Məhkəmə qərarları › İş №2-1(112)-1027/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1027/2025

10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1027/2025 10.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “qərarın dəyişdirilməsi və s.” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyasının dayandırılması haqqında qərarın ləğv edilməsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan hesablanmaqla bərpa edilməsi və bu müddətdə ödənilməyən məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı uzun illərdir ki, neft-qaz sahəsində çalışmış və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, o, 2011-ci ildə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün zəruri yaş həddinə çatdığından, qanunla müəyyən edilmiş həm ümumi sosial sığorta stajına, həm də əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər üçün nəzərdə tutulmuş sığorta stajına malik olduğundan, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 2020-ci ilin avqust ayına qədər vaxtı-vaxtında həmin pensiya ödənişləri edilmişdir. 2020-ci ilin avqust ayında ona heç bir xəbərdarlıq edilmədən əmək pensiyası ödənişi dayandırılmışdır. Pensiya ödənişlərinin dayandırılmasının səbəbləri ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və onun aidiyyəti qurumlarına çoxsaylı müraciətlər edilmiş, heç bir nəticə əldə edilməmiş, 05 may 2022-ci il tarixli cavab məktubunda Nazirlik bildirmişdir ki, pensiya təminatı sahəsində müxtəlif risk qrupları və parametrlər üzrə aparılan araşdırmalar nəticəsində analoji hallar və ya şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş əmək pensiyalarının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.8.3-cü maddəsinin tələbinə uyğun olaraq dayandırılır. Eyni zamanda məktubda vurğulanmışdır ki, “Sizə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş hallar pensiya qanunvericiliyinin tələblərinə uyğun olaraq hüquqi müstəvidə araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmək pensiyası hüququnuza yenidən baxılacaqdır.” 2020-ci ilin avqust ayında pensiyası dayandırıldıqdan sonra, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən ondan bir sıra arayışlar və sənədlər tələb etmiş, o da, həmin sənədləri qısa müddətdə müvafiq idarənin əməkdaşına təqdim etmişdir. Bundan sonra iddiaçı müvafiq iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8850/2022 saylı qərarı ilə, iddiasının təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X5 pensiyasının dayandırılması haqqında xx.xx.2020-ci il tarixli **********4 nömrəli qərarının ləğv edilməsi və həmin qərara əsasən dayandırılmış İddiaçı təyin olunan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa olunaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının müvafiq qərarlardan verdikləri apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8850/2022 saylı qərarı qüvvəyə minmiş və icraya yönəldilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı cəmi 1 dəfə, dekabr ayında pensiya ödənişi olmuş, daha sonra ödəniş yenidən dayandırılmışdır. Onlar məhkəmə qərarını icra etməmiş, əvvəlki ödənişləri də, ödəməmişlər. Bundan sonra təkrarən cavabdeh quruma müvafiq sənədlər təqdim edilmişdir. Nəticəsinin olmamasını görüb, yenidən cavabdehə şikayət ərizəsi ilə müraciət edilmişdir. Cavabdeh tərəf xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq, qeyd etmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 22 yanvar 2024-cü il tarixində daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar, Sizə güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının qanunauyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aidiyyəti üzrə araşdırılıb. Araşdırma nəticəsində Sizin güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnuz olmadığı halda, saxtalaşdırılması ehtimalı olan sənədlərə əsasən Fondun keçmiş Suraxanı rayon şöbəsi tərəfindən aylıq məbləği yüksək olan əmək pensiyasının təyin edilməsi nəticəsində Sizə xx.xx.2009-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 373462,97 manat artıq pul vəsaitinin əsassız ödənildiyi müəyyən edilib. Eyni zamanda bildiririk ki, araşdırma nəticəsində Sizə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasında və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətlərinin olduğu nəzərə alınaraq, müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş 12 yanvar 2022-ci il tarixli 02/2-247mat-21/146 nömrəli məktubda daxil olmuş materialların istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edildiyi qeyd olunub. Bundan başqa, Sizə 2023-cü ilin dekabr ayında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-1441/2023 nömrəli qərarına əsasən 50 yaşınızın tamamlandığı xx.xx.2009-cu il tarixindən 5131,91 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınız bərpa edilib. Daha sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, Sizin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnuza yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrinizin dinlənilməsi üçün Sizə qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2023-cü il tarixli məktub göndərilməklə 11 dekabr 2023-cü il tarixinədək Mərkəzi Filiala gəlməyiniz xahiş edilib. Lakin mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmisiniz. Bu səbəbdən də, sizə vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar tərəfimizdən ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinizin cari ilin yanvar ayından dayandırılması haqqında inzibati akt qəbul edilib. Qeyd olunanlara əsasən, cinayət işi üzrə icraatın başa çatmasına dair cinayət prosesini həyata keçirən orqanın yekun qərarı ilə bağlı məlumatlar Mərkəzi Filiala daxil olduqdan sonra ərizənizdə qeyd etdiyiniz məsələyə baxılacaqdır”. Halbuki iddiaçı yuxarıda qeyd edilən araşdırmada iştirak etmiş, müvafiq akt da, tərtib edilmişdir. Hesab olunur ki, pensiya ödənişi qanunsuz dayandırmaqla iddiaçının sosial təminat hüququ kobudcasına pozulmuş və bununla da ona maddi və mənəvi zərər vurmaqda əlverişsiz şəraitə salınmışdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş etirazında qeyd etmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən aparılan xidməti araşdırma zərurəti ilə əlaqədar iddiaçının tələb olunan güzəştli iş stajının olmadığı müəyyən edilərək güzəştli şərtlərlə yaşa görə təyin olunmuş pensiyasının ödənişi dayandırılmışdır. Nəticədə ona qanunazidd əmək pensiyası təyin olunduğu xx.xx.2009-cu il tarixindən pensiya ödənişinin dayandırıldığı xx.xx.2020-ci il tarixinədək cəmi 373.462,97 manat vəsaitin əsassız ödənildiyi aşkar edilib. Eyni zamanda bildirilir ki, araşdırma nəticəsində ona qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətlərinin olduğu nəzərə alınaraq, müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Nazirlik tərəfindən 30 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş 12 yanvar 2022-ci il tarixli 02/2-247mat-21/146 nömrəli məktubda daxil olmuş materialların istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edildiyi qeyd olunub. Bundan başqa, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyası ödənişinin bərpa edilməsi öhdəliyini cavabdeh Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul olunması xahiş etmişdir. Məhkəmə çəkişmələri nəticəsində iddiaçının iddiası təmin edilib. Məhkəmə qərarları pensiya ödənişinin dayandırılması zamanı “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməməsi ilə əsaslandırılıb. Azərbaycan Respublikası Ali Məhkəməsinin iddiaçıya dair xx.xx.2023-cü il tarixli 2-1(102)-1441/2023 nömrəli qərarının icrası məqsədilə 2023-cü ilin dekabr ayında 5131,91 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilib. Daha sonra “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrinin dinlənilməsi üçün ona qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2023-cü il tarixli məktub göndərilməklə 11 dekabr 2023-cü il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş edilib. Qeyd olunanlara əsasən, iddiaçının əmək pensiyasının dayandırılması ilə əlaqədar aparılmış inzibati icraatın gedişində iştirakı ilə 6 dekabr 2023-cü il tarixində qəbul keçirilərək yuxarıda göstərilənlər barədə ona ətraflı məlumat verilməklə mülahizələrinin dinlənilməsinə dair birgə akt tərtib olunub. Nəticədə, iddiaçıya vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar ləğv edilib və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin cari ilin yanvar ayından dayandırılması haqqında inzibati akt qəbul olunub. İddiaçının xx.xx.2024-cü il tarixində 65 yaşı tamam olduğundan ona Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq, cinayət işi üzrə icraatın başa çatmasına dair cinayət prosesini həyata keçirən orqanın yekun qərarı ilə bağlı məlumatlar Mərkəzi Filiala daxil olduqdan sonra güzəştli şərtlərlə yaşa görə iddiaçının pensiyasının ödənişinin bərpa edilib-edilməməsi məsələsinə baxılacaqdır. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş etiraza əlavədə qeyd olunmuşdur ki, iddiaçının Mərkəzi Filiala və Məhkəməyə təqdim etdiyi "xxxx" LLC-yə dair xx.xx.2024-cü il tarixli güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən arayışından da göründüyü kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarına əsasən, 1 saylı siyahı X bölmə, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün, kod-ll0000a11588-qüllə quraşdırıcı-qaynaqçı (şirkətdə işlədiyi müddətdə qazma qurğusunun qülləsinin bütün qaynaq və kəsmə işlərini icra edib)) güzəştli şərtlərlə pensiya hüququ verən qaynaqçı peşəsi üzrə iş stajı 3 il, 9 ay, 2 gün təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.1-ci hissəsinin a) bəndinə və bu Qərarın 35-ci hissəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən qaynaqçı peşəsi üzrə iş stajı isə 13 il, 8 ay, 3 gün il təşkil edir. Təqdim edilmiş arayışdan görsənir ki, iddiaçının 1 nömrəli siyahı üzrə güzəştli iş stajı 3 il 9 ay 2 gün, 2 nömrəli siyahı üzrə iş stajı 13 il, 8 ay, 3 gün il təşkil edir. Göründüyü kimi iddiaçının 1 nömrəli siyahı üzrə xx.xx.2006-cı il tarixinədək tələb olunan güzəştli iş stajı tələb olunan 10 ildən az, 3 il 9 ay 2 gün təşkil edir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7939/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-414/2024 saylı əmək pensiyasının dayandırılması haqqında qərarın ləğv edilməsı” kimi icraata qəbul olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7939/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “cavabdehin 3-17-1/3-3- 14214/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilərək, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması“ kimi icraata qəbul olunmuşdur. Sonradan iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 3-17-1/3-3-414/2024 saylı, xx.xx.2024cü il tarixli “əmək pensiyasının dayandırılması haqqında qərarın ləğv edilməsi” və cavabdehin 3-17-1/3-3-14214/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilərək iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Ərizə məhkəmə iclasının qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbinin təmin olunmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat vermiş və iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisələndirilən qərarların daha əvvəl iddiaçıya təqdim edilməsini təsdiq edən hər-hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən prosessual müddətlərə əməl edilməklə iddia qaldırılmışdır. İş materiallarında olan: Əmək pensiyasının dayandırılması haqqında 3-17-1/3-3-414/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iddiaçıya xx.xx.2009-cu il tarixdə təyin olunmuş pensiya dayandırılmışdır. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-3-62959/2023 nömrəli qərarına əsasən AR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(102)-1441/2023 nömrəli qərarına əsasən iddiaçıya xx.xx.2011-ci il tarixdən (52 yaş) bərpa edilmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-3-14214/2024 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2016-cı il tarixdə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, “Sizə güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının qanunauyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aidiyyəti üzrə araşdırılıb. Araşdırma nəticəsində sizin güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnuz olmadığı halda saxtalaşdırılması ehtimalı olan sənədlərə əsasən Fondun keçmiş Suraxanı rayon şöbəsi tərəfindən aylıq məbləği yüksək olan əmək pensiyasının təyin edilməsi nəticəsində sizə xx.xx.2009-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 373462,97 manat artıq pul vəsaitinin əsassız ödənildiyi müəyyən edilib. Eyni zamanda bildiririk ki, araşdırma nəticəsində sizə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasında və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətlərinin olduğu nəzərə alınaraq, müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30 noyabr 2021 -ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş 12 yanvar 2022-ci il tarixli 02/2-247mat- 21/146 nömrəli məktubda daxil olmuş materialların istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edildiyi qeyd olunub. Bundan başqa, sizə 2023-cü ilin dekabr ayında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-1441/2023 nömrəli qərarına əsasən 50 yaşınızın tamamlandığı xx.xx.2009-cu il tarixindən 5131,91 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınız bərpa edilib. Daha sonra “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2ci maddəsinin tələblərinə uyğun olaraq, sizin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnuza yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrinizin dinlənilməsi üçün sizə qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2023-cü il tarixli məktub göndərilməklə 11 dekabr 2023cü il tarixinədək Mərkəzi Filiala gəlməyiniz xahiş edilib. Lakin mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmisiniz. Bu səbəbdən də, sizə vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar tərəfimizdən ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinizin cari ilin yanvar ayından dayandırılması haqqında inzibati akt qəbul edilib”. X2 LTD tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli güzəştli arayışdan görünür ki, iddiaçı “X6 LTD” MMC Şirkətində dənizdə, yarım batan üzən qazma qurğusunda tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən elektrik qaynaqçı vəzifəsində işləyib. Müəssisədə işlədiyi müddətdə əl ilə elektrik qaynaqçısı və qaz qaynaqçısı vəzifələrini və qazma qurğusunun qülləsinin bütün qaynaq və kəsilmə işlərini (qüllə quraşdırılması) icra edib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarına əsasən, 1 saylı siyahı X-bölmə, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı 07 il 06 ay 30 gün təşkil edir. İşlədiyi tarix: xx.xx.1995-xx.xx.1997, xx.xx.1997-xx.xx.2003. Qaynaqçı, Neftin qazılması və hasilatı – fəhlələr-qüllə quraşdırıcıları-qaynaqçıları (1100000a-11588-10.1a) X2 LTD tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçı “X6 LTD” MMC Şirkətində dənizdə, yarım batan üzən qazma qurğusunda tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən qaynaqçı vəzifəsində xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işləyib. Qeyd olunan müddəti nəzərə alaraq 27 il əvvəlki əmrlərin uzun müddətdir ki, arxivləşməsi səbəbi ilə onların təqdim olunması mümkün deyil. Noble Drilling Services Azerbaijan tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən vəzifədə “X8” MMC (xx.xx.2008-ci ildən "xxxx" MMC və xx.xx.2022-ci ildən "xxxx" MMC) şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində həqiqətən xx.xx.2003cü il tarixdə A/5/03 saylı əmrlə qaynaqçı vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2009-cu il tarixdə 08/09 saylı əmr ilə həmin vəzifədən azad edilib. Daha sonra xx.xx.2010-cu il tarixdə A/26/10 saylı əmr ilə yenidən qaynaqçı vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2021ci il tarixdə R/008/21 saylı əmrlə işdən azad edilmişdir. İddiaçı dənizdə yarımdalma üzrə X9 Qurğusunda işləmişdir və dərhal rəhbərin göstərişinə əsasən, oksigen/asetilen avadanlığı ilə qaynaq və/və ya kəsmə tələb edən hər hansı təmir işlərini (qazma platforması və qazma qurğularını təşkil edən metal plitələrin və digər metal konstuksiyaların yığılması daxil olmaqla) və texniki qulluq işlərini yerinə yetirmişdir, həmçinin qaz (asetilen) və oksigenin quraşdırılmasına və qaynaq transformatorlarına və s. nəzarət etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarına əsasən, İ saylı siyahı X bölmə, Neftin çıxarılması və hasilatı (dəniz neftçiləri üçün, kod-1100000a-11588-qullə quraşdırıcı-qaynaqçı (şirkətdə işlədiyi müddətdə qazma qurğusunun qülləsinin bütün qaynaq və kəsmə işlərini icra edib)) güzəştli şərtlərlə pensiya hüququ verən qaynaqçı peşəsi üzrə iş stajı 3 il 09 ay 02 gün təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.1-ci hissəsinin a) bəndinə əsasən və bu Qərarın 35-ci hissəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən qaynaqçı peşəsi üzrə iş stajı 13 il, 1 ay, 8 gün təşkil edir. İşlədiyi vəzifə üzrə ümumi sosial sığorta stajı "xxxx" MMC şirkətinin Azərbaycandakı Nümayəndəliyində 17 il, 5 ay, 5 gün təşkil edir. İddiaçının gördüyü işlərin güzəştli əmək pensiya hüququna əsas olan xüsusiyyətləri quyuların sınanması prosesində tələb olunan qaynaq əməliyyatlarını həyata keçirmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.1(a) (qüllə quraşdırıcı - qaynaqçı) yarımbəndində müvafiq edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynilik təşkil edir. Arayış ilə yanaşı aşağıdaki sənədlər təqdim olunmuşdur: "xxxx" MMC-nin xx.xx.2003-cu il tarixli, A/5/03 nömrəli əmrinə əsasən iddiaçıya xx.xx.2003-cü il tarixindən maaşı ştat cədvəlinə uyğun olaraq üç ay yoxlama müddəti ilə qaynaqçı vəzifəsinə qəbul etmişdir. "xxxx" MMC-nin xx.xx.2009-cu il tarixli, 08/09 nömrəli əmrinə əsasən iddiaçı xx.xx.2010-cu il tarixindən iddiaçıya xx.xx.2009-cu il tarixindən əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" MMC-nin xx.xx.2010-cu il tarixli, 26/10 nömrəli əmrinə əsasən iddiaçı xx.xx.2010-cu il tarixindən maaşı ştat cədvəlinə uyğun olaraq qaynaqçı vəzifəsinə təyin edilmişdir; Məhkəmə hesab edir ki, işin yuxarıda qeyd olunan faktiki hallarına aşağıdakı qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 27.1-ci maddəsinin 1 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İstinad olunan “Əmək pensiyaları haqqında” Qanun xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar- 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “a” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması üçün iki element mövcud olmalıdır: xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; xx.xx.2006-ci ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. (AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə). İşin hazırkı halları üzrə müəyyən edilir ki, iddiaçı xx xxxx 1959-cu il tarixdə anadan olmuşdur və ona güzəştli şərtlərlə əmək pensiyasının 50 yaşdan, yəni 17 mart 2009-cu il tarixdən təyin edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Lakin sonradan cavabdeh orqanın təşəbbüsü ilə iddiaçının pensiya hüququnun əslində 50 yaşdan deyil, 52 yaşdan yarandığı iddia edilmiş və bu əsasla onun pensiya yaşı 52 yaşa qaldırılmışdır. Daha sonra isə cavabdeh tərəfindən iddiaçının pensiyası ümumiyyətlə dayandırılmışdır. İddiaçı pensiyasının 52 yaşdan bərpası tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2-1(112)-8850/2022 saylı qərarı ilə onun əmək pensiyasının dayandırıldığı tarixdən bərpa olunması qərara alınmışdır. Qeyd olunan məhkəmə qərarı yuxarı instansiya məhkəmələri tərəfindən mübahisələndirilsə də, nəticə etibarı ilə həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra cavabdeh qərarın icrasını təmin etmək məqsədilə 22 noyabr 2023-cü il tarixli, 3-17-1/3-3-62959/2023 saylı qərarla iddiaçının pensiyası 52 yaşdan bərpa edilmişdir. Daha sonra cavabdeh iddiaçının pensiyasının xx.xx.2024-cü il tarixli qərarla dayandırmış və 09 sentyabr 2024-cü il tarixli, 3-17-1/3-3-14214/2024 saylı yeni qərar ilə ona 57 yaşdan pensiya təyin etmişdir. Cavabdeh bu nəticəyə gələrkən, iddiaçının 01 yanvar 2006-cı il tarixinədək tələb olunan 10 il müddətində güzəştli iş stajını toplamadığını bildirmiş, xüsusilə də təqdim edilmiş güzəştli staj arayışlarının etibarlılığına şübhə ilə yanaşaraq onların hüquqi qüvvəsini tanımamışdır. Cavabdehin əsaslandırmasına görə, sözügedən arayışlar Dövlət Sosial Müdafiə Fondunun keçmiş əməkdaşı X3 məxsus kompüterdə elektron formada olmuşdur. Lakin həmin şəxsə münasibətdə aparılmış cinayət işi üzrə iddiaçıya münasibətdə hər-hansı cinayət təqibi həyata keçirilməmişdir. Məhkəmə cavabdehin gəldiyi bu mövqeyi aşağıdakı əsaslara görə əsassız hesab edir. Belə ki, “İnzibati icraat haqqında” 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 13.3-cü maddəsinə müvafiq olaraq, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə görə, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Həmin Qanunun 13.5-ci maddəsinə müvafiq olaraq, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Sözügedən Qanunun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Hazırkı iş üzrə materiallardan və işin araşdırılmış hallarından qeyd olunan qanunun 67.6-cı maddəsində maddələrində nəzərdə tutulmuş halların mövcudluğu öz təsdiqini tapmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, həmin qanunun 67.12-ci maddəsinə müvafiq olaraq, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər.Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan iddiaçının inzibati orqanlara olan etimadını nəzərə almamış və iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3135/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli analoji qərarında qeyd olunmuşdur ki: “Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz.” Məhkəmə vahid məhkəmə təcrübəsini nəzərə almaqla hesab edir ki, iddiaçıya əmək pensiyasının təyin edildiyi vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi (və ya dəyişdirilməsi) üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Digər tərəfdən, nəzərə alınmalıdır ki, cavabdeh tərəf iddiaçının təqdim etdiyi güzəştli iş stajına dair arayışların mötəbərliyini şübhə altına alsa da, bu şübhə obyektiv hüquqi əsaslara deyil, ehtimal xarakterli yanaşmalara söykənir. Belə ki, cavabdeh arayışların yalnız Dövlət Sosial Müdafiə Fondunun keçmiş əməkdaşı X3 məxsus kompüterdə elektron formatda mövcud olmasını əsas gətirərək onların etibarlılığına şübhə ilə yanaşmışdır. Lakin bu hal, yəni arayışların elektron formadı əməkdaşın kompüterində olması, həmin arayışların hüquqi qüvvəsini və mötəbərliyini şübhə altına almaq üçün kifayət qədər əsas sayıla bilməz. Bundan əlavə, təqdim olunmuş sənədlərdən də açıq şəkildə göründüyü kimi, “X2 LTD” MMC tərəfindən verilmiş arayışda iddiaçının bu şirkətdə dənizdə yerləşən yarımbatan üzən qazma qurğusunda tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən elektrik qaynaqçı vəzifəsində çalışdığı, əl ilə elektrik və qaz qaynaqçısı funksiyalarını yerinə yetirdiyi, həmçinin qazma qurğusunun qülləsinin quraşdırılması zamanı bütün qaynaq və kəsmə işlərini icra etdiyi qeyd olunmuşdur. Arayışa əsasən, həmin əmək fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının X bölməsi üzrə — “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün)” sahəsinə uyğun gəlir və güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı kimi tanınmalıdır. Müvafiq staj müddəti 07 il 06 ay 30 gün təşkil edir. İddiaçının burada işlədiyi müddət xx.xx.1995–xx.xx.1997 və xx.xx.1997– xx.xx.2003 tarixlərini əhatə edir. Peşə təsnifatı isə müvafiq olaraq 1100000a-11588-10.1a kodu altında “fəhlələr – qüllə quraşdırıcılar – qaynaqçılar” peşəsinə uyğun gəlir. İddiaçının həmin müəssisədə işləməsini təsdiqləyən əmrlərin təqdim olunmaması isə iddiaçının iradəsindən asılı olmayan texniki haldır və onun hüquqlarının pozulmasına səbəb ola bilməz. Digər mühüm sübutlardan biri də "xxxx" MMC tərəfindən təqdim olunmuş sənəddir. Bu arayışa əsasən, iddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək həmin müəssisədə qaynaqçı vəzifəsində fəaliyyət göstərmişdir. Bu dövrdə də o, əmək funksiyalarını dəniz şəraitində, xüsusilə zərərli və ağır əmək şəraitində yerinə yetirmiş və onun peşə fəaliyyəti qeyd olunan Nazirlər Kabinetinin 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda “qülləquraşdırıcılar-qaynaqçılar” peşəsinə uyğun olmuşdur. Qeyd olunan arayışlar və müvafiq əmrlər əsasında müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2006cı il tarixinədək toplanmış güzəştli iş stajı 10 ildən (10 il 03 ay 12 gün) çox təşkil edir ki, bu da onun 52 yaşdan güzəştli şərtlərlə pensiya almaq hüququnun olduğuna dəlalət edir. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 52 yaşdan təyin olunmuş pensiyanın dayandırılması barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, cavabdehin 3-17-1/3-3-14214/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilərək, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması həyata keçirilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının tələbinin əsaslılığı işin faktiki halları və qanunvericiliyin tələbləri baxımından öz təsdiqini tapır. Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin qərarı qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuş, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Cavabdehin “Əmək pensiyasının dayandırılması haqqında” 3-17-1/3-3-414/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Cavabdehin 3-17-1/3-3-14214/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilərək, İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (ünvan: ünvan 2llegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir X7.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar