Məhkəmə qərarları › İş №2-1(112)-1026/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1026/2025

08.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1026/2025 08.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X43 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı üçüncü şəxslər qismində X22, X11, X12, X13, X18, X23 və X24 cəlb olunmaqla cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin inzibati binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29), açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyənetdi: I.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli küçəsi, ev 5A, mənzil 26-dan X22, X11, X7, X19, X13, X18, X23, X14 pasport qeydiyyatından çıxarılması öhdəliyinin AR Daxili İşlər Nazirliyi Nərimanov rayon Polis İdarəsinin üzərinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli küçəsi, ev 5A, mənzil 26-da yerləşən iki otaqlı mənzil Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X45 Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 0070:1001034-05101-093014 daşınmaz əmlakın reyestr nömrəsi, ********** qeydiyyat nömrəli, 12.06. 2023-cü il tarixli çıxarışa əsasən şəxsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli küçəsi, ev 5A, mənzil 26 -da yerləşən iki otaqlı mənzili mən Bakı Şəhər 21 saylı Notariat Ofisində bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı X8 almışdır, hal-hazırda mülkiyyətçidir. Bakı şəhəri, 21 saylı notariat Ofisində bağlanmış xx.xx.2023-cü il tarixli,AN-1№ ******* saylı alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən satıcı V.Adıgözəlov ailə üzvləri ilə xx.xx.2023-cü ilədək həmin mənzildən pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür, lakin qeydiyyatdan çıxmırlar və iddiaçıya məxsus yaşayış sahəsində indiyədək qeydiyyatdadırlar. Həmin şəxslərin mənzildən qeydiyyatdan çıxarılmaları üçün mənim AR Daxili İşlər Nazirliyi Nərimanov rayon Polis İdarəsinə etdiyim müraciət "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" AR Qanununun 9-cu maddəsinə istinad edilərək məhkəməyə müraciət etməyi tövsiyyə edilərək xx.xx.2024-cü il tarixli məktubla rədd edilmişdir, ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin şəxslərin iddiaçıya məxsus mənzildə qeydiyyatda olmaları onun mülkiyyət hüququnun həyata keçirilməsinə mane olur və mənzil üzərində sahiblik, istifadə və sərəncam hüququnu məhdudlaşdırır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunduğu üçün qeyd olunan şəxsin qeydiyyatdan çıxarılması tərəfimizdən mümkün deyildir. Qeyd olunan məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X22, X11, X12, X13, X18, X23 və X24, X19 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişdirlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X9 üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi qismində vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər. III. İddianın növü və mümkünlüyü Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. IV. Tədqiq edilən sübutlar və faktiki hallar : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli Arayışa əsasən X11 (xx.xx.2004-cü il təvəllüdlü), X22 (xx.xx.1970-ci il təvəllüdlü), X12 (xx.xx.2016-cı il təvəllüdlü), X19 (xx.xx.1938-i il təvəllüdlü), X13 (xx.xx.2001-ci il təvəllüdlü), X23 (xx.xx.2009-cu il təvəllüdlü), X18 (xx.xx.1974-cü il təvəllüdlü)və X24 (xx.xx.1992-ci il təvəllüdlü) ünvan 1 ünvanında qeydiyyatdadır. Reyestrdə 4Ə-738 nömrə ilə qeyd olunan xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı X22 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı mülkiyyətinə vermişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) xx.xx.2023-cü il tarixində İddiaçı adına qeydiyyata alınmışdır. Cavabeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, X22 xx.xx.2008-ci il tarixdə ünvan 2 ünvanına pasport qeydiyyatına alınmışdır. Şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyindən tərəfimizdən məhv edilmişdir. Əlavə olaraq X11, X13, X18, X24, X23 1 saylı Bakı “ASAN xidmət” mərkəzində, X4 isə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyata alınmışlar. Odur ki, məktubda qeyd olunan məsələ ilə bağlı "ASAN xidmət” mərkəzinə müraciət edilməsi məqsədəmüvafiqdir. Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, ərazi üzrə 20 saylı Mənzil- Kommunal İstismar Sahəsinin verdiyi arayışa əsasən yuxarıda qeyd olunan ünvanda X22, həyat yoldaşı X20 və iki azyaşlı övladları ilə birlikdə yaşayırlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X45 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, sorğuda sadalanan fiziki şəxslərin qeyd olunan ünvan üzərində istifadə hüququnun qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(005)- 662/2024 nömrəli Qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı X15 cavabdehlər X31, ”Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X45 1 saylı Bakı Ərazi İdarəsinə və İddiaçı qarşı “X25 ilə arasında bağlanmış Bakı şəhəri 21 saylı Notariat Ofisinin xüsusi X36 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, reyestrdə 8İ-8130 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsi və cavadehin adına verilmiş ünvan 5 ünvana dair Hüquqların dövlət Qeydiyyatı Haqqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Qarşılıqlı iddia tələbi qismən təmin edilmişdir. Cavabdehlər X16, X1, X2, X9, X3, X10, X14 ünvan 1-dan çıxarılması qərara alınmışdır. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə inzibati iş üzrə məhkəmə icraatı Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı (hazırki iş üzrə üçüncü şəxs) X16 həmin iş üzrə cavabdehlər X36, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X42 1 saylı Bakı ərazi idarəsi və (hazırkı iş üzrə iddiaçı) İddiaçı qarşı “alğı-satqı müqaviləsinin və dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi”, qarşılıqlı iddia üzrə İddiaçı cavabdehlər X22, X5 və qeyrilərinə qarşı “yaşayış sahəsindən çıxarılma və maddi, mənəvi ziyan” tələbinə dair e-2(005)-662/2024 nömrəli mülki iş üzrə mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək dayandırılmışdır. Nərimanov Rayon Məhkəməsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanan xx.xx.2025-ci il tarixli məkubda qeyd edilmişdir ki, ilkin iddia üzrə iddiaçı X15 cavabdehlər X32, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X42 1 saylı Bakı Ərazi İdarəsinə və İddiaçı qarşı “alqı-satqı müqaviləsinin və dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi”, qarşılıqlı iddia üzrə İddiaçı cavabdehlər X17, X6 və qeyrilərinə qarşı “yaşayış sahəsindən çıxarılma və maddi, mənəvi ziyan” tələblərinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-662/2024 saylı, xx.xx.2024-cü il tarixli yekun məhkəmə aktı çıxarılmışdır. Qeyd olunan məhkəmə aktından apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5273/2024 saylı, 05.11,2024-cü il tarixli məhkəmə aktı qəbul edilmişdir. Müvafiq qətnamədən kassasiya şikayəti verilmiş və qeyd olunan mülki iş hazırda Azərbaycan Respublikasının Ali Məhkəməsinin icraatındadır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)- 5273/2024 nömrəli Qətnaməsi ilə iddiaçı X15 apellyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmişdir. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 iyun 2024-cü il tarixli qətnamə qismən, yəni “cavabdehlərin mübahisəli mənzilə bitişik olan əlavə tikilidən çıxarılmaları barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə qarşılıqlı iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. Qarşılıqlı iddia üzrə cavabdehlər X22, X11, X7, X13, X18 və X24 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 5A, mənzil 26-ya bitişik tikilmiş 60 kv.metr sahəsi olan əlavə tikintidən çıxarılması qərara alınmışdır. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 iyun 2024-cü il tarixli qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli Qərarı ilə Kassasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 noyabr 2024-cü il tarixli, 2(103)-5273/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə iş üzrə icraat təzələnmişdir. V. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq Üçüncü şəxslərin iddiaçı ilə hər hansı qohumluq əlaqələri yoxdur, istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. ... Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alıması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə:

14. Vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(005)- 662/2024 nömrəli qətnaməsilə cavabdehlər X16, X1, X2, X9, X3, X10, X14 ünvan 1-dan çıxarılması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)- 5273/2024 nömrəli qətnaməsilə həmçinin qarşılıqlı iddia üzrə cavabdehlər X22, X11, X7, X13, X18 və X24 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 5A, mənzil 26-ya bitişik tikilmiş 60 kv.metr sahəsi olan əlavə tikintidən çıxarılması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli Qərarı ilə Kassasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 noyabr 2024-cü il tarixli, 2(103)-5273/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, cavabdehlərin yaşayış sahəsindən çıxarılmalarına dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, mənzilin hazırkı mülkiyyətçisi onların qeydiyyatdan çıxarılmalarını tələb etməkdə haqlı olmuş, cavabdeh isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin imtinası qanunsuz hesab edilməli, X22, X11, X7, X13, X18, X23, X14 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə

qəraraaldı: İddia təmin edilsin. X22, X11, X7, X13, X18, X23 və X14 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər.

X47

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar