Məhkəmə qərarları › İş №2-1(112)-10253/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10253/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10253/2025 03.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Üçüncü şəxs X3 nümayəndəsi (vəkili) Vəkil2 qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X9) qarşı “çıxarışın və plan-ölçü sənədinin verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 808A saylı bağ sahəsi üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, həmçinin həmin torpaq sahəsinə dair plan-ölçii verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Həsənova (Bəşirova) Aidə Xanlar qızının etibarnamə üzrə nümayəndəsi X22 Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən “808A” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli xx.xx.2024-cü il tarixli müraciəti olmuşdur. Müraciətə cavab olaraq bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 1 1.10.2014-cü il tarixində qanuni qüvvəsini almış 2-1(81)-4410/2014 saylı qərarı əsasında Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 843z saylı (sahəsi 0,12 ha olan) bağ sahəsinə dair X12 adına plan-sxemin verilməsi Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmiş və tərəfimizdən müvafiq torpaq sahəsinə dair plan-sxem tərtib olunmuşdur. Həmin plan-sxem, (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 523748 nömrəli kadastr planı və təqdim edilmiş bağın icarəyə verilməsi haqqında xx.xx.2000-ci il tarixli 29103 nömrəli müqavilə əsasında göstərilən sahədən fərqli ərazidə yerləşən torpaq sahəsi üzərində X12 adına hüquqlar daşınmaz əmlakın dövlət reyestrində (**********16 nömrə ilə) qeydiyyata alınaraq sonradan özgəninkiləşdirilmişdir. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-3331/2025 saylı 28 yanvar 2025-ci il tarixli məktubunda qeyd edilir ki, 808a saylı bağ sahəsi kimi göstərilən ümumi torpaq sahəsi faktiki olaraq 1640.0 kv.m təşkil edir. Sözügedən 808a saylı bağ sahəsi kimi göstərilən sahə 808 saylı bağ sahəsi ilə ümumi hasar daxil indədir. Ara sərhəddində 3-4 mişar daşı hündürlüyündə hasar, üzəri dəmir qəfəs olan sərhəd və qapı boşluğu var. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi ilə **********16 reyestr nömrəli dövlət qeydiyyatına alman 843z saylı bağ sahəsi fərqli ərazidə yerləşir. Qeyd olunan **********16 reyestr nömrəli torpaq sahəsi hazırda X2 xüsusi mülkiyyətindədir. Məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçının sözügedən məhkəmənin qərarından və alqı-satqı müqaviləsindən heç bir məlumatı olmayıb, iddiaçı X9 adlı şəxsə etibarnamə verməmişdir. Əlavə olaraq qeyd edilir ki, sözügedən Novxanı ərazisindəki ümumi sahəsi 0,25 ha olan 808 saylı bağ sahəsi 30 may 1088-ci il tarixli 18308 saylı icarə müqaviləsi əsasında X10 istifadəsinə verilmişdir. X23 xx.xx.2000-ci il tarixdə Bağlar Təsərrüfatı idarəsinə müraciət edərək ona məxsus olan 808 saylı bağın 0.12 ha hissəsini evlə birlikdə X18, digər 0,12 ha hissəsini isə X13 adına keçirilməsini xahiş etmişdir. Bundan sonra Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 808 saylı sahəsi 0,12 ha bağ sahəsi Bakı şəhəri XDS İK-nin 12 iyul 2000-ci il tarixli 18308 saylı İcarə müqaviləsi əsasında X18, 808a/854N saylı sahəsi 0,12 ha bağ sahəsi isə Bakı şəhəri XDS İK-nin 12 iyul 2000-ci il tarixli, 29103 saylı İcarə müqaviləsinə əsasən 152 saylı bağ tikinti kooperativi tərəfindən X13 qanuni istifadəsinə verilmişdir. Artıq 25 ildir ki, 808A/854N saylı bağ sahəsi A.Bəşirovanın sahibliyindədir. Odur ki, iddiaçı cavabdeh orqanın imtinasını tamamilə qanunsuz və əsassız hesab edir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixində qanuni qüvvəsim almış 2- 1(81)-4410/2014 saylı qərarı əsasında Bakı şənən Binəqədi rayonu Novxanı bağ massivində yerləşən 843z saylı sahəsi 0,12 ha olan bağ sahəsinə dair X14 adına plansxemm verilməsi Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvələ edilmiş və tərəfimizdən müvafiq torpaq sahəsinə dair plan-sxem tərtib olunmuşdur. Həmin plansxem və təqdim edilmiş bağın icarəyə verilməsi haqqında xx.xx.2000-ci il tarixli 29103 nömrəli müqavilə əsasında göstərilən sahədən fərqli ərazidə yerləşən torpaq sahəsi üzərində X15 adına hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-cı maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakımıyyəlı orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış nuquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması uçun digər əsasların olub-olmamasının müəyyən edilməsi yolu ilə aparılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı “Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 808A saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********28 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixində qanuni qüvvəsini almış 2-1(81)-4410/2014 saylı qərarı əsasında Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 843z saylı sahəsi 0.12 ha olan bağ sahəsinə dair X12 adına plan-sxemin verilməsi Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmiş və idarə tərəfindən müvafiq torpaq sahəsinə dair plan-sxem tərtib olunmuşdur. Həmin plan-sxem və təqdim edilmiş bağın icarəyə verilməsi haqqında xx.xx.2000-ci il tarixli 29103 nömrəli müqavilə əsasında göstərilən sahədən fərqli ərazidə yerləşən torpaq sahəsi üzərində X12 adına hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi yolu ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

5. “Bağın icarəyə verilməsi haqqında” xx.xx.1988-ci il tarixli 18308 nömrəli Müqaviləyə əsasən Birlik (X8 və İstismarı Birliyi) Novxanı qəsəbəsində 808 saylı sahədə yerləşən 0,25 hektarlıq bağ sahəsi, 14.06 kv.m olan 1 otaqdan ibarət binanı, yaradıcı binaları hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün İcarədara (X16) vermiş və İcarədar (X23) həmin bağ sahəsini təhvil almışdır (Bağ 808).

6. X23 tərəfindən Bağlar Təsərrüfatı İdarəsinə ünvanlanan xx.xx.2000-ci il tarixli ərizəyə əsasən ona məxsus olan 808 №-li bağın 0,12 ha hissəsinin evlə birliktə X18, 0,12 ha hissəsinin isə X13 adına keçirilməsini xahiş etmişdir.

7. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, 808a saylı bağ sahəsinə münasibətdə müəyyən edilmişdir: - “Bağın icarəyə verilməsi haqqında” xx.xx.2000-ci il tarixli 29103 nömrəli Müqaviləyə əsasən Birlik (X8 və İstismarı Birliyi) Novxanı qəsəbəsində 0,12 hektarlıq bağ sahəsi hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün İcarədara (X19) vermiş və İcarədar (X25) həmin bağ sahəsini təhvil almışdır (Bağ 808a).

8. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, 808 saylı bağ sahəsinə münasibətdə müəyyən edilmişdir: - “Bağın icarəyə verilməsi haqqında” xx.xx.2000-ci il tarixli 18308 nömrəli Müqaviləyə əsasən Birlik (X8 və İstismarı Birliyi) Novxanı qəsəbəsində 0,12 hektarlıq bağ sahəsi, 14.06 kv.m olan 1 otaqdan ibarət binanı, yaradıcı binaları hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün İcarədara (X30) vermiş və İcarədar (X30) həmin bağ sahəsini təhvil almışdır (Bağ 808). - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən sahəsi 22,94 kv.m olan bağ evi və 0,12 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə X18 adına qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********30-11301; qeydiyyat nömrəsi **********). - İş materiallarına əlavə edilmiş **********568 nömrəli Ərizəyə əsasən X30 AR DƏDRXnin Bakı Şahar Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********30-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 saylı bağ evi ünvanında yerləşən ümumi sahəsi 22.94 kv.m olan bağ evi söküldüyü üçün üzərindəki hüquqların dövlət qeydiyyatının ləğv edilməsini və layihə əsasında inşa edilmiş yeni evin dövlət qeydiyyatına alınmasına göstəriş verilməsini xahiş etmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən sahəsi 367,2 kv.m olan bağ evi və 0,12 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə X18 adına qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********82-11302; qeydiyyat nömrəsi **********).

9. X4 adına qeydiyyat alınmış 843z saylı bağ sahəsinə münasibətdə müəyyən edilmişdir: - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-inz(81)-4410/2012 saylı xx.xx.2014-cü il tarixli Qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 843z saylı sahəsi 0,12 ha bağ sahəsinə dair X13 adına plan-sxemin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 843z saylı bağ sahəsi xx.xx.2014-cü il tarixdə X12 adına qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********16; qeydiyyat nömrəsi **********). - Reyestrdə 4Ə-570 nömrə ilə qeyd olunan AN-İ ******* nömrəli xx.xx.2014-cu il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X25 (nümayəndəsi X9) Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 843z saylı bağ sahəsini X4 mülkiyyətinə vermişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 843z saylı bağ sahəsi xx.xx.2015-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********16; qeydiyyat nömrəsi **********). - X13 adından X3 adına verilmiş olan 09 sentyabr 2006-cı il tarixli 7E/-23156 reyestr nömrəsi ilə qeydiyyatdan keçən etibarnamə iş materiallarına əlavə olunmuşdur. - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 4/476 nömrəli Ekspert Rəyinə əsasən ekspertizaya təqdim edilmiş, X13 adından X3 adına verilmiş olan 09 sentyabr 2006-cı il tarixli 7E/-23156 reyestr nömrəsi ilə qeydiyyatdan keçən etibarnamədə “İmza” qrafasındakı imza və “Bəşirova A.” yazmaları – Bəşirova (Həsənova) Aidə Xanlar qızı tərəfindən yox, başqa şəxs tərəfindən olunmuşdur.

10. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, 843z saylı bağ sahəsinə münasibətdə müəyyən edilmişdir: - Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 3 №-li Orderdə qeyd olunmuşdur ki, Bakı şəhər icra hakimiyyətinin 10 dekabr 1997-ci il tarixli qərarına əsasən X20 Novxanı bağlar sahəsində 121 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 843z №-li bağ ayrılmışdır. - X26 tərəfindən Bağlar Təsərrüfatı İdarəsinə ünvanlanan xx.xx.1998-ci il tarixli Ərizəyə əsasən Novxanıda adına olan 843z №-li bağın X24 adına keçirilməsini xahiş etmişdir. - Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 19 №-li Orderdə qeyd olunmuşdur ki, Bakı şəhər icra hakimiyyətinin 13 fevral 1998-ci il tarixli 123 №-li qərarına əsasən X29 Novxanı bağlar sahəsində 121 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 843z №li bağ ayrılmışdır. - X21 tərəfindən Bağlar Təsərrüfatı İdarəsinə ünvanlanan xx.xx.2004-cü il tarixli Ərizəyə əsasən Novxanı bağlar sahəsindəki X24 adına olan 843z saylı bağlın onun adına rəsmiləşdirilməsi xahiş edilmişdir. - “Novxanı ərazisindəki 843z nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2004-cü il tarixli 32287 nömrəli Müqaviləyə əsasən Birlik (X8 və İstismarı Birliyi) Novxanı qəsəbəsində 0,12 hektar torpaq sahəsi olan 843z №-li bağ sahəsi müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla İstifadəçiyə (X21) vermiş və İstifadəçi (X21) həmin bağ sahəsini istifadəsinə götürmüşdür (Bağ 843z). - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, 32287 saylı xx.xx.2004-cü il tarixli müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində 843z saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

11. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə X9 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

12. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi və bildirdi ki, İddiaçı üçüncü şəxs X5 tanımır və həmin şəxsə hər hansı etibarnamə verməmişdir. 808a saylı bağ sahəsi 25 ildir ki, iddiaçının istifadəsindədir. İddiaçı “Bağın icarəyə verilməsi haqqında” xx.xx.2000-ci il tarixli 29103 nömrəli Müqavilə əsasında onun adından verildiyi iddia olunan etibarnamə ilə 843z saylı torpaq sahəsinin satıldığından və torpaq sahəsi ilə bağlı məhkəmə prosesindən məlumatlı olmamışdır. İddiaçı etibarnamədən xəbərdar olmadığı üçün həmin etibarnamə iddiaçıda yoxdur. İddiaçının adından verildiyi qeyd olunan etibarnamədə iddiaçının soyadı Bəşirova kimi qeyd olunmuşdur, lakin həmin dövrdə iddiaçının soyadı Həsənova olmuşdur. İddiaçı tərəfindən mübahisələndirilən 808a saylı bağ sahəsinin X4 adına qeydiyyat alınmış 843z saylı bağ sahəsi ilə hər hansı əlaqəsi yoxdur. Müvafiq ərazidə yerləşən torpaq sahələrinin bir çoxunun hüquq müəyyənedici sənədi yoxdur. Odur ki, bir çox vətəndaşlar torpaq sahələrini sənədləşdirmək üçün bu üsuldan istifadə edirlər. Eyni zamanda bildirdi ki, xx.xx.2014-cü il tarixli məhkəmə qərarının ləğv edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət ediləcəkdir.

13. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) iddianın tələbinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahatında qeyd etdi ki, İddiaçı və üçüncü şəxs X9 arasında hər hansı tanışlıq əlaqəsi yoxdur və əvvəllər də olmamışdır. Müvafiq etibarnamənin verilməsi zamanı üçüncü şəxs X9 iştirak etməmişdir. Belə ki, tanışı X11 torpağını sənədləşdirmək üçün ona müraciət etmiş, o da bu məqsədlə bağlar təsərrüfatına müraciət etmiş, etibarnamə üçüncü şəxsə (X6) bağlar təsərrüfatının işçisi olan mərhum Sərxanov Paşa adlı şəxs tərəfindən verilmişdir. O (X9) etibarnamənin notarial qaydada təsdiq olunduğunu görmüş və onun əsasında məhkəmə iddiası qaldırmış və daha sonra məhkəmə qərarı əsasında çıxarış əldə edərək bağın alqı-satqısını həyata keçirmişdir. İddiaçı tərəfindən mübahisələndirilən bağ sahəsi və X4 adına qeydiyyat alınmış 843z saylı bağ sahəsi tamamilə ayrı ərazilərdə yerləşir. Üst-üstə düşmə halı və ya hər hansı mübahisə mövcud deyil. Bu fakt 843z saylı bağ sahəsinin hazırki mülkiyyətçisi X11 tərəfindən təsdiq olunmuşdur. 843z saylı torpaq sahəsi 20 ildən çoxdur ki, X4 istifadəsindədir.

II. İddianın növü və mümkünlüyü

14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

15. İddia tələbi plan və ölçü sənədinin tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir.

17. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

18. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

19. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

20. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

21. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

22. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

23. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

24. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

26. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

27. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

28. X38 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

29. X38 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

30. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 808A saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsini tələb etmişdir.

31. Məhkəmə ilk növbədə iş materiallarını araşdıraraq müəyyən edir: - “Bağın icarəyə verilməsi haqqında” xx.xx.1988-ci il tarixli 18308 nömrəli Müqaviləyə əsasən Birlik (X8 və İstismarı Birliyi) Novxanı qəsəbəsində 808 saylı shaədə yerləşən 0,25 hektarlıq bağ sahəsi, 14.06 kv.m olan 1 otaqdan ibarət binanı, yaradıcı binaları hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün İcarədara (X16) vermiş və İcarədar (X23) həmin bağ sahəsini təhvil almışdır (Bağ 808). - X23 tərəfindən Bağlar Təsərrüfatı İdarəsinə ünvanlanan xx.xx.2000-ci il tarixli ərizəyə əsasən ona məxsus olan 808 №-li bağın 0,12 ha hissəsinin evlə birliktə X18, 0,12 ha hissəsinin isə X13 adına keçirilməsini xahiş etmişdir. - “Bağın icarəyə verilməsi haqqında” xx.xx.2000-ci il tarixli 29103 nömrəli Müqaviləyə əsasən Birlik (X8 və İstismarı Birliyi) Novxanı qəsəbəsində 0,12 hektarlıq bağ sahəsi hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün İcarədara (X19) vermiş və İcarədar (X25) həmin bağ sahəsini təhvil almışdır (Bağ 808a).

32. Odur ki, məhkəmə hesab edir ki, “Bağın icarəyə verilməsi haqqında” xx.xx.2000-ci il tarixli 29103 nömrəli Müqavilə iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir.

33. Cavabdeh imtinanın dəlili olaraq bildirmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixində qanuni qüvvəsini almış 2-1(81)-4410/2014 saylı qərarı əsasında Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 843z saylı sahəsi 0.12 ha olan bağ sahəsinə dair X12 adına plan-sxemin verilməsi Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmiş və tərəfimizdən müvafiq torpaq sahəsinə dair plansxem tərtib olunmuşdur. Həmin plan-sxem və təqdim edilmiş bağın icarəyə verilməsi haqqında xx.xx.2000-ci il tarixli 29103 nömrəli müqavilə əsasında göstərilən sahədən fərqli ərazidə yerləşən torpaq sahəsi üzərində X12 adına hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir.

34. Məhkəmə bununla bağlı ilkin olaraq müəyyən edir ki, iddiaçı tərəfindən mübahisələndirilən 808a saylı bağ sahəsi və X4 adına qeydiyyata alınmış 843z saylı bağ sahəsi üst-üstə düşmür, ayrı-ayrı torpaqlardır və coğrafi baxımdan fərqli ərazilərdə yerləşirlər. Belə ki, məhkəmə iclasında iştirak edən tərəflər qeyd olunan faktı təsdiq etmişdirlər.

35. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) izahatında bildirmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən 808a saylı bağ sahəsinin X4 adına qeydiyyat alınmış 843z saylı bağ sahəsi ilə hər hansı əlaqəsi yoxdur. 808a saylı bağ sahəsi 25 ildir ki, iddiaçının istifadəsindədir.

36. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) izahatında bildirmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən bağ sahəsi və X4 adına qeydiyyat alınmış 843z saylı bağ sahəsi tamamilə ayrı ərazilərdə yerləşir. Üst-üstə düşmə halı və ya hər hansı mübahisə mövcud deyil. 843z saylı torpaq sahəsi 20 ildən çoxdur ki, X4 istifadəsindədir.

37. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda və məhkəməyə təqdim olunmuş yazılı etirazda aydın şəkildə qeyd olunmuşdur ki, 808a kimi göstərilən torpaq sahəsi ilə 843z saylı torpaq sahəsi coğrafi baxımdan fərqli ərazilərdə yerləşir.

38. Məhkəmə eyni zamanda müəyyən edir ki, 843z saylı bağ sahəsi məhz X13 adından X3 adına verilmiş 09 sentyabr 2006-cı il tarixli 7E/-23156 reyestr nömrəli etibarnamə əsasında X13 adına qeydiyyata alınmış və daha sonra X1. Buna baxmayaraq etibarnamənin tərəfləri olan etibar edən (X25) və etibar edilən (X3) şəxsin bir-birini tanımadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən tərəflər qeyd olunan faktı təsdiq etmişdirlər.

39. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) izahatında bildirmişdir ki, İddiaçı üçüncü şəxs X5 tanımır və həmin şəxsə hər hansı etibarnamə verməmişdir. İddiaçı “Bağın icarəyə verilməsi haqqında” xx.xx.2000-ci il tarixli 29103 nömrəli Müqavilə əsasında onun adından verildiyi iddia olunan etibarnamə ilə 843z saylı torpaq sahəsinin satıldığından və torpaq sahəsi ilə bağlı məhkəmə prosesindən məlumatlı olmamışdır. İddiaçı etibarnamədən xəbərdar olmadığı üçün həmin etibarnamə iddiaçıda yoxdur. İddiaçının adından verildiyi qeyd olunan etibarnamədə iddiaçının soyadı Bəşirova kimi qeyd olunmuşdur, lakin həmin dövrdə iddiaçının soyadı Həsənova olmuşdur.

40. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) izahatında bildirmişdir ki, İddiaçı və üçüncü şəxs X9 arasında hər hansı tanışlıq əlaqəsi yoxdur. Müvafiq etibarnamənin verilməsi zamanı üçüncü şəxs X27 iştirak etməmişdir. Belə ki, etibarnamə üçüncü şəxsə bağlar təsərrüfatının işçisi olan mərhum Sərxanov Paşa adlı şəxs tərəfindən verilmişdir. Üçüncü şəxs etibarnamənin notarial qaydada təsdiq olunduğunu görmüş və onun əsasında alqı-satqı həyata keçirmişdir.

41. Məhkəmə nəzərə alır ki, iddia tələbinin predmeti olan torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Torpaqla bağlı hər hansı mübahisə yoxdur.

42. Məhkəmə digər tərəfdən müəyyən edir ki, hazırda X4 adına qeydiyyata alınmış 843z saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün ilkin hüquq müəyyənedici qismində “Bağın icarəyə verilməsi haqqında” xx.xx.2000-ci il tarixli 29103 nömrəli Müqaviləyə istinad olunmuşdur. Halbuki, qeyd olunan müqavilədə bağ sahəsinin nömrəsi 808a kimi göstərilmiş və müvafiq bağ sahəsi X16 məxsus olmuş 808 saylı bağ sahəsinin bölünməsi nəticəsində Bəşirova (Həsənova) Aidə Xanlar qızına ayrılmışdır. 808a saylı bağ sahəsinin həqiqi ərazisi də məhz göstərilən əraziyə uyğun gəlir.

43. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsindəki 808a saylı bağ sahəsinin və artıq qeydə alınmış 843z saylı bağ sahələrinin tam fərqli ərazilərdə yerləşməsi iş materialları ilə öz təsdiqini tapır (ortofoto çıxarışı əlavə edilmişdir).

44. Məhkəmə eyni zamanda müəyyən edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, 843z saylı bağ sahəsinə dair ilkin hüquq müəyyənedici sənəd qismində “Novxanı ərazisindəki 843z nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2004-cü il tarixli 32287 nömrəli Müqavilə mövcuddur. Müvafiq müqaviləyə əsasən 843z saylı bağ sahəsi X21 adlı şəxsə ayrılmışdır. Buna baxmayaraq 32287 saylı xx.xx.2004-cü il tarixli müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində 843z saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir (cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir). Odur ki, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) izahatında bildirmişdir ki, xx.xx.2014-cü il tarixli məhkəmə qərarının ləğv edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət ediləcəkdir.

45. Məhkəmə tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4410/2014 saylı işinə baxış keçirilmiş, müəyyən edilmişdir ki, iddia ərizəsi X13 adından X9 tərəfindən imzalanmış, məhkəmə iclasında X13 adından X9 iştirak etmiş, eləcə də iş materiallarına X13 adından imzalanmış etibarnamə təqdim edilməmişdir. Məhkəmə qərarının qəbul edilməsində hüquqmüəyyənedici sənəd qismində məhz X13 adına olan 808a saylı bağ sahəsinə dair “Bağın icarəyə verilməsi haqqında” xx.xx.2000-ci il tarixli 29103 nömrəli Müqavilə çıxış etmişdir.

46. Hazırki iş üzrə keçirilmiş olmasa da, fakt üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsində X13 adından X3 adına verilmiş olan 09 sentyabr 2006-cı il tarixli 7E/-23156 reyestr nömrəsi ilə qeydiyyatdan keçən etibarnamədə “İmza” qrafasındakı imza və “Bəşirova A.” yazmaları – Bəşirova (Həsənova) Aidə Xanlar qızı tərəfindən yox, başqa şəxs tərəfindən olunduğu müəyyən edilmiş, eləcə də iddiaçının və üçüncü şəxsin bir-birini tanımaması tərəflərin izahatları ilə təsdiq olunmuşdur. Odur ki, iddiaçının vaxtilə onun adından qaldırılmış məhkəmə iddiasından məlumatlı olmaması məhkəmədə hər hansı şübhə doğurmur. Eyni zamanda 808a saylı bağ sahəsi ilə 843z saylı bağ sahələrinin bir-birinə aidiyyəti olmamaqla tam fərqli ərazilərdə yerləşməsi mübahisəsizdir.

47. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.

48. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

49. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

50. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

51. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

52. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 808a saylı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına çıxarışın və plan ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar