Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1025/2020 11.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı nümayəndəsi-X1, cavabdehin nümayəndəsi-X4 iştirakları ilə, iddiaçı -İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə qarşı “pensiya” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı pensiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müddətdən artıq həqiqi hərbi xidmət keçmiş, əlil olmuş həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi pensiyanın təyin edilməsi üçün müəyyən edilmiş qaydada “məlumat vərəqəsi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə təqdim edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinin inzibati məhkəmə icraatına cəlb edilməsini və ona Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə əlaqədar İİ qrup əlilliyə görə hərbi qulluqçu kimi təyin edilmiş pensiyanın ötən illərə görə, yəni xx.xx.1999-cu il tarixdən xx.xx.2019-cu il tarixədək pensiyanın yaranmış fərqin hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin prosessual iştirakına xitam verilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinin cavabdeh qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o,xx.xx.1964-cü ildə Bakı şəhəri, Sabunçu rayonunda doğulmuşdur. 04 aprel 1982-ci ildən 07 may 1984-cü ilə kimi keçmiş SSRİ Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmətini tam başa vurduqdan sonra tərxis olunmuşdur. Hərbi xidmətindən sonra 1992-ci ilin avqust ayından 19 oktyabr 1992-ci ilə kimi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda Qarabağ bölgəsinin Ağdam rayonu ərazisində erməni hərbi birləşmələrinə qarşı gedən döyüşlərdə iştirak etmişdir. 19 oktyabr 1992-ci ildə döyüş zamanı yaralanmaqla, 20 oktyabr 1992-ci il tarixdən 08 dekabr 1992-ci ilə kimi MN-nin MHHEK-də “sağ budun yuxarı 1/3-nin, sağ baldırın 1/3-nin və sol ayağının İİ ayaq darağı sümüyünün qəlpəli sınığı ilə, odlu silah kor qəlpə yaralamaları. Sağ budun yuxarı 1/3-nin və sol ayağın yad cisimləri metal qəlpələri. Yaraların birincili cərrahi işlənməsindən sonrakı vəziyyət” diaqnozu ilə müayinə və müalicə olunmuşdur. Aldığı xəsarətlərdən hərbi xidmətdən azad olunmuşdur. 2000-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının müvafiq rəyinə əsasən ona hərbiçi kimi deyil, mülki şəxs kimi ümumi əsaslarla İİ qrup əlillik dərəcəsi təyin olunmuşdur. Həmin Ekspertiza Komissiyasının 1198 nömrəli xx.xx.2012-ci il tarixli SER TSE-02 № 280050 saylı rəylə müddətsiz və əmək qabiliyyətsiz kimi İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. 2019-cu ilin aprelin 01-nədək 148 manat, həmin vaxtdan sonra isə 230 manat pensiya alır. Əmək qabiliyyəti olmadığından heç yerdə işləyə bilmir. Qarabağ müharibəsi veteranıdır. Milli Orduda xidmət zamanı aldığı xəsarətlərdən tərxis olunarkən hərbi xidmət illəri təqvimlə 2 il 6 ay 10 gün əmək stajı olmuşdur, ondan 2 il 1 ay 7 gün keçmiş SSRİ Silahlı Qüvvələrində, qalan 5 ay 7 günü isə Qarabağ bölgəsində MN-nin hərbi hissəsində xidmət etmişdir. Güzəştli şərtlərlə1 il 3 ay 21 gün, ümumilikdə hərbi xidmət üzrə 3 il 4 ay 21 gün əmək stajı vardır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissəsinin tərkibində müddətdən artıq həqiqi hərbi xidmət zamanı xəsarət aldığına görə ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada Müdafiə Nazirliyi xətti üzrə pensiya təyin olunaraq ödənilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Həmin Nazirliyin Xüsusi Şərtlərlə İdarəsinin 27 may 2019-cu il tarixli **********09 saylı məktubu ilə müraciətindən imtina olunmuşdur. Ötən illərə görə pensiyanın hesablanıb birdəfəlik verilməsini cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsindən xahiş etmş, həmin İdarə tərəfindən hazırda qüvvədə olan qanuna əsasən son 3 il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi təmin olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi ŞərtlərləTəyinat idarəsi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçı tərəfindən verilmiş iddia əsassızdır. “Əmək pensiyaları haqqında” qanununda (bundan sonra - ƏPQ) əmək pensiyasının təyin edilməsi müddətləri konkret olaraq göstərilmişdir. ƏPQ-nin 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İdarə tərəfindən İddiaçıya pensiya ödənişi qanunvericiliyin müvafiq bəndinə uyğun olaraq təyin edilmiş və ödənilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli MN-11690 nömrəli məlumat vərəqəsinə əsasən “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə əlaqədar” İİ qrup əlilliyə görə xx.xx.2019-cu il tarixdən təminat xərcliyinin 80 faizi miqdarında pensiya təyin edilmiş və keçmiş üç müddət üçün (xx.xx.2016 – xx.xx.2019) yenidən hesablanaraq İdarə tərəfindən ödənilməkdədir. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı nümayəndəsi-X2 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi-X5 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınaraq İddiaçı cavabdeh İdarəyə qarşı “Azərbaycan Respublikasının müdafiəsi zamanı” alınmış xəsarətlə əlaqədar İİ qrup əlilliyə görə hərbi qulluqçu kimi təyin edilmiş pensiyanın ötən illərə görə, yəni xx.xx.1999-cu il tarixdən xx.xx.2019-cu il tarixədək pensiyanın yaranmış fərqin birdəfəlik ödənilməsinə dair iddiasının rədd edilməsi haqqında qərar çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan iddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1964-cü ildə doğulmuşdur. İddiaçı ilkinolaraq xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanıyaralanma səbəbi ilə üçüncü dərəcə əlillik, “sağ budun və baldırın odlu silahyaralanmasının fəsadları, budun və baldırın çoxsaylı bərkimiş travmatikçapıqları, yerişinin qismən pozulması” diaqnozu ilə 3 nömrəli Sabunçu TSEK-si tərəfindəntəyin edilmişdir (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyi 13 №li Tibbi-Sosial Ekspert Komissiyasının 52 №li xx.xx.2019-cu iltarixli məktubu). İddiaçı 1198 №li xx.xx.2012-ci il tarixli müayinə aktına əsasən (Azərbaycan Respublikasının müdafiəsizamanı) ikinci qrup müddətsiz əlillik təyin edilmişdir (Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 13 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-02 280050 №-li arayış). İddiaçı İİ qrup (Azərbaycan Respublikasının müdafiəsi zamanı) əlilliyə görə xx.xx.2019-cu il tarixədək 197,04 manat pensiya almışdır (Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********4 saylı arayışı və xx.xx.2019-cu il tarixli **********6 №li “Göndərişi”). Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının adına təminat xərcliyi 469 manat göstərilməklə xx.xx.2019-cu il tarixli MN-11690 №li məlumat vərəqi tərtib edilərək DSMF-yə göndərilmişdir. İddiaçı İİ qrup (Azərbaycan Respublikasının müdafiəsi zamanı) əlilliyə görə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək 351,20 manat; xx.xx.2019-cu il tarixdən ömürlük 375,2 manat pensiya təyin edilmişdir (Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsi rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2019-cu il tarixli **********6 saylı qərarı və pensiyaçının 029055 №-li uçot vərəqi). Tərəflərin izahatlarından müəyyən olunur ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli MN-11690 №-li məlumat vərəqəsinə əsasən iddiaçıya Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə əlaqədar İİ qrup əlilliyə görə xx.xx.2019-cu il tarixində təminat xərcliyinin 80 faizi- 375,20 manat məbləğində pensiya təyin edilmiş və keçmiş üç il müddət üçün hesablanmış, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 5.837,76 manat məbləğində fərq 2019-cu ilin mart ayından etibarən hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. İddiaçı DSMF-nin Abşeron rayon şöbəsindən 230 manat məbləğində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlil kimi müddətsiz Prezident təqaüdü alır (DSMF-nin Abşeron rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********1 №-li məktubu). Hazırda iddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə ödənilmiş pensiya məbləği ilə müddətdən artıq hərbi qulluqçulara təyin edilmiş pensiya məbləği arasındakı fərqin hesablanaraq ödənilməsini istəyir. İş materiallarından görünür ki, iddiaçı bununla bağlı cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli **********3 №-li məktubla imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının müraciəti əsasında İdarənin sorğusuna əsasən DSMF-nin Abşeron rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********6 nömrəli məktubunda iddiaçının əmək pensiyasının xx.xx.2019-cu il tarixədək ödənildiyi qeyd edilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli MN-11690 №-li məlumat vərəqəsinə əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə əlaqədar İİ qrup əlilliyə görə xx.xx.2019-cu il tarixində təminat xərcliyinin 80 faizi-375,20 manat məbləğində pensiya təyin edilmiş və keçmiş üç il müddət üçün hesablanmış, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 5837,76 manat məbləğində fərq cari ilin mart ayından etibarən hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Aşağıda qeyd olunan əsaslara görə məhkəmə iddianın qismən əsaslı olduğu nəticəsinə gəlmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1-cü maddəsinə əsasən buqanuna uyğun olaraq əmək pensiyalarının aşağıdakı növləri müəyyən edilmişdir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 11.2. hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1 müharibə əlilləri - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; 11.2.2 hərbi qulluqçular sırasından digər əlillər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası Hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya), xəstəlik nəticəsində üz verdikdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanı ilə 2007-ci il 01 yanvar tarixdən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmiş və həmin tarixdən hərbi qulluqçu statusuna malik olan şəxslərin pensiyaları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 28 noyabr 2006-cı il tarixli 184- İİİQD nömrəli Qanununun və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 499 nömrəli Fərmanının 6-cı bəndinə müvafiq olaraq xx.xx.2007-ci il tarixdən qüvvəyə minmiş və hal-hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlarda nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdən qüvvəyə mindiyindən iddiaçıya əlilliyə görə pensiya həmin tarixdən tətbiq edilməklə yenidən hesablanmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmamışdır. Məhkəmə onuda qeyd edir ki, hazırkı qərar əsasında hesablanmalı olan məbləğ iddiaçıya ödənilməlidir və bu zaman həmin ödənişin hissə-hissə aparılması mümkünlüyü yalnız tərəflərin qarşılıqlı razılığı və ya məhkəmənin müvafiq qərarına əsasən müəyyən edilə və həyata keçirilə bilər. Odur ki, məhkəmə ödənilməmiş fərqin birdəfəlik ödənilməli olmasının xüsusi göstərilməsini məqsədə uyğun hesab etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində prosesi ştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində məhkəmə vasitəsi ilə verilir. .Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 01 yanvar 2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövrdə ödənilmiş pensiya məbləği ilə Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə əlaqədar İİ qrup əlilliyə görə hərbi qulluqçu kimi təyin edilmiş pensiya məbləği arasındakı fərqin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 01 yanvar 2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövrdə ödənilmiş pensiya məbləği ilə Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə əlaqədar İİ qrup əlilliyə görə hərbi qulluqçu kimi təyin edilmiş pensiya məbləği arasındakı fərqin hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin olunmasın. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1025/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1025/2020
11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver