Məhkəmə qərarları › İş №2-1(112)-10256/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10256/2024

28.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10256/2024 28.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə X4 kаtibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa və ödənilməli olan məbləğin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) hərbi xidmətdən tərxis edilməsi barədə Azərbaycan Respublikası Müdafiə nazirinin 01 may 2024-cü il tarixli 0397 saylı əmrinin ləğv edilməsi, onun N nömrəli hərbi hissənin 1-ci taborunu qərargah rəisi vəzifəsinə bərpa olunmaqla məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxx 1994-cü il tarixində Şərur rayonunun İbadulla kəndində anadan olub. 2015-ci il tarixində Heydər Əliyev adma Azərbaycan Ali Hərbi Məktəbini bitirmişdir. Həmin ildən etibarən leytenant rütbəsi ilə Müdafiə Nazirliyində hərbi xidmətə başlamışdır. Xidmət etiyi dövrdə o Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli 2362 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunması”, 24 iyun 2021- ci il tarixli 2724 nömrəli Sərəncamı ilə “Cəsur döyüşçü” medalları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətn müharibəsi iştirakçısı” medalı, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən Azərbayca Ordusunun 100 illiyi, Qüsursuz xidmətə görə 3-cü dərəcəli və Şücaətə görə medalları ilə təltif olunub. Xidməti xasiyyətnamə ilə müəyyən olunur ki, İddiaçı xidmət etdiyi dövrdə özünü nizam-intizamlı hərbiçi kimi göstərmiş, hərbi nəzakət və davranış qabiliyyəti müsbətdir tabe olmaq və tabe etmək bacarığına malikdir, fikrini yazılı və şifahi ifadə etmək qabiliyyəti yaxşıdır, hərbi geyimi sevir, səliqə səhmala saxlayır və yüksək qürur hissi ilə daşıyır. İddiaçı oğlu ehtiyata buraxılana qədər kapitan hərbi rütbəsi ilə N nömrəli hərbi hissənin 1-ci taborunu qərargah rəisinin maddi texniki təminat üzrə köməkçisi vəzifəsində xidmət edib. İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 01 may 2024-cü il tarixli 0397 saylı əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) hərbi xidmətdən tərxis edilmişdir. 21 may 2024-cü il tarixində onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) hərbi xidmətdən tərxis edilməsinin əsası kimi onun marixuanadan istifadə etməsi göstərilib. Qeyd etmək istərdik ki, iddiaçı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək AR Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHM-də ambulator müayinədən keçmiş və onda narkolohi xəstəlk əlamətləri aşkar edilməmişdir. AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2024-cü il tarixli, N°1945 saylı arayışı ilə hərbi xidmətə yararlı hesab edilib. Qeyd etmək istərdik ki, iddiaçının narkotik vasitə istifadə etməsi ilə bağlı inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı hər hansı qərar mövcud deyil. Aşağıda qeyd olunan hüquq normalarına əsasən hesab edirik ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) hərbi xidmətdən tərxis edilməsi barədə Azərbaycan Respublikası Müdafiə nazirinin 01 may 2024-cü il tarixli 0397 saylı əmrinin ləğv edilməsi, onun N nömrəli hərbi hissənin 1-ci taborunu qərargah rəisi vəzifəsinə bərpa olunmaqla məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimləmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının 3.10.1997-ci il tarixli 377-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilir. Hərbi xidmətə daxil olma və hərbi xidmətdən buraxılma da həmin qanunvericilik aktları ilə tənzimlənir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Belə ki, iddiaçının ehtiyata buraxılmasına dair təqdimatdan və sənədlərdən görünür ki, iddiaçı 2011-2024-cü illərdə Azərbaycan Ordusunda həqiqi xidmət xidmət keçmiş, kapitan İddiaçı götürülmüş birdəfəlik 10 ml-lik şpris vasitəsi ilə 10 ml qan 100 ml-lik birdəfəlik qabda 25 milli sidik nümunələri xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5”nin məhkəmə-kimya bölməsinin məhkəmə-tibbi eksperti-kimyaçıya təqdim edilmişdir. Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 08.01,2024-cü il tarixli 4686/K nömrəli aktında və ekspert rəyinə əsasən kapitan İddiaçı götürülmüş analizdən məhkəməkimyəvi tədqiqatın nəticəsində sidik nümunəsinin tərkibində 9-A-Tetra-hidro cannabiis adlı maddə aşkar olunmuşdur. Aşkarlanan bu maddə çətənə (cannabis) bitkisindən alınan Marixuana, həşiş və həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir. Aşkarlanan bu narkotik vasitə dövriyyəsi və qəbulu qadağan olunmuş narkotiklərin siyahısına daxildir. İddiaçının göstərilən əsasla ehtiyata buraxılması barədə təqdimat verilmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbyacan Respublikası müdafiə nazirinin 01,05.2024-cü il tarixli müvafiq əmri ilə N nömrəli hərbi hissənin 1-ci Əməliyyat taborunun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi kapitan İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının yerinə yetirdiyi xidmətin xüsusiyyətlərini, silah və sursatlara buraxılışının olmasıni, narkotik vasitələrin qəbuluna başqa şəxsləri cəlb etməsinin mümkünlüyünü və sair baş verə biləcək təhlükəli nəticələri nəzərə alaraq Müdafiə Nazirliyi iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə inzibati akt qəbul etdmişdir. O, narkotik vasitənin qəbuledicisi kimi hərbi xidmətədə saxlanıla bilməzdi. Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddia tam əsassızdır, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasına səbəb olan ondan götürülmüş sidik nümunəsinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “cannabis” aşkar edildiyi üçün hərbi qulluqçu ilə xidməti münasibətlərinə bir tərəfli qaydada son qoyması qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. İddiaçı barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 38, 47.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və 154-cü maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2024-cü il tarixli 1945 nömrəli arayışından görünür ki, xx.xx.1994-cü il təvəllüdlü N nömrəli hərbisində kapitan kimi xidmət edən İddiaçı xx.xx.2024-cü il tarixdə hərbi-həkim komissiyası tərəfindən hərbi xidmətə yararlılığının təyini üçün keçirilmiş müayinənin nəticəsi olaraq: psixi sağlam. Anamnezində kannabinoid (marixuana) epizodik qəbulu aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin 4686/K nömrəli məhkəməkimyəvi ekspertizanın nəticələrindən görünür ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək keçirilən müayinənin rəyinə əsasən məhkəmə-kimyəvi tədqiqat nəticəsində sidik nümunəsinin tərkibində 9-A-Tetrahidrokanna- binol adlı maddə aşkar olundu. Aşkarlanan bu maddə Çətənə (Cannabis) bitkisindən alınan Marixuana, Həşiş və Həşiş qətranı adı iləjçanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2024-cü il tarixli 0397 nömrəli çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, N nömrəli hərbi hissənin 1-ci Əməliyyat taborunun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi kapitan İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 149 nömrəli Əmrindən çıxarışından görünür ki, 1-ci əməliyyat taborunun qərargah rəisinin maddı-texnıkı təminat üzrə köməkçisi kapitan İddiaçı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e bəndində (xidmət uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin. 21 may 2024-cü il tarixdən şəxsi heyətin siyahısından bütün növ təminatdan çıxarılsın və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinə göndərilmişdir. Kapitan İddiaçı 2024-cı ıl yanvar-aprel aylarındakı xidmətinə görə Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə yə müvafiq olaraq birdəfəlik pul mükafatından məhrum edilmişdir. Kapitan İddiaçı, 2024-cü ıl üçün nəzərdə tutulmuş birdəfəlik maddı yardım ödənilib 2024cü ilin növbəti məzuniyyətindən 15 (on beş) gün istifadə edib və məzuniyyətə görə biraylıq vəzifə maaşı həcmində əlavə pul təminatı ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin İddiaçı sağlamlıq vəziyyətinin müayinə edilməsi aktında bildirilmişdir ki, 2023-cü ilin sentyabr ayında yalnız bir dəfə marixuana (kannabinoid) qəbul edib. Bundan başqa digər narkotik maddələrindən istifadə etmədiyini bildirmişdir. Diaqnoz: Hal-hazırda narkolojı xəstəlik əlamətləri aşkar edilməmişdir. Anamezin, kannobinoid (marixuana) epizodik qəbulu. İş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissəsinin komandirinə ünvanlanmış raporta əsasən kapitan Əliyev X6 Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin xx.xx.2024-cü il tarixli 4686/K nömrəli aktında məhkəmə-kimyəvi tədqiqat nəticəsinə görə istifadəsi qadağan olan psixotrop və narkotik effekt yaradan maddələrdən istifadə etdiyi aşkar olunduğu üçün "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barəsində yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmağı xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Kapitan İddiaçı A-016130 nömrəli təqdimatının əsaslandırması olaraq qeyd edilmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdim olunur. Kapitan İddiaçı xx.xx.2023-cü il tarixdən N nömrəli hərbi hissənin 1-ci əməliyyat taborunun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi vəzifəsində xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı və bacarıqlı bir zabit kimi göstərməyə çalışsa da buna nail ola bilməmişdir. Xidməti işinə münasibəti və məsuliyyəti qənaətbəxş deyil. Nizamnamə qaydalarını zəif biliı və gündəlik iş fəaliyyətini onun tələblərinə uyğun qurmaqda çətinlik çəkir. Komandir və rəisləı tərəfindən verilən əmr və tapşırıqları vaxtlıvaxtında yerinə yetirməyə səy göstərir. Bir zabit kim o, öz xidməti vəzifəsinin məsuliyyətini dərk etmir, xidməti vəzifəsinə məsuliyyətlə yanaşmır ve hərbi bilik səviyyəsinin artırılması üçün öz üzərində çalışmır. Kapitan Əliyev X6 Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 xx.xx.2024-cü il tarixli 4686/K nömrəli aktında məhkəmə-kimyəvi tədqiqa nəticəsinə görə istifadəsi qadağan olan narkotik effekt yaradan maddədən istifadə etdiyi aşka olunmuşdur. Ehtiyata buraxıldıqdan sonra qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinə göndəriləcək. Yuxarıda göstərilənləri nəzərə alaraq kapitan İddiaçı xidmət uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını məqsədəuyğun hesab edilir: Tutduğu vəzifəyə uyğun deyil. Xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə vəsatət qaldırıram. İş materiallarına əlavə edilmiş İddiaçı xidməti xasiyyətnaməsində qeyd edilmişdir ki, kapitan İddiaçı xx.xx.2023-cü il tarixdən N nömrəli hərbi hissənin 1-ci əməliyyat taborunun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi vəzifəsində xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı və bacarıqlı bir zabit kimi göstərməyə çalışsada buna nail ola bilməmişdir. Xidməti işinə münasibəti və məsuliyyəti qənaətbəxş deyil. Nizamnamə qaydalarını zəif bilir və gündəlik iş fəaliyyətini onun tələblərinə uyğun qurmağda çətinlik çəkir. Komandir və rəislər tərəfindən verilən əmr və tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməyə səy gösdərir. Bir zabit kimi o, öz xidməti vəzifəsinin məsuliyyətini dərk etmir, xidməti vəzifəsinə məsuliyyətlə yanaşmır və hərbi bilik səviyyəsinin artırılması üçün öz üzərində çalışmır. İş materiallarına əlavə edilmiş Müdafi\ Nazirliyi 2-ci Təhqiqat Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı ilə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, kapitan İddiaçı narkotik vasitədən istifadə etməsi faktında cinayət tərkibi olmadığından CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd edilmişdir. Beləliklə, işin sadalanan hallarından müəyyən olunur ki, iddiaçı N nömrəli hərbi hissənin 1-ci Əməliyyat taborunun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi kapitan rütbəsində Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2024-cü il tarixli 0397 nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuluğa görə) bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hazırkı iddiasında iddiaçı sözügedən əmrin ləğvini və xidmətə bərpasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -1-ci bəndinə görə bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. -2-ci bəndinə görə bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir. -156-cı bəndinə görə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa). -168-ci bəndinə görə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun: -6.7-ci maddəsinə əsasən əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə narkoloji xəstələr üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olmağa məhdudiyyətlər qoyulur. Belə peşə növlərinin və vəzifələrin siyahısı və məhdudiyyətin müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.1-ci maddəsinə əsasən tibbi yoxlama şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisələrində həyata keçirilir. -24.3-cü maddəsinə əsasən əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (bu Qanunun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -24.4-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilirlər. Bu şəxslərin icbari narkoloji müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin İ. Peşə növlərinin və vəzifələrin siyahısında: 10. Müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələr nəzərdə tutulmuşdur. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçıdan götürülmüş analiz nəticələrinə əsasən məhkəmə-kimyəvi tədqiqat nəticəsində sidik nümunəsinin tərkibində 9-A-Tetrahidrokanna- binol adlı Çətənə (Cannabis) bitkisindən alınan Marixuana, Həşiş və Həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddə aşkarlanmışdır. Qeyd edilən nəticə Azərbaycan Respublikası Müdafiə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin 4686/K nömrəli məhkəməkimyəvi ekspertizanın rəyi ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X7” publik hüquqi şəxsinin İddiaçı sağlamlıq vəziyyətinin müayinə edilməsi aktında da verdiyi izahat və müayinə nəticəsində 2023-cü ilin sentyabr ayında marixuana (kannabinoid) qəbul etdiyini bildirmiş, iddiaçıda marixuananın (kannabinoid) epizodik qəbulu diaqnozu müəyyən edilmişdir. Bundan əlavə onunla aparılmış söhbətəşmələrdə də iddiaçı məhkəmə-kimyəvi tədqiqat nəticəsinə etiraz etməmiş, istifadəsi qadağan olan psixotrop və narkotik effekt yaradan maddələrdən istifadə etdiyini inkar etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -41.1-ci maddəsinə əsasən inzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilər. -41.5-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddət nəzərdə tutulmamışdırsa, ekspert ekspertiza təyin edilməsi haqqında inzibati orqanın qərarı məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 30 gündən gec olmayaraq yazılı formada rəy verir, onu öz imzası ilə təsdiq edir və dərhal inzibati orqana göndərir. -41.8-ci maddəsinə görə ekspert ekspertizanı sifariş etmiş şəxsə müqavilədə göstərilən müddətdə yazılı rəy verir. Maraqlı şəxsin sifarişi ilə aparılmış ekspertiza nəticəsində verilmiş ekspert rəyi inzibati orqan tərəfindən materiallara əlavə edilir və digər sübutlarla yanaşı qiymətləndirilir. -67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, qeyd olunan qanunvericilik normalarını hazırkı işə tətbiq etdikdə məhkəmə bu nəticəyə gəir ki, cavabdeh inzibati orqan qanunla ona verilmiş səlahiyyətləri iddiaçıya münasibətdə düzgün həyata keçirmiş, mübahisələndirilən əmrin maddi və prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyi müəyyən olunmamışdır. İddiaçı tərəfin iddia etdiyi iddiaçının əməlində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd olunması və bu halın ona tətbiq edilmiş tənbeh növünün düzgün seçilməməsi kimi dəlilinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir. İşçinin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürənin törədilmiş intizam hüquq pozuntusuna görə işçiyə işdən azad etmə növündə intizam tənbeh tədbiri tətbiq etmək səlahiyyətinə malikdir. Başqa sözlə, işçinin törətdiyi hüquq pozuntusu və yaxud hüquqazidd əməlinə görə işəgötürən tərəfindən işdən azad edilməsi mümkündür və həmin əmələ görə cinayət məsuliyyətinə cəlb edilməməsi işdən azad etmə növündə tənbehin tətbiqini istisna etmir. Qeyd edilən hal istər hərbi xidmət haqqında qanunvericiliklə bunu qadağan edən imperativ normanın olmamasından, istərsə də Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin a bəndi və 4-cü hissəsinin birbaşa tələbindən irəli gəlir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar