Məhkəmə qərarları › İş №2-1(112)-10263/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10263/2023

11.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10263/2023 11.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “cavabdehin iddiaçı barəsində NNN5-ci ilin və NNN6-cı ilin nəticələrinə görə birdəfəlik pul mükafatından məhrum edilməsi haqqında əmrlərinin ləğv edilməsi, həmin birdəfəlik pul mükafatlarının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və cavabdehdən iddiaçının xeyrinə qanunsuz əmrlər nəticəsində məruz qaldığı mənəvi zərərə görə 3NNN manat məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “cavabdehin iddiaçı barəsində NNN5-ci ilin və NNN6-cı ilin nəticələrinə görə birdəfəlik pul mükafatından məhrum edilməsi haqqında əmrlərinin ləğv edilməsi, həmin birdəfəlik pul mükafatlarının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və cavabdehdən iddiaçının xeyrinə qanunsuz əmrlər nəticəsində məruz qaldığı mənəvi zərərə görə 3NNN manat məbləğinin tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, N6.NN,NNNN-ci ildən xx.xx.NNNN-ci ilə qədər N nömrəli hərbi hissədə, xx.xx.NNN4-cü ildən xx.xx.NNNN-ci ilə qədər N nömrəli hərbi hissədə, xx.xx.NNNN-ci ildən xx.xx.NNN4-cü ilə qədər N7N nömrəli hərbi hissədə, xx.xx.NNN4-cü ildən xx.xx.NNN5-ci ilə qədər N9N nömrəli hərbi hissədə, xx.xx.NNN5-ci ildən xx.xx.NNN6-cı ilə qədər N nömrəli hərbi hissədə, xx.xx.NNN6-cı ildən xx.xx.NNN7-ci ilə qədər NN7 nömrəli hərbi hissədə, xx.xx.NNN7-ci ildən N7.NN NNNN-ci ilə qədər NN4 nömrəli hərbi hissədə hərbi həkim kimi xidmət etmiş, müharibə veteranıdır. İddiaçı NNN5 və NNN6-cı ilərdə hərbi qulluqçulara ödənilən birdəfəlik pul mükafatından məhrum edilmişdir. Həmin əmr qanunsuz olmuşdur. Belə ki, NNN5-və NNN6-cı illərdə öz vəzifələrini yüksək peşəkarlıqla yerinə yetirmiş, hərbi xidmətdə heç bir qusura yol verməmişdir. xx.xx.NNN5-ci ildən xx.xx.NNN5-ci ilədək N9N nömrəli hərbi hissədə xidmət etdiyi vaxt hərbi hissə komandirinin verdiyi əmrdən çıxarışa əsasən birdəfəlik pul mükafatının verilməsinə tam layiq olmuşdur. İlin ikinci yarısı üçün isə N nömrəli hərbi hissə komandiri tərəfindən birdəfəlik mükafatdan məhrum edilmişdir. Belə olan halda tam ümumi rəyə əsasən ona heç olmasa 5N% mükafat verilməli idi. Lakin mükafat qəti verilməmişdir. N nömrəli hərbi hissə komandiri tərəfindən birdəfəlik mükafatdan məhrum edilməyinin heç bir əsası olmamışdır. Əgər birfədəlik mükafatın ödənilməsinə layiq deyildisə o zaman necə olur ki, NNN6-cı ildə fevral ayında daha yüksək təyin edilməyi haqqında Təqdimat hərbi hissə komandiri tərəfindən Müdafiə Nazirliyinə göndərilmişdir. NNN6-cı ildə onu birdəfəlik mükafatdan məhrum edən komandir NNN6-cı ilin oktyabr ayında hərbi hissəyə təyin edilmişdir və iki ay müddətində hər hansı nöqsanının şahidi olmamışdır. Qeyd edilənlər barədə əmrlər iddiaçıya təqdim edilməmişdir, odur ki, hazırda qeyd edilən əmrlərin ləğv edilməsini tələb etmək hüququ vardır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə olaraq, prosessual müddətin bərpası haqqında ərizə təqdim edərək, əmrlərin iddiaçıya təqdim edilmədiyini, həmin vaxtı hərbi xidmətdə olduğunu və hərbi hissədə yaşayaraq hərbi xidmət etdiyi üçün məhkəməyə müraciət edə bilmədiyi nəzərə alınaraq, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən iddiaçının iddiasına dair etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı NNN5- NNN6-cı ilə aid olanları məhkəməyə NNN3-cü ilin may ayında müraciət etmiş, mübahisələndirmişdir. Bununlada iddia müddəti ötürülmüşdür. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin N.N-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəlləsinin N.N-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: N.N.N. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 3N.N-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 3N.N-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 3N.N.N. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 3N.N.N. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 3N.N.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35.N-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.N-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 3N gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən N ay müddətində qaldırıla bilər. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun NN aprel NNN5-ci il tarixli, 5 nömrəli qərarının N.N-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, N.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, N.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, N.N-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, N.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddia ərizəsindən göründüyü kimi İddiaçı tələbi - cavabdehin iddiaçı barəsində NNN5ci ilin və NNN6-cı ilin nəticələrinə görə birdəfəlik pul mükafatından məhrum edilməsi haqqında əmrlərin ləğv edilməsi, həmin birdəfəlik pul mükafatlarının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və cavabdehdən iddiaçının xeyrinə qanunsuz əmrlər nəticəsində məruz qaldığı mənəvi zərərə görə 3NNN manat məbləğinin tutulmasından ibarət olmaqla mübahisələndirmə haqqında iddiadır. “İnzibati icraat haqqında” Qanunun N.N.N-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş N9N nömrəli hərbi hissə komandirinin NN iyun NNN5-ci il tarixli, N78 nömrəli əmrindən çıxarışa əsasən, tibb xidməti kapitanı İddiaçı, N9N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi, İ ordu Korpusu komandirinin NN iyun NNN5-ci il tarixli 3N nömrəli əmri ilə N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi vəzifəsinə təyin edildiyinə görə, vəzifəsini təhvil vermiş, xidmətini davam etdirmək üçün Yevlax rayonu N nömrəli hərbi hissəyə göndərilmiş hesab edilsin, NN iyun NNN5-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılsın. Tibb kapitanı İddiaçı NNN5-ci il yanvar-may aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə Nazirinin 5 iyun NNNN-ci il tarixli NNN saylı əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Tibb xidməti kapitanı İddiaçı NNN5-ci il üçün nəzərdə tutulmuş maddi yardım və məzuniyyət pulu verilib. NNN5ci ilin növbəti məzuniyyətindən NN gün istifadə edib. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N5N nömrəli hərbi hissənin xx.xx.NNN3-cü il tarixli, NNNN nömrəli iddiaçıya ünvanlanmış məktubuna əsasən bildirilmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.NNN3-cü il tarixli 689 nömrəli məktubuna əsasən iddiaçı NNN5-ci və NNN6-cı tədris illərində hərbi hissə və bölmələrin yüksək döyüş hazırlığının saxlanılması üzrə xidməti vəzifələrin yekun nəticələrinə uyğun olaraq hərbi qulluqçulara ödəniləcək birdəfəlik pul mükafatından məhrum edilmişdir. Göründüyü kimi, iddiaçı hal-hazırda onun barəsində NNN5-ci ilin və NNN6-cı ilin nəticələrinə görə birdəfəlik pul mükafatından məhrum edilməsi haqqında cavabdehin əmrləri barədə məlumatlı olmasına baxmayaraq məhkəməyə xx.xx.NNN3-cü il tarixdə müraciət etmişdir. Belə olan halda iddiaçı tərəfindən barəsində NNN5-ci ilin və NNN6-cı ilin nəticələrinə görə birdəfəlik pul mükafatından məhrum edilməsi haqqında inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş iddia müddəti buraxılmışdır. İddiaçı əlavə olaraq məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin ötürülməsinin üzrlü hesab edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə qarşı əmrin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi məhkəməyə təqdim edilənədək qanunla müəyyən edilmiş iddia müddəti üzrlü səbəbdən ötürülmüşdür: əmrlər iddiaçıya təqdim edilmədiyi, həmin vaxtı hərbi xidmətdə olduğu və hərbi hissədə yaşayaraq hərbi xidmət etdiyi üçün. Məhkəmə iddiaçının yuxarıda göstərdiyi halları üzrlü səbəb kimi hesab etməmişdir. Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “cavabdehin iddiaçı barəsində NNN5-ci ilin və NNN6-cı ilin nəticələrinə görə birdəfəlik pul mükafatından məhrum edilməsi haqqında əmrlərinin ləğv edilməsi, həmin birdəfəlik pul mükafatlarının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və cavabdehdən iddiaçının xeyrinə qanunsuz əmrlər nəticəsində məruz qaldığı mənəvi zərərə görə 3NNN manat məbləğinin tutulması” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 38, 8N və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra NN gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan N Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar