Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1025/2025 23.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bağırzadə Fidan Azad qızının əliliyinin təyin edilməməsi barədə qərarı ləğv edilməsi və uşaqlıqdan əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş etmişdir.
2. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavabdehlər sırasından çıxarılmış, iddia tələbi “Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının 3-17-4/3-1-13401/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının Bağırzadə Fidan Azad qızına aid hissədə ləğv edilməsi, Bağırzadə Fidan Azad qızına xx.xx.2024-cü il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisin) təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının qızı Bağırzadə Fidan Azad qızı anadangəlmə əlildir. Bu barədə cavabdehə müraciət etmişdir və əlillik təyin edilmişdir. Lakin hazırda əlillik əsassız olaraq dayandırılıb. Bu dövrdə övladının pensiyası kəsilib, ona görə ki, imtina almamışdır və ona məlumat verilməmişdi. Müayinə olunarkən 13 nömrəli poliklinikada bildirdilər ki, qızının pensiyası kəsilib. Bundan sonra o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sistemindən əlilliklə bağlı arayışı çıxartmaqla imtina barədə məlumat əldə etdi.
4. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 43 ünvanında qeydiyyatda olan qəyyum İddiaçı müraciəti əsasında övladı Bağırzadə Fidan Azad qızının (FİN-7WT91ZY) əlillik vəziyyəti Səhiyyə müəssisəsinin R00162170İEN nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması” səbəbindən tibb müəssisəsinə geri göndərilmişdir. Ətraflı səbəb: “Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir).” Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, Səhiyyə müəssisəsinin R00162170İEN nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Göndərişin natamam doldurulması” səbəbindən əsaslı olaraq tibb müəssisəsinə geri göndərilmişdir. Lakin xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı Bağırzadə Fidan Azad qızının hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Q74.0 Çiyin qurşağı daxil olmaqla yuxarı ətrafın(ların) anadangəlmə anomaliyaları, çiyin qurşağı daxil olmaqla yuxarı ətrafın anadangəlmə anomaliyaları.) diaqnozun uyğunluq təşkil etməməsi və əlillik təyininə əsas verməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən “Diaqnoz əlillik əlaməti təyin etmir (DƏƏTE) qərarı verilmişdir”.
5. TSEK-in müayinələrə dair məlumatlarına əsasən: xx.xx.2012-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində Bağırzadə Fidan Azad qızına xx.xx.2012-ci il tarixdə sağlamlıq imkanları məhdud uşaq olması ilə əlaqədar 2 il müddətinə əlillik təyin edilmişdir. xx.xx.2014-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində Bağırzadə Fidan Azad qızına xx.xx.2014-cü il tarixdə sağlamlıq imkanları məhdud uşaq olması ilə əlaqədar 2 il müddətinə əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə aparılmış qiymətləndirmə nəticəsində Bağırzadə Fidan Azad qızına xx.xx.2016-cı il tarixdə sağlamlıq imkanları məhdud uşaq olması ilə əlaqədar 3 il müddətinə əlillik təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə aparılmış qiymətləndirmə nəticəsində Bağırzadə Fidan Azad qızına xx.xx.2019-cu il tarixdə sağlamlıq imkanları məhdud uşaq olması ilə əlaqədar 3 il müddətinə əlillik təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti təyin etməməsi – səbəb: diaqnoz və ağırlaşmalar əlillik əlaməti təyin etmir. xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, göndərişin natamam doldurulması – səbəb: xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir. xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti təyin etməməsi – səbəb: diaqnoz əlillik əlaməti təyin etmir.
6. 06.03.2024-cü il tarixli əyani müayinə aktına əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, 43 ünvanında qeydiyyatda olan qəyyum İddiaçı müraciəti əsasında övladı Bağırzadə Fidan Azad qızının (FİN-7WT91ZY) əlillik vəziyyəti Səhiyyə müəssisəsinin R00162170İEN nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması səbəbindən tibb müəssisəsinə geri göndərilmişdir. Ətraflı səbəb: Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir).” Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, Səhiyyə müəssisəsinin R00162170İEN nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Göndərişin natamam doldurulması” səbəbindən əsaslı olaraq tibb müəssisəsinə geri göndərilmişdir. Lakin xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı Bağırzadə Fidan Azad qızının hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Q74.0 Çiyin qurşağı daxil olmaqla yuxarı ətrafın(ların) anadangəlmə anomaliyaları, çiyin qurşağı daxil olmaqla yuxarı ətrafın anadangəlmə anomaliyaları.) diaqnozun uyğunluq təşkil etməməsi və əlillik təyininə əsas verməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən “Diaqnoz əlillik əlaməti təyin etmir (DƏƏTE) qərarı verilmişdir”.
7. Məhkəmənin 2-1(112)-7920/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Bağırzadə Fidan Azad qızını əyani müayinədən keçirərək onda olan xəstəlikdən (zədədən) irəli gələn orqanizmin funksiyalarının pozulmasının təsiri dərəcəsinin (faizlə) qeydə alınması barədə rəy verilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2024-cü il tarixdə daxil olan məlumata əsasən qərardad icra olunaraq vətəndaş dövlət tibb müəssisəsinin R00162170İEN nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuş və şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir.
9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 3-17-4/3-1-13401/2024 saylı xx.xx.2024-cü i tarixli Qərarında aşağıdakılar göstərilmişdir: Bakı şəhər sakini xx.xx.2009-cu il təvəllüdlü Bağırzadə Fidan Azad qızının (FİN:7WT91ZY) əlillik müddəti tamamlandıqdan sonra atası X9 (FİN:203268H) müraciəti əsasında 2 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan valideyn məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçı qəyyum X11 (FİN:203268H), övladı Bağırzadə Fidan Azad qızının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı F.Bağırzadəyə əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən məlum olmuşdur ki, Bağırzadə Fidan Azad qızının əlillik vəziyyəti 2 X6 rəsmiləşdirilmiş göndərişləri əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, xx.xx.2012-ci il tarixindən xx.xx.2014cü il tarixinədək 2 (iki) il müddətinə “təkrar” SİMU; xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək 2 (iki) il müddətinə “təkrar” SİMU; xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək Əlillik AS tərəfindən avtomatlaşdırılmış şəkildə 3 (üç) il müddətinə uzadılaraq “təkrar” SİMU; xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək 3 (üç) il müddətinə “təkrar” SİMU təyinatı aparılmışdır. Əlillik müddəti tamamlandıqdan sonra, valideynin müraciəti əsasında Bakı Baş Səhiyyə İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli R00162170İEN nömrəli göndəriş rəsmiləşdirilsə də, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində (3-17-4/3-1-7565/2024 nömrəli təkrar qiymətləndirilmə müayinələrinin nəticələri əsasında) “Diaqnozun əlillik əlaməti təyin etməməsi”nə dair qərar qəbul edilmişdir. Qərardan narazı olan valideyn məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında, övladı F.Bağırzadə DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və bəzi instrumental müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı valideynləri tərəfindən F.Bağırzadənin anadangəlmə sağ əlinin qüsurlu olduğu, 2011-ci il tarixində Modern Hospitalda və X12 sağ əlinin İ, İİ barmaqlarına cərrahi əməliyyatlar icra edilsədə sağ əlin funksiyasının pozulduğu, əmək qabiliyyətinin itirildiyi bildirilmiş, bəzi müayinə və müalicə sənədlərini təqdim edilmişdir. Təqdim edilmiş sənədlər arasında X5 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli arayışında diaqnoz “Sağ əlin anadangəlmə inkişaf qüsuru, distoktiliyası, İİ daraq sümüyünün proksimal metafizində barmaq falanqaları ilə birgə İİİ daraq sümüyünün rudiment hissəsinə köçürülməsi, fraqmentin bir millə osteosintezi və sinastozun əmələ gəlməsi, İİİ barmağın braxidaktiliyası İV barmaq makrodiktoliyası, İİ barmağın lateral tərəfə əyilməsi, əlin funksiyasının pozulması” kimi qeyd edilmiş, “Modern Hospitalın xx.xx.2011-xx.xx.2011-ci il tarixli ******* nömrəli xəstəlik tarixindən çıxarışına əsasən “Saq əldə İ və İİ barmaq sindaktiliyası, İİ və İİİ barmaqlar arasında yarıq əl deformasiyası” diaqnozu ilə xx.xx.2011-ci il tarixində “İ və İİ barmaqların sindaktiliyasının və yarıq əl deformasiyasının rekonstruksiyası” və “X14”nın xx.xx.2011-xx.xx.2011-ci il tarixli ******* nömrəli epikrizinə əsasən “Sağ əl cleft hand” diaqnozu ilə xx.xx.2011-ci il tarixində “Sağ əl İ və İ barmağın rekonstruksiyası” cərrahi əməliyyatlarının icra edildiyi məlum olmuşdur. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, həkim-travmatoloq müayinəsinin nəticəsinə əsasən sağ əlin anadangəlmə inkişaf qüsuru, İİ daraq sümüklərinin inkişafdan qalması müşahidə edilmiş, əlin tutma funksiyası pozulmamış, əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilməmişdir. Nəticədə obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir.
10. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək ekspert qarşısında aşağıdakı suallar qoyularaq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 ekspertlərinə həvalə edilmişdir: İddiaçı canlı müayinə olunmaqla, onda: 1) Ağırlaşma XBT 10 kodu M24.6 “Oynağın ankilozu” xəstəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə, 13.3.1-13.3.21 qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 2) Ağırlaşma XBT 10 kodu Q68.1-Q71 “yuxarı ətrafların anadangəlmə deformasiyası, olmaması” xəsrəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə, aşağıda göstərilən qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 13.1.2.1. yuxarı ətrafların anadangəlmə tam olmaması 13.1.2.2. yuxarı ətrafın birtərəfli tam olmaması 3) XBT 10 kodu Q87.8 “başqa rubrikalarda təsnif olunmayan digər dəqiqləşdirilmiş anadangəlmə inkişaf qüsuru sindromları” xəstəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə, aşağıda göstərilən qiymətləndirmə meyarı iddiaçıda müşahidə edilirmi? 13.5.1.1. nəzərəçarpan formada təzahür edən anadangəlmə inkişaf qüsurları Ekspertiza tədqiqatı iddiaçının qızı Bağırzadə Fidan Azad qızının şəxsən müayinəsi və tibbi sənədlər əsasında aparılsın.
11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsi tərəfindən məhkəmə-tibbi ekpertizası keçirilməsi barədə xx.xx.2024-cü il tarixli məhkəmə qərardadı əsasında iddiaçı Nəbiyev Şahmar Ağanəbi oğlunun sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli T 709/2024 saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir: 1-3. Azyaşlı F.A.Bağırzadənin adına müvafiq tibb müəssisəsinin tərtib etdiyi Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas xəstəlik: Q74.0 Çiyin qurşağı daxil olmaqla yuxarı ətrafın (larm) anadangəlmə anomaliyaları. Ağırlaşma: M20.0 Barmaqların deformasiyaları. M24.6 Oynağın ankilozu. Q71.3 Əlin və barmağın (barmaqların) anadangəlmə olmaması. Z73.6 Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, daimi qulluq və köməyə ehtiyac var” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuşdur. xx.xx.2024cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə zamanı sağ əlin anadangəlmə inkişaf qüsuru, İİ daraq sümüklərinin inkişafdan qalması müşahidə edilmiş, əlin tutma funksiyası pozulmamış, əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilməmişdir. Tərəfimizdən X5 və Ortopediya İnstitutu PHŞə göndərilərkən ona “Sol əlin anadangəlmə inkişaf qüsuru, oliqodaktiliya, İİ daraq sümüyünün proksimal metafizində barmaq falanqaları ilə birgə İİİ daraq sümüyünün rudiment hissəsinə köçürülməsi, fraqmentin mil ilə osteosintezi, sinostozu, İİİ barmağın braxidaktiliyası, İV barmağın mikrodaktiliyası, İİ barmağın laterala doğru əyilməsi, əlin funksiyasının pozulması. XBT-Q71.3; Q74.0; M20.0; M24.6; Z73.6.” diaqnozu qoyulmuşdur.
12. Məhkəməni iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək etirazın məzmununa uyğun izahat verdi və etirazın təmin olunmasını məhkəmədən xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
14. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
15. İddia tələbi İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. 2.2 İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
16. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilib-verilməməsi yoxlanılmalıdır. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
17. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh qurum tərəfindən xx.xx.2024-cü il tarixdə əlilliyin təyinindən imtina olunaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir.
18. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
20. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
İV. Məhkəmənin mövqeyi
21. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
24. Məhkəmə tərəfindən müəyyən edilmişdir: - xx.xx.2012-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində Bağırzadə Fidan Azad qızına xx.xx.2012-ci il tarixdə “Sağ əlin anadangəlmə inkişaf qüsuru.Sağ əl İ və İİ barmaqlarlında sindaktiliya, İİ və İİİ barmaqlararasında yarıq əl deformasiyası.Sağ əlin patalogiyası” diaqnozu ilə 2 il müddətinə sağlamlıq imkanları məhdud uşaqlar üçün əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2014-cü il müəyyən olunmuşdur. - xx.xx.2014-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində Bağırzadə Fidan Azad qızına xx.xx.2014-cü il tarixdə “Sağ əlin anadangəlmə inkişaf qüsuru. Sağ əl İ və İİ barmaqlarlında sindaktiliya, İİ və İİİ barmaqlararasında yarıq əl deformasiyası.Sağ əlin patalogiyası” diaqnozu ilə 2 il müddətinə sağlamlıq imkanları məhdud uşaqlar üçün əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2016-cı il müəyyən olunmuşdur. - xx.xx.2016-cı il tarixdə aparılmış qiymətləndirmə nəticəsində Bağırzadə Fidan Azad qızına xx.xx.2016-cı il tarixdə “Sağ əlin anadangəlmə inkişaf qüsuru.Sağ əl İ və İİ barmaqlarlında sindaktiliya, İİ və İİİ barmaqlararasında yarıq əl deformasiyası.Sağ əlin patalogiyası” diaqnozu ilə 3 il müddətinə sağlamlıq imkanları məhdud uşaqlar üçün əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2019-cu il müəyyən olunmuşdur. - xx.xx.2019-cu il tarixdə aparılmış qiymətləndirmə nəticəsində Bağırzadə Fidan Azad qızına xx.xx.2019-cu il tarixdə “Q74 Ətrafın(ların) digər anadangəlmə inkişaf qüsurları, Sağ əlin anadangəlmə inkişaf qüsuru. Əlin və barmağın (barmaqların) anadangəlmə olmaması, lil barmağın daraq sümüyünün İkzartikulyası, ll-llldaraq sümükləri arasında sistoz. Yanaşı xəstəliklər M24.6 Oynağın ankılozu, Oynağın ankilozu, Yanaşı xəstəliklər S68.2 Əlin iki və daha çox barmağının travmatik (tam) (hissəvi), İki barmağın anadangəlmə aplaziyası,barmağın lateral deformasiyası,cərrahi əməliyyatdan sonrakı vəziyyət.” diaqnozu ilə 3 il müddətinə sağlamlıq imkanları məhdud uşaqlar üçün əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2022-ci il müəyyən olunmuşdur. - xx.xx.2022-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində Bağırzadə Fidan Azad qızına “Q71.3 Əlin və barmağın (barmaqların) anadangəlmə olmaması, Sağ əlin kobud funksiya pozulması” diaqnozu ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, səbəb diaqnoz və ağırlaşmalar əlillik əlaməti təyin etməməsi olmuşdur. - xx.xx.2024-cü il il tarixdə aparılmış qiymətləndirmə nəticəsində Bağırzadə Fidan Azad qızına “Çiyin qurşağı daxil olmaqla yuxarı ətrafın(ların) anadangəlmə anomaliyaları” diaqnozu ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, səbəb diaqnoz əlillik əlaməti təyin etməməsi olmuşdur. Qeyd: 3-17-4/3-1-7565/2024. İşin hallarından aydın olur ki, iddiaçının müraciəti əsasında Bakı Baş Səhiyyə İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli R00162170İEN nömrəli göndəriş rəsmiləşdirilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyi əsas gətirilərək Bağırzadə Fidan Azad qızı barəsində (3-17-4/3-1-7565/2024 nömrəli təkrar qiymətləndirilmə müayinələrinin nəticələri əsasında) “Diaqnozun əlillik əlaməti təyin etmir” qərarı verilmişdir”.
25. Qərardan narazı qalan iddiaçı məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında, övladı F.Bağırzadə DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş və həkim-travmatoloq müayinəsinin nəticəsinə əsasən sağ əlin anadangəlmə inkişaf qüsuru, İİ daraq sümüklərinin inkişafdan qalması müşahidə edilmiş, əlin tutma funksiyası pozulmamış, əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları’na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir.
26. Hazırda xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsindən və xx.xx.2024-cü il tarixli qərardan narazı qalan iddiaçı, qızı Bağırzadə Fidan Azad qızına əlilliyinin ləğv edildiyi tarixdən – xx.xx.2024-cü ildən müəyyən edilməsini xahiş etmişdir.
27. Bağırzadə Fidan Azad qızının xx.xx.2024-cü il tarixdə əyani müayinəsi zamanı sağ əlin anadangəlmə inkişaf qüsuru, İİ daraq sümüklərinin inkişafdan qalması xəstəlikləri müşahidə edilsə də, əlillik təyinatına əsas verən patofunksional pozuntu hesab edilməmişdir.
28. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli qərardan müayinə zamanı əvvəllər əlillik təyinatına əsas verən xəstəliklərin mövcud olduğu görünür.
29. Həmin xəstəliklərin isə hazırda onda olub-olmamasının müəyyən edilməsi zərurəti ilə əlaqədar qəbul edilmiş qərardad nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsi tərəfindən Bağırzadə Fidan Azad qızının sağlamlıq vəziyyətinin təyininə dair xx.xx.2024-cü il tarixdə tərtib edilmiş T 709/2024 saylı ekspert rəyində öz təsdiqini tapmışdır ki, ona “Sol əlin anadangəlmə inkişaf qüsuru, oliqodaktiliya, İİ daraq sümüyünün proksimal metafizində barmaq falanqaları ilə birgə İİİ daraq sümüyünün rudiment hissəsinə köçürülməsi, fraqmentin mil ilə osteosintezi, sinostozu, İİİ barmağın braxidaktiliyası, İV barmağın mikrodaktiliyası, İİ barmağın laterala doğru əyilməsi, əlin funksiyasının pozulması. XBT- Q71.3; Q74.0; M20.0; M24.6; Z73.6.” diaqnozu qoyulmuşdur.
30. Beləliklə, məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində xx.xx.2024-cü tarixli R0016217İEN nömrəli (Forma TQS №088) göndərişdəki xəstəliklərdən Bağırzadə Fidan Azad qızının hazırda əziyyət çəkməsi inkar edilməmişdir.
31. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyul 2023-cü il tarixli 235 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”ndə 13.1.2-ci yarımbəndin “XBT- 10 (kod)” sütununda “Q68.1-Q71.3” sözləri “Q68.1-Q71” sözləri ilə əvəz edilmişdir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 13-cü bənd - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri – 13.1.2-ci yarımbənd - “Q68.1-Q71 yuxarı ətrafların anadangəlmə deformasiyası, olmaması”, 13.3-cü yarımbənd – “M24.6 Oynağın ankilozu” və həmin bənddə 13.5.1-ci yarımbənd – “Q87.8 başqa rubrikalarda təsnif olunmayan digər dəqiqləşdirilmiş anadangəlmə inkişaf qüsuru sindromları” xəstəlikləri əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur.
33. Beləliklə, cavabdeh Bağırzadə Fidan Azad qızına əlilliyin təyinindən imtina olunaraq onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Belə ki, 2009-cu il təvəllüdlü Bağırzadə Fidan Azad qızı uşaqlıqdan xəstəliklə mübarizə aparmasına, müxtəlif xəstəxanalarda müalicə almasına, əməliyyat olunmasına baxmayaraq sağalmamış, səhhətində hər hansı bir müsbət dəyişiklik olmamışdır. Lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır.
34. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin xx.xx.2024-cü i tarixli qərari ləğv edilməli, Bağırzadə Fidan Azad qızına xx.xx.2024-cü il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisin) təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının 3-17-4/3-1-13401/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı Bağırzadə Fidan Azad qızına aid hissədə ləğv edilsin. Bağırzadə Fidan Azad qızına xx.xx.2024-cü il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisin) təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva