Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1027/2021 29.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Oruczadə, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsildə X1rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “diplomun tanınması” tələbinə dair iş üzrə verilmiş iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə ərizəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasıyası ali təhsilin federal dövlət büdcə təhsil müəssisəsi “X4 Universiteti”-nin iqtisadiyyat (38.03.01) fakultəsinin qiyabi şöbəsini bitirməyinə dair 10 iyul 2019-cu il tarixli 103004 ******* nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Bağırov Namiq İmran oğlu 06.10.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilməsi barədə ərizə təqdim etmişdir və ərizənin təmin olunmasını və cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 29.09.2021-ci il tarixə təyin edilmişdir. 29.09.2021-ci il tarixdə iddiaçı dəftərxana vasitəsilə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində şifahi məhkəmə baxışı iclasından iddia ərizəsinin qaytarılmasına dair ərizə təqdim edildikdə məhkəmə tərəfindən hansı prosessual hərəkətin edilməli olduğu nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsinə Mülki Prosessual Məcəllənin normalarına uyğun olaraq baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia baxılmamış saxlanılır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən baxılmadan saxlanılmalıdır. İddiaçıya izah olunur ki, iddia ərizəsinin baxılmamış saxlanılması onun yenidən məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 80-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsi təmin edilsin. İş üzrə iddia baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1027/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1027/2021
29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver