı qanunvericiliyə zidd olan hal hal-hazırda mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, X3, anası X6 olan X2 xx xxxxxx 1964-cü il tarixində Ermənistan SSR, Basarkeçər rayonu, Kərkibaş kəndində anadan olması barədə doğum akt qeydinin bərpası və ona uyğun müvafiq doğum haqqında şəhadətnamənin İddiaçı verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X3, anası X6 olan X2 xx xxxxxx 1964-cü il tarixində Ermənistan SSR, Basarkeçər rayonu, Kərkibaş kəndində anadan olması barədə doğum akt qeydinin bərpası və ona uyğun müvafiq doğum haqqında şəhadətnamənin İddiaçı verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-10226/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10226/2022
25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver