Məhkəmə qərarları › İş №2-1(112)-1025/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1025/2022

13.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1025/2022 13.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ləyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il tarixdə Gədəbəy rayonu, Sovetkənd kəndində anadan olmuşdur. xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1981-ci ildən hazırkı tarixədək müxtəlif vəzifələrdə çalışır. “Mingəçevir Enerjiquraşdırma” ATSC tərəfindən verilmiş 01 mart 2021ci il tarixli güzəştli arayışdan görünür ki, orada işlədiyi 8 saatlıq iş günü ərzində həmin trestin Mingəçevir Quraşdırma sahəsində hündür mərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların və qapalı çənlərin, rezervuarların, aşağılegirli polad boruların, buxar qazanlarının daxilində legirli polad borularının quraşdırılmasında bilavasitə iştirak etmişdir. İşlədiyi müddətdə iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin olunmuşdur. “Qafqazenerjiquraşdırma” Tresti əsasən enerji müəssisələrinin tikilməsi, inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsində fəaliyyət göstərmişdir. Trest sənaye obyektlərində polad və dəmir konstruksiyalarının quraşdırılması, əl ilə qazla metalların kəsilməsində və doğranmasında, metal boruların və konstruksiyalarında quraşdırılması və təmiri və sair işləri aparmışdır. Arayışda qeyd olunur ki, İddiaçı tam iş günü ərzində icra etdiyi əl ilə qazla kəsici, metal konstruksiyaların və boru kəmərlərinin quraşdırılması üzrə boru-çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində və boruların quraşdırılması üzrə əl ilə qazla kəsici quraşdırıcılar kimi nəzərdə tutulmuşdur. "xxxx" Birgə Müəssisəsinin tərtib etdiyi xx.xx.2021-ci il tarixli güzəştli arayışda qeyd olunmuşdur ki, işlədiyi iş yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 29-cu maddəsində «Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş «Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar» və «Sənaye dəmir-beton borularının boruçəkənləri» bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. Bundan əlavə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, o, həqiqətən də "xxxx" ASC-də xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixə kimi 5-ci dərəcəli quraşdırıcı-çilingər peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na əsasən güzəştli əmək staji (həmin ASC-də) 1 (bir) il 1 ay 22 gün olmuşdur. Bundan əlavə "xxxx" MMC tərəfindən (əvvəllər "xxxx") verilmiş arxiv arayışı da orada olan əmək stajını təsdiq edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 08 aprel 2021-ci il tarixli məktubu ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınin qeyd olunan əsaslarla müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Onun 60 yaşadək, yəni xx.xx.2021-ci il tarixədək 25 ildən çox ümumi sığorta stajı, o cümlədən 12 il 8 aydan çox zərərli və ağır əmək sahəsində iş stajı toplamışdır. Həmin sosial sığorta stajı işlədiyi əmək kitabçasında öz əksini tapmışdır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X8 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmr və sərəncamlarını, X13 qərarlarını, X13 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Həmin Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahisİ”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əəsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 27 yanvar 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və “Mingəçevir Enerjiquraşdırma” ATSC-nin ona dair 1 mart 2021-ci il tarixli 04 nömrəli arayışında xx.xx.1982-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində Mingəçevir quraşdırma idarəsində əl ilə qazla kəsici quraşdırıcı-çilingəri və əl ilə qazla kəsici boru çilingəri, "xxxx" ASC-nin ona dair 4 mart 2021-ci il tarixli 155/21 nömrəli arayışında xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də quraşdırıcı-çilingər, "xxxx" MMC-nin iddiaçıya dair 3 mart 2021-ci il tarixli AG/07 nömrəli arxiv arayışında xx.xx.2006-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" MMCdə quraşdırıcı-çilingər, “Azfen BM-nin ona dair 19 fevral 2021-ci il tarixli AZF-2021/07-K nömrəli arayışında xx.xx.2011-ci il tarixindən bugünədək müxtəlif dövrlər ərzində konstruksiya quraşdırıcısı və boruçu vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi quraşdırıcı-çilingər və konstruksiya quraşdırıcısı vəzifələri yuxarıda qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyil. Eyni zamanda onun işlədiyi boru çilingəri və boruçu vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəblərdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1961-ci il təvəllüdlü Əsgərov X5 şəhəri, C.Əliyev küçəsi, ev 14, mənzil 21 ünvanında qeydiyyatdadır. İş materaillarına əlavə edilmiş HЗ ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1979-cu ildə hərbi xidmətə çağırılmış, xx.xx.1981-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.1982-ci il tarixli, ИT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Azərbaycan QRES-də Yanacaq-nəqliyyat sexində 3-cü dərəcəli nasos qurğusu maşinisti vəzifəsində işləmiş, xx.xx.1982-ci il tarixdə “Qafqazenerji-quraşdırma” trestinin Mingəçevir montaj idarəsinə 3-cü dərəcəli çilingər montajçı təyin edilmiş, xx.xx.1982-ci ildə üçüncü dərəcəli çilingər montajçı, xx.xx.1984-cü il tarixdə 4-cü dərəcəli çilingər boru çəkən peşəsinə keçirilmiş, xx.xx.1992-ci ildə dördüncü dərəcəli çilingər boru çəkən təyin edilmiş, xx.xx.1993-cü il tarixdə 5-ci dərəcəli çilingər boruçəkən peşəsinə təyin edilmiş, xx.xx.1994-cü il tarixdə işdən azad edilmişdir. xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək “Qafqazenerji-quraşdırma” trestində qazanxana avadanlığının təmiri üzrə 5-ci dərəcəli çilingər peşəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “ERA” BM Qazanxana avadanlığının təmiri üzrə Mingəçevir filialında qazanxana avadanlığının təmiri üzrə 5-ci dərəcəli çilingər peşəsində, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Şəmkir SES-də 5-ci dərəcəli çilingər peşəsində, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də 5-ci dərəcəli quraşdırıcı-çilingər peşəsində, xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" MMC-də 5-ci dərəcəli quraşdırıcı-çilingər vəzifəsində, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək "xxxx" MMC X12 Zavodunun Mexaniki yığma və Metal dayaqları sexində 5-ci dərəcəli quraşdırıcı-çilingər peşəsində, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" Birgə Müəssisəsində konstruksiya quraşdırıcısı peşəsində, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək "xxxx" Birgə Müəssisəsinin boruçu peşəsində, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək “Mingəçevir Avtonəqliyyat-5” ATSC-də 5-ci dərəcəli quraşdırıcı-çilingər peşəsində, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək "xxxx" MMC-də 6-cı dərəcəli quraşdırıcı-çilingər peşəsində, xx.xx.2013-cü il trixdən xx.xx.2014-cü il tarixədək "xxxx" Birgə Müəssisəsində armaturçu peşəsində, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" Birgə Müəssisəsində konstruksiya quraşdırıcısı peşəsində, xx.xx.2014cü il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" Birgə Müəssisəsində boruçu peşəsində, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" MMC-də boruçu briqadirinin köməkçisi peşəsində, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" Birgə Müəssisəsində boruçu peşəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" Birgə Müəssisəsində 5-ci dərəcəli boruçu peşəsində işləmiş, xx.xx.2020-ci il tarixdən hazırkı tarixədək "xxxx" Birgə Müəssisəsində 6-cı dərəcəli boruçu peşəsində işləyir. İş materiallarına əlavə edilmiş Mingəçevir Enerjiquraşdırma ATSC-nin xx.xx.2021ci il tarixli, 04 nömrəli güzəştli arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən “Qafqazenerji-quraşdırma” trestinin Mingəçevir quraşdırma idarəsində xx.xx.1982-ci il tarixdə (əmr 41k, xx.xx.1982-ci il) 3-cü dərəcəli əl ilə qazla kəsici quraşdırıcı-çilingəri kimi işə qəbul olmuş, xx.xx.1984-cü il tarixdə (əmr 97k, xx.xx.1984-cü il) 4-cü dərəcəli əl ilə qazla kəsici boru-çilingəri peşəsinə keçirilmiş, xx.xx.1994-cü il tarixdə (əmr 30k, xx.xx.1994-cü il) öz xahişi ilə işdən azad olmuşdur. İşlədiyi 8 saatlıq iş günü ərzində həmin trestin Mingəçevir Quraşdırma sahəsində hündür mərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların və qapalı çənlərin, rezervuarların, aşağılegirli polad boruların, buxar qazanlarının daxilində legirli polad borularının quraşdırılmasında bilavasitə iştirak etmişdir. İşlədiyi müddətdə iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin olunmuşdur. “Qafqazenerjiquraşdırma” Tresti əsasən enerji müəssisələrinin tikilməsi, inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsində fəaliyyət göstərmişdir. Trest sənaye obyektlərində polad və dəmir konstruksiyalarının quraşdırılması, əl ilə qazla metalların kəsilməsində və doğranmasında, metal boruların və konstruksiyalarında quraşdırılması və təmiri və sair işləri aparmışdır. İddiaçı tam iş günü ərzində icra etdiyi əl ilə qazla kəsici, metal konstruksiyaların və boru kəmərlərinin quraşdırılması üzrə boruçilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində və boruların quraşdırılması üzrə əl ilə qazla kəsici quraşdırıcılar kimi nəzərdə tutulmuşdur. Trest ”Qafqazenerjiquraşdırma” Mingəçevir quraşdırma idarəsi Azərbaycan Respublikası Dövlət Əmlak komitəsinin 450 saylı sərəncamına əasasən 29 iyul 1999-cu il tarixdə X2 Tipli Səhimdar Cəmiyyəti olub. Güzəştli arayış Mingəçevir Enerjiquraşdırma ATSC-nin arxivində saxlanılan İddiaçı şəxsi anketinə və əmək kitabçasına əsasən tərtib edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq X14 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZF-2021/379L nömrəli məktubda bildirilmişdir ki, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü) hazırda X9 X16 layihəsi üzrə Üst Tikililərin və Qazma Qurğularının emalatı layihəsində boruçu peşəsində çalışır. Onun xx.xx.2011-xx.xx.2012, xx.xx.2012xx.xx.2013, xx.xx.2014-xx.xx.2014, xx.xx.2014-xx.xx.2016, xx.xx.2017-xx.xx.2018, xx.xx.2018-xx.xx.2020 və xx.xx.2020-ci il tarixindən hal-hazırkı dövrədək yerinə yetirdiyi əsas əmək funksiyaları aşağıdakılardan ibarət olmuşdur: Konstruksiya quraşdırma vəzifəsi üzrə: -Konstruksiyaların yığılmasında istifadə olunan elementlərin (tavr, ikitavr, künclük, boru) növləri və tərkibləri haqqında məlumatın olması; -Quraşdırma və emal kimi konstruksiya işlərinin icrası üçün lazımi bütün iş alətləri və avadanlıqlardan istifadəsi; -İşlə bağlı cizgi və planın oxunması, izah edilməsi, cizgi əsasında metal hissələri və bütün növ lazımi detalların kəsimi, uyğunlaşdırılması, yerləşdirilməsi və tərkib hissələrinin quraşdırmasının təmin edilməsi; -Bütün növ tətbiq olunan odluqların, reduktorların, balonların istifadə qaydaları, nəzarət ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini bilməsi; -Təhkim edilmiş alət və avadanlıqları texniki cəhətdən saz vəziyyətdə saxlaması, verilmiş cizgi və ya eskizlər əsasında metal detal, element və konstruksiyaları hazırlaması, hazırlanmış detal, element və konstruksiyaları cizgi ilə tələb olunan yerlərdə koordinatla yerinə quraşdırmasının təmin edilməsi; -Detal, element və konstruksiyaların hazırlanmasında cilalayıcı elektrik avadanlıqlarından, deşmə avdanlıqlarından və qazla kəsən alətlərdən istifadə edilməsinin təmin edilməsi; -Elementlərin hazirlanmasında, nazik təbəqələrin kəsilməsi və cilalanmasında cilalayıcı maşınlardan, qalın təbəqələrin kəsilməsində isə qazla kəsən alətdən istifadə edilməsi, işə başlamazdan əvvəl bütün elektrik avadanlıqlarının, kabellərin test yarlıqlarının tarixi və onların işə yararlığının təmin edilməsi; -Qazla kəsən alətlə işləyən quraşdırıcı işə başlamazdan əvvəl qaz şlanklarının, alətin və qaz paylayıcılarının yararlı olmasının yoxlanması, kəsmə zamanı ayrılan zəhərli qazlardan mühafizə olunmaq üçün xüsusi respiratorlardan istifadənin təmin edilməsi; -Qapalı sahədə kəsmə zamanı ventilyasiya sisteminin quraşdırılması; -Yüksəklikdə kran və mexanizmlərdən istifadə edərək detal və konstruksiyaların quraşdırılması. Boru quraşdırma vəzifəsi üzrə: -Cizgilər üzrə boru xətlərinin quraşdırılması barədə təsəvvürə malik olması; -Müxtəlif diametrli boruların, boru sistemlərindəki armaturların (siyirtmə, klapan və s.), dirsəklərin, diametr üzrə keçid hissələrinin boltlu flanslarla və qaynağa verilməsi üsulu ilə birləşdirilməsi (quraşdırılması) işlərini bacarması, bu işlərin müvafiq prosedurlara və standartlara uyğun icra edilməsi; -Boru hissələrinin düzgün quraşdırma qaydalarının öyrənilməsi, boru izometriyalarının 3 ölçülü fəzada canlandırılması, boru quraşdırma sahəsində lazım olan ən əsas riyazi düsturlara malik olma və sənədləşmələrin oxunub başa düşülməsi və onların quraşdırılması haqqında biliklərə malik olma; -Boruların diametrləri, materialları, çəkisi kimi xarakteristikalar barədə məlumatlı olma; -İş sahəsində alətlərlərdən, ləvazimatlardan, quraşdırma vasitələrindən, fərdi mühafizə vasitələrindən müvafiq prosedura və təhlükəsizlik qaydalarına əməl etməklə düzgün istifadə edilməsi; -Boru quraşdırma, montaj və emalı kimi konstruksiya işlərinin icrası üçün iş alətlərindən istifadənin təmin edilməsi; -Boru növləri və boruların material tərkibi haqqında məlumata malik olması; -İşlə bağlı çertyoj və planı oxumaq və çertyoj əsasında boruların kəsimi, uyğunlaşdırılması, yerləşdirilməsi və tərkib hissələrini quraşdırmasının təmin edilməsi. Məhkəmənin sorğusuna cavab olaraq Azfen B.M tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZF-2021/43-K nömrəli güzəştli arayışda qeyd olunmuşdur ki, verilir İddiaçı ona görə ki, o, həqiqətən X9 layihələrində konstruksiya quraşdırıcısı, boruçu peşələrində çalışmışdır. Onun X10 güzəştli iş stajı aşağıdakı kimi qəbul edilməlidir:

1. xx.xx.2011-xx.xx.2012 - X9 Azf-081 layihəsində konstruksiya quraşdırıcısı peşəsində 01 il, 02 ay, 05 gün (bir il, iki ay, beş gün) çalışmışdır.

2. xx.xx.2012-xx.xx.2013 - X9 Azf-081 layihəsində boruçu peşəsində 03 ay, 16 gün (üç ay, on altı gün) çalışmışdır.

3. xx.xx.2014-xx.xx.2014 - X9 Azf-083 layihəsində konstruksiya quraşdırıcısı peşəsində 08 ay, 05 gün (səkkiz ay, beş gün) çalışmışdır.

4. xx.xx.2014-xx.xx.2016 - X9 Azf-086 layihəsində boruçu peşəsində 02 il, 01 ay, 12 gün (iki il, bir ay, on iki gün) çalışmışdır.

5. xx.xx.2017-xx.xx.2018 - X9 Azf-094 layihəsində boruçu peşəsində 07 ay, 12 gün (yeddi ay, on iki gün) çalışmışdır.

6. xx.xx.2018-xx.xx.2020 - X9 Azf-095 layihəsində boruçu peşəsində 01 il, 02 ay, 24 gün (bir il, iki ay, iyirmi dörd gün) çalışmışdır.

7. xx.xx.2020-hal-hazırda işləyir - X9 Azf-100 layihəsində boruçu peşəsində 11 ay, 07 gün (on bir ay, yeddi gün) çalışmışdır.

8. Cəmi: 07 il, 21 gün (yeddi il, iyirmi bir gün). Onun işlədiyi iş yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 29-cu maddəsində «Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri» başlığı altında nəzərdə tutulmuş «Polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar» və «Sənaye dəmir-beton borularının boruçəkənləri» bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. Məhkəmənin sorğusuna cavab olaraq X3 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 714/21 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı həqiqətən məktubda göstərilən tarixdə (xx.xx.2004-cü il tarixdən (əmr № iq-08) xx.xx.2005-ci il) "xxxx" ASC-də quraşdırıcı-çilingər peşəsində işləmişdir. İddiaçı peşəsinə və əmək funksiyalarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın XXVİİ Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin 2290000a—14612 polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar vəzifə koduna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29 bölməsinin “a” bəndində “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” qeydə əsasən 1 (bir) il 1 ay 22 gün güzəştli əmək stajına malik hesab edilə bilər. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********7 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş X6 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 13489,35 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 31663,91 manat olmaqla cəmi pensiya kapitalı 45153,26 manat təşkil edir. Adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 60 yaşının tamam olduğu xx.xx.2021-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39200,00 manat məbləğində hesablanmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Mingəçevir EnerjiQuraşdırma ATSC-nin xx.xx.2022-ci il tarixli, 12 nömrəli məktubunda bidlirilmişdir ki, “Qafqazenerjiquraşdırma” Tresti dəmir-beton quraşdırma sahəsində fəaliyyət göstərir, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1994-cü il tarixədək həmin idarədə işlədiyi “çilingər montajçı”, “çilingər boru çəkən” peşələrində əmək funksiyalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş siyahıda olan “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin 2290000a-14612-polad və dəmir-beton konstruksiyaların quraşdırıcılar; sənaye dəmir beton borularının boruçəkənləri peşələrinin funksiyaları ilə eyni olub. İddiaçı yuxarıda qeyd edilən tarixlərdə “Qafqazenerjiquraşdırma” Mingəçevir Quraşdırma sahəsində işlədiyi 8 saatlıq iş günü ərzində hündür mərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların və qapalı çənlərin, rezervuarların, aşağılegirli polad boruların, buxar qazanlarının daxilində legirli polad borularının (konstruksiyaların) quraşdırılmasında, dəmir beton boruların çəkilməsində bilavasitə iştirak etmişdir. İşlədiyi müddətdə iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin olunmuşdur. Yüksəklik şəraitində, qapalı sahələrdə, yəni 2000,0 kub metrlik mazut çənlərində boru və metalları kəsilərək qaynaq işlərinə hazırlanması, metalların əl ilə qazla kəsilməsində iştirak etmişdir. Həmçinin əmək kitabçasında qeyd edilməsə də daxili əmrlə qızmış metalların uclarının kəsilməsi işi ilə məşğul olmuş, buna görə xüsusi avadanlıqlarla təmin edilmiş və müvafiq əmək haqqı almışdır. İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı və xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarlarına uyğun olaraq güzəştli şərtlə yaşa gorə əmək pensiyası almaq hüququna malik olması səbəbindən, tərəflərindən ona güzəştli arayış vermişdir. Trest “Qafqazenerjiquraşdırma” Mingəçevir quraşdırma idarəsiı Azərbaycan Respublikası Dövlət Əmlak komitəsinin 450 saylı sərəncamına əsasən 29 iyul 1999-cu il tarixdə X2 Tipli Səhmdar Cəmiyyəti olub. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2021-ci il tarixli, ********** nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X8 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmr və sərəncamlarını, X13 qərarlarını, X13 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Həmin Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 27 yanvar 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanızda və “Mingəçevir Enerjiquraşdırma” ATSC-nin sizə dair 1 mart 2021-ci il tarixli 04 nömrəli arayışında xx.xx.1982-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində Mingəçevir quraşdırma idarəsində əl ilə qazla kəsici quraşdırıcı-çilingəri və əl ilə qazla kəsici boru çilingəri, "xxxx" ASC-nin sizə dair 4 mart 2021-ci il tarixli 155/21 nömrəli arayışında xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də quraşdırıcı-çilingər, "xxxx" MMC-nin sizə dair 3 mart 2021-ci il tarixli AG/07 nömrəli arxiv arayışında xx.xx.2006-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də quraşdırıcı-çilingər, "xxxx" BM-in sizə dair 19 fevral 2021-ci il tarixli AZF-2021/07-K nömrəli arayışında xx.xx.2011-ci il tarixindən bugünədək müxtəlif dövrlər ərzində konstruksiya quraşdırıcısı və boruçu vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz quraşdırıcı-çilingər və konstruksiya quraşdırıcısı vəzifələri yuxarıda qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyil. Eyni zamanda işlədiyiniz boru çilingəri və boruçu vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəblərdən də sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının işlədiyi vəzifələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahıda nəzərdə tutulmadığını əsas götürməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, hüquq münasibətlərini tənzimləyən zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qanunvericiliyə əsasən kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlərin hamısının birlikdə olması tələb olunur:

1. 60 yaşın tamam olması; 2. azı 25 il sığorta stajına malik olması; 3. 25 il sığorta stajının azı 12 il 06 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması və 4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 60 yaşını xx.xx.2021-ci il tarixdə tamamlamışdır. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İş materiallarından görünür ki, iddiaçının hərbi bileti və əmək kitabçasına əsasən hərbi xidmət dövrü xx.xx.1979-cu-xx.xx.1981-ci ilədək, əmək fəaliyyəti dövrü xx.xx.1981ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1982-ci ildən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək, xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək, xx.xx.2010cu il tarixdən xx.xx.2010-cu il tarixədək, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək , xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək, xx.xx.2013-cü il tarixdən xx.xx.2013cü il tarixədək, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-xx.xx.2021-ci il tarixədək (60 yaşı tamam olan günədək) ümumi iş stajı 29 il 05 ay 20 gün təşkil edir. Qeyd edilməlidir ki, cavabdeh orqan iddiaçının ümumi iş stajını mübahisələndirməmişdir. Cavabdehin mübahisələndirdiyi güzəştli iş stajı ilə bağlı dəlili ilə isə məhkəmə aşağıdakılara əsasən razılaşmır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Həmin Qaydaların 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İş üzrə iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerlərinin arayışları təqdim edilmişdir. Bu arayışlarda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir. Belə ki, iddiaçının güzəştli iş stajı ilə bağlı üç iş yerindən arayış təqdim edilmişdir. İ. X3 "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 714/21 nömrəli arayışına əsasən İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də işlədiyi quraşdırıcı-çilingər peşəsi həmin dövr qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29 bölməsinin “a” bəndində “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsinə uyğundur. İİ. X9 təqdim etdiyi xx.xx.2021-ci il tarixli, AZF-2021/43-K nömrəli güzəştli arayışına əsasən xx.xx.2011-xx.xx.2012 və xx.xx.2014-xx.xx.2014-cü il tarixədək işlədiyi konstruksiya quraşdırıcısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 29-cu maddəsində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsinə uyğundur. İddiaçının xx.xx.2012-xx.xx.2013, xx.xx.2014-xx.xx.2016, xx.xx.2017-xx.xx.2018, xx.xx.2018-xx.xx.2020, xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək (60 yaşı tamam olanadək) işlədiyi boruçu peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 29-cu maddəsində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş “Sənaye dəmir-beton borularının boruçəkənləri” peşəsinə uyğundur. İİİ. Mingəçevir Enerjiquraşdırma ATSC-nin xx.xx.2022-ci il tarixli, 12 nömrəli arayışına əsasən xx.xx.1982-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi çilingər montajçı, çilingər boru çəkən peşələri həmin dövr qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş siyahıda olan “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin 2290000a-14612 - polad və dəmir-beton konstruksiyaların quraşdırıcılar, 2290000a—19233-sənaye dəmir beton borularının boruçəgənləri peşələrinə uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 29-cu bölməsində Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində a) fəhlələr: “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar”, “sənaye dəmir-beton borularının boruçəkənləri” peşəsi zərərli peşə kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin 2290000a a) fəhlələr yarımbölməsində 2290000a—14612 polad və dəmirbeton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar, 2290000a—19233 sənaye dəmir beton borularının boruçəkənləri peşəsi zərərli peşə kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi hər iki siyahıda məhz bütün quraşdırıcılar deyil, yalnız polad və dəmir-beton konstruksiyalarının quraşdırıcısı vəzifəsi, eləcə də bütün borçəkənlər deyil, yalnız sənaye dəmir-beton borularının boruçəkənləri vəzifələri zərərli peşə kimi nəzərdə tutulmuşdur. Məhkəmə təqdim olunmuş arayışları iddiaçının əmək kitabçasındakı qeydlərlə təhlil etdikdə hesab edir ki, iddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd edilən zərərli peşələrə uyğundur. Belə ki, iddiaçının əmək kitabçası qeydlərindən görünür ki, iddiaçı X10 konstruksiya quraşdırıcısı və boruçu vəzifələrində işləmişdir. İddiaçının işlədiyi müəssisə bilavasitə X15 aid olan layihələr üzrə podratçı müəssisə olaraq dəmir-beton quraşdırılması sahəsində fəaliyyət göstərir. İddiaçının hazırda işlədiyi layihə Üst tikililərin və Qazma qurğularının emalatı lahiyəhisidir. İddiaçının qeyd edilən müəssisədə işlədiyi həmin peşələrlə bağlı müəssisə tərəfindən təqdim edilən vəzifə təlimatına dair məlumatdan görünür ki, konstruksiya quraşdırma vəzifəsi üzrə işçi bilavasitə yüksəklikdə kran və mexanizmlərdən istifadə edərək detal və konstruksiyaların quraşdırır, işlədiyi zaman cilalayıcı elektrik avadanlıqlarından, deşmə avdanlıqlarından və qazla kəsən alətlərdən istifadə edir, qapalı sahədə kəsmə zamanı ayrılan zəhərli qazlardan qorunma üçün xüsusi respiratorlardan istifadə edir. Eyni zamanda boruçu vəzifəsində işçi çertyoj əsasında müxtəlif diametrli boruların kəsimi, uyğunlaşdırılması, yerləşdirilməsi və tərkib hissələrini quraşdırmasını həyata keçirir. Məhkəmə iddiaçının işlədiyi vəzifələrin müxtəlif yüksəklikdə konstruktor quraşdırılması, müxtəlif diametrli boruların çəkilməsi ilə bağlı olduğunu, yüksəklik şəraitində yüksəkliyin yaratdığı təhlükə, bunun üçün fərdi mühafizə vasitələrindən istifadə edilməsi, eləcə də qapalı sahələrdə qeyd edilən konstruksiya və boruların çəkilməsi zamanı deşmə, qazla kəsən alətlərdən istifadə edilməsi zamanı zəhərli qazların ayrılması, bunun üçün xüsusi respiratorlardan istifadə edilməsini nəzərə alaraq hesab edir ki, iddiaçının həmin müəssisədə işlədiyi vəzifələr siyahıda “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” və “sənaye dəmir-beton borularının boruçəkənləri” adlanan zərərli peşələrə aiddir. Eyni zamanda məhkəmə iddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də işlədiyi quraşdırıcı-çilingər peşəsinin ən azından işlədiyi müəssisənin adından da göründüyü kimi polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar peşəsi ilə uyğunluq təşkil etdiyi qənaətinə gəlir. Bundan əlavə təqdim olunmuş arayışlarda iddiaçının X1 Quraşdırma sahəsində işlədiyi çilingər-boruçəkən vəzifəsinin funksiyalarının 2 №-li Siyahıda 2290000a—19233 sənaye dəmir beton borularının boruçəkənləri peşəsi ilə uyğunluq təşkil etdiyi müəyyən olunur. Belə ki, Qafqazenerjiquraşdırma Tresti enerji müəssisələrinin tikilməsi, inşası, yenidən qurulması, texniki təchizatı sahəsində fəaliyyət göstərmiş, müəssisənin əsas işi sənaye obyektlərində polad və dəmir konstruksiyaların quraşdırılması, təmiri və s. ilə bağlı olmuşdur. İddiaçı həmin müəssisədə hündür mərtəbəli binaların və yüksəklikdə olan qurğuların və qapalı çənlərin, rezervuarların, aşağılegirli polad boruların, buxar qazanlarının daxilində legirli polad borularının konstruksiyaların quraşdırılmasında, dəmir beton boruların çəkilməsində, yüksəklik şəraitində, qapalı sahələrdə, yəni 2000.kub m-lik mazut çənlərində boru və metalların kəsilərək qaynaq işlərinə hazırlanması,metalların əl ilə qazla kəsilməsində iştirak etmişdir. Bu halda hesab edilir ki, idiaçının işlədiyi Qafqazenerjiquraşdırma Tresti müəssisəsi sənaye dəmir-beton boruların çəkilməsi, quraşdırılması sahəsində fəaliyyət göstərmiş, iddiaçının işlədiyi vəzifələrin əmək funksiyası sənaye dəmir beton borularının boruçəkənləri zərərli peşəsinin funksiyaları ilə eynilik təşkil etmişdir. Beləliklə, müəyyən olunur ki, iddiaçının xx.xx.1984-xx.xx.1994-cü ilədək Qafqazenerjiquraşdırma Trestində çilingər boru çəkən vəzifəsi 09 il 11 ay, "xxxx" ASC-də xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək quraşdırıcı-çilingər peşəsində 01 il 01 ay 22 gün, X10 xx.xx.2011-xx.xx.2012 və xx.xx.2014-xx.xx.2014-cü il tarixədək işlədiyi konstruksiya quraşdırıcısı vəzifəsində 01 il 10 ay 10 gün olmaqla, xx.xx.2012-xx.xx.2013, xx.xx.2014-xx.xx.2016, xx.xx.2017-xx.xx.2018, xx.xx.2018-xx.xx.2020, xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək boruçu vəzifəsində (60 yaşı tamam olanadək) 05 il 02 ay 12 gün olmaqla, olmaqla ümumilikdə güzəştli iş stajı 18 il 01 ay 14 gün təşkil edir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi 39200,00 manat hesablandığı halda, iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 13489,35 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 31663,91 manat olmaqla cəmi pensiya kapitalı 45153,26 manat təşkil edir. Başqa sözlə, iddiaçının fərdi hesabında qeydə alınmış pensiya kapitalı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyininə imkan verir. Beləliklə, məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 4 şərt - yaş, ümumi və güzəştli staj, pensiya kapitalı mövcud olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar