Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10261/2023 21.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsinə qarşı "torpağın qiymətinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti İddiaçı Bakı İnzibati Məhkəməsinə cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsinə qarşı Novxanı dəniz kənarında təzə salınmış yolun ərazisinin 1 sot qiymətinin ekspertiza vasitəsilə müəyyən edilməsi və müəyyən olunmuş qiymətlə 4.4 sotun dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. 1.İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 tərəfindən ona məxsus olan 0,8304 ha torpaq sahəsinə dair xx.xx.2022-ci ildə iddiaçıya etibarnamə vermişdir.İddiaçı həmin etibarnamə əsasında 0,12 hektar torpağı xx.xx.2022-ci ildə X2 və qalan 0,7104 hektara çıxarış almışdır.Sonra həmin etibarnamə əsasında iddiaçı xx.xx.2022-ci ildə 0,60 hektar torpağı X1.X6 adında 0,1104 ha torpaq sahəsi qalmışdır.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə torpaq sahəsinin planı və ölçüsü üçün müraciət edən zaman idarə ona torpağın azaldılaraq 4,4 sotu ilə kifayətlənməsi təklif edilmiş və o da razılaşmışdır.Həmin dövlət orqanı iddiaçının rəsmi müraciətinə cavab olaraq bildirmişdir ki, iddiaçıya məxsus olan torpaq sahəsinin 440,0 kv metr hissəsi sonradan çəkilmiş asfalt örtüklü dəniz kənarı maşın yoluna düşür. İddiaçı həmin torpaq sahəsinə görə kompensasiya verilməsi üçün cavabdehə müraciət etsə də ona imtina cavabı verilmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. 2.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı ilə cavabdehdən iddia tələbinə etirazın məhkəməyə təqdim edilməsi tələb edilsə də cavabdeh tərəfindən iddiaya etiraz təqdim edilməmişdir. İİ.İddianın növü və mümkünlüyü 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);...2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 4.Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun, Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İİİ. Məhkəmənin mövqeyi 5.Hazırda İddiaçı iddiası mümkünlük şərtlərinə cavab vermir.
6. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən göründüyü kimi iddiaçının əvəzinə kompensasiya verilməsini tələb etdiyi torpaq sahəsi iddiaçıya deyil, X4 məxsusdur.Sonuncu qeyd edilən torpaq sahəsi ilə bağlı X3 təmsil edilməsi üçün iddiaçıya etibarnamə vermişdir. İddiaçı əvəzində kompensasiya ödənilməsini tələb etdiyi torpaq sahəsi üzərində mülkiyyət, istifadə, servitut, girov hüquqlarının mövcud olmasına dair qanunvericiliklə müəyyən edilmiş sənədləri cavabdehə təqdim etməmişdir, habelə həmin sənədlərə malik olmasına dair iddia ərizəsinə sənədlər əlavə etməmişdir, əksinə iddia ərizəsindən və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət, istifadə hüquqları mövcud deyildir, belə olan halda cavabdeh tərəfindən iddiaçının subyektiv hüquqlarının pozulması halı mövcud deyildir. 7.Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 8.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1 girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3 servitutlar. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Göründüyü kimi iddiaçının iddia ərizəsinə əlavə etdiyi etibarnamə yalnız iddiaçının etibar edən şəxsi təmsil etmək üçün verilmişdir. 9.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsinə qarşı Novxanı dəniz kənarında təzə salınmış yolun ərazisinin 1 sot qiymətinin ekspertiza vasitəsilə müəyyən edilməsi və müəyyən olunmuş qiymətlə 4.4 sotun dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiası mümkün sayılmamalıdır. 10.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
11. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 12.Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 34, 35, 80 və 85ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsinə qarşı Novxanı dəniz kənarında təzə salınmış yolun ərazisinin 1 sot qiymətinin ekspertiza vasitəsilə müəyyən edilməsi və müəyyən olunmuş qiymətlə 4.4 sotun dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiası iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2acıbəyova